Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə48/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

169
 
 
-Dilənçilik; 
-Qaraçılıq; 
-Pinəçilik; 
-Qırçılıq; 
-Qulçuluq; 
-Faytonçuluq; 
-Kotançılıq; 
-Arabaçılıq;  
-Nökərçilik; 
-Ələmçilik; 
-Sələmçilik; 
-Hərraclıq-kiçik yaşlı qızlar üçün; 
-Daş-qalaqçılıq-qadınlar üçün. 
 
Yazılma tarixi-11 avqust 2017-ci il  
Qadınlara cəmiyyətdə hörmət  
 
Küçə  və  prospektləri,  şosse  və  yolları,  meydan  və  parklar 
süpürmək  zəzərli  işdir.  Xüsusilə  qadınlar,  ələlxüsus  da  yaşlı 
qadınlar  üçün  belə  işlərdə  işləmək  dözülməzdir.  Anti-
sanitariyadır.  Gigiyenik  normalardan  kənardır.  Digər  tərəfdən 
də  mənəvi  ağırlığı  var.  Qadınlar  bu  işlərdən  kənarlaşdırılmalı 
və kişilər cəlb olunmalıdır. Düzdür, Azərbaycan kişisi lovğa və 
təkəbbürlüdür.  Zibillədiyi  küçəni  süpürmək  onun  şəxsiyyətinə 
ziddir. Ona görə də əli belində qadınları küçələri təmizləməyə 
səfərbər  edib.  Adını  da  qoyub  ki,  təmizliyə  qadınlar 
baxmalıdır.  
 
Bunları nəzərə alaraq, həm də qadınlara hörmət olaraq, 
qadınlar  əvəzinə  Mərkəzi  Asiyanın  əmək  miqrantlarını 
(məsələn,  tacikləri,  qırğızları-kişilərini)  bu  işlərə  cəlb  etmək 
olar.  
 
Yazılma tarixi-12 avqust 2017-ci il  
 
 


170
 
 
Osmanlı dövlətinin və SSRİ-nin dəyərləri 
 
Sovet  hökumətinin  70  il  ərzində  Mərkəzi  Asiyanın  və 
Qafqazın  türk-müsəlman  coğrafiyasına  verdiyi  məziyyətləri 
(dəyərləri)  700  il  ərzində  Osmanlı  dövləti  və  imperiyası  oğuz 
türklərinə verə bilmədi. 
Ölkədə  (imperiyada),  şərti  deyək  ki,  yüz  hərəmxana 
əvəzinə, bir elmi laboratoriya açılmadı. Ancaq Sovet hökuməti 
türk müsəlmanlarını qısa bir tarixi zamanda elmləşdirdi.  
 
Yazılma tarixi-13 avqust 2017-ci il  
 
Osmanlı dövləti və dünya kəşfləri 
 
Osmanlı imperiyası həm də orta əsrlərin dəniz dövləti olub. 
Bəs, coğrafi kəşflərdə nə əcəb iştirak etməyib? 
Osmanlı  içi  boş  balaban  olub.  700  illik  tarixdə  şeir 
deməklə məşğul olub, moizə oxuyub 
 
Yazılma tarixi-14 avqust 2017-ci il  
 
Sovetlərdən sonra nəyi öyrəndik 
 
27  ildir  ki,  Sovet  hökumətinin  dəyərlər  sistemindən 
ayrılmışıq.  Bu  hökumətdən  qalma  elmi  potensial  və  təhsil 
potensialı  hesabına  ayaqda  qala  bilmişik.  Adətən  region 
dövlətləri,  region  xalqları  dəyərləri  bir-birilərinə  ötürməklə 
məşğul  olurlar.  İnsanlar  dəyərlərin  daşıyıcısına  çevrilirlər.  Bu 
27 ildə qonşularımızdan nələri öyrəndik: 
-Türkiyədən-müğənniliyi, 
aktyorluğu 
(qeyri-peşəkar, 
bayağı aktyorluğu), bayağı şou proqramları; 
-Türkiyədən-dönər satmağı; 
-İrandan  –mollaçılığı,  yas  krallığını.  Ölülərə  hakim 
çıxmanı. Yaxşı ağlaşmanı. Əməllicə məktəb var


171
 
 
-Ərəb  dünyasından-göbək  rəqsini,  oriental  rəqsləri.  Yaxşı 
qəlyan çəkməni; 
-Hər üç dünyadan-saqqal saxlamağı-pintilik əlaməti olaraq; 
-Hər üç dünyadan –qız uşaqlarını məktəbə buraxmamaq. 
 
Yaxşı  ki,  Sovetlər  dönəmindən  qalmış  bir  çox  müasir 
element yuxarıda sadalanan bayağı vərdişlərin cəmiyyətdə tam 
ayaq tutub yeriməsinə imkan vermir.  
 
Yazılma tarixi-14 avqust 2017-ci il  
 
Dünya şöhrətli alim Lütfizadə haqqında 
 
Azərbaycan  xalqı  öz  dünya  şöhrətli,  mötəbər  alimi 
Lütfizadəyə  sahib  çıxmalıdır.  Onun  elmi  irsini  yaşatmalı, 
bugünki  və  gələcək  nəsillərə  dəyər  kimi  təqdim  etməlidir. 
Lütfizadəni elmin örnəyinə çevirmək lazımdır.  
Lütfizadəni, onun dünyada elmi nüfuzunu əbədi yaşatmaq 
üçün bu kimi tədbirlər həyata keçirilməlidir: 
-Azərbaycan  Milli  Elmlər  Akademiyasının  önündə  ona 
heykəl ucaldılmalıdır; 
-Akademiyanın  İnformasiya  Texnologiyaları  İnstitutuna 
onun adı verilməlidir
-Əsərləri (nəzəriyyələri) ölkədə geniş yayılmalıdır; 
-Lütfizadə Elmi Mərkəzi təşkil olunmalıdır; 
-Lütfizadə məktəbi yaradılmalıdır; 
-Adına təqaüd təsis olunmalıdır; 
-Muzeyi açılmalıdır; 
-Ali məktəblərdə Lütfizadə kafedraları təşkil olunmalıdır; 
-Lütfizadə 
laboratoriyaları  və  texnoparklar  təşkil 
edilməlidir. 
 
Yazılma tarixi-18 avqust 2017-ci il 
 
 


172
 
 
Milli brendimiz haqqında 
 
Mall  sistemləri,  ticarət  mərkəzləri,  şopinq  və  əyləncə 
mərkəzləri  çox  yaxşıdır.  İnsanların  mədəniləşməsinə, 
sosiallaşmasına xidmət edir. Ancaq təəssüf ki, bu mərkəzlərdə 
bizim  sadəcə  "Azeriçay"  brendimiz  görsənir.  Bir  də  mili 
mətbəximizdən  tək-tək  guşələrə  rast  gəlinir.  Çox  geridə 
qalmışıq. 
 
Yazılma tarixi-19 avqust 2017-ci il 
 
Türk dünyasının canlı orqanizmə bənzəməsi 
 
Türk  dünyasını  canlı  bir  orqanizmə  (məsələn,  kentavra-
qədim  yunan  mifologiyasına  görə  başı  insan  bədəni  at  olan 
mifik  canlıya,  yaxud  da  digər  real  canlıya-məsələn,  aslana, 
eləcə  də  qədim  yunan  mifologiyasındakı  minotavra-başı  öküz 
olan  adama)  bənzətsək  və  onda  olan  ictimai  formasiyaları 
orqanizm boyu təsəvvür etsək, belə qərara gəlmək olar: 
-canlının 
quyruq 
hissəsi 
–quldarlıq 
quruluşunun 
elementlərini özündə cəmləşdirir
-dal  ayaqları-feodalizm  quruluşunun  elementlərini  özündə 
əks etdirir; 
-bel  sütunu  orta  əsrlərin  şahlıq,  sultanlıq,  aşirətlik 
sisteminin elementlərini özündə cəmləşdirir; 
-qabaq 
ayaqları-kapitalizmin, 
həmçinin 
solçuluğun 
elementlərini özündə daşıyır; 
-boyun hissəsi-dini elementləri özündə ehtiva edir
-baş  hissəsi-bütün  formasiyaların  və  sistemlərin  qarışıq 
elementlərini özündə cəmləşdirir. 
Baş  hissədə  bədənlə  əlaqədədir  və  siqnallar  bədən  boyu 
ötürülür.  Baş  qarışıq  funksiyalı  siqnallar  qəbul  edir.  Eləcə  də 
çətin olan bədəni idarə edir.  
Qarışıq  bir  canlıya  bənzər  türk  dünyasının  quyruğundan 
basdıqda, ya da quyruğunu məngənəyə saldıqda, eyni zamanda 
bel sütununa qamçılar vurduqda dal ayaqlar, bel sütunu, qabaq 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə