Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə21/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

70
 
 
618.
 
Xalq  diplomatiyasından  istifadə  olunacaq. 
İctimai qruplar yumşaq diplomatiyaya səfərbər olunacaq. 
619.
 
Azərbaycan  dünyada  və  beynəlxalq  müstəvidə 
baş verən böhranları sülh yolu ilə həll etmək üçün vasitəçi 
ölkələrdən biri kimi çıxış edəcək. 
620.
 
Beynəlxalq  hərbi  bloklara  qoşulmamaq  siyasəti 
yürüdüləcək. 
621.
 
Hərbi  bloklarla  əməkdaşlıq  məhdud  səviyyədə 
olacaq. 
622.
 
Azərbaycan  dünyanın  bitərəf  ölkələrindən 
birinə çevriləcək. 
623.
 
Beynəlxalq  münasibətlərdə  region  idarəçiliyi 
prinsipləri təbliğ olunacaq. 
624.
 
Regionun  hərbisizləşdirilmiş  zonaya  çevrilməsi 
uğrunda  beynəlxalq  siyasət  həyata  keçiriləcək.  Sülh 
təşəbbüslərinə qoşulacaq.  
625.
 
Region  dövlətlərinin  diplomatik  nümayən-
dələrinə  və  nümayəndəliklərinə  ölkədə  xüsusi  güzəştlər 
(əlavə imtiyazlar) veriləcək. 
626.
 
Azərbaycan 
dünya 
dövlətlərinin 
region 
maraqlarını  ölkədə  birləşdirən,  uzlaşdıran  vasitə  rolunu 
oynayacaq. 
627.
 
Sülhdə  vasitəçilik  missiyası  geniş  tətbiq 
olunacaq. 
628.
 
Qərb  və  Şərq  ölkələri  ilə  əlverişli  əməkdaşlıq 
həyata keçiriləcək. 
629.
 
Qərb ölkələrinin region maraqları ölkədə uzlaş-
dırılacaq. 
630.
 
Xaricilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 
hüquqları yüksək səviyyədə qorunacaq. 
631.
 
Miqrasiya 
qanunvericiliyi 
sadələşdiriləcək. 
Xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə 
ölkədə  uzun  müddətli  qalmaq  üçün  böyük  imkanlar 
veriləcək. 


71
 
 
632.
 
Xaricilərin  ölkə  vətəndaşlığını  qəbul  etmələri 
sadələşdiriləcək.  
633.
 
Xarici  ölkələrin  transmilli  korporasiyalarına 
güzəştli şərtlər veriləcək. 
634.
 
Beynəlxalq  aləmdə  Azərbaycan  diplomatiyası 
gücləndiriləcək. 
635.
 
Diplomatların  seçimində  etika  və  peşəkarlığa, 
bilik və bacarığa xüsusi önəm veriləcək. 
636.
 
Diplomatların  mədəni  səviyyəsi  yüksəldiləcək. 
Diplomatların hərtərəfli hazırlığı həyata keçəcək. 
637.
 
Ölkədə  diplomatik  korpusa  xüsusi  imtiyazlar 
(əlavə imtiyazlar) veriləcək. 
638.
 
Ölkə beynəlxalq konvensiyaların təşəbbüskarına 
çevriləcək. 
639.
 
Xarici  ölkələrin  böyük  mədəniyyət  mərkəzləri 
yaradılacaq.  
640.
 
Diplomatik  korpusa  xüsusi  immunitetli  və 
imtiyazlı status veriləcək. Diplomatik Korpus multikultural 
tərəf kimi tanınacaq.  
 
 


72
 
 
XVI HİSSƏ: 
 
İDMAN VƏ BƏDƏN TƏRBİYƏSİ SAHƏSİNDƏ 
 
 
641.
 
Məktəblərdə  kütləvi  idman  tərbiyəsi  geniş 
yayılacaq. Dərs öncəsi idman hərəkətləri təşviq olunacaq. 
642.
 
Əhaliyə  (eləcə  də  məktəblilərə)  elektron  idman-
sağlamlıq kartları paylanılacaq. 
643.
 
Ölkədə,  xüsusilə,  böyük  şəhərlərdə  “idman 
məkanları”  təşkil  olunacaq.  İdman  və  bədən  tərbiyəsi 
zonaları təşkil ediləcək. 
644.
 
Uşaqlar idmana geniş şəkildə cəlb olunacaqlar. 
645.
 
“Sağlam  xalq-sağlam  insan  uğrunda”  siyasəti 
tətbiq olunacaq. 
646.
 
İdman  və  bədən  tərbiyəsi  ilə  bağlı  yeni 
strategiyalar, konsepsiyalar qəbul ediləcək. 
647.
 
Məktəblərin idman bazası zənginləşdiriləcək. 
648.
 
Kollektiv  idmanın  formalaşmasına  üstünlük 
veriləcək. 
649.
 
Hokkey,  futbol,  həndbol,  voleybol,  basketbol, 
voterbol kimi idman növləri inkişaf etdiriləcək. 
650.
 
Mədəni-bədii  idman  növləri  (bədii  gimnastika  və 
s.) geniş inkişaf etdiriləcək. 
651.
 
Yüngül  atletikanın  inkişafına  xüsusi  fikir 
veriləcək. Su idmanları təşviq ediləcək. 
652.
 
Respublika  üzrə  marafon  yarışları  təşkil 
olunacaq. 
653.
 
Əhalinin sağlamlığı üçün velosipedlərdən istifadə 
genişləndiriləcək. 
654.
 
Yeni idman şəhərciyi salınacaq. 
655.
 
İdman şəhərcikləri kənarlarda inşa olunacaq. 
656.
 
Sülh idman tədbirləri təşkil olunacaq. 
657.
 
Həmrəylik idman növləri keçiriləcək. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə