Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

29
 
 
47.
 
 Cəmiyyətə  məmur  təzyiqi  azaldılacaq.  İmpulsiv 
idarəçilik və impulsiv əlaqələr təşkil olunacaq. 
48.
 
 Məmur  üstünlüyünün  və  məmur  avtoritarlığının 
aradan  qaldırılması  siyasəti  yürüdüləcək.  Cəmiyyət 
üzərində məmur basqısı ləğv ediləcək.  
49.
 
 Dövlət  qulluqçularının  və  məmurların  həyat  şəraiti 
yaxşılaşdırılacaq. Yüksək əmək haqları müəyyən olunacaq. 
50.
 
 Məmur-vətəndaş doğmalığı formalaşdırılacaq. 
51.
 
 Ölkədə  “Yeni  həyat  standartları”  (yüksək  və  sadə 
formalı və məzmunlu) tətbiq olunacaq. 
52.
 
 Hakimiyyətdə  təmsil  olunmanın  sadə  formulası 
tətbiq olunacaq. 
53.
 
 Məmurlarla  birlikdə  sadə  həyat  forması  yaşa-
nılacaq. 
54.
 
 Dövlət rəhbərinin mühafizəsi sadələşdiriləcək. Artıq 
məsrəflərdən uzaq olunacaq. 
55.
 
 Dövlət vəsaiti lazımi yerlərə yönləndiriləcək.  
56.
 
 Sıx,  bərk  inzibati  şəbəkə  yaradan  dövlət  struk-
turlarının  sayı  azaldılacaq.  Bürokratik  əngəllər  aradan 
götürüləcək. 
57.
 
 Dövlət  büdcəsinin  mənalı  xərclənməsi  siyasəti 
yürüdüləcək.  Dövlət  büdcəsi  sosial  yönümlü  olacaq.  Yükü 
azaldılacaq. 
58.
 
 Dövlət büdcəsinə və dövlət fondlarına xalqın mülkü 
kimi baxılacaq. 
59.
 
 Dövlət  büdcəsi  və  fondlara  ictimai  nəzarət 
gücləndiriləcək. 
60.
 
 Dövlət büdcəsi və fondların xərcləri barədə insanlar 
geniş məlumatlandırılacaqlar. 
61.
 
 Şəffaf  idarəçilik  formalaşdırılacaq.  Açıq  cəmiyyət 
və  hakimiyyət  üzərində  vətəndaş  cəmiyyətinin  nəzarəti 
mexanizmləri təşkil olunacaq. 
62.
 
 Dövlət  büdcəsinin  şəffaf  xərclənməsi  siyasəti  tətbiq 
olunacaq. 


30
 
 
63.
 
 Vətəndaşlarla 
sadə  ünsiyyət  forması  təşkil 
olunacaq. 
64.
 
 Vətəndaşlar  şəxsən  qəbul  ediləcək  və  problemləri 
dinləniləcək.  
65.
 
“Vətəndaş  günü”,  “Vətəndaş  həftəliyi”,  “Vətəndaş 
aylığı” layihələri tətbiq ediləcək. 
66.
 
 Bütün  sakinlərlə  vaxtaşırı  telekörpülər  təşkil 
ediləcək. 
67.
 
Dövlət  rəhbəri  ilə  vətəndaşlar  arasında  internet 
onlayn əlaqə təşkil olunacaq. 
68.
 
 Vətəndaş  cəmiyyəti  gücləndiriləcək.  Hakimiyyətə 
vətəndaş nəzarəti formalaşacaq. 
69.
 
 Hüquqi dövlət siyasəti gücləndiriləcək. 
70.
 
 Qanunvericilik  sənədləri  sadələşdiriləcək.  Hamının 
başa düşə biləcəyi sadə normalar sistemi yaradılacaq. 
71.
 
 Cəmiyyətin  inkişafına  əngəl  olan  qanunvericilik 
vasitələri və qurumları ləğv olunacaq. 
72.
 
 Hər 
kəsin 
qabiliyyəti, 
istedadı  və  bacarığı 
cəmiyyətin və həmin şəxsin mənafeyinə yönləndiriləcək. 
73.
 
 Qərarlar 
cəmiyyətlə 
birgə 
(cəmiyyətin 
rəyi 
əsasında) qəbul olunacaq. 
74.
 
 Mühüm  qərarlar  cəmiyyətin  müzakirəsinə  bura-
xılacaq. Cəmiyyətin rəyi əsasında qəbul olunacaq. 
75.
 
 Dövlətin  strateji  qərarları  “Xalqla  birgə  konsep-
siya”nı təşkil edəcək. 
76.
 
 Xalqın işçi qabiliyyəti artırılacaq. Azərbaycanlıların 
“işçi xalq” statusu möhkəmləndiriləcək. 
77.
 
 Elita  və  əks-eltadan  ibarət  hakimiyyət  və  vətəndaş 
koalisiyası təşkil olunacaq. 
78.
 
 Siyasi  rəqiblərə  və  müxalifət  qurumlara  hörmətlə 
yanaşılacaq.  
 
 
 


31
 
 
II HİSSƏ: 
 
SİYASİ SİSTEMLƏ BAĞLI 
 
79.
 
 Siyasi 
mühit  tam  sərbəstləşəcək  və  rənga-
rəngləşəcək. 
80.
 
 Dövlət 
quruluşunun  dəyişdirilməsi  siyasətinə 
baxılacaq.  Respublikadan  Konstitusiyalı  Monarxiyaya 
keçidlər ediləcək. 
81.
 
 Yeni konstitusiya layihəsi hazırlanacaq. Azərbaycan 
Monarxiyasının Konstitusiyası qəbul olunacaq. 
82.
 
 Azad  söz  mərkəzi  olan  “Ümumxalq  Məclisi”  təşkil 
olunacaq. 
83.
 
 “Ümumxalq  Məclisi”nin  Sədri  kimi  Kral-dövlət 
başçısı-müəyyən olunacaq. 
84.
 
 Ümumxalq 
Məclisində  hakimiyyət  və  qeyri-
hakimiyyət tərəfləri təmsil olunacaq. 
85.
 
 Ümumxalq 
Məclisində 
həmsədrlik 
institutu 
formalaşdırılacaq. 
86.
 
 Dövlət  rəhbərinin  birbaşa  hakimiyyət  rəhbəri 
səlahiyyətləri məhdudlaşdırılacaq. 
87.
 
 Dövlət  rəhbəri  hakimiyyətlərin  ümumi  rəhbəri 
statusuna malik olacaq. 
88.
 
 Dövlət  rəhbərinin  icra  hakimiyyəti  səlahiyyətləri 
azaldılacaq. 
89.
 
 İcra  hakimiyyətinin  əsasları  qanunverici  orqanda 
müəyyən olunacaq. 
90.
 
 Ədalətli  məhkəmə  hakimiyyətinə  üstünlük  veri-
ləcək. 
91.
 
 Seçkili məhkəmə sistemi də formalaşacaq. 
92.
 
 Sahə (ixtisas) məhkəmələri yaradılacaq. 
93.
 
 Qanunverici  qurumda  siyasi  partiyaların  fəallığı 
artırılacaq. 
94.
 
 Proporsional  və  majoritar  seçki  sistemi  forma-
laşdırılacaq. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə