Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə44/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

154
 
 
Allah  dini  insanlara  insan  (elçi,  peyğəmbər)  vasitəsilə 
çatdırır. Allah insanı təbiətə harmonik, bitişik və təbiətin içində 
yaradıb.  Kainatdan,  təbiətdən  kənar  insan  yoxdur.  Siqnalları 
insan  (elçi,  peyğəmbər)  təfəkkürünə  yönləndirir.  Seçilənləri 
vasitə  edir.  Onları  kamala  yetirir.  Müdrik  kəlamları  da  onlar 
vasitəsilə  insanlara  deyir.  Seçilənlər  (elçilər)  bu  baxımdan  da 
ağıllı,  kamallı,  yetişən  insanlar  olurlar.  Ağıl  isə  qavrayışdan, 
idrakdan,  düzgün  məntiqi  nəticələrdən  formalaşır.  Dinləri 
ağılın  tərkib  elementlərindən  və  beyinin  məntiqi  informasiya 
proseslərindən kənarda axtarmaq olmaz. 
 
Yazılma tarixi-18 iyul 2017-ci il
  
 
 
Gənclər üçün yaradıcılıq mərkəzləri  
 
Azərbaycanda  Gənclər  üçün  yaradıcılıq  mərkəzlərinin 
açılması  həyata  keçirilə  bilər.  Belə  mərkəzlərdə  yeniyetmələr 
və gənclər istedadlarını,  bilik  və  bacarıqlarını  üzərə  çıxararlar. 
Fantaziyalarını  işə  salarlar.  Belə  mərkəzlərdə  müxtəlif 
dərnəklər  təşkil  oluna  bilər.  Bununla  bərabər,  gənclərin 
istirahətləri  də  təmin  olunar.  Gənclər  mərkəzi  gənclik 
potensialını pozitiv istiqamətlərə yönəldər. 
 
Yazılma tarixi-18 iyul 2018-ci il 
 
Azad ruh və düşüncə haqqında 
 
Yaradıcılıq  üçün  düşüncələr  zamanı  insan  gərək  öz  azad 
ruhunu  müstəvi  üzrə  gəzdirsin.  Azad  gəzən  ruh  özünə  lazım 
olanları tapacaq. 
 
Yazılma tarixi-18 iyul 2017-ci il  
 


155
 
 
Nüvə silahından imtinalar 
 
Bütün  dünyada  nüvə  silahlarına  bu  gün  "qara  keçmiş"; 
"donmuş  keçmiş"  kimi  baxılmalıdır.  Bu  fikir  gələcək  üçün 
parlaq idealizmdir! 
ABŞ  dünyada  sülhyaradıcı  güc  mərkəzi  olmalıdır.  Rusiya 
ilə dost və qardaşlıq nümunəsinə çevrilməlidir! 
Ümundünya  sülhünün  möhkəmliyi  xalqların  bir-birilərini 
mədəni  baxımdan  "həzm  etmələrindən"  və  dünya  resurslarını 
taraz şəkildə paylamalarından asılıdır! 
Bir məsələyə mənalı və  düşündürücü qiymət vermək üçün 
piramidal  formalı,  sistemli,  şaxələndirici  və  yığıcı  təfəkkür 
lazımdır! 
 
Yazılma tarixi-19 iyul 2017-ci il  
 
Mətbuata dövlət qayğısı haqqında 
 
Bu  gün  mənzil  alan  bütün  jurnalistləri  təbrik  edirəm! 
Doğrudan da mənzil və ev insan həyatının ən qiymətli maddi-
mənəvi dəyərlərindəndir.  
Jurnalistlərə mənzil vermək siyasətinin bir adı var- dövlətin 
ictimai-siyasi  mühitə  qarşı  humantiar-sosial  siyasəti  və 
jurnalistlərə dövlətin sosial qayğısı! Məlumdur ki, bu ənənənin 
əsası əvvəlcə qoyulub.  
Cənab  prezident  İlham  Əliyev  jurnalistləri  xüsusi  dövlət 
diqqətində saxlayır.  
Jurnalistlərə  tövsiyəm  odur  ki,  savadlı,  çalışqan,  bilikli, 
yaradıcı,  ədalətli,  peşəkar,  çevik  və  obyektiv  olsunlar. 
Maarifləndirmədə  beynimizi  daha  da  açıq  etsinlər,  şüurumuzu 
aydınlaşdırsınlar. İnformasiya mühitinə obyektiv gerçəkliyi əks 
etdriən məlumatlar versinlər. 
 
Yazılma tarixi-20 iyul 2017-ci il 
 


156
 
 
Azərbaycan-erməni qohumlaşması 
 
Qafqazda erməni xalqı ilə azərbaycan xalqı arasında əbədi 
sülhə nail olmaq üçün ən unikal variant bu iki xalqın vahid bir 
xalqa çevrilməsindən ibarət ola bilər. 
 
Yazılma tarixi-20 iyul 2017-ci il  
Keçmiş SSRİ münaqişələri barədə 
 
 Belə ehtimal etmək olar ki, Dağlıq Qarbağ və digər SSRİ 
münaqişələri  Qorbaçovun  yox,  SSRİ  xüsusi  xidmət 
orqanlarının  əsərləri  olub.  SSRİ-nin  dağılacağını  əvvəlcədən 
bilib  respublikaların  Rusiyadan  ayrılmalarına  mane  olmaq 
məqsədini güdüb. 
Qorbaçovun 
yenidənqurma  siyasətinin 
və 
liberal 
xarakterinin,  eləcə  də  həyat  yoldaşının  siyasətə  müdaxiləsinin 
SSRİ-ni  dağıda  biləcəyindən  ehtiyyat  eden  Sovet  KQB-si 
münaqişələr yaratmaq strategiyasını seçib. 
 
Yazılma tarixi-20 iyul 2017-ci il  
 
Keçmiş  SSRİ-dəki  münaqişələr  ölkə  rəhbəri,  Qərb 
kursunu seçmiş M.Qorbaçova qarşı olub  
 
Hər bir ölkənin xüsusi xidmət orqanları öz ölkəsinin siyasi 
hakimiyyətinə  nəzarət  funksiyasını  yerinə  yetrir.  Bu,  normal 
haldır.  Təhlükəsizliyin  təmin  olunması  şərtdir.  Ölkənin 
mənafeyi  satıla  bilməz,  qorunmalıdır.  Bu  baxımdan  da  belə 
məntiqi  nəticəyə  gəlmək  olar  ki,  xüsusi  xidmət  orqanları  ölkə 
rəhbərliyinin  siyasi  portretini  nəzarətdə  saxlayırlar,  öyrənirlər. 
Onların əməllərinə nəzarət edirlər.  
1985-ci  ildən  sonra  Qorbaçov  SSRİ  hakimiyyətinə 
gətirildi.  Təbii  ki,  burada  partiyanın  mövqeyi  əsas  idi.  Partiya 
rəhbərliyi onu seçdi. Qorbaçov dəyişən siyasət yürütdü və Qərb 


157
 
 
tərəfindən  dəstəkləndi.  Liberal  siyasətlə  resursların  idarə 
olunması  arasında  tarazlıq,  üzvü  vəhdət  pozuldu.  Ölkə 
uçuruma getməyə başladı. Bunu əvvəlcədən duyan SSRİ xüsusi 
xidmət  orqanları  ölkəni,  mərkəzi  hakimiyyəti  əldə  saxlamaq 
məqsədilə münaqişələr  yaratmaq və respublikaları bir-birindən 
asılı  etmək  siyasətinə  üstünlük  verdilər.  Keçid  dövrünə  bu 
yolla  nəzarət  etmək  istədilər.  Öz  adamlarından  qəhrəmanlar 
yaratdılar.  Liderlər  yetişdirdilər.  Meydanlarda  liderlər  və 
diletantlar  vasitəsilə  (bilməyərəkdən  KQB-ə  xidmət  edənlər) 
hərəkatları  idarə  elədilər.  Bir  məsələni  də  qeyd  etmək  yerinə 
düşərdi  ki,  münaqişələr,  böhranlar  KQB  tərəfindən 
Qorbaçovun  devrilməsinə  əsaslanmışdı.  Bu  daha  çox  1989-
1990-da  baş  verdi.  Münaqişələr  həm  də  Qorbaçovu  devirmək 
məqsədilə, 
siyasi 
və 
ictimai 
təzyiq 
vasitəsi 
kimi 
formalaşdırıldı.  
1989-1990-cı  illərdə  Qorbaçov  və  onun  yaxın  adamları 
Qərbin  siyasi  dəstəyi  ilə  Şərqi  Avropanı  əllərindən  verdilər. 
ABŞ-a  güzəşt  etdilər.  Bunu  görən  Sovet  KQB-si  Yeltsini 
Qorbaçova  qarşı  hazırladı  və  onu  zərərsizləşdirdi.  Rusiyanı 
əlində  saxladı.  KQB  Yeltsinin  əli  ilə  MDB-ni  yaratdı.  Yeni 
SSRİ-nin  qurulmasını  təxminlədi.  Münaqişələr  qızışdı. 
Münaqişələrə  tam  nəzarət  əldə  olundu.  KQB  Yeltsinin  əli  ilə 
Vladimir  Putini  hakimiyyətə  gətirdi  ki,  Rusiya  daha  da 
güclənsin.  
Putinin  SSRİ-ni  yaratmaq  planı  əslində  MDB-nin 
davamıdır.  
Belə  ehtimal  etmək  olar  ki,  keçmiş  SSRİ  məkanında  bu 
gün  də  münaqişələr  –istər  məğlub,  istərsə  də  qalib  tərəflərdə 
olsun-Rusiya  xüsusi  xidmət  orqanlarının  nəzarətindədir.  Bunu 
da təbii hal kimi başa düşmək olar. Onlar imperiya naminə yeni 
SSRİ-ni yaratmaq istəyirlər.  
SSRİ  qoşunlarının  Əfqanıstandan  çıxarılması  (1989), 
1990-da  Almaniyanın  birləşməsi,  1989-1990-cı  ilərdə  Şərqi 
Avropanın sosialist düşərgəsinin dağılması, SSRİ qoşunlarının 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə