Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə57/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

198
 
 
-verilişlər 
vasitəsilə 
insanların  hüquqları  haqqında 
maariflənmə  həyata  keçirilir.  Dövlətin  hüquq  siyasətinin 
məzmunu işıqlandırılır; 
-verilişlər  vasitəsilə  dövlətin  və  cəmiyyətin  hüquqi,  sosial 
və siyasi vəziyyəti barədə məlumatlar çatdırılır; 
-efir  yaradıcılığı  məhsulu  ilə  xalqın  şifahi  yaradıcılığı, 
şifahi  ədəbiyyatı  və  yazılı  ədəbiyyatı  geniş  oxucu  kütləsinə 
çatdırılır. 
 
Yazılma tarixi -04 fevral 2016-cı il  
 
Cəmiyyətin mədəni əsaslarla formalaşmasında tele  
və radio efirin, elektron və mətbu informasiya vasitələrinin 
rolu 
 
 
Cəmiyyət 
sosial 
bir 
fenomen 
olaraq, 
insanların 
maraqlarının mərkəzləşdiyi  ali bir ünsiyyət  sferasıdır,  əlaqələr 
qurumudur.  Cəmiyyət  insan  maraqlarını  müdafiə  edən  əsas 
ümumiləşdirici  və  təbəqələndirici  mərkəzdir.  Cəmiyyət  insan 
maraqlarını  təmin  edən  baza  dəyər  müstəvisidir.  İnsanlar  öz 
mədəni  yaradıcılığı  və  quruculuğu  ilə  cəmiyyət  sferasına 
dəyərlər  qatırlar.  İnsanlar  öz  varlıqları  ilə  cəmiyyətə  faydalar 
verirlər və şəxsi maraqlarını da ümumi maraqlar kontekstindən 
təmin  etməyə  çalışırlar.  Cəmiyyətdə  olan  mədəni  normaların 
çoxluğu  özlüyündə  dəyərlərin  çoxluğundan  xəbərt  verir. 
Cəmiyyətdə  müxtəlif  potensiala  malik  olan  elementlər: 
subyektlər,  ünsürlər,  vasitələr  qarşılıqlı  əlaqələr  fonunda 
ümumi bir panoramanı təşkil edirlər. Cəmiyyət istifadə edən və 
istifadə  olunan  tərəflərdən  ibarətdir.  Cəmiyyət  öz  tərkib 
elementlərinə görə rəngarənglikdən, müxtəlif çalarlardan təşkil 
olunur.  Bu  çalarlar  həm  subyektlərdə  əks  olunur,  həm  də 
subyektlərin  maraqlarında  əksini  tapır,  ifadə  olunur.  Cəmiyyət 
onda  olan  müxtəlif  proseslər  və  hadisələr  məcmusu 
baxımından  rəngarəng  bir  müstəvidən  ibarətdir.  Rəngarənglik 


199
 
 
bir  tərəfdən  cəmiyyətin  stratifikasiyasını  meydana  gətirir, 
təbəqələrini  yaradır,  digər  tərəfdən  də  baza  və  üst  qatlar 
arasında olan şərti bağlılığı və bütövlüyü üzərə çıxarır. 
Cəmiyyət  öz-özünü  idarə  edən  və  maarifləndirən  bir 
strukturdur. Cəmiyyətin maariflənməsi onun biliklə və savadla 
təmin olunmasından ibarətdir. Biliklər və savad qaydaları təşkil 
edir,  norma  və  ifadələrdən  ibarət  olur.  Bu  norma  və  ifadələr 
ölçüləri müəyyən edir və ölçülər də insan həyatının təminatını 
həyata  keçirir.  Bu  baxımdan  da  maariflənmə  elə  həyatda 
yaşayış  qaydalarını  müəyyən  etməkdən  ibarət  olan  bir 
prosesdir.  Maariflənmə  bilik  və  savaddan  ibarət  olmaqla 
müəyyənləşdirmə,  qeyri-müəyyənliyi  müəyyənliyə  çevirmə 
prosesidir. 
Maariflənmə 
aydınlaşma  və  aydınlaşdırma 
prosesidir.  
Cəmiyyətin  mədəni  əsasları  onun  üzvlərinin  mədəni 
(burada  əxlaqi  və  yaradıcı,  qurucu)  qabiliyyətindən,  ali 
davranış  nümunələrindən  meydana  gəlir.  O  cəmiyyətlər  daha 
çox  mədəni  olurlar  ki,  onlarda  inkişaf  sistemli  olur,  üzvləri 
rasional  təfəkkürə  malik  olurlar,  həmçinin  fəlsəfi  dəyərləri 
özlərində,  düşüncə  və  əməllərində  əks  etdirirlər.  Cəmiyyətin 
mədəni  əsasları  həmin  cəmiyyətin  sistemli  qaydada  qurucu  və 
yaradıcı  olmasından  irəli  gəlir.  Eləcə  də  əxlaqi  və  normativ 
davranış modelinin yüksək səviyyəsi məhz cəmiyyətin mədəni 
olmasını şərtləndirən amillərdəndir. 
Cəmiyyətin  mədəni  normalarla  geniş  şəkildə  təmin 
olunmasında,  norma  və  qaydaların,  bilik  və  savadın 
yayılmasında, artmasında kütləvi informasiya vasitələrinin rolu 
danılmazdır.  İnsanlar  informasiyaları,  hadisələr  haqqında  olan 
məlumatları  müxtəlif  vasitələrlə  bir-birilərinə  ötürürürlər. 
Burada informasiya vasitələrinin: informasiya hazırlayan, emal 
edən, yayan vasitələrin rolu danılmazdır. İnformasiya vasitələri 
hər  an  informasiyanı  yayan  ünsürlər  kimi  əhəmiyyət  kəsb 
edirlər.  İnformasiya  özü  də  insanların  hazırlıqlı  həyatları  üçün 
xüsusi  rola  malik  olur.  Müasir  zamanda  informasiyalar 


200
 
 
cəmiyyətin  müstəvisini  formalaşdıran  dəyərlər,  ünsürlər 
rolunda  çıxış  edir.  İnformasiyalar  insanları  idarə  edir.  Dövlət 
hakimiyyəti  də  insanları  informasiya  yolu  ilə  idarə  edir. 
Dövlətin  siyasəti,  qanunvericiliyi,  qanunvericilik  normaları 
informasiya  və  bu  baxımdan  bilik  və  savad  rolunu  oynayır. 
Bilikləri  yayan  vasitələr  qismində  həm  də  kütləvi  informasiya 
vasitələri  çıxış  edir.  Biliklərin  yayılması  və  mənimsənilməsi 
maariflənmə proseslərini həyata keçirir.  
Cəmiyyətin  mədəni  əsaslarla  formalaşması  onun  etik-
estetik  baxımdan  formalaşması  mənasını  verir.  Cəmiyyət 
üzvlərinin  əxlaqi  davranışı  onun  mədəni  müstəvisinin 
formalaşmasında  mühüm  rol  oynayır.  Kütləvi  informasiya 
vasitələri davranış  kodekslərinin  formalaşmasında  əvəzsiz rola 
malik olurlar. Belə ki, cəmiyyətdə fərdlərin yaratdığı normalar 
əsasında davranış kodekslərini KİV cəmiyyətə çatdırır. Burada 
olan  qaydalardan  cəmiyyət  faydalanır.  Cəmiyyət  mədəni 
cəhətdən idarəçilik məzmununu özündə əks etdirir.  
Kütləvi informasiya vasitələrinin təşkili də cəmiyyətdə bir 
mədəni  fenomendir.  KİV-lər  mədəni  proseslərin  təmin 
olunmasında  da  təşkiledici  ünsür  kimi  əhəmiyyət  kəsb  edir. 
KİV-lərdə mədəni proseslər yaranır və cəmiyyətlərə ötürülür.  
KİV-in  cəmiyyətin  mədəni  əsaslarla  formalaşmasında 
əhəmiyyətini bu şəkildə ümumiləşdirmək olar: 
-KİV 
(kütləvi 
informasiya 
vasitələri) 
hadisələrin 
obrazlanmasını təmin edən vasitə rolunu oynayır; 
-KİV  hadisələrin  təfərrüatının  işıqlanmasında  mühüm 
funksiya daşıyır; 
-KİV  fərdi  düşüncələrdən  meydana  gələn  ifadələri 
cəmiyyətə  çatdırır,  cəmiyyətdə  bilik  və  savad  mənbəyini 
yaradır; 
-KİV  informasiya  yayım  yolu  ilə  düşüncələrin  vəhdət-
ləşməsini meydana gətirir və norma bütövlüyünü yaradır; 
-KİV  cəmiyyətlə  onun  üzvü  arasında  əyani  və  qiyabi 
bağlılıq yaradır; 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə