Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə20/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

66
 
 
568.
 
Rusiyanın 
barışdırıcılıq 
missiyasının 
genişləndirilməsinə çalışılacaq. 
569.
 
Türkiyə,  İran,  Gürcüstan,  Qazaxıstan,  Türkmə-
nistan  və  Ərəb  dünyasının  vasitəçilik  missiyasının 
formalaşdırılmasına çalışılacaq. 
570.
 
Barışdırıcılıq üçün BMT-nin imkanlarından geniş 
istifadə  olunacaq.  Sülhə  gəlmək  üçün  müraciətlər 
genişləndiriləcək. 
571.
 
Barışığı  təmin  edə  biləcək  konfranslar,  digər 
görüşlər keçiriləcək. 
572.
 
Qafqaz xalqlarının dostluq konqresi keçiriləcək. 
573.
 
Ermənilər 
ölkəyə  turist  səfərlərinə  dəvət 
olunacaqlar. 
574.
 
Hərbi  vasitələr  passivləşdiriləcək.  Atəşkəsdən 
silahları yerə qoymağa keçidlər ediləcək. 
575.
 
Ermənistanla  sərhəd bölgələr  “dostluq zolaqları” 
elan olunacaq. 
576.
 
Ermənilərin  Azərbaycanda  yaşamalarına  zəma-
nət siyasəti formalaşacaq. 
577.
 
Ermənilər ölkə iqtisadiyyatına dəvət olunacaq. 
578.
 
Erməni  dilinin  tədrisi  geniş  yayılacaq.  Erməni 
xalqının mədəniyyəti öyrəniləcək.  
579.
 
Cənubi  Azərbaycanlıların  dost  yaratmaq  poten-
sialından istifadə olunacaq. 
580.
 
Gürcüstan,  Türkiyə  və  Rusiyada  erməni 
diasporaları ilə mütəmadi dostluq görüşləri geçiriləcək. 
581.
 
ArmAz  (Erməni-Azərbaycan)  nigahlarının  təşki-
linə çalışılacaq. 
582.
 
Erməni  və  Azərbaycanlı  uşaqların  dostluq 
körpüsü  yaradılacaq.  “Göyərçin  diplomatiyası”ndan  isti-
fadə olunacaq. 
583.
 
İki  xalqın  birgə  mədəniyyət  və  incəsənət 
sərgilərinin keçirilməsinə çalışılacaq.  


67
 
 
584.
 
Bütün  ərazilərin  (döyüş  bölgələrinin)  hərbi-
sizləşdirilməsi təşəbbüsləri irəli sürüləcək. 
585.
 
İki  xalqın  din  və  mədəniyyət,  həmçinin  elm 
xadimləri arasında dostluq körpüsü yaradılacaq. 
586.
 
Azərbaycanda  Ermənistan  mədəniyyəti  gün-
lərinin keçirilməsi təşəbbüsləri ilə çıxışlar ediləcək. 
587.
 
Ermənistanda  Azərbaycan  mədəniyyəti  gün-
lərinin keçirilməsi təşəbbüsləri irəli sürüləcək. 
588.
 
İki  xalqın  dostlaşmasına  dair  musiqi  əsərləri 
bəstəniləcək. 
589.
 
Sərhədlərdə  iki  xalqın  daimi  görüş  punktları 
təşkil olunacaq. 
  
 
 


68
 
 
XV HİSSƏ: 
 
XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR 
SAHƏSİNDƏ 
 
 
590.
 
Ölkənin  xarici  siyasəti  xalqı  resurslarla  təmin 
etmək və ölkənin təhlükəsizliyini qorumaq məqsədilə təşkil 
olunacaq. 
591.
 
Ölkə beynəlxalq əlaqələr müstəvisində ləyaqətlə 
təmsil olunacaq. 
592.
 
Ölkə  “Humanist  və  beynəlmiləl  dövlət”  statusu 
ilə tanınacaq. 
593.
 
Xarici  siyasət  beynəlxalq  hüquq  prinsiplərinə 
söykənərək həyata keçiriləcək. 
594.
 
Xarici  siyasətdə  güzəştli  prinsiplər  tətbiq 
olunacaq. 
595.
 
Xarici siyasət çalarlı format üzərində qurulacaq 
və  əlaqələrin  yumşaldılmasına  və  sadələşdirilməsinə 
xidmətlərə yönəldiləcək.  
596.
 
Xarici  siyasət  multilateralizm  (çoxtərəfli  faydalı 
əməkdaşlıq  konsepsiyası)  və  bilateralizm  (ikitərəfli  faydalı 
əməkdaşlıq konsepsiyası) prinsipləri üzərində qurulacaq.  
597.
 
Xarici  siyasət  çoxvektorlu  əsaslarla  təşkil 
olunacaq.  Ölkə  Şərq-Qərb,  Şimal-Cənub  cəhətləri  üzrə 
əməkdaşlıq həyata keçirəcək. 
598.
 
Regional iqtisadi, siyasi və mədəni inteqrasiyaya 
üstünlük veriləcək. 
599.
 
Region  ölkələri  ilə  yüksək  səviyyəli  dostluq 
münasibətləri qurulacaq. 
600.
 
Rusiya, 
Türkiyə, 
İran, 
Gürcüstan 
və 
Ermənistanla sıx dostluq münasibətləri yaradılacaq. 
601.
 
Ermənistanın 
regional 
əməkdaşlığa 
cəlb 
olunması üçün əsaslı işlər görüləcək. 


69
 
 
602.
 
Xarici  siyasətdə  “Yeni  qonşuluq”  prioritetləri 
qəbul olunacaq. 
603.
 
Regional  təşkilatlanma  siyasətinə  üstünlük 
veriləcək. 
604.
 
Azərbaycan  regional  təşkilatların  aktiv  üzvünə 
çevriləcək. 
605.
 
Ermənistan, 
İran,  və  Rusiyanın  regional 
layihələrə qoşulması siyasəti təşviq olunacaq.  
606.
 
Regional  enerji  və  infrastruktur  layihələri 
region  dövlətlərinin  maraqları  nəzərə  alınmaqla  həyata 
keçəcək. 
607.
 
 Rusiyanın  regional  layihələrdə  maraqları  ciddi 
nəzərə alınacaq. 
608.
 
Rusiyanın  enerji  ehtiyatlarının  dünya  bazarına 
çıxarılması  üçün  ölkənin  tranzit  məkan  kimi  istifadə 
olunması təşəbbüsü ilə çıxış ediləcək. 
609.
 
Rusiya 
ilə 
xüsusi 
ittifaq 
dövlətinin 
yaradılmasına çalışılacaq. 
610.
 
Xarici ölkə vətəndaşlarının dövlət idarəçiliyində 
iştirakına geniş yer veriləcək. 
611.
 
Region  dövlətlərinin  vətəndaşları  üçün  xüsusi 
statuslar müəyyən ediləcək. Əlavə imtiyazlar veriləcək.  
612.
 
Türkiyə-Rusiya, 
İran-Rusiya 
strateji 
əməkdaşlığında  Azərbaycanın  aktiv  rol  oynamasına 
çalışılacaq. 
613.
 
Azərbaycan  regionda  yumşaq  və  güzəştli  xarici 
siyasət yürüdəcək. 
614.
 
Azərbaycan 
beynəlxalq 
sülh  konfransları, 
sammitləri, konqresləri mərkəzinə çevriləcək. 
615.
 
Ölkə pasifizm ideyaları mərkəzinə çevriləcək. 
616.
 
Ölkə 
dünya 
xalqlarının 
mədəniyyət 
mərkəzlərindən birinə çevriləcək. 
617.
 
Multikulturalizm mərkəzi ideyanı təşkil edəcək. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə