Elşən Misir oğlu Nəsibov


Yahudilərin dünya xidmətləri barədə



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə42/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

146
 
 
Yahudilərin dünya xidmətləri barədə 
Dünyada  yahudiləri  qısqanırlar.  Bu,  onların  bacarığına  və 
istedadına görədir. Dünyada zirvələri fəth etmək üçün onlardan 
olmaq da gərəkdir. 
 
Yazılma tarixi-28 iyun 2017-ci il  
 
Silahsızlıq və sülh  
 
Ölkələrdə  həqiqi  hərbi  xidmət  olmasa,  silah  sənayesi  də 
olmaz, əsgər də. Dünyada ancaq sülh yaşanar. 
 
Yazılma tarixi-28 iyun 2017-ci il  
 
Dövlət hakimiyyəti –pay alan qrup kimi  
 
Dövlət hakimiyyəti həm də insanların istehsal məhsullarına 
nəzarət edən və ondan pay alan bir qrupdur 
 
Yazılma tarixi-28 iyun 2017-ci il  
 
Şərq-Qərb mədəniyyəti aralığında 
 
Bizə  ərəblərin  və  iranlıların  pulu  (mən  turistləri  nəzərdə 
tuturam),  Qərbin  mədəniyyəti  lazımdır.  Bakıda  ərəb  və 
iranlıların məhəllələri yaradıla bilər. 
 
Yazılma tarixi-30 iyun 2017-ci il  
 
Bizim maarifçiliyimiz 
 
Bakıda  istənilən  kitab  dükanına  girirsən  (onların  sayı 
barmaqla  göstərilir),  bir,  ya  da  iki  adam  görə  bilirsən.  Kitaba 
maraq olduqca aşağıdır. Bu bizim kimliyimizi göstərir. İndi bu 
maarifçilik  səviyyəsi  ilə  necə  sağlam  və  rasional  cəmiyyət  və 
dövlət qura bilərik? 
 
Yazılma tarixi-30 iyun 2017-ci il  
 


147
 
 
Yeni dövlət quruluşu haqqında 
Azərbaycan  gələcəkdə  öz  dövlət  quruluşunu  Şərq 
monarxiyası  ilə  Qərb  demokratiyasının  uzlaşmasından  ibarət 
olan məzmunda formalaşdırmalıdır! 
 
Yazılma tarixi-30 iyun 2017-ci 
il  
 
İlham və Fərizənin xatirəsinin əbədiləşdirilməsi  
 
Ölkəmizdəki  Səadət  Sarayları  İlham  və  Fərizənin  adını 
daşıya bilər. 
Yazılma tarixi-30 iyun 2017-ci il  
 
İcra başçılığı institutu haqqında 
 
Gələcəkdə icra başçılığı institutunu seçkili etmək olar. 
 
Yazılma tarixi-02 iyul 2017-ci il  
 
Türk dövlətlərinin dövlət quruluşları haqqında 
 
Prezidentlik institutu Şərq ruhunu özündə təcəssüm etdirən 
türk dövlətləri üçün yararlı deyil. Türkiyənin quruluşu da digər 
türk  respublikaları  kimi  saxtadır.  Yeganə  məqbul  variant 
konstitusiyalı  monarxiyadır.  Konstitusiya  quruluşlarında 
çaxnaşma gec-tez səngiyəcək və monarxiyalar formalaşacaq. 
 
Yazılma tarixi-03 iyul 2017-ci il  
 
Leyla 
xanım 
Əliyeva 
Azərbaycan 
gəncliyinin 
ideallarından biridir. İdeallıq elementlərinə aiddir: 
 
-xoş davranış və ünsiyyət
-intellektual davranış; 


148
 
 
-mehriban münasibət və səmimiyyət
-sadəlik və təvazökarlıq; 
-daimi təbəssüm və gülərüzlülük
-milli  və  dünyəvi  elementləri  özündə  cəmləşdirən 
fəaliyyət; 
-vəhdətləşdirici  və  ötürücü  qabiliyyət  (burada  dəyərləri 
ötürmək);  
-estetika ve etika 
 
Yazılma tarixi-04 iyul 2017-ci il 
 
Ermənistan-Azərbaycan sülhü 
 
Ermənistanla  sülh  sazişini  imzalamağın  son  həddi  2020-ci 
ili o tərəfə keçməməlidir. 
 
Yazılma tarixi-07 iyul 2017-ci il 
 
Biz  türklər  həbslərlə  daima  fəxarət  hissi  duymuşuq,  bu 
yolla  içimizi  rahatlamışıq.  Bu,  bizim  kimliyimizin 
göstəricisidir. 
Türkiyədə həbslər Şərq despotizminin bariz nümunəsidir! 
 
Yazılma tarixi-07 iyul 2017-ci il  
 
“Uşaq ehtiyyat Fondu”nun yaradılması 
 
Azərbaycanda  dövlət  büdcəsi  nəzdində  “Uşaq  ehtiyyat 
Fondu”  yaradıla  bilər.  Fondun  vəsaitlərinin  bir  qismi  yeni 
doğulan  uşaqların  adına  açıla  biləcək  bank  hesablarına 
köçürülə bilər. Fonda vəsaitlər ianələrdən də yığıla bilər. Fond 
həm də ictimai məzmunda formalaşdırıla bilər.  
 
Yazılma tarixi -09 iyul 2017-ci il  


149
 
 
Azərbaycan xalqının sosial rifahı 
 
Azərbaycan  xalqının  yüksək  sosial-rifah  halında  yaşamaq 
haqqı var. 
 
Yazılma tarixi-09 iyul 2017-ci il 
 
 
 
Heydər Əliyevin əbədiliyi 
 
Milli  Liderimiz  Heydər  Əliyev  Azərbaycanda  və  dünya 
azərbaycanlılarının  qəlbində  əbədi  yaşamalıdır.  Bu  baxımdan 
da onu ruhən yaşadanlar ortada olmalıdırlar. 
 
Yazılma tarixi-09 iyul 2017-ci il 
 
Təbii fəlakətlərdən qorunmaq mərkəzləri haqqında 
 
Bakıda  və  digər  böyük  şəhərlərdə  “Fövqəladə  hallar 
Mərkəzi”nin  yaradılması  lazımdır.  Bu  o  deməkdir  ki,  əhalini 
təbii fəlakətlərdən, bu baxımdan da dağıntılardan, uçqunlardan 
qorumaq  üçün  şəhər  daxilində  çadırların,  evciklərin,  digər 
müvəqqəti  sığınacaqların  qurula  bilməsi  üçün  regional  boş 
mərkəzlər  (tikintisiz  məkanlar)  yaradıla  bilər.  Belə  mərkəzlər 
təbii parklar, meydanlar kimi təşkil oluna bilər.  
 
Yazılma tarixi-09 iyul 2017-ci il  
 
Ermənilər və türklər  
 
Erməni  xalqının  gücü  ondadır  ki,  bu  xalqın  istedad  və 
bacarığı  Türkiyə  və  Azərbaycan  üçün  ən  böyük  fobiyadır. 
Türklər  ermənilər  önündə  zəif  və  cılızdır.  Kiçik  xalqın  böyük 
ağlı böyük xalqın kiçik ağlından üstündür! 
Yazılma tarixi-10 iyul 2017-ci il  
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə