Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə36/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

123
 
 
Dövlət  həm  də  ideyadır.  İdeya  artıq  mahiyyəti  özündə 
ehtiva  edir.  İdeya  məzmunu  yaradır.  Deməli,  dövlət  həm  də 
məzmundur.  İnsanlar  üçün  xoşbəxt,  firavan,  sabit  və  rəvan 
həyat tərzi sürmək üçün vasitə və məkandır.  
Dövlətçilik ideyadır. Konsepsiyadır, anlayışdır. Dövlətçilik 
dövlətin  yaranması  və  saxlanılması,  dövlətin  insanlar  üçün 
lazımlı  olması  haqqında  konsepsiyadır.  Dövlətçilik  dövlətin 
elementlərinin  dövlət  məzmunu  üçün  fəaliyyətini  müəyyən 
edən  kriteriyadır,  ümumi  istiqamətdir.  Dövlətçilik  də  dövlət 
formasına  aiddir.  Dövlət  forması  da  dövlətçiliyin  məqsədidir. 
Yəni, məzmun formaya, forma da məzmuna xidmət edir.  
Sağlam dövlətçilik güclü dövlətin dayağıdır, özüdür. Çünki 
tərkib  elementlər  arasında  nisbi  və  mütləq  münasibətlər 
olduqda  dövlət  sağlamlaşır.  Sağlam  münasibətlər  ədalətə  və 
tarazlığa  söykənən  münasibətlərdir.  Tarazlı  münasibətlər 
qurulduqda  onun  tərkib  elementlərinin  də  maraqları  təmin 
olunur. Bu halda sistemli dövlət yaranır. 
Cəmiyyət  dövlətin  və  dövlətçiliyin  tərkibini  təşkil  edir. 
Dövlətçiliyi təşkil edən strukturlar içərisində siyasət qurumları, 
təsisatlar, institutlar mühüm yer tutur. 
Dövlətçilik dövlət forması içərisində qərarlaşır və dövlətin 
tərkibini təşkil etməklə bərabər, onun idarə olunma sükanını da 
meydana gətirir.  
  
Yazılma tarixi- 09 aprel 2017-ci il  
 
Biz əslində kimik?! 
 
Bakı.  İki  yaş  yarım  olan  bir  uşaq-dəfələrlə,  ayda  heç 
olmasa  bir  dəfə,  Bakıda  həkimlərin  (cərrahlardan  tutmuş 
terapevtlərə  qədər)  müayinəsindən  keçir.  -Özü  də  müxtəlif 
müalicə  mərkəzlərində.  Uşaqda  heç  bir  problem  olmadığı 
bildirilir. Uşaq isə tez-tez qarın nahiyəsindən şikayətlənir. Dili 
tam  açmayıb.  Əl  ilə  işarə  edir  və  ağlayır.  Qarın  hissəsini 
göstərir, ağlayır. Baba, nənə, ata və ana, başqa yaxın qohumlar 


124
 
 
da  dərdlə,  kədər  hissi  və  kövrəkliklə  ona  baxıb  ağlayırlar. 
Düzdür,  ağrılar  bir  müddət  sonra  ötüb-keçir.  Ancaq  bir 
müddətdən  sonra  yenidən  başlayır.  Ümidlər  həkimə  yönəlir. 
Həkim  problemi  sadəcə  olaraq  mədə-bağırsaq  sisteminin 
pozulmasında axtarır. 
Valideynlər  də  sevinə-sevinə  həkim  qəbulundan  çıxırlar. 
Şükür  Allaha  deyirlər.  Tez-tez  işlədilən  söz  budur:  “Yəqin 
soyuq dəyib. Uşaqdır, xəstələnməlidir”. 
Moskva.  Həmin  uşaq  bağçaya  getməlidir.  Bunun  üçün 
həkim  müayinəsindən  keçməlidir.  Cərrah  baxan  kimi  deyir:  -
“Uşaqda yırtıq var. Görünür. Anasınız, baxa bilərsiniz”. Həkim 
əl ilə toxunan kimi uşaq ağlayır. “Ağrıdır”-deyir. Valideyn çaş-
baş  qalır.  –Bu  nə  deməkdir.  Bəs,  Bakıda  bunu  bizə  nə  üçün 
deməyiblər?  Uşaq  cərrahın  məsləhəti  ilə  USM-dən  keçir. 
Cərrahın dediyini aparat təsdiqləyir. Uşağın problem müəyyən 
olunur.  
Buradan belə bir sual ortaya çıxır: -Biz həqiqətənmi bütün 
sahələrdə tərifəlayiqiq?! Haradadır-bizim sinəsinə döyən tərifli 
həkimlərimiz?  Uşaqda  adi  gözlə  görünən  yırtığı  müəyyən 
etmək  üçün  çətinmi  bir  düstur  var.  Cərrah  əl  ilə  baxanda 
uşaqda gözlə görünən yırtığı görə bilmir? Bu nə savadsızlıqdır. 
Yırtıq  müəyyən  etmək  çətinmi  yoldur?!  Bu  metod  Bakı 
həkimlərinin  “oxuduqları”  kitablarda  yoxdur,  bəyəm?!  Ali 
məktəblərdə mühazirələrdə bunun formulası deyilmir?!  
Mən  həkim  deyiləm.  Ancaq  məntiqlə  deyə  bilərəm  ki, 
xəstəlik formanın dəyişməsidir. Bir sahədə, orqanda, məkanda 
ölçü dəyişərsə, deməli, orada pozulma var. Xəstəlik budur. 
Uşaq  ağlayır  və  əli  ilə  qarın  hissəsini  göstərir.  Bakıda 
differensial  diaqnostika  yoxdur  bəyəm?  Axı  səbəblər  müxtəlif 
ola bilər! Bunu hər kəs bilir. Bakıda ancaq differensial həkim 
biznesi var. Xəstə müxtəlif biznes obyektidir!  
İndi biz kimik?! -İçi boş balaban. Yalandan səs-küy salırıq. 
Teleefirlərdə  hey  özümüzə  təriflər  yağdırırıq.  Utanmırıq-bu 


125
 
 
təriflərdən?!  Təbii  ki,  hər  kəsə  aid  deyil.  İstedadlılarımız, 
peşəkarlarımız da var.  
 
Yazılma tarixi-09 aprel 2017-ci il  
 
Sovetlər dövrü və dini inam, inanc 
Sovetlər 
dönəmində 
biz 
hansı 
dini 
məzhəbə 
mənsubluğumuzu  çox  da  bilməzdik.  Tək-tək  insanlarda 
fərqləndirici  düşüncə  vardı.  Bu  düşüncə  də  təsiredici  deyildi. 
Sovetlər  dönəmində  əxlaq  da  yüksək  idi.  Dəyərlər  çox  idi. 
Deməli,  əsil  din  Sovetlər  dövründə  idi.  Biz  bunu  sadəcə  dərk 
edə bilmirdik. 
SSRİ dağılandan bu yana Azərbaycan gəncliyinin ən böyük 
nailiyyətlərindən  biri  də  dini  müxtəlif  etiqadlara,  məzhəblərə, 
cərəyanlara  parçalamaq  olub.  Bununla  da  dinsizlik  daha  çox 
inkişaf edib! 
 
Yazılma tarixi-23 aprel 2017-ci il 
 
Türk fərdinin terrorçu ünsür olması barədə 
 
Özündən  razı,  lakin  əslində  qeyri-rasional  cəmiyyətlərdə 
terrorçu  yetişdirmək  çox  asandır.  Çünki  belə  cəmiyyətlərdə 
iradə zəif olur. Kütləvi şouya meyil də güclənir. Özündən razı 
cəmiyyətlərə  Qafqaz,  Mərkəzi  Asiya,  ümumilikdə  Asiya 
cəmiyyətlərinin çoxunu aid etmək olar. 
Türk  fərdi  terrorçu  olmağından  utanmalıdır!  Ayıbdır, 
şərəfsizlikdir! Bununla demək istəyir ki, zəifdir, cılızdır! 
Təəssüf  hissi  ilə  bidirmək  olar  ki,  Mərkəzi  Asiya  indi 
terrorçu  yetişdirməklə  məşğul  olur!  Yeni  terror  coğrafiyası 
yaranır.  Terror  o  yerdə  yaranır  ki,  orada  maarifçilik  zəifdir, 
kasıbçılıqdır.  
Türk dünyası terror ünsürü olmamalıdır! Dünya ilə elm və 
maarifçiliklə ayaqlaşmalıdır. 
 
Yazılma tarixi-23 aprel 2017-ci il 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə