Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə16/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

51
 
 
VIII HİSSƏ (II BÖLMƏ): 
 
İQTİSADİYYAT SAHƏLƏRİNDƏ  
(SOSİAL SAHƏLƏR DƏ DAXİL OLMAQLA) 
 
366.
 
İqtisadiyyatda  süni  rəqabətin  qarşısını  almaq  və 
monopoliyaya  imkan  verməmək  məqsədilə  paralel  şəkildə 
dövlət sahibkarlığı da gücləndiriləcək. 
367.
 
Dövlət ticarət mərkəzlərinin sayı çoxaldılacaq. 
368.
 
Dövlət sahibkarlığı strategiyası qəbul ediləcək.  
369.
 
Puldan  və  sərmayə  resurslarından  səmərəli 
istifadə olunacaq. 
370.
 
Məhəllə restoranları və kafelərinin təşkili siyasəti 
gücləndiriləcək. 
371.
 
İqtisadiyyatda  gənclərin  potensialından  geniş 
istifadə olunacaq. “Gənclik iqtisadiyyatı” strategiyası qəbul 
ediləcək.  
372.
 
Özəl  pensiya  fondları  yaradılacaq.  Təqaüdçü  ilə 
bu  fondlar  arasında  əlaqələr  müstəqil  qurulacaq  və  yaş 
həddi  müstəqil  və  qarşılıqlı  olaraq  müəyyən  ediləcək. 
Fondlar sığortalı olacaq. 
373.
 
Pensiya  təyini  üçün  mövcud  yaş  hədləri  aşağı 
endiriləcək. 
374.
 
Bayram günlərində pensiyalara əlavələr ediləcək.  
375.
 
Uşaqlar  anadan  doğulan  andan  sığortalı 
olacaqlar.  Onların  sığorta  məbləğləri  müəyyən  yaşa  qədər 
dövlət tərəfindən ödəniləcək. 
376.
 
Banklarda  sığorta  hesablarının  açılması  siyasəti 
güclü şəkildə dəstəklənəcək. 
377.
 
“Məktəbli  sığortası”  siyasəti  tətbiq  olunacaq. 
Ümumiyyətlə, insan həyatı geniş şəkildə sığortalanacaq. 
378.
 
Əmək sahələri sığortalanacaq.  
379.
 
Minimum  yaşayış  standartları  və  tələbləri 
artırılacaq. “İstehlak səbəti”nin məbləği yüksəldiləcək. 


52
 
 
380.
 
“Təzə avtomobil” siyasəti tətbiq olunacaq. Köhnə 
avtomobillərin  yeniləri  ilə  əvəzlənməsi  dəstəklənəcək  və 
avtomobil  almaq  üçün  maliyyə  yardımları  ediləcək,  uzun 
müddətli güzəştli kreditlər veriləcək. 
381.
 
Mikrokreditləşmə siyasəti gücləndiriləcək. 
382.
 
İqtisadiyyatın,  o  cümlədən  ticarətin  təmər-
küzləşməsi  siyasəti  geniş  tətbiq  olunacaq.  Mall-lar  sistemi 
əhatəli və yayımlı şəkildə genişləndiriləcək.  
383.
 
Yeni  memarlıq  üslubunda  yaşayış  məhəllələri 
salınacaq. Yaşayışda milli memarlıq üslubları işlənəcək.  
384.
 
Yeni  genişləndirilmiş  yaşayış  standartları  tətbiq 
olunacaq.  
385.
 
Məhəllələrdə  “Açıq  mənzərə”  standartları  tətbiq 
olunacaq. 
386.
 
Yaşlı  insanlar  üçün  turizm  mərkəzləri  yara-
dılacaq. 
387.
 
Yaşlı  insanlara  xidmət  mərkəzləri  təşkil  olu-
nacaq. 
388.
 
Uşaqlar  üçün  yay  istirahət  düşərgələri  və 
mərkəzləri yaradılacaq. 
389.
 
Vergilərdə  məbləğdən  (məbləğ  artımından)  sayın 
artımına (vergi ödəyiciləri sayının artması) keçidlər siyasəti 
dəstəklənəcək. 
390.
 
Bahalı  avtomobillərə  illik  vergilər  tətbiq  olu-
nacaq. Əvəzində yanacağın qiyməti aşağı salınacaq. 
 
 
 


53
 
 
IX HİSSƏ: 
 
İNFRASTRUKTUR SAHƏLƏRİNDƏ 
  
391.
 
Yeni  və  rahat,  sürətli  və  zamana  qənaətcil 
infrastruktur şəbəkələri yaradılacaq. 
392.
 
Şəhər  daxilində  çoxmərtəbəli  avtomobil  yolları 
inşa ediləcək. 
393.
 
“Sürətli və rahat kommunikasiya” təşkili siyasəti 
tətbiq olunacaq.  
394.
 
Ölkədə qatarla sərnişindaşıma genişləndiriləcək. 
395.
 
Bakı 
bərəsindən 
Xəzər 
sahili 
boyunca 
sərnişindaşıma 
yaradılacaq.  Abşeron  yarımadasında 
gəmiçilikdən geniş istifadə ediləcək. 
396.
 
Bakı  ilə  Sumqayıt  arasında  sərnişin  gəmi 
nəqliyyatı açılacaq. 
397.
 
Xəzər  dənizi  ətrafında  şəraitə  uyğun  gəmiçilik 
inkişaf etdiriləcək. 
398.
 
Bakı  ilə  Türkiyə  və  Gürcüstan  arasında  Volqa  –
Don kanalı vasitəsilə gəmiçilik inkişaf etdiriləcək.  
399.
 
Xəzər  dənizi  ilə  Qara  dəniz  arasında  gəmiçilik 
kanalının yaradılması diqqətdən keçiriləcək. 
400.
 
Ödənişli  avtomagistralların  inşası  siyasəti  tətbiq 
olunacaq. 
401.
 
Ödənişli körpülər və tunellər istifadəyə veriləcək. 
402.
 
Şəhər  daxilində  çoxmərtəbəli  tunel  və  körpü 
qovşaqları istifadəyə veriləcək. 
403.
 
Bakı ilə Sumqayıt şəhərləri arasında ikimərtəbəli 
avtomagistral yol inşa olunacaq. 
404.
 
Yeraltı  metronun  davamı  olaraq  yerüstü 
metrolar istifadəyə veriləcək. 
405.
 
 Şəhər daxilində göylə hərəkət edən qatar sistemi 
formalaşdırılacaq. 
406.
 
Mobil xəstəxanalar fəaliyyət göstərəcək. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə