Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə45/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   41   42   43   44   45   46   47   48   ...   85

158
 
 
Avropadan  çıxarılması  bizə  baha  başa  gəldi.  Qarabağ 
münaqişəsinin kökündə Qorbaçovun ermənilərə vədi dayanmır. 
Onun  Qərb  siyasəti  və  bu  siyasətə  qarşı  çıxan  KQB  dayanır. 
KQB-nin  Siyasi  Büroda  Qorbaçova  qarşı  gizli  mübarizəsində 
açıq  münaqişələr  dayandı.  Qorbaçov  sonra  bu  münaqişələri 
tənzim edə bilmədi. Nəzarət  yox idi. Onun özü hakimiyyətdən 
tez  getməli  idi.  Çünki,  onun  kursu  mühafizəkar  rus  kursuna 
tam zidd idi.  
İndi  bütün  postsovet  münaqişələrinə  rəhbərlik  Rusiya 
xüsusi xidmətinin əlindədir.  
Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  bizim  imkanlarımız 
xaricindədir. Bu məsələ bizlik deyil. Ermənilərə də aid deyil.  
 
Yazılma tarixi-20 iyul 2017-ci il  
 
Uşaq xəyalları və puç olmuş arzular 
 
Yüz  milyonlarla  uşaqdan  biri  olaraq,  mən  öz  uşaqlıq 
illərimi  sabitlik  şəraitində,  xəyallar  aləmində  yaşamışam.  Bu 
günə  qədər  də  valideynlərimlə,  yaxın  qohumlarımla  bir 
yerdəyəm.  Ancaq  milyonlarla  uşaq  var  ki,  onların  həyatı 
yoxdur. 
Böyüklər bilirlər ki, uşaqlığın əsas xüsusiyyətlərindən biri 
də  xəyal  qurmaq,  fantaziyalarda  yaşamaqdır.  Tez  böyümək 
istəkləri,  böyüklərə  oxşamaq  xüsusiyyətləri  onların  həyatı 
mənasını  kəsb  edir.  Nağıllar  aləminin  qəhrəmanı  olmaq, 
istəklərə və arzulara tez çatmaq uşaq düşüncəsinin əasıdır.  
Bəs  görəsən,  Afrikada,  Suriyada,  Asiya  ölkələrində 
uşaqların  puç  olmuş  həyatında  arzuları  fantaziyaları  nədir?! 
Yatanda nəyi düşünürlər?! Nələrin xəyalını qururlar?! 
 
Yazılma tarixi-21 iyul 2017-ci il 
 
 
 


159
 
 
Rusiya üçün Əbülfəz Elçibəy təhlükəsi 
 
Rusiya Elçibəyi ona görə hakimiyyətdən götürdü ki, O, bir 
az da qalsaydı Azərbaycanı ittifaq adı ilə Türkiyənin tərkibinə 
qatacaqdı.  Bununla  da  Rusiyanın  Cənubi  Qafqaz  strategiyası 
təhlükədə  qalırdı.  Rusiya  Elçibəyin  gələcək  niyyətini  başa 
düşmüşdü.  Türkiyə  də  onu  istəyirdi  ki,  Azərbaycan  onun 
tərkibi olsun. 
 
Yazılma tarixi-21 iyul 2017-ci il  
 
Silahlı qüvvələrin vahid məktəbləri haqqında 
 
Hərbi-müdafiə  sahəsində,  bu  baxımdan  ordu  quruculuğu 
məsələlərində,  texnikanın  öyrənilməsi  və  istifadəsi,  strategiya 
və  taktikanın  mənimsənilməsi  məsələlərində,  eyni  zamanda 
ictimai  asayişin  qorunması  sahəsində  orta,  ali,  elmi  biliklər, 
hazırlıqlar vacibdir.  
Azərbaycan kiçik bir ölkədir. Onun silahlı qüvvələri əsasən 
bölünür: 
-Prezident qvardiyası-Xüsusi Dövlət  Mühafizə  Xidmətinin 
tərkibində; 
-Müdafiə Nazirliyinin tabeliyində olan qoşun növləri-quru, 
dəniz və hava; 
-Daxili qoşunlar (Daxili İşlər Nazirliyinin tabeliyində); 
-Sərhəd Xidmətinin qüvvələri
-Ədliyyə Nazirliyinin silahlı qüvvələri
-Polis silahlı qüvvələri; 
-Mühafizə  (mülklərin,  obyektlərin  mühafizəsini  həyata 
keçirən) silahlı qüvvələri; 
-Dövlət Təhlükəsizlik Xidmətinin silahlı qüvvələri; 
-Prokurorluğun əməliyyat qüvvələri 
Hal-hazırda 
ayrı-ayrı 
qurumların 
ali 
məktəbləri 
mövcuddur.  Dəyişiklik  edilməlidir.  Ölkədə  silahlı  qüvvələrin 


160
 
 
vahid  ali  məktəbi  akademiyası  yaradılmalıdır.  Bütün  ali 
məktəblər bir arada cəmləşməlidir.  
 
Yazılma tarixi-22 iyul 2017-ci il 
 
Jurnalistika şousu haqqında 
 
Jurnalistika  bir  şoudur,  tamaşadır.  Gərək  onu  yaxşı 
oynayasan! 
 
Azərbaycanda yeni tipli kəndlərin yaranması haqqında 
 
Ölkədə  yeni tipli kəndlər  yarana bilər. Bu özündə həm də 
şəhər  həyatının  özəlliklərini  əks  etdirə  bilər.  Birgə  yaşayış 
forması  əsasında  yeni  kəndlər  yarana  bilər.  Məsələn,  yeni 
kəndlərdə  əhali  həyətyanı  sahələrdə  yox,  şəhərlərdə  olduğu 
kimi  çoxmərtəbəli  mənzillərdə  yaşaya  bilərlər.  Bu  tip  yaşayış 
formasına aid ola bilər: 
-birgə və ya da bölünmüş şəkildə pay torpaqları; 
-birgə əkin sahələri
-kollektiv istehsalat prosesləri; 
-birgə təsərrüfat anbarları; 
-birgə yığım məntəqələri
-birgə maşın mexanizatorlar; 
-birgə avadanlıqlar; 
-kollektiv satış mərkəzləri
-birgə örüş yerləri; 
-birgə otlaq-biçin sahələri; 
-birgə fermalar və s.  
 
Yazılma tarixi-27 iyul 2017-ci il  
 
 
 


161
 
 
Vladimir Putin keçmiş SSRİ-də mənəvi lider kimi  
    
Rusiya  prezidenti  Vladimir  Putin  bütün  dünyada  tanınır. 
Qərbin  bir  çox  dairələrində  sevilir.  Asiyada,  Afrikada,  Latın 
Amerikasında  da  böyük  nüfuz  sahibidir.  O,  öz  əməli  ilə  ayrı-
ayrı şəxslərin qəlbinə yol tapıb. 
Vladimir Putin həmçinin keçmiş SSRİ xalqlarının qəlbində 
özünə  isti  məkan  edib.  Çoxlu  sayda  şəxslərin,  sevimlisinə, 
kumirinə çevrilib. 
Vladimir  Putin  yaxın  gələcəkdə  nəinki  rus  xalqının,  bu 
baxımdan  ümumdünya  ruslarının,  həmçinin  Rusiyada  yaşayan 
bütün  xalqların,  eləcə  də  keçmiş  SSRİ  xalqlarının  Mənəvi 
Liderinə, Mənəvi Atasına çevriləcək.  
Ərəb  dünyasında,  Türkiyə  və  İranda  da  böyük  rəğbətlə 
qarşılanacaq!  
 
Yazılma tarixi-01 avqust 2017-ci il  
 
Cəmiyyətin öz-özünü islah etməsi barədə 
  
Cəmiyyətin  bütün  qüsurları  dövlət  rəhbərinin  ayağına 
yazıla  bilməz.  Cəmiyyət  özü  də  məsuliyyət  daşıyır.  Hər  kəs 
ictimai  qınaqdan  ehtiyat  etməlidir.  Cəmiyyət  öz-özünü  boş 
etməməlidir. 
 
Yazılma tarixi -01 avqust 2017-ci il  
 
Dünya azərbaycanlılarında təfəkkür inqilab dövrü 
 
Azərbaycanda  və  dünya  azərbaycanlılarında  təfəkkür 
inqilab  dövrü  yaşanmalıdır.  Düşüncə  dalğaları  bir-birini 
əvəzləməlidir.  
 
Yazılma tarixi-01 avqust 2017-ci il  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə