Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə3/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   2   3   4   5   6   7   8   9   ...   85

8
 
 
Genişlənmə  məkanı  məhdud  olan  fikir  daima  ehkama 
çevrilir,  yəni,  doqmalaşır.  Məbədləşir  və  möhkəmlənir. 
Uzunmüddətli  olur.  Ondan  o  tərəfə  olan  fikir  isə  ehkamın 
daxilinə,  eninə  və  uzununa  doğru  dərinləşən  olur.  Nəticədə 
fikir  sadələşir,  fikrin  geniş  prosesi  ilk  rüşeyminə  qayıdır. 
Deməli,  sadəlik  və  mürəkkəblik  bütün  piklərdə  sadəlikdən, 
ilkin  rüşeymdən  ibarət  olur.  Bu  baxımdan  da  fikir  mütləq  və 
dəyişən  əsaslı  olur.  Keçidlər  sadədən-sadəyə  adlayır.  Buna 
görə  də  istənilən  başlanğıc  fikir  sadədir,  adidir,  mürəkkəbin, 
bərkliyin,  ehkamın  tərkibidir.  Bu  nöqteyi-nəzərdən  bütün 
müstəvilərin tərkibində sadəlik dayanır. 
Yazılan,  oxuculara  təqdim  olunan  əsərdə  fikirlər  çox 
istiqamətli  və  çox  məzmunludur.  Fikirləri  ehkam  və  dəyərli 
tezis kimi də qəbul etmək olar, həmçinin adi cümlələr kimi də 
dərk etmək mümkündür.  
 
Elm adamlarının vəzifə və funksiyaları haqqında.  
Elmlə məşğul olan şəxslərin vəzifə və məsuliyyətlərinə aid 
olur: 
-cəmiyyətin, bəşəriyyətin düşüncə sütunlarına çevrilmək; 
-düşünmək-hadisələr axarını, həyatı, təbiəti, mənəviyyatı; 
-müşahidə etmək-hadisələri, prosesləri
-qeyd  etmək-düşündüklərini,  gəldiyi  qənaətlərini,  müla-
hizələrini; 
-fikirlərini bölüşmək, paylaşmaq
-əks  fikirləri  qəbul  etmək-yeni  fikirləri  öyrənmək  məq-
sədilə; 
-inkarları və əks tezisləri analiz etmək; 
-hadisələri yönləndirmək üçün fikir sistemini yaratmaq
-fikir modellərini və formulalarını tətbiq etmək; 
-dialoqlar qurmaq; 
-ideya və təşəbbüslərlə çıxış etmək, gələcəyi düşünmək; 
-mənfiliklərlə barışmamaq; 


9
 
 
-passivliyi 
lazımi  anlarda  aktivliyə,  yəni,  qeyri-
müəyyənliyi müəyyənliyə çevirmək
-yenilikləri tapmaq, kəşf etmək, ixtiralarla məşğul olmaq
-sağlam ruh və cəmiyyət haqqında düşünmək; 
-cəmiyyətin,  bəşəriyyətin  mədəni  konstruksiyasını  dü-
şünmək; 
-cəmiyyətin,  dövlətin,  bəşəriyyətin  faydalı  əsaslarını  iş-
ləyib hazırlamaq; 
-barışmazlıq və üsyankarlıq xarakterində olmaq
-idealizmlə realizmi uyğunlaşdırmaq; 
-mövcud zamanla gələcək arasında fikir körpüsü yaratmaq, 
futurist olmaq; 
-humanizm modellərini formalaşdırmaq və s.  
 
Bölünməzlik  və ölməzlik haqqında. Canlıların mənbəti 
və mənşəyi. Fizika elminə görə ən kiçik varlıq atomdur. Atom 
özü  də  nüvə  və  onun  ətrafında  olan  elektrondan  ibarətdir. 
Nüvənin tərkibi proton və neytronlardan təşkil olunur. Ən sadə 
nüvə  hidrogen  atomundadır.  Deməli,  ən  kiçik  varlıq  zərrə-
cikdir.  Təbii  ki,  atom  və  nüvə,  eləcə  də  zərrəcik  ayrı  deyil, 
bitişikdir.  Mənim  şəxsi  fikrimdir.  Elmin  qənaətindən  xəbərim 
yoxdur. Yəni, nüvə, elektron birdir, birləşikdir. Məsafə yoxdur. 
Ara  yoxdur.  Alimlərin  dediyinə  görə  ən  yüngül  element  hid-
rogenlə  bağlıdır.  Hidrogen  atomu  yüngüldür.  İndi  keçək 
kainata.  –Kainatda  ən  kiçik  varlıq  zərrəcikdir.  Zərrəciyin 
yüngülü hidrogendir. Axı, hidrogen tək ola bilməz. O, birləşir. 
Buna  görə  də  kosmik  fəzada  hidrogen  cəmi  var.  Atomlar 
birləşəndə  hidrogen  başqa  elementə  çevrilir.  Belə  təsəvvür 
etsək, qənaətə gələrik ki, birləşmə sayəsində atomların sayı çox 
olan  elementlər  yaranır.  Deməli,  kainatın  əsası  passiv  zərrə-
ciklərdən  ibarətdir.  Ən  yüngülündən,  onların  birləşməsindən 
ağırlar yaranır. Onda kütlə hesabına deyək ki, oksigen çoxdur. 
Bərk  materiyalarda,  qaz  halında  olan  materiyalarda  mayeli, 
qazlı maddələr çoxdur. Təbii ki, onların rüşeymi, başlanğıcı ən 


10
 
 
sadəyə  -bölünməzliyə  bağlıdır.  Kainat  hidrogen  birləş-
mələrindən  meydana  gələn  çoxatomlu  müstəvidir.  Deməli, 
oksigen  və  digər  maddələr,  elementlər  çoxluq  təşkil  edir. 
Kainatın  passiv  hissəsi  aktivə  çevriləndə  hidrogen  elementi 
çoxalır.  Çünki  parçalanmada  yüngülləşmə  əmələ  gəlir.  Gü-
nəşdən yüngül elementlər ətrafa yayılır. Ancaq Günəşə, deyək 
ki,  ağır  elementlər  (atom  sayı  çox  olan  elementlər)  daxil  olur. 
Günəşə passiv axın daxil olur, aktiv axın çıxır. Çox güman ki, 
passivlə aktiv arasında kəmiyyət eynidir. Günəşdə təkcə yüngül 
elementlər  ola  bilməz.  Ona  görə  ki,  orada  da  sıxlaşma  gedir. 
Günəş şüalarında oksigen, karbon və digər elementlər maddələr 
ola  bilər.  Günəş  şüalarında  maddə  kimi  su  mövcuddur.  Hava 
mövcuddur.  Günəş  planeti  hava  (atmosferlə)  və  su  ilə  təmin 
edir. Lakin planetlər müxtəlif məsafələrdə olduğundan müxtəlif 
birləşmələrə malik olurlar. 
Kainatda  passivlik  daha  çoxdur.  Çünki  mənbə  rolunu 
oynayır.  Aktivlik  çox  olsa  kainatın  dayağı  olmaz.  Passivlik 
üzərindəki aktivliyi tarazlaşdırır. Onun üçün mənbədir. Deməli, 
ulduzların,  o  cümlədən  Günəşin  mənbəyi  kainatın  fəzasının 
özüdür. Sadəcə olaraq bu mənbədən Günəş əmələ gəlir. Günəş 
də bütün ulduzlarla bərabər kainatı hərəkətdə saxlayır.  
Kainatın  bölünməz  elementi  onun  hər  bir  hissəsində 
olduğundan  kainatın  mərkəzi  də  yoxdur.  Kainatdakı  qalak-
tikaların (ulduz topalarının) mərkəzi ola bilir.  
Ən  kiçik  zərrəcik-bölünməzlik  ən  güclüdür,  ona  görə  ki, 
bölünmür.  Ona  təsir  edən  qüvvə  onu  hərəkətə  gətirir.  Sonsuz 
istilikdə  və  ya  da  soyuqda  (passivlik  və  aktivlikdə)  bölün-
məzlik olan rüşeym (zərrəcik) ölmür. Buradan bir haşiyə çıxaq 
ki,  ən  kiçik  canlılar,  zərrəciklər  orqanizmdə  ölmürlər.  İnsan 
öləndə  belə  onun  orqanizmisini  təşkil  edən  ən  kiçik  zərrəcik 
ölmür. Torpaqda qalır. 
Havada olan ən kiçik zərrəciklər ölmür. Onlar torpağa-suya 
qarışanda  maddələr  əmələ  gətirirlər.  Deməli,  Yer  üzündə 
canlılar  tam  ölmürlər.  Torpağa,  suya  və  havaya  qarışırlar. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə