Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə18/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

58
 
 
XI HİSSƏ: 
 
MÜDAFİƏ SAHƏSİNDƏ 
 
452.
 
Azərbaycan  əsgərinin  yeni  ruhu  formalaş-
dırılacaq. “Sağlam əsgər” ideyaları genişləndiriləcək. 
453.
 
Əsgər  həyatı  sağlamlaşdırılacaq  və  rəngarəngləş-
diriləcək.  
454.
 
“Düşmən ordusu” anlayışı yumşaldılacaq. 
455.
 
“Mobil əsgər” kriteriyası tətbiq olunacaq.  
456.
 
Ölkənin  müdafiəsində  sağlam  əqidə  forma-
laşdırılacaq. 
457.
 
Əsgər  və  zabitlərdə  başqa  ölkələrə  münasibətdə 
yumşaq baxışlar formalaşdırılacaq. 
458.
 
“Humanist əsgər” obrazı genişləndiriləcək.  
459.
 
Əsgər  və  zabitlər  arasında  xüsusi  hörmət 
prinsipləri tətbiq olunacaq.  
460.
 
Həqiqi  hərbi  xidmətdə  peşəkarlıq,  çeviklik, 
keyfiyyətlilik əsas amil kimi qəbul olunacaq. 
461.
 
Müqavilə  əsasında  xidmət  sistemi  tətbiq 
olunacaq.  Əsgərliyə  daimi  və  müddətli  iş  yeri  kimi 
baxılacaq. 
462.
 
Hərbçi  ailələlərinə  güzəştli  imkanlar  veriləcək. 
Mənzil şəraitləri yaxşılaşdırılacaq. 
463.
 
Həqiqi  hərbi  xidmətdən  möhlət  hüququnun  pul 
ilə əvəz olunması sistemi mexanizmləri tətbiq olunacaq. 
464.
 
İlkin  hərbi  biliklər  orta  məktəbin  yuxarı 
siniflərində  və  ixtisaslaşmış  məktəblərdə  (kolleclərdə,  peşə 
məktəblərində) veriləcək.  
465.
 
 Mobil hərbi hissələr yaradılacaq.  
466.
 
Əsgərləri  qida  ilə  təmin  edə  bilən  “mobil 
yeməkxanalar”, “mobil mətbəxlər” təşkil olunacaq. 
467.
 
Hərbi hissələrdə şəraitlər yaxşılaşdırılacaq. Əsgər 
və zabit yataqlarında yeni standartlar tətbiq olunacaq. 


59
 
 
468.
 
Əsgər  və  zabit  geyimlərinə  xüsusi  diqqət 
yetiriləcək. 
469.
 
Hərbi 
infrastruktur 
gücləndiriləcək. 
Yeni 
modellər tətbiq olunacaq. 
470.
 
Əsgərin ərzaqla təminatı gücləndiriləcək. 
471.
 
Yeni “əsgər qida porsiyası” tətbiq olunacaq. 
472.
 
Sülhü  tərənnüm  edən  hərbi  emblemlər,  nişanlar, 
adlar təsis olunacaq. 
473.
 
Əsgər və zabit mükafatları veriləcək. 
474.
 
Silahlı qüvvələrin Vahid Ali Məktəbi yaradılacaq. 
475.
 
Hərbi  hissələrdə  yenidən  təşkil  olunma  siyasəti 
tətbiq olunacaq. 
476.
 
Həqiqi  hərbi  xidmətə  ictimai  nəzarət  güclən-
diriləcək. İctimai komissiyalar təşkil olunacaq. 
477.
 
Əsgərlərin  və  zabitlərin  xidmət  şəraitinə  nəzarət 
edən “İctimai Palata” yaradılacaq. 
 
 
 


60
 
 
XII HİSSƏ: 
 
REGİONAL İDARƏETMƏ VƏ REGİONLARIN SOSİAL-
İQTİSADİ SİYASƏTİ MƏSƏLƏLƏRİNDƏ 
 
478.
 
Regionlarda  bələdiyyə  idarəçiliyinə  üstünlük 
veriləcək. 
479.
 
 Bələdiyyə məclisləri təşkil olunacaq. 
480.
 
Regionların 
inkişafı 
üçün 
ardıcıl 
dövlət 
proqramları qəbul olunacaq. 
481.
 
Rügional sərmayə strategiyası qəbul ediləcək. 
482.
 
Regionların  inkişafı  məqsədilə  fəaliyyət  planları 
qəbul ediləcək. 
483.
 
Regionlarda,  bölgələrdə  (rayonlarda)  mərkəzi 
icra  hakimiyyəti  qurumlarının  vahid  inzibati  binası  təşkil 
olunacaq. İnzibati məsrəflərdən uzaq durulacaq. 
484.
 
Regionlarda  icra  hakimiyyətinin  saxlanması 
məsrəfləri azaldılacaq. 
485.
 
Regionlarda  çalışan  dövlət  qulluqçularının, 
məmurların  əmək  haqlarının  məbləğı  paytaxta  nisbətən 
yüksək olacaq. 
486.
 
Əmək  haqlarında  diferensial  qiymətləndirmə 
tətbiq olunacaq. 
487.
 
Rayon  rəhbərləri  hökumətin  nümayəndəsi  kimi 
təyin olunacaq. 
488.
 
Bir  çox  qonşu  rayonları  birləşdirən  vahid 
idarəetmə mərkəzləri təşkil olunacaq. 
489.
 
Rayonlarda  yaşayan  müəllimlərə  yüksək  əmək 
haqqı veriləcək. 
490.
 
Regional ali məktəblər yaradılacaq. 
491.
 
Regional  yeni  peşə  ixtisası  mərkəzləri  təşkil 
olunacaq. 
492.
 
Regional yeni orta ixtisas məktəbləri açılacaq. 


61
 
 
493.
 
Əhalinin  mərkəzdən  rayonlara  axını  üçün 
münasib 
siyasət 
tətbiq 
olunacaq. 
Rurbanizasiya 
proqramları qəbul ediləcək. 
494.
 
Rayonlarda,  kəndlərdə  əhaliyə  az  tarifli  elektrik 
enerjisi, su və təbii qaz veriləcək. 
495.
 
Regionlarda  güzəştli  səhiyyə  sığortası  siyasəti 
həyata keçiriləcək. 
496.
 
Rayonlarda  kiçik,  orta  və  böyük  istehsal 
obyektləri yaradılacaq. 
497.
 
Rayonların  sərhəd  ölkələrin  yaşayış  məskənləri 
ilə əlaqələri yaxşılaşdırılacaq. 
498.
 
Sərhəd ölkələri ilə birgə bazarlar təşkil olunacaq. 
499.
 
Kənd  təsərrüfatının  inkişafı  xüsusi  diqqətə 
alınacaq. 
500.
 
Kənd təsərrüfatına subsidiyalar artırılacaq. 
501.
 
Kəndlərdə  suvarma  və  su  anbarları  sistemi 
gücləndiriləcək. 
502.
 
“Rayon, kənd məktəblisi” təqaüdü təsis olunacaq. 
503.
 
Rayon  və  kəndlərdə  məhsul  yığım  məntəqələri 
təşkil olunacaq. 
504.
 
Rayon və kənd evlərinin inşasına dəstək veriləcək. 
505.
 
Mili  kənd  təsərrüfatı  texnologiyası  inkişaf  etdi-
riləcək. 
506.
 
Kəndlilərə  güzəştli  əsaslarla  texniki  vasitələr 
paylanacaq. 
507.
 
Kənd əmək vərdişləri gücləndiriləcək. 
508.
 
Kənd  məhsullarının  yarmarkaları  təşkil  olu-
nacaq. 
509.
 
“Kəndli Bankı” yaradılacaq. 
510.
 
Kəndlilərə 
güzəştli 
kreditlər 
və 
maliyyə 
yardımları veriləcək.  
511.
 
Banklarda  yüksək  faizli  kəndli  depoziti  hesab-
larının açılmasına dəstək olunacaq. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə