Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə19/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

62
 
 
512.
 
Rayon-kənd  təsərrüfatı  üçün  “Təbii  fəlakət 
Fondu” təşkil olunacaq. 
513.
 
Rayon  və  kəndlərdə  emal  müəssisələri  yara-
dılacaq. 
514.
 
Kəndlərdə  doğulan  uşaqlara  sosial  yardımlar 
ediləcək. 
515.
 
Dövlət  büdcəsinin  “Kəndli  payı”  hissəsi  yara-
dılacaq. 
516.
 
Kəndlilər üçün güzəştli avtomobillər veriləcək. 
517.
 
Rayon  və  kəndlərdə  həyatın  mənası  rənga-
rəngləşəcək.  
518.
 
Rayon  və  kəndlərdə  sənaye  məhsulları  ucuz 
qiymətə satılacaq. 
519.
 
Yeni tipli kəndli yaşayış məntəqələri salınacaq. 
 
 
 
 


63
 
 
XIII HİSSƏ: 
 
SOSİAL-HUMANİTAR VƏ SƏHİYYƏ-SAĞLAMLIQ 
SAHƏLƏRİNDƏ 
 
520.
 
Sosial  sahədə  dövlətin  paket  siyasəti  forma-
laşacaq.  Sahələri  və  fərdləri  konseptual  əsaslarla  əhatə 
edəcək. 
521.
 
Sosial  siyasət  genişləndiriləcək.  Qayğı  dairəsi 
böyüyəcək. 
522.
 
Qazancın sosial yükü artırılacaq. 
523.
 
İstehsalat  məhsullarında  sosial  payın  həcmi 
çoxalacaq. 
524.
 
Əhalinin sosial-sağlamlıq statusu gücləndiriləcək. 
525.
 
Sosial sığorta siyasətinə geniş yer ayrılacaq. 
526.
 
Güzəştli dövlət aptekləri yaradılacaq.  
527.
 
Keyfiyyətli dərman istehsalı həyata keçəcək. 
528.
 
Regonal  xəstəxanalar  və  sağlamlıq  mərkəzləri 
təşkil olunacaq. 
529.
 
Hər  kəsə  sağlamlıq  elektron  kartları  pay-
lanılacaq. 
530.
 
Həyatdan  (xəstəliklərdən  və  təbii  fəlakətlərdən) 
sığortalanma genişlənəcək. 
531.
 
Əhalinin sağlamlıq diaqnostik qiymətləndirilməsi 
həyata keçiriləcək. 
532.
 
Xəstəxanalarda 
yüksək  şərait  yaradılacaq. 
Səhiyyə  ocaqları  standartlı  texniki  vasitələrlə,  tibbi  ləvazi-
matlarla, dərman preparatları ilə təmin olunacaq. 
533.
 
Yüksək məbləğdə uşaq doğum pulu veriləcək. 
534.
 
Vəfat  etmiş  şəxslərin  yaxınlarına  yüksək  məbləğ-
də dəfn pulu veriləcək. 
535.
 
İstirahət mərkəzləri yaradılacaq. Pansionatlar və 
düşərgələr çoxaldılacaq. 
536.
 
 Ünvanlı sosial yardımlar artırılacaq. 


64
 
 
537.
 
Güzəştli ipoteka kreditləri veriləcək. 
538.
 
Gənclər üçün güzəştli biznes kreditləri veriləcək. 
539.
 
Gənc ailələr üçün sosial turlar təşkil olunacaq. 
540.
 
Əlillərə dövlət qayğısı gücləndiriləcək. Təqaüdləri 
artırılacaq. 
541.
 
Əməyin  mühafizəsi  işi  gücləndiriləcək.  Əmək 
xəsarəti alanlara yüksək məbləğlər müəyyən ediləcək. 
542.
 
Əmək hüquqları qorunacaq.  
543.
 
Həmklarlar  təşkilatlarının  fəaliyyəti  güclən-
diriləcək. 
544.
 
Təbii  fəlakətlərdən  əziyyət  çəkənlərə  humanitar 
yardımlar ediləcək. 
545.
 
Humanitar fondların sayı artırılacaq. 
546.
 
Humanitar  fondlara  ictimai  yardımlar  üçün 
hesablar açılacaq. 
547.
 
Şəhər 
mərkəzlərində 
təbiət 
hadisələrindən 
qorunmaq üçün humanitar mərkəzlər təşkil olunacaq. 
548.
 
Kənd  və  rayonlarda  humanitar  punktlar  təşkil 
olunacaq. 
549.
 
Qaçqın  və  məcburi  köçkünlərə  güzəştlər  və 
yardımlar çoxaldılacaq. 
550.
 
Ev  və  mənzil  şəraiti  olmayanlara  humanitar 
dəstək göstəriləcək. 
551.
 
Əhalinin humanitar sığortası yaradılacaq. 
552.
 
Bütün,  ev,  mənzil  və  iqtisadiyyat  obyektləri 
sığortalanacaq.  
553.
 
Mülki sığorta siyasəti gücləndiriləcək.  
554.
 
Təqaüdçülərə,  əmək  pensiyaçılarına  güzəştli  alış-
veriş kartları veriləcək. 
 
 
 
 
 
 


65
 
 
XIV HİSSƏ: 
 
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ 
SAHƏSİNDƏ 
 
 
555.
 
Münaqişənin ədalətli həllinə çalışılacaq. 
556.
 
Münaqişənin  həllində  “çoxtərəfli  gedişatlar” 
strategiyası  qəbul  olunacaq.  Bunun  üçün  elm,  ədəbiyyat, 
mədəniyyət və incəsnət sahələri də səfərbər olunacaq.  
557.
 
Münaqişənin  həllində  yeni  ruh  tətbiq  olunacaq. 
Yeni  baxışlar  formalaşdırılacaq.  Yeni  yanaşma  metodları 
işlənəcək. 
558.
 
Erməni  xalqının  timsalında  düşmən  obrazı 
aradan qalxacaq. İki xalqın barışığına səsləniləcək. 
559.
 
Ermənilərə dostluq mesajları göndəriləcək. 
560.
 
İki  ölkə  arasında  yumşaq  sərhədlər  rejimi  təşkil 
olunacaq. Ermənistanla əməkdaşlıq, inteqrasiya və dostluq 
təklifləri paketi haızrlanacaq. 
561.
 
Münaqişənin  həllində  yumşaq  metodlardan  isti-
fadə ediləcək. 
562.
 
Xalq  diplomatiyası  siyasəti  gücləndiriləcək.  İki 
xalqın  ictimaiyyəti  üçün  “açıq  sərhədlər”  rejiminin 
formalaşmasına çalışılacaq. 
563.
 
Erməni  xalqı  ilə  çoxtərəfli  formatda  görüşlər 
keçiriləcək. Dialoqlar təşkil olunacaq. Qarşı tərəfə çoxsaylı 
sülh təşəbbüsləri irəli sürüləcək. 
564.
 
 Münaqişənin  həllində  cəmiyyət-xalq  vəhdəti 
yaradılacaq. 
565.
 
Siyasətlər uzlaşdırılacaq. 
566.
 
İki 
ölkə 
arasında 
qarşılıqlı 
gediş-gəliş 
yaradılacaq. Güzəştli siyasət tətbiq olunacaq. 
567.
 
Donmuş münaqişədən isti münasibətlərə keçidlər 
yaradılacaq. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə