Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə43/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

150
 
 
Türkiyənin zəifliyi 
 
Azərbaycan xalqı birdəfəlik başa düşməlidir ki, Türkiyənin 
onu  beynəlxalq  gərginliklərdən,  böhranlardan  müdafiə  etmək 
gücü  yoxdur.  Azərbaycanla  çiyin-çiyinə  bütün  günü  aktyor, 
müğənni, molla yetişdirən bir cəmiyyətin və dövlətin gücündən 
necə danışmaq olar. 
 
Yazılma tarixi-10 iyul 2017-ci il  
Azərbaycan-Rusiya ittifaqı haqqında 
 
Azərbaycan  Rusiya  ilə  xüsusi  ittifaq  dövləti  yarada  bilər. 
Bu,  gələcəkdə  Türkiyə-Azərbaycan-Rusiya  ittifaqını  forma-
laşdıra bilər. Bununla da Dağlıq Qarabağ münaqişəsi sülh yolu 
ilə ədalətcəsinə həll olunar.  
Bu  ittifaqa  gələcəkdə  Gürcüstan,  Ermənistan  və  İran  da 
daxil olar. 
Əgər Rusiya ilə Azərbaycan arasında xüsusi ittifaq dövləti 
formalaşarsa,  Azərbaycan  Qafqazın  və  Xəzər  regionunun 
həlledici,  bağlayıcı  həlqələrindən  biri  olar.  Türk-Slavyan, 
Müsəlman-Xristian dünyasında əvəzsiz rol oynayar! 
 
Yazılma tarixi-10 iyul 2017-ci il 
 
Xristianların humanist dəyərləri  
 
Qərb  xristianları  bu  gün  humanizmi  əllərində  bayraq 
tutublar.  Buna  görə  də  sivil  cəmiyyətlər  qura  biliblər. 
Ermənilər də öz din qardaşlarının yolu ilə getməlidirlər və bizə 
-müsəlmanlara qarşı barışdırıcı olmalıdırlar! 
 
Yazılma tarixi-10 iyul 2017-ci il  
 
 
 


151
 
 
Ölkədə yeni kəşflər və ixtiralar 
 
2018-ci  ilin  prezident  seçkilərindən  sonra  ölkədə  kəşflər, 
ixtiralar  başlamalıdır.  Kəşflər  və  ixtiralar  dövrü  dalğa-dalğa 
bir-birini əvəzləməli və tamamlamalıdır. 2018-ci ilin prezident 
seçkiləri  sonrası  islahatların  davamı  olaraq,  son  onilliklərdə 
saxta yollarla yazılmış və heç bir elmi əhəmiyyət kəsb etməyən 
elmi  işlər  ləğv  olunmalı,  elmi  mühit  sağlamlaşmalı  və 
alimoidlər ifşa olunmalıdır. 
Ölkədə  bir  sürü  ayağa  dolaşan,  öz  yerini  bilməyən  saxta 
alim  var.  Onlar  elmə  böyük  ləkədir.  Elm  bu  ləkələrdən 
təmizlənməlidir. 
 
Yazılma tarixi-14 iyul 2017-ci il
  
 
 
Həqiqi hərbi xidmətdən möhlət hüququ haqqında 
 
Azərbaycanda  həqiqi  xidmətdən  möhlət  hüququ  pul 
vasitəsilə  alına  bilər.  Belə  ki,  həqiqi  hərbi  xidmətə  çağırılan 
şəxs dövlətə (müdafiə nazirliyini hesabına) müəyyən məbləğdə 
pul  köçürməklə  həqiqi  hərbi  xidmətdən  aylıq,  rüblük,  illik 
möhlət  hüququ ala bilər. Həqiqi hərbi xidmətə  yararlı olan və 
çağırılan  şəxs  birdəfəlik  ödəniş  edib  həqiqi  hərbi  xidmətdən 
azad  oluna  bilər.  Məsələn,  elə  adam  var  ki,  hərbi 
müəkəlləfiyyətlidir,  hərbi  xidmət  keçməlidir,  lakin  istedadı, 
qabiliyyəti,  bacarığı  daha  çox  başqa  sahələrdə  yarayır.  Həmin 
şəxsin  özü,  onun  himayəçisi  (başqa  fiziki  şəxs,  ya  da  hüquqi 
şəxs,  üzərinə  öhdəlik  götürəni,  iş  sahibkarı)  məsuliyyəti  öz 
üzərinə  götürərək  birdəfəlik  ödəniş  etməklə  həqiqi  hərbi 
xidmətdən  tam  şəkildə  azad  oluna  bilər.  Hərbi  mükəlləfiyyətli 
şəxs yalnız müəyyən təlimlərdə, ilkin hərbi hazırlıqlarda iştirak 
edə bilər. 
 


152
 
 
Yazılma tarixi-15 iyul 2017-ci il 
 
Əhaliyə pulsuz yanacağın verilməsi haqqında 
 
Azərbaycan  neft-qaz  ölkəsi  olduğundan  öz  vətəndaşlarına 
(ölkədə yaşayanlar və avtomobil sahibi olanlara) ildə təxminən 
50-100  litr  civarında  pulsuz  benzin  və  dizel  verə  bilər. 
Avtomobil sahibi olan şəxslərə bu məqsədlə yanacaq doldurma 
məntəqələrindən  benizn  və  ya  da  dizel  almaq  üçün  kartlar  da 
paylana bilər. 
 
Yazılma tarixi-17 iyul 2017-ci il  
 
Əhaliyə əlavə pul ödənişlərinin edilməsi 
 
İqtisadiyyatı, 
bu 
baxımdan 
istehsalatı, 
istehlakı 
gücləndirmək metodlarından biri də  bayram  günlərində  dövlət 
tərəfindən 
əhaliyə 
əlavə 
pul 
ödənişlərinin 
həyata 
keçirilməsindən ibarətdir. Bu pul ödənişləri sosial –rifahı təmin 
etməklə  yanaşı,  bazarı  sürətləndirən,  kök  etibarilə  istehsalatı 
artıran faktor rolunu oynaya bilər.  
 
Yazılma tarixi-17 iyul 2017-ci il  
 
Texniki təfəkkürümüz-sərvətimizdir 
 
Əgər  biz  özümüzdə  texniki  təfəkkürü  formalaşdırsaq  və 
əməllərimizi,  fəaliyyətimizi  bu  istiqamətlərə  yönəltsək,  onda, 
neft və qaz bizim üçün yeganə strateji məhsul ola bilməz. 
 
Yazılma tarixi-17 iyul 2017-ci il 
 
 
 


153
 
 
Heydər Əliyev Allahın göndərdiyi elçi olub 
 
Milli  Liderimiz  Heydər  Əliyev  öz  doğmalarını  xalqın, 
xalqı da öz doğmalarının tərkibi kimi  görüb. Bununla da xalq 
onun üçün bütöv doğma olub. O, Allah Elçisi olub! Xalq üçün 
xilaskar missiyanı yerine yetirib. Bunu hər kəs dərk etməlidir. 
Milli Liderimiz Heydər Əliyevin ruhu, dövlətçilik ideyaları 
zamandan-zamana daşınmalıdır! 
Heydər  Əliyev  ictimai  ruhlu  adam  olub.  O,  özünü  xalqın 
tərkibi kimi görüb. Bütün potensialını xalqa xidmətə yönəldib. 
Xalqa enerji verib və özü də xalqdan ilhamlanıb. 
 
Yazılma tarixi-17 iyul 2017-ci il 
 
Rusiyanın Cənubi Qafqazda xilaskar missiyası 
 
Rusiya  Cənubi  Qafqazın  xilaskar  mələyi  rolunda  çıxış 
etməli və regionda bütün xalqları barışdırmalıdır. 
Cənubi  Qafqazda hədsiz dağıdıcı  fəlakətlərə  yol  aça bilən 
raket  müharibələrinin  qarşısını  Rusiya  əvvəlcədən  almalıdır. 
Allah bizi böyük bəlalardan qorusun! 
 
Yazılma tarixi-17 iyul 2017-ci il 
 
Din və düşüncə haqqında 
 
Bir çox insan dini inancında, dini baxışlarında mövhumata, 
xurafata,  sadəlövlüyə,  gözübağlılığa,  əməlində  cəhalətə  yol 
verir.  Belə  ki,  bir  çoxları  dini  məntiqdən,  idrakdan, 
təfəkkürdən, 
şüurdan,  insan  düşüncələrindən,  zəkadan, 
qavramadan, analizdən (nəticələr çıxarmaqdan) tamamilə kənar 
hesab  edirlər.  Mücərrədliyə  varırlar.  Mənim  zənnimcə  bu 
yanılışlıqdır.  Həqiqətdə  din  həqiqi  və  mütləqlərdən  ibarətdir. 
İnsanın içində, ətrafında, yanındadır.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə