Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə15/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

48
 
 
VIII HİSSƏ (I BÖLMƏ): 
 
İQTİSADİYYAT SAHƏLƏRİNDƏ 
  
326.
 
Yeni  iqtisadi-texnoloji  strategiyalar  qəbul  edi-
ləcək.  
327.
 
“Gələcək 
iqtisadiyyat” 
strategiyası 
qəbul 
olunacaq. 
328.
 
İqtisadiyyatda  “cəmiyyət  sifarişi”  siyasəti  üstün-
lük təşkil edəcək. 
329.
 
Böyük  iqtisadi  layihələrdə  cəmiyyətin  rəyi  və 
sifarişi  nəzərə  alınacaq.  Layihələr  açıq  müzakirələrə 
çıxarılacaq. 
330.
 
Ölkədə  planlı  və  proqnozlu  iqtisadiyyat  inkişaf 
etdiriləcək. 
331.
 
Analitik və elmi iqtisadiyyat formalaşdırılacaq. 
332.
 
Bazarda istehsalatın və pul kütləsinin həcmi taraz 
və üzvi şəkildə artırılacaq. 
333.
 
İstehsalatı  gücləndirmək  və  bazara  çıxan 
məhsulların satışını artırmaq məqsədilə bayram günlərində 
əhaliyə əlavə ödənişlər ediləcək.  
334.
 
Ödəniş  vasitəsi  kimi  beynəlxalq  valyutaların 
istifadəsinə geniş yer veriləcək. 
335.
 
Beynəlxalq  valyuta  zonalarının  “Asan  ödənişi” 
məkanları, sahələri yaradılacaq. 
336.
 
Məhsulların “Kütlə və çeşid” istehsalına üstünlük 
veriləcək. “Kəmiyyətli iqtisadiyyat” formalaşdırılacaq. 
337.
 
Keyfiyyətli 
məhsul 
istehsalı 
prosesləri 
formalaşdırılacaq. 
338.
 
Məhsulun  keyfiyyətinə  nəzarət  üzrə  standartlar 
qəbul ediləcək.  
339.
 
İqtisadiyyatda  monopoliyaya  imkan  verilmə-
yəcək. 


49
 
 
340.
 
İqtisadiyyatın 
təmərküzləşməsi 
prosesləri 
sürətləndiriləcək.  
341.
 
Kiçik  və  orta  sahibkarlıq  dəstəklənəcək.  Bu 
sahələr iqtisadiyyatın baza sütunu kimi qəbul ediləcək.  
342.
 
Sahibkarlıq üçün güzəştli siyasət (kredit və vergi 
siyasəti) tətbiq olunacaq. 
343.
 
Sahibkarların  fəaliyyətinə  dövlət  zəmanəti  veri-
ləcək. 
344.
 
Sərbəst istehsalat və ticarət zonaları yaradılacaq.  
345.
 
Əhalinin,  xüsusilə  iş  qabiliyyəti  güclü  olan 
gənclərin  əmək  potensialından  yüksək  səviyyədə  istifadə 
olunacaq. 
346.
 
“Gənclər  istehsalatda”  prinsipləri  və  şüarları 
geniş yayılacaq. 
347.
 
Gənclərdə  əmək  vərdişləri,  istehsalat  vərdişləri 
geniş təbliğ olunacaq.  
348.
 
Vergi  ödəyicilərinin  sayı  çoxaldılacaq.  Dövlət 
büdcəsinə gəlirlər vergilərin artımı, qiymətlərin artımı yolu 
ilə  yox,  vergi  ödəyicilərinin  say  artımı  hesabına  baş 
verəcək. 
349.
 
“Made  in  Azerbaijan”  etiketləri  yaradılacaq, 
milli brendlər təşkil olunacaq. 
350.
 
“Made  in  Azerbaijan”  brendi  ilə  transmilli 
korporasiyalar təşkil olunacaq. 
351.
 
Əhaliyə  ildə  dövlət  hesabına  pulsuz  olaraq 
müəyyən məbləğdə benzin, dizel və maye qaz veriləcək.  
352.
 
Xarici  ticarətə  üstünlük  veriləcək.  Azərbaycan 
məhsullarının beynəlxalq bazarları genişləndiriləcək. 
353.
 
İxracat strategiyası qəbul ediləcək. 
354.
 
İdxal və ixrac balansı tarazlaşdırılacaq. 
355.
 
Tikinti 
sektoru 
hesabına 
iqtisadiyyatın 
dinamikliyi və çevikliyi təmin olunacaq. 
356.
 
Şəhərlərdə  yeni  tikinti  layihələri  icra  olunacaq. 
Yeni tipli qəsəbələr salınacaq.  


50
 
 
357.
 
Tikintidə  yeni  kənd  modelləri  tətbiq  olunacaq. 
Yeni standartlı kəndli məhəllələri salınacaq. 
358.
 
Neft  və  qaz  məhsulları  ölkə  üçün  aşağı  prioritet 
məhsul kimi təqdim olunacaq. Ölkə üçün strateji əhəmiyət 
kəsb edən yeni texnoloji məhsulları istehsal olunacaq. 
359.
 
İstehsalatı və ticarəti gücləndirmək üçün bayram 
günlərində  əhaliyə  əlavə  ödənişlər  ediləcək.  İqtisadiyyata 
dövlət qayğısı göstəriləcək. 
360.
 
 “Bankoman”  siyasəti  tətbiq  olunacaq.  Əhaliyə 
bank dəstəyi göstəriləcək. 
361.
 
İqtisadiyyat  sahələri  müflisləşməkdən,  iflasdan 
sığortalanacaq. 
362.
 
Siğortalı,  inamlı,  etibarlı,  ümidli  və  təhlükəsiz 
iqtisadiyyat yaradılacaq. 
363.
 
Sağlam bank və maliyyə mühiti yaradılacaq. 
364.
 
Yeni  iqtisadi  standartlar  tətbiq  olunacaq.  “Asan 
iqtisadi” strategiyalar qəbul olunacaq. 
365.
 
İqtisadiyyatın  sosiallaşması  siyasəti  həyata 
keçiriləcək.  
 
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə