Elşən Misir oğlu Nəsibov


Memarlıq və xalqın fəlsəfi ruhu haqqında



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə32/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

107
 
 
Memarlıq və xalqın fəlsəfi ruhu haqqında 
 
Memarlıq yaradıcılığın və quruculuğun nəticəsidir. Burada 
mədəniyyət  və  incəsənət  çulğaşır.  Eyni  zamanda  mədəniyyət 
və  incəsənət  harmoniyalaşır,  həm  də  vəhdətləşir.  Memarlıqda 
mənəviyyat  da  əks  olunur.  Çünki  mədəniyyət  xalqın  etik 
səviyyəsinin  göstəricisidir.  Xalqın  daxilindən  niyyət  və 
məqsədlərindən,  istəklərindən  xəbər  verir.  Memarlıqda  rəs-
samlıq,  bundan  irəli  gələrək,  heykəltəraşlıq,  ümumiyyətlə, 
təsvir, təsəvvür və onun qrafikası  özünə ruh qatır. Yaradıcılıq 
quruculuqda  canlanır.  Yaradıcılıq-burada  həm  də  bədii  ruh-
memarlıqda  həyata  qədəm  qoyur.  Memarlıq  insan  yara-
dıcılığının, daxili aləminin xüsusiyyətlərini özündə ehtiva edir. 
Memarlıq müəyyən məkanda insan ruhunun və yaradıcılığının 
təkmilləşməsini təmin edir.  
Hər  bir  zəngin  memarlıq  əsəri,  memarlıq  nümunəsi  bir 
fəlsəfi  nəticədir.  Memarlıqda  sadə  elementlərin  cəmindən 
mürəkkəblik  və  zənginlik  meydana  gəlir.  Bu  baxımdan  da 
müxtəlif  istiqamətli  sadəliklər  cəmi  mürəkkəblikləri  ehtiva 
edir. Bu da fəlsəfəni əks etdirir. 
Memarlıq  nümunələri-abidələr,  binalar-evlər,  saraylar, 
muzeylər  və  digər  təyinatlı  tikililər  müəyyən  bir  məkanda 
birləşəndə  harmonik  sistem  yaradır.  Məkan  özü  fəlsəfi 
mahiyyət  kəsb  edir.  Fəlsəfi  məkanda  ruh  böyüyür.  Harmonik 
və tarazlı zəngin ruh bir-birini tamamlayır.  
Bir  xalq  böyük  olanda  onun  memarlığı,  yaradıcılığı  və 
quruculuğu  da  böyük  olur.  Memarlıqda  xalqın  qabiliyyəti, 
talantı,  eyni  zamanda  istəkləri,  mövcud  və  gələcək  arzuları, 
inkişaf  yönləri  təsvir  olunur.  Memarlıq  ruh  elementlərinin 
kompleksini 
canlandırır. 
Memarlıq 
xalqın 
mədəni 
identifikasiyasını  əks  etdirir.  Memarlıqda  xalqın  fantastik 
həyatı ilə real həyatı harmonik şəkildə çulğaşır.  
Moskva  şəhərinin  daxili  hissəsi  bütün  memarlıq 
abidələrindən ibarətdir. Xalq memarlıqla öz daxili kimliyini açıb. 


108
 
 
Xalqın  qəlb  genişlyi  onun  fəlsəfi  yaradıcılığında  aşkar  olunur. 
Moskva  fəlsəfədən  ibarətdir.  Bu  fəlsəfədə  keçmiş  zaman,  indiki 
və gələcək zaman arasında xarakterik bağlılıq var.  
 
Yazılma tarixi- 01 mart 2017-ci il  
 
Rusiya mərkəzli inteqrasiya haqqında 
 
Keçmiş  SSRİ  məkanı  böyük  beynəlxalq  münasibətlər 
sferasıdır. Bu sferadan daima müsbət dəyər kimi faydalanmaq 
lazımdır.  Bu  məkanda  çoxvektorlu  inteqrasiya  siyasəti  təşkil 
olunmalıdır  və  şəbəkə  xarakteri  almalıdır.  Şəbəkə  özü  hiper 
geosiyasi  məkanı  əhatə  etməlidir.  Rusiyanın  və  ətraf  ölkələrin 
potensialı böyükdür. Bu  potensialı birləşdirmək lazımdır. Ona 
görə ki, potensial hər bir tərkibə, sistemi təşkil edən elementə 
fayda verər. 
Rusiyanın  ətraf  ölkələri  bu  ölkə  ilə  yumşaq  beynəlxalq 
münasibətlər sferası təşkil etməlidirlər. Rusiya öz sərhədlərinin 
toxunulmazlığından 
arxayın 
olmalı 
və 
təhdidlərdən 
sığortalanmalıdır.  Rusiyanın  böyüklüyü  və  resurslarla 
zənginliyi ətraf ölkələrin də faydalanmasına şərt olar.  
Avrasiyanın yeni, həm də yumşaq məzmunlu (hərbi, siyasi, 
iqtisadi  və  mədəni  forma  nəzərdə  tutulur)  beynəlxalq  iqtisadi 
strukturu  Rusiya  mərkəzlidir.  Coğrafi-mədəni  və  siyasi  as-
pektlər bunu deməyə əsas verir. 
Rusiya Avro-Asiyanın multikultural mərkəzidir.  
 
Yazılma tarixi- 02 mart 2017-ci il  
 
 
 
 


109
 
 
MDB-ni dəyərə çevirmək lazımdır 
 
Müstəqil  Dövlətlər  Birliyini  təşkil  edən  ölkələr  arasında 
inteqrasiyanı,  əməkdaşlığı  və  tərəfdaşlığı  gücləndirmək  üçün 
bu kimi tədbirlər həyata keçirilməlidir: 
-MDB-nin  bir  qurum  kimi  Birlikdən  İttifaqa  keçidinin 
təmin edilməsi
-“Yumşaq  sərhədlər”  rejiminin  təşkili-MDB  daxilində 
yumşaq sərhədlər rejiminin tətbiqi;  
-“Asan  və  sərfəli  qiymətə  yol  xərcləri”-sərnişinlər  və  yük 
daşımaları üçün; 
-“Asan  gömrük”  sisteminin  tətbiqi,  “Gömrüksüzlük” 
rejiminin tətbiqi; 
-“Asan yük daşımaları” 
-“Asan  miqrasiya”  qanunvericiliyi,  qeydiyyatın  yum-
şaldılması; 
-“Asan  vətəndaşlıq”  məsələləri-MDB  vətəndaşlığının 
formalaşdırılması-MDB-nin bir ölkəsinin vətəndaşı özünü həm 
də  digər  ölkələrin  vətəndaşı  kimi  hiss  edir  və  təşkilat 
məkanında müəyyən səlahiyyətlərə və hüquqlara malik olur; 
-“Asan  sərmayə”  siyasəti  və  iqtisadi  inteqrasiyanın 
gücləndirilməsi; 
-Terrora  qarşı  “Birgə  əməkdaşlıq”  layihələrinin  həyata 
keçirilməsi; 
-MDB-nin daxili birgə təhlükəsizlik sisteminin tətbiqi
-MDB valyutasının qəbulu ; 
-Dostluq mədəniyyətinin formalaşdırılması və s. 
 
Yazılma tarixi -04 mart 2017-ci il  
  
 
 


110
 
 
Azərbaycan  diasporasının  strategiyası  və  taktikası 
haqqında 
 
Çox  təəssüf  ki,  biz  Moskvada  daha  çox  maddi-fiziki 
varlıq  kimi  tanınırıq.  Mədəni  kimliyimiz  zəifdir.  Mədəni 
kimlik ümumiyyətlə, daha çox ruhi istedada, bu baxımdan 
qabiliyyətə,  yaradıcılığa  və  quruculuğa  bağlıdır.  Ruhi 
istedad  və  ruhi  varlıq  yuxarıda  dayanır.  Deməli,  biz 
aşağıda tanınırıq. Xaricdə mədəni statusumuz zəifdir. Bizə 
xarici  ölkələrdə  daimi  fəaliyyət  göstərən  mədəniyyət 
mərkəzləri  lazımdır.  Xalqın  bədii  yaradıcılığı  onun 
kimliyinin  əsaslarını  təşkil  edir.  Məsələn,  ədəbiyyat, 
incəsənət xalq ruhunun əsas qrafikasıdır. 
Diaspora  aktlardan  ibarət  olan  kompleks  anlayış  kimi 
xarici  siyasətin  (dövlətin  xarici  siyasətinin)  və  ictimai 
diplomatiyanın  (xalqın  xarici  fəaliyyətinin,  xalqın  xarici 
aktlarının)  tərkibidir.  Burada  dövlətlə  yanaşı,  xalq  özü  də 
iştirak  edir.  Deməli,  diaspora  mədəni,  siyasi  və  ictimai  bir 
fəaliyyətdir. Diaspora özü xalq diplomatiyasını həyata keçirən, 
xalqın  nüfuzunu  saxlayan  bir  fəaliyyətdir.  Diaspora  lobbiçilik 
fəaliyyətini  təmin  edən  təmsilçilk  konsepsiyası  anlayışıdır. 
Diaspora  təmsilçilik  funksiyasını  geniş  şəkildə  həyata 
keçirməlidir.  Başlıca  məqsəd  güc  və  təsir  yaratmaqdan  ibarət 
olmalıdır.  Bunun  faydası  da  ölkəyə  olan  xarici  təsirləri 
azaltmaqdan  ibarət  olmalıdır.  Eyni  zamanda  resurslardan  və 
dəyərlərdən  müştərək  istifadəni  təmin  etmək  başlıca  hədəf 
olmalıdır.  Ölkənin  təhlükəsizliyi  və  inteqrasiyası  ortaya 
qoyulan məqsəd olmalıdır.  
Xarici  ölkələrdə  Azərbaycan  diasporunun  strateji  və 
taktiki fəaliyyəti bunlardan ibarət ola bilər: 
 
-xaricdəki  milli  elementlərin  kompleksləşdirilməsinə,  o 
cümlədən mərkəzləşməsinə kömək etmək, dəstək vermək
-milli  elementlərin  ölkədə  və  xaricdə  fəaliyyətini 
dəstəkləmək; 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə