Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə33/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

111
 
 
-xarici  ölkələrdə  yaşayan  milli  iş  adamlarının  koordinativ 
fəaliyyətini təşkil etmək, əlaqələndirmə şurasını yaratmaq; 
-diasporanın  fəaliyyətini  strukturlaşdırmaq,  institutlaş-
dırmaq-inzibati, ictimai və siyasi mərkəzlərə çevirmək
-diaspora idarəçiliyini yaratmaq; 
-miqrasiya  proseslərində  iştirak  etmək  və  kənardan 
tənzimləyici dəstək olmaq
-mədəni təsir funksiyasını həyata keçirmək
-ictimai  fəaliyyət  üçün  maliyyə  resurslarını  əldə  etmək, 
maliyyə mənbələrini formalaşdırmaq; 
-milli  elementlərin  xarici  elementlərlə  qarışmasını,  üzvü 
sintezini təşkil etmək; 
-milli  elementlərin  xaricə  çıxışını  təmin  etmək  və  xarici 
elementlərlə  uzlaşmasına  ictimai,  mədəni  və  siyasi  dəstək 
vermək. 
 
Yazılma tarixi-12 mart 2017-ci il  
 
SSRİ kosmonavtikası və rus xalqının ruhu haqqında 
 
Mən  bu  gün  Moskvada  kosmonavtlar  parkında  oldum. 
Kosmonavtikanın  banisi  Sialkovskinin  heykəlini,  akademik 
Karalyovun heykəlini, digər alim konstruktorların heykəllərini, 
ilk  kosmonavt  Qaqarinin  büstünü,  ilk  qadın  kosmonavt 
Tereşkovanın büstünü, ilk dəfə açıq kosmosa çıxan kosmonavt 
Leonovun  büstünü  və  digərlərinin  büstünü  gördüm.  Oxudum 
ki, ilk dəfə süni kosmik peyki SSRİ buraxıb, SSRİ Aya, Mars 
ve  Venera  planetlərinə  aparat  göndərib.  Çoxlu  digər 
məlumatlar  oxudum.  Bu  dövlet  XX  əsrdə  kosmonavtikada 
əməlli  tarix  yaradıb.  Kosmonavtika  irsi  deyir  ki,  xalqın  qəlbi 
genişdir, -buna söz ola bilməz 
 
Yazılma tarixi-13 mart 2017-ci il 


112
 
 
Moskva 
metrosu-"Yeraltı 
cəmiyyət" 
haqqında 
düşüncələrim 
  
Müşahidələrim bunu deyir: 
Tam  sağlamdır.  Sistemlilik  və  rasionallıq  var.  Bu  hal 
texnikanın  istifadəsində  və  insanların  davranışında  müşahidə 
olunur.  Bir  qayda  olaraq  texnika  qayda-qanunla  idarə  olunur. 
Texnika  rasionallığı  insanların  davranış  vərdişlərini  sistem-
ləşdirir  və  özünə  uyğun  şəkildə  mexanizmləşdirir.  İnsanlar 
yeraltı  cəmiyyətin  qaydalarına  əməl  edirlər.  Qaydalara  əməl 
düzgün yol seçməyə və düzgün hədəflərə aparıb çıxarır. 
Yeraltı cəmiyyət mədənidir. İnsanlar yumşaq mədəni mühit 
yaradıblar.  Stansiyalarda  hərə  öz  yoluna  tələsir.  Eskalatorlara 
minən  kimi  hər  kəs  sağ  tərəfə  çəkilir,  sol  tərəfdə  tələsənlər 
üçün  yol  yaradır.  Eskalatorlarda  kitab  oxuyanlara  çox  rast 
gəlinir. Belə hallar stansiyalarda da var.  
Qatarlarda  metro  xəritələri  vurulub.  Yollar  (stansiyalar) 
üçün  işıq  lövhələri  (elektron  tabloları)  qapıların  üstündədir. 
Stansiyalar  elan  olunur.  Oturacaqların  imtiyazlı  şəxslərə 
verilməsi sərnişinlərdən xahiş olunur. 
Qatarda hamının  başı  aşağıdır: kimi  kitab, qəzet  və  jurnal 
oxuyur,  kimi  də  planşet  kitablardan  istifadə  edir.  Mobil 
telefonlara  baxanlar  da  var.  Heç  kəs  heç  kəsin  üzünə  baxmır. 
Hətta gözlərini yumub xəyala dalanlar da var. Yeraltı cəmiyyət 
çox çalarlıdır 
 
Yazılma tarixi-17 mart 2017-ci il  
 
 
 
 


113
 
 
Yaradıcılıq haqqında 
 
Yaradıcılıq  üçün  mütləq  deyil  ki,  öz  ölkənin  vətəndaşı 
olasan.  Başqa  ölkənin  də  vətəndaşı  ola  bilərsən.  Yaradıcılıq 
ruhu tək bir xalq üçün deyil, bütün dünya üçündür. Allah bir-
dünya birdir. Ən əsası insanlıqdır! 
Yaradıcılıq  üçün  münasib  hal  həm  də  apatrid 
(vətəndaşsızlıq)  halıdır.  Düzdür,  bunun  problemleri  çox  ola 
bilər. 
Xalqların  yaradıcı  və  qurucu  şəxsləri  (fərdləri)  dünyada 
gəzərək  ayrı-ayrı  məkanlardan  ruh  alsalar  daha  da  zəngin 
ideyalı  olarlar.  Onlar  öz  ideyalarını  yayaraq  dünyaya  xidmət 
edərlər. Eləcə də öz xalqlarını təmsil edərlər. Digər tərəfdən də 
istedadlarını  və  biliklərini  artırarlar.  Sadəlikdən  mürəkkəb-
liklərə  və  əksinə  keçidlər  edərlər.  Daha  çox  ümumiləşdirici 
olarlar. 
 
Yazılma tarixi-17 mart 2017-ci il  
 
Rusiya-Ukrayna qardaşlığı 
 
 
Rusiya  ilə  Ukrayna  arasındakı  münasibətlərdə  ayırıcı, 
pozucu, destruktiv amil olaraq milli-mədəni elementləri ortaya 
atmaq düzgün deyil; çünki onlar praktiki olaraq eyni xalqlardır. 
Mədəni  amillərin  tərkibi  olaraq  dini  inancları  da  eynidir. 
Deməli,  ruhları  da  eynidir.  Onlar  sadəcə  iki  bədəndə  bir 
ruhdurlar.  Şərqi  Avropanın  sağlamlığı,  sabitliyi  slavyan 
dünyasının  sağlamlığından  asılıdır.  Ətraf  xalqlar  və  kənar 
dövlətlər  bunu  dərk  etməlidirlər.  Ukrayna  ilə  Rusiya  arasında 
sağlam münasibətlər olmasa ətraf əziyyət çəkəcək 
 
Yazılma tarixi-18 mart 2017-ci il  
 


114
 
 
Heydər Əliyevin kimliyi barədə 
 
Milli  Liderimiz  Heydər  Əliyevin  sadəliyi  onun 
böyüklüyündən  irəli  gəlib.  Böyük  olduğundan  uzun  yolları 
yaxın görə bilib. Həm də qət edə bilib. 
Heydər  Əliyevin  siyasət  məktəbi  olub.  Onun  siyasət 
məktəbi  xalqın  ruhuna  uyğun  olub.  O,  xalqın  mental 
dəyərlərini dərindən duyaraq idarəçilik məktəbini yaradırdı. 
Milli  İiderimiz  Heydər  Əliyev  xalqın  idarəçilik  çağırış-
larına  uyğun  məktəb  yaradırdı.  Ruha  yad,  pozucu  elementləri 
buraxmırdı.  Sistemdə  xalqın  ictimai  ruhunu  onun  siyasi  ruhu 
ilə vəhdətləşdirirdi və harmoniya yaradırdı.  
İqtisadi  və  siyasi  böhranlar  anında  xalq  Heydər  Əliyevə 
inanırdı və inam da özünü doğruldurdu. Heydər Əliyev intuitiv 
təfəkkürlə  pozulmuş  situasiyanı,  sistemi  bərpa  edə  bilirdi. 
Xalqın  içərisində  onun  statusu  möhkəm  idi.  O,  özünün 
qabaqgörənliyi  ilə  pozucu  hadisələrin  qarşısını  ala  bilirdi.  Ən 
yaxşı metodu xalqın ruhuna cavab verən aktlar sistemini həyata 
keçirməkdən ibarət idi. Bununla da coşmuş kütlə sakitləşirdi və 
sistem öz axarına düşürdü.  
Heydər  Əliyevin  rəhbərlik  etdiyi  və  təşkil  etdiyi  siyasi 
sistem  möhkəm  idi.  Bu  möhkəmlik  inamla  və  sadiqliklə 
yaranırdı. Hakim komanda siyasi sistemdə ciddilik, avtoritarlıq 
görürdü  və  bu  da  məsuliyyəti  yaradırdı.  Məmur  öz  vəzifəsinə 
ciddi  yanaşmaq  məcburiyyətində  qalırdı.  Məmur  etikası  da 
formalaşırdı.  Heydər  Əliyev  ciddiyyətini  siyasi  sistemdə  hər 
zaman  saxlamaq  lazımdır.  Tələbkarlıq  elə  ciddiyyətdir.  Siyasi 
sistem baza xəttə (özünü qoruyan baza xətt) zərbə vura bilməz. 
Bu təməl xətt sarsılanda sistem xaosa çevrilə bilir. 
 
Yazılma tarixi-20 mart 2017-ci il  
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə