Elşən Misir oğlu Nəsibov


Heydər Əliyevin siyasi gücü haqqında



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə41/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

142
 
 
Heydər Əliyevin siyasi gücü haqqında 
 
 
Milli  Liderimiz  Heydər  Əliyev  sağ  olsaydı,  regiondakı 
böyük  siyasi  oyunların  ruhunu  intuisiya  ilə  duyub,  ayrıca 
strateji  yol  cızaraq  Qarabağ  münaqişəsini  sülh  yolu  ilə  həll 
edərdi.  Böyük  dövlətlərin  strategiyasından  milli  qalib 
strategiyanı müəyyən edə bilərdi. 
 
Heydər Əliyevin dahiliyi haqqında 
 
Böyük (dahi) adamlar hadisələr axarını döndərə bilirlər və 
qlobal  cərəyanlar  yaratmaq  qabiliyyətinə  malik  olurlar. 
Onlarda olan enerji və qüvvə ətrafı özünə cəlb edə bilir. Böyük 
adamlar həm də təbii olurlar və orijinal zənginlikləri özlərində 
cəmləşdirirlər. 
Milli  Liderimiz  Heydər  Əliyevin  böyüklüyü  ondadır  ki, 
çoxlarının düşüncə və qələminə müsbət təsir edir! 
 
İnsan xarakteri barədə 
 
Hər  kəs  extravert  (xarici  aləmlə  daha  çox  ünsiyyətcil)  və 
intravert (daxili aləmi ilə ünsiyyətcil) olmalıdır! 
Ambivert (orta) olmaq yaxşıdır! 
 
İkili hakimiyyət barədə 
 
Dövlətçilik üçün ən təhlükəli vəziyyət duokratiyadır, yəni, 
ikili  hakimiyyətdir.  Bu  vəziyyətin  ən  təhlükəli  anı  ideyaların 
bölünməsidir-hansı  ki,  bir-birini  tamamlayan  və  uzlaşdıran 
ideyalar  vahid  və  bütöv  piramidal  sistemin  nəzəri  əsaslarını 
meydana  gətirir.  İdeyaların  həyata  keçməsi  vahid  və  bütöv 
dövləti saxlayır. İkili hakimiyyətdə vəhdət parçalanır. 
 
 
 


143
 
 
Dövlət idarəçiliyində müdriklik 
 
Dövləti  filosoflar  idarə  etməlidirlər.  Çünki,  dövlət  fəlsəfi 
kompleksiyadır.  Milli  Liderimiz  Heydər  Əliyev  Azərbaycanı 
fəlsəfi təfəkkürlə idarə edirdi. Mərkəzləşdirici və əhatələndirici 
sistem yaradırdı. 
 
Azərbaycanlı 
politoloqların  özünü  doğrultmayan 
proqnozları haqqında 
Proqnozların 28 illik yalançı tarixi 
Azərbaycan  müstəqillik  qazandıqdan,  hətta  SSRİ-nin 
dağılmağa  başladığı  andan  bu  yana  politoloqlar  proqnozlar 
verməklə,  gələcək  siyasi  xətlər  haqqında,  siyasi  cərəyanlar 
barədə fikir yürütməklə məşğuldurlar. Şablon xarakteri daşıyan 
və  heç  zaman  özünü  doğrultmayan  proqnozlar  (baza  tezislər) 
bunlardan ibarət olub: 
-İran Azərbaycana dəstək üçün hərbi qoşun göndərəcək
-Türkiyə ordusu Azərbaycanı qoruyacaq; 
 
-Azərbaycanla Türkiyə arasında ittifaq dövləti yaranacaq
-Azərbaycan NATO-ya üzv olacaq; 
-Qərb Azərbaycana siyasi, hərbi və iqtisadi dəstək verəcək; 
-ABŞ Azərbaycanda öz maraqlarını hərbi yolla qoruyacaq; 
-Rusiya imperiyası dağılacaq; 
-Qərb Dağlıq Qarabağ münaqişəsini həll edəcək
 -Azərbaycan Avropa İttifaqına üzv olacaq; 
-Qafqazda Rusiya ilə ABŞ toqquşacaq; 
-ABŞ Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə 
həll edəcək; 
-NATO  Azərbaycanın  ərazi  bütövlüyün  bərpa  etməkdə 
kömək edəcək; 
-Pakistan ordusu Azərbaycana gələcək
-Rusiya Ermənistanı müdafiə etməyəcək. 
 
Yazılma tarixi 23 iyun 2017-ci il  


144
 
 
Türklər-müqəvva kimi  
 
Dünya  siyasətində  böyük  güclərlə  müqayisədə  biz  türklər 
“bostanı,  zəmiləri  və  tarlaları  quşlardan  və  heyvanlardan 
qorxudaraq qoruyan müqəvvayıq”. İçimiz samanla doldurulub, 
bədənimiz isə taxtadandır. Başımıza da papaq qoyulub. 
 
Yazılma tarixi 23 iyun 2017-ci il  
 
Din və onun parçalanması 
 
Din  vicdanla,  inam  və  imanla  bağlıdır.  Vicdan,  inam  və 
iman sistemli olaraq kənardan idarə olunmur. Bu kimi dəyərlər 
daha  çox  daxildən  sistemli  formalaşır.  Həm  də  azadlığa 
bağlıdır. Buna görə də dində məzhəb, məktəb, cərəyan və digər 
ideoloji  sistemlər  olmamalıdır.  Çünki  belə  olan  halda 
"ağıllıların" sayı çoxalır! Ağıllılar zəhmətə qatılmaq istəmirlər. 
 
Yazılma tarixi-24 iyun 2017-ci il  
Heydər Əliyev iki dəfə Əbülfəz Elçibəyi xilas edib 
 
Hamı  bilir  ki,  xalq  hərəkatının  rəhbərlərindən  biri,  eks-
prezident  rəhmətlik  Əbülfəz  Elçibəy  (  bu  gün  onun  ad 
günüdür) təmiz adam olub. Ətrafı onun humanist xarakterindən 
istifadə edib. Bir il ərzində möhkəm sistem yarana bilinməyib. 
Siyasi dərəbəylik hökm sürüb, qiyamçı hərbi qrum formalaşıb. 
Dövlət  çevrilişinə  cəhd  az  qala  vətəndaş  müharibəsinə  gətirib 
çıxaracaqdı.  Milli  Liderimiz  Heydər  Əliyev  (Allah  rəhmət 
eləsin!)  dövləti  tar-mardan,  siyasi  sistemi  hərc-mərclikdən 
qoruyub. Heydər Əliyev təməlli dövlətçiliyin banisidir. Heydər 
Əliyev  siyasi  anarxiyanın,  hərbi  xuntanın  yaranmasının, 
həmçinin 
vətəndaş 
müharibəsinin 
qarşısını 
almaqla, 
Azərbaycan  dövlətçiliyini  xalqa  qazandırıb.  Bununla  yanaşı, 
rəhmətlik  Elçibəyi  də  xalqın  qınağından  qorumuş  olub,  onu 


145
 
 
xilas  edib.  Heydər  Əliyev  Elçibəyi  yaşadıb,  çünki,  təməlli  və 
bütöv  siyasi  sistemdəki  siyasi  sabitlikdə  Elçibəy  siyasətlə 
məşğul ola bilib. Əks halda Azəbaycanı indiki Suriyanın taleyi 
gözləyəcəkdi, Elçibəy də xalq düşməninə çevriləcəkdi -Xalqın 
etimadını doğrultmadığına görə. 
Heydər Əliyev Elçibəyin xilaskarı olub! 
Rəhmətlik  Əbülfəz  Elçibəy  dövlət  idarəçiliyində  "Öz  ilk 
körpəsini  dünyaya  gətirib,  lakin  ona  baxa  bilməyən  naşı  ana" 
olub. 
Ancaq humanistliyi bir faktdır! 
 
Yazılma tarixi-24 iyun 2017-ci il  
 
Siyasi quruluşumuz barədə 
 
Xalqımızın  siyasi  məfkurəsi  təəssüf  ki,  XXI  əsrə  sağlam 
adlaya  bilməyib.  Bunun  başlıca  səbəbi  siyasi  quruluşun  milli 
tələbata cavab verməməsidir. Əslində monarxiya bizə daha çox 
uyğundur. Bu səbəbdən də zamandan axsayırıq. 
Biz  monarxik  quruluşa  paralel  getməməliyik.  Bu,  çox 
böyük  təhlükədir.  Hakimiyyətin  ali  pilləsində  ikitirəlik  yarana 
bilər. O quruluşun içində olmalıyıq. Respublika bizə yaddır. 
 
Yazılma tarixi-26 iyun 2017-ci il  
 
Kapital hərəkəti və dövriyyəsi barədə 
 
Varlı  insanlar  ölkədə  nə  qədər  obyekt,  villa  tiksələr  bir  o 
qədər  yaxşıdır.  İqtisadiyyat  inkişaf  edər.  Kapital  hərəkəti  və 
dövriyyəsi artar. 
 
Yazılma tarixi-28 iyun 2017-ci il  
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə