Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə40/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

138
 
 
Müqəddəs  Ramazan  ayında  müsəlmanlara  oruc  tutmaq 
vacib əməl kimi yazılır, tövsiyə olunur. Təəssüf ki, ibadət kimi 
oruc  tutmağın  müxtəlif  niyyətləri  (başlıca  olaraq  maddi 
mahiyyət  kəsb  edən  niyyətləri)  meydana  gəlir.  Oruc  tutan 
insanları niyyətlərinə görə bu şəkildə xarakterizə etmək olar: 
-Saf  niyyətdə  olanlar.  Öz  daxili  aləmlərini  həqiqət  yolu 
ilə,  Allahın,  dinin  buyurduğu  qaydada  heç  bir  maddi  əsasa 
söykənməyən  məzmunda  təmiz  saxlayaraq  ibadət  edənlər.- 
Mənəviyyat  adamları.  Belə  insanlar  müsəlman  aləminin  cəmi 
1-2  faizini  təşkil  edə  bilər.  Çünki  müsəlman  cəmiyyətləri 
kasıbçılıqdan  və  qeyri-rasionallıqdan,  tayfa  hakimiyyətindən, 
klançılıqdan  əziyyət  çəkir.  İnsanlar  bir-birilərini  açıq  və  gizli 
şəkildə  aldatmaqla  məşğuldurlar.  Çürük  cəmiyyətlərin  sağlam 
toxumları az olar; 
-Yaxşı  varlanmaq,  bolluca  sərvətlər  əldə  etmək  üçün, 
eləcə  də  şan-şöhrət  qazanmaq  məqsədilə  Allaha  dua  edib 
yaşayanlar.  -Asan  yollarla  yüksək  qazanclar  əldə  etmək 
məqsədilə oruc tutmaq  yolunu tutan şəxslər. Onlar fikirləşirlər 
ki,  oruc  tutmaq  yolu  ilə  Allah  bolluca  sərvət  göndərəcək.  Bu 
kimi şəxslərə “vəzifə orucu tutanlar” adını vermək olar; 
-Oruc 
tutmağın 
dərin 
mahiyyətini 
dərk 
etmək 
qabiliyyətində  olmayaraq,  şou  məqsədilə  oruc  tutan  şəxslər. 
Özlərini islamçı, müsəlman hesab edənlər
-İlin əksər aylarında günah işlərlə məşğul olanlar. Lakin 
əməllərinə görə Allah cəzasından qorxan şəxslər. Onlar Allahın 
günahları  bağışlamasını  zənn  edib  Ramazan  ayında 
günahlarının  yuyulması  qənaətində  olurlar.  Əsasən  dövlət 
məmurları bu kateqoriyadandır; 
-Müəyyən  məqsədlər  və  niyyətlər  naminə  müxtəlif  dini 
cərəyanlara,  qruplara  qoşulanlar.  Onlar  ona  görə  oruc 
tuturlar  ki,  öz  yoldaşları  tərəfindən  təqib  və  tənbeh 
olunmasınlar.  Güdülməkdən  və  cəzalanmadan  qorxurlar. 
Bunun üçün məcburi ibadət edirlər. 


139
 
 
Qüsurlu  cəmiyyətləri  zəngin  olan  müsəlmanlar-Bizlərə 
iman, vicdan, əməli salehlik, haqq-ədalət arzu edirəm! Allahın 
bizlərə yazığı gəlsin! 
 
Yazılma tarixi-27 may 2017-ci il  
 
“Respublika günü” haqqında  
 
Bu  gün  "Respublika  günü"  dür.  İstiqlal  bayramı  olaraq 
qeyd edirik. Bayramımız mübarək! 
Ancaq  nəzərə  almaq  lazımdır  ki,  bizim  milli  siyasi 
ruhumuz  monarxiyaya  uyğundur.  Respublika  siyasi  idarəçilik 
quruluşu daha çox Qərb mədəni təfəkkürünə aiddir. Gec-tez öz 
orijinal ruhumuza qayıdacağıq. 
 
Yazılma tarixi-28 may 2017-ci il  
 
Tələbələrimizin kasıbçılığı barədə 
 
Hal-hazırda 
vaxtilə 
oxudğum 
Bakı 
Dövlət 
Universitetindəyəm. Nələri müşahidə edirəm: 
-tələbələrimiz çox kasıbdırlar-əyin-başlarından hiss olınur; 
- tələbə ləvazimatlarından, aksessuarlardan duyulur
-ruhları passivdir-hərəkətlərindən hiss olunur
-tələbə kimi dolğun deyillər 
 
Yazılma tarixi-30 may 2017-ci il  
 
Ermənistan mənim Vətənimdir 
Mən  Sovetlər  dönəmində  Ermənistanda  doğulmuşam. 
Əslim-nəslim,  o  cümlədən  babalarım,  nənələrim  oralıdır. 
Köklü  Ermənistanlıyam.  1989-cu  ilə  qədər  orada  yaşayıb 
məktəb  oxumuşam.  1988-ci  ilin  sonlarında  məcburən  (zorən) 


140
 
 
didərgin  düşmüşük.  Qaçqın  olmuşuq.  Bir  neçə  əsrlik  tarix 
mənə haqq verir ki, öz doğma yurduma iddialı olum. 
Ermənistan  mənim  Vətənimdir!  Oralar  mənim  əbədi,  gen 
yaddaşımda  həkk  olunub.  Unutmaq  olmaz!  Yaddan  çıxara 
bilmərəm! 
  
Yazılma tarixi-30 may 2017-ci il  
 
Din və ictimai təbliğat  
 
İman,  inam,  vicdan,  şərəf,  ləyaqət,  qürur  məsələlərini 
ictimai  səviyyədə  çox  müzakirə  etməzlər.  Belə  olan  halda  din 
hörmətdən düşür. Çox çeynənilir, dəyərini itirir. 
 
Yazılma tarixi-30 may 2017-ci il  
 
 
 
 
 Xalq və hakimiyyəti  
 
 
 
Dövləti  xalq  təşkil  edir.  Həm  də  təmsil  edir.  Xalq  mənbə 
və  tərkib  element  olmaqla  öz  dövlətini  təmsil  edir.  Dövlət 
siyasi,  mədəni,  iqtisadi  bir  simvoldur,  modeldir.  Xalq  öz 
seçdiyi  nümayəndələri  ilə  dövləti  daxildə  və  beynəlxalq 
münasibətlərdə təmsil edir. Xalqın hakimiyyəti xalqın özündən 
təşkil  olunur.  Dövlətdə  yaşayan  xalq  onun  vətəndaşı  olur. 
Vətəndaş  amili  dövlətdə  yaşayan  bütün  sakinləri  (etnik 
mənsubiyyətdən asılı olmayaraq) vahid xalqa çevirir. Vətəndaş 
amili  dövlətin  müəyyən  etdiyi  hüquqlardan  bərabər  əsaslarla 
istifadə  etmək  prinsiplərini  meydana  gətirir.  Ona  görə  də  bir 
dövlətdə  yaşayan  çoxlu  sayda  etnik  mənsubiyyəti  olan 
xalqların vahid  dövlətçiliyi  yaranır. Deməli, vətəndaşlıq vahid 
hüquqi, mədəni və siyasi statusları müəyyən edir. 
Xalqın 
(burada 
vətəndaşların) 
öz 
hakimiyyətinin 
fəaliyyətinə  dəyər  vermək,  münasibət  bildirmək,  fəaliyyəti 
əsaslandıraraq qiymət vermək hüquqları var. Ən əsası isə istər 


141
 
 
hakimiyyət, 
istərsə 
də 
qeyri-hakimiyyət 
tərəfi 
olsun, 
maariflənmə 
səviyyəsi 
yüksək 
olmalıdır. 
Xalq 
öz 
hakimiyyətinin  fəaliyyətinə  sağlam  düşüncənin  yüksək 
səviyyəsi  ilə  qiymət  verməyi  bacarmalıdır.  Bu  baxımdan  da 
qeyri-müəyyənliyi 
rasional 
əsaslarla  müəyyən  etmək 
bacarığına sahib olmalıdır. 
 
Yazılma tarixi-31 may 2017-ci il 
 
2017-ci ilin iyun ayında yazılan bəzi əlavələr 
 
Rusiyanın gücü haqqında 
 
Qətər böhranı regionda Rusiyanın təsirlərini artıra bilər! 
Rus xalqının birlik, mübarizlik əzmi dünyaya nümunədir! 
Rusiya  olmasa(böyük  dövlət  kimi)  Qafqazda  və  Mərkəzi 
Asiyada  sabit  və  rasional-sivil  dövlətçilikdən,  eləcə  də  stabil 
regiondan söhbət gedə bilməz. 
Beynəlxalq  qorxunun  özü  də  milli  və  regional  beynəlxalq 
susqunluq üçün vacib şərtdir. 
 
Heydər Əliyev siyasi xilaskar kimi  
 
 
Vaxtilə  Milli  Liderimiz  Heydər  Əliyev  hakimiyyətə 
gəlməsəydi,  indi  Azərbaycan  bugünki  Suriyaya  bənzər  bir 
həyat yaşayırdı. Qurtuluşumuz mübarək! 
 
Qarabağ yaddaşlarda və xəyallarda 
 
Bütün  müsəlman aləmi birləşib  bir Qarabağı  sülh  yolu  ilə 
bizə qaytara bilməz. 
Bizim  bir  çarəmiz  var:  Aran  rayonlarında  Qarabağın  süni 
landşaftını  yaradıb  adına  "Yeni  Qarabağ"  deyək,  ruhumuzu 
rahatlayaq! 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə