Elşən Misir oğlu Nəsibov


Rusiyanın gələcəyi haqqında



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə34/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

115
 
 
Rusiyanın gələcəyi haqqında 
 
Bu  əsrin  sonuna  qədər  dünyanın  ən  güclü  dövləti  Rusiya 
olacaqdır.  Rusiya  Avrasiyanı  “soran”  bir  mərkəz  rolunu 
oynayacaq.  Bu  baxımdan  da  öz  passiv  resurslarını  aktiv-
ləşdirəcək.  Bu  gün  Rusiya  müqayisədə  hələ  passivdir.  Ancaq 
ən  böyük  passiv  enerji  mənbəyidir.  Demək  mümkünsə,  hələ 
xamdır, xammal mənbəyidir.  
Rusiyanın bu əsrdə güclənmə səbəbləri: 
-türk dünyası ilə yaxınlıq; 
-müsəlman aləmi ilə yaxınlaşma: 
-Avropadan 
və  Qərbin  digər  dünyasından  soyuq 
qarşılanmaq.  Bunun  səbəbində  özünüdərkin  güclənməsi  və 
passivliyin aktivliyə keçməsi baş verir
-milli məkanın aktivləşməsi və ətrafı cəlb etməsi; 
-Avro-Asiya məkanında yerləşməsi(mədəni amillər); 
-elmi potensialın güclü olması; 
-Postsovet məkanı ilə sərhədlənməsi
-güclü iqtisadiyyatın yaranma amili; 
-makro iqtisadi mərkəzlərin yaranacağı amili; 
-xalqın hərbi xarakteri; 
-vətən ruhunun güclü olması; 
 -Avropa  İttifaqının  dağılacağı  və  slavyanların  yenidən 
Rusiya mərkəzində cəmləşəcəyi amili
-Çin  amilinə  qarşı  Türk  dünyası  ilə  yaxınlaşmaq  zərurəti- 
Türk dünyası Rusiya üçün Çinlə arada yastıq rolunu oynayır; 
-miqrantlar hesabına əhalinin artacağı amili və s. 
 
Yazılma tarixi-23 mart 2017-ci il  
 
 
 
 
 


116
 
 
Hadisələrə olan mövqenin çəkisi 
 
Əsaslı  tənqidin  çəkisi  və  dəyəri  saxta  tərifin  çəki  və 
dəyərindən  daha  üstündür.  Buna  görə  də  obyektiv  tənqidlə 
yaşamaq daha yaxşıdır. Stereotiplələrə barışmaq düzgün deyil. 
 
Yazılma tarixi-24 mart 2017-ci il  
 
 
Təkallahlılıq və vəhdət inancı barədə 
 
Bəşəri  (vahid  və  universal  insan)  tələblər  və  dəyərlər 
təkallahlılıq  inancını  ortaya  qoyur.  Mədəniyyət  elementləri, 
identifikasiya  elementləri  çoxdur,  buna  görə  də  inanclar  da 
çoxluq  təşkil  edir.  Allahın  bir  (tək)  olması  onu  deməyə  əsas 
verir  ki,  insanlar  öz  daxillərində  inancları  birləşdirsinlər.  Bu 
baxımdan  bütün  dinlərə  hörmət  lazımdır.  Ən  əsası  inancın 
bəşəri  məzmunudur.  Allah  bir  olduğundan  bütün  dinlər  bir 
insanda cəmləşə bilir. 
 
Yazılma tarixi-24 mart 2017-ci il  
 
Kollektiv idman və biz 
 
Hal-hazırda Almaniya ilə Azərbaycan oyunu gedir: 
 
-kollektiv  idmanın  böyük  nailiyyətləri  bizim  ruhumuza 
uyğun deyil; çünki biz ictimai yox, fərdi ruhlu eqoistik. Bizdə 
az-çox güləş, boks,  ağırlıq qaldırma və bu kimi  idman növləri 
inkişaf edə bilər
-azarkeşlik  mədəniyyətimiz  zəifdir;  stadionda  kütləvi 
olaraq  geyinilmiş  uniformalar  və  digər  görüntü  vasitələri 
görünmür; 
-qadın azarkeşlər çox güman ki, azlıq təşkil edir


117
 
 
-azarkeşlik  üçün  idman  mahnıları  yoxdur  ki,  kollek-
tivcəsinə oxunsun; ancaq fitə basmağı bacarırıq; 
-çoxumuzun əyin- başı qara rəngdədir. 
Rayonlarımızda  idmançı  qızlar  yetişdirmək  olar!?  Hər  cür 
şərait yaradılsa belə mümkün deyil! 
 
Yazılma tarixi-26 mart 2017-ci il  
 
Biz komanda oyunlarını bacarmırıq 
 
Biz  futbol,  voleybol,  basketbol,  həndbol,  otüstü  hokkey, 
buzüstü  hokkey,  kollektiv  üzgüçülük  və  digər  komanda 
oyunlarında  sadəcə  olaraq  daha  çox  imitasiya  ilə  məşğul 
oluruq.  Biz  bu  kimi  sahələrdə  orijinal  idmançı  ola  bilmərik. 
Özümüzü aldatmayaq. Əgər orijinallıq olsaydı, indi müsəlman 
ölkələri  olimpiadalarda  və  dünya  çempionatlarında,  digər 
yarışma formalarında uğurlar qazanardılar! 
 
 
Yazılma tarixi-26 mart 2017-ci il  
Musiqi və sarsılan, əzilən, kövrəkləşən ruhumuz 
 
Muğam,  segah  və  digər  ağlaşmalar,  həmçinin  seriallar  və 
hind  filmləri  türk  dünyasını  ağlar  qoyub.  Mərdliyini  əlindən 
alıb. Tam yumşaldıb, passivləşdirib 
 
Yazılma tarixi-27 mart 2017-ci il  
 
Avropalıyıqmı?! 
 
Mənə elə gəlir ki, Azərbaycanda iki əsas saxta şüar var: 
 
-Biz avropalıyıq; 
-Biz idman ölkəsiyik. 
Siyahını uzatmaq olar. 
Yazılma tarixi-28 mart 2017-ci il  
 
 


118
 
 
Zərurətlər və mütləqlər barədə 
Belə qəbul edək ki, zərurətlər içində zərurətlər var. Bunlar 
da  mütləqlərdir.  Təsadüflər  isə  qeyri-müəyyən  mütləqliyə 
keçən  zərurətdir.  İnsanlar  bütünlükdə  dəyişən  və  yeniləşən 
mütləqlərlə  rastlaşırlar.  Hər  zərurət  təsadüf  kimi  görünür. 
Əslində  isə  hadisələr  mütləqdir;  çünki  hər  şeyi  mütləq  idarə 
edən Allah var! 
 
Yazılma tarixi-30 mart 2017-ci il  
 
Bəşəri sevgi barədə 
 
Dünyanı  sevən  özünü  və  xalqını  daha  yaxşı  sevər.  Çünki 
dünyanı  sevmək  böyüklük  əlamətidir.  Dünyanı  sevmək  fərdi 
eqoizmə zərbə vurur. Milli özünüdərki isə zənginləşdirir. 
Yazılma tarixi-31 mart 2017-ci il  
 
Allaha sevgim 
 
 
Mən  içimdə  həm  də  xristianam.  Müsəlmanam,  həmçinin 
slavyanlardanam. Özümü belə hiss edirəm! 
 
Yazılma tarixi-31 mart 2017-ci il  
 
İnsan dünyaya açılmalıdır 
İnsan  özünü  dəyərləndirmək  istəyirsə,  həmçinin  milli 
məkandan  xaricə  çıxmalıdır.  Başqa  cəmiyyətlərlə  təmas 
insanda özünü sübutu yaradır. İnsanı ayıldır və daha dəqiq edir. 
 
Yazılma tarixi-31 mart 2017-ci il  
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə