Elşən Misir oğlu Nəsibov


Nobel sülh mükafatı haqqında



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə39/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

134
 
 
Nobel sülh mükafatı haqqında 
 
Suriyada  uzun  müddətli  sülhə  nail  olunarsa,  Astana 
formatının  üzvləri  –dövlət  başçıları  Nobel  sülh  mükafatına 
layiq görülə bilərlər. 
 
Yazılma tarixi-08 may 2017-ci il  
 
Bakı-Qəhrəman şəhər kimi  
 
Bakı  faktiki  olaraq  "Qəhrəman  Şəhər"  olub.  Müharibə 
vaxtı  arxa  cəbhənin  "Qızıl  qəhrəmanı"  olub.  Bu  adın 
qazanılması  üçün  ölkə  rəhbərliyi  tərəfindən  "Qələbə 
diplomatiyası" siyasəti həyata keçirilməlidir. 
 
Yazılma taixi-09 may 2017-ci il  
 
“9 May” Qələbə günü haqqında 
 
Faşizm  (nasizm-radikal  milliyyətçilik,  milli  diktatorçuluq, 
yəni,  bir  millətin  regionda  və  regiondan  kənarda  əvəzsiz, 
alternativsiz diktəsi, rasizm) üzərində qələbədə bizim də böyük 
əməyimiz  var:  babalarımız,  nənələrimiz  ön  və  arxa  cəbhədə 
fədakarcasına mübarizə aparıblar. Bu baxımdan "9 May Qələbə 
Günü"-nü soyuq və biganə qarşılaya bilmərik! 
Bayramımız mübarək! 
 
Yazılma tarixi-09 may 2017-ci il  
Heydər Əliyevin doğum günü haqqında 
 
Milli  Liderimizin  doğum  günü  əlamətdar  gün  kimi  qeyd 
olunur. Bu məqsədlə Azərbaycan hökuməti tərəfindən maliyyə 
imkanlarına  uyğun  olaraq  gələcəkdə  bu  kimi  addımlar  atıla 
olar:  
Ad günündə: 
-mükafatlar verilə bilər


135
 
 
-illik təqaüdlər təyin oluna bilər
-pensiya və sosial müavinətlərə əlavələr oluna bilər; 
- müalicə kartları verilə bilər; 
-məktəbli təqaüdləri təyin oluna bilər 
 
Yazılma tarixi-10 may 2017-ci il 
 
Biz türklər dünyada infantil xalqlar sırasındayıq  
 
Çünki: 
-inkişafdan çox geri qalmışıq; 
-passivik; 
-yabançı texnika üzərində feodal təfəkkürlüyük; 
-texnikada acizik, texnika dilənçisiyik
-zəflikdən ağlayanıq; 
-qara sevdalıyıq; 
-yalançı müsəlmanıq; 
-şou göstərənik, lovğayıq; 
-cibi boş əliaçığıq; 
-zəifik, qorxaqlıqdan bayrağa cumuruq; 
-zəiflikdən cılızıq və s. 
 
Yazılma tarixi-25 may 2017-ci il  
 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində 
cəzanın növləri göstərilir.  
-Onlardan biri də xüsusi və ya hərbi rütbədən, fəxri addan 
və  dövlət  təltifindən  məhrum  etmədir.  Bu  kimi  cəza  növü 
(xüsusilə  fəxri  adlardan  və  dövlət  təltifindən  məhrum  etmə) 
tətbiq oluna bilməz.  
Səbəbləri: 
-birincisi,  fəxri  adlar  və  rütbələr  nailiyyətlərə,  xidmətlərə 
(dövlət  və  xalq  qarşısında)  görə  verilir.  Cinayət  -adların 


136
 
 
verilməsindən  sonra  törənirsə,  şəxs  bu  hüquqlardan  məhrum 
ola bilməz;  
-fəxri  ad və dövlət təltifi, hərbi rütbə, xüsusi rütbə cinayət 
əməlində maddi amil, alət deyil; vəzifə tutma (məsələn, general 
hərbi  rütbəsi  ilə  qoşun  komandanı  olmaq  bir  vəzifədir) 
vasitədir,  səlahiyyətdir.  Cinayət  törətdikdə  (az  ictimai 
təhlükələr  törədən,  ağır  və  xüsusilə  ağır  cinayətlər)  vəzifədən 
cəza  yolu  ilə  məhrum  olursan,  -  general  rütbəsindən  yox, 
tutduğun vəzifədən məhrum olursan
-fəxri  ad,  dövlət  təltifi  isə  vəzifə  deyil,  sadəcə  vəzifə 
tutanın  tituludur.  Bu,  cinayət  törədən  üçün  əsas  vermir  və 
cinayətdə vasitə deyil. Məsələn, xalq artisti, əməkdar müəllim, 
əməkdar mühəndis və s. fəxri adları cinayətdə maddi vasitələr 
deyillər; 
-cinayətin  törədilməsində  zaman  amili  var.  Cinayət 
törətdikdən  qabaq  qazanılan  ad  təqsirləndirilən  şəxsdən 
məhrum  oluna  bilməz.  Yalnız  o  halda  ona  haqq  qazandırıla 
bilər  ki,  yəni,  adın  götürülməsi  mümkün  olar  ki,  cinayət 
törətdikdən sonra ad qazanılmış olsun. Yəni, vaxtilə törədilmiş 
cinayətin  üstü  açılarsa  və  həmin  cinayəti  törədən  şəxs 
(təqsirləndirilən  şəxs)  cinayət  aktının  baş  verməsindən  sonra 
(üstü  açılmamış  cinayətdən  sonra)  fəxri  ad  qazanarsa,  ondan 
məhrum etmək olar.  
 
Yazılma tarixi-24 may 2017-ci il  
 
Əlavə cəza haqqında  
 
Cinayətlə əlaqəsi olmayan bir məsələnin əsas və əlavə cəza 
kimi  tətbiq  olunması  kobud  hüquq  pozuntusıdur.  Məsələn, 
əməkdar müəllim fəxri  adını daşıyan bir şəxsin  fəxri  adla heç 
bir  maddi  əlaqəsi  olmayan  ağır  cinayət  törətməsi  onun  bu 
hüquqlardan  (əməkdar  müəllim  fəxri  adından)  məhrum 


137
 
 
olunmasına  səbəb  verə  bilməz.  Buna  görə  də  şəxsə  bu  kimi 
əlavə cəza verilə bilməz. 
Bir  imkanlı  şəxs  layiq  olmadığı  halda  cinayət  yolu  ilə 
(vəsatət  qaldıran,  təqdimat  verən  qurumun  səlahiyyətli 
nümayəndəsinə  açıq  və  ya  da  gizli  şəkildə  rüşvət  verməklə) 
fəxri  ad  alır,  dövlət  tərəfindən  təltif  olunur.  Bir  müddət 
keçdikdən sonra işin üstü açılır. Məlum olur ki, nəticə cinayət 
yolu  ilə  əldə  olunub.  Onda  cinayət  törədən  şəxslər  (rüşvət 
verən  və  rüşvət  alan  şəxslər)  cinayət  məsuliyyətinə  cəlb 
olunurlar.  Bu  halda  məhkəmə  qərarı  ilə  cinayət  törədən  şəxs 
fəxri  addan,  dövlət  təltifindən  (cinayət  yolu  ilə  əldə  olunan 
nəticədən) məhrum olur və ona cinayət işi kəsilir 
 
Yazılma tarixi-26 may 2017-ci il 
 
Müsəlmanlar və ibadət 
 
Müqəddəs Ramazan ayımız mübarək! 
 
Biz  müsəlmanlar  etiraf  etməliyik  ki,  təmsil  olunduğumuz 
aləm  ümumən  kasıb  bir  dünyadır.  Qaranlıqlar  içərisində  qərq 
olunub.  İnsanların  çoxusu,  yoxsuldur,  ac-yalavac  içərisində 
yaşayır.  Belə  halda,  maddi  sarsıntılar  vəziyyətində  yüksək 
imandan,  inamdan,  saf  əxlaqdan,  təmiz  vicdandan,  haqq-
ədalətdən,  taraz  ruhlu  münasibətlərdən  və  əlaqələrdən,  nəfsə 
hakim  olmaqdan  danışmaq  və  ədalətsiz  həqiqətə  haqq 
qazandırmaq  çətindir.  Cəmiyyətlərdə  kriminallıq  çoxdur. 
Siyasi,  mədəni,  iqtisadi  cinayətkarlığın  kütləsi  artıqdır.  Yalan 
danışmaqların kütləsi artıqdır. Belə olan halda dinin tələblərinə 
saf  əməldən,  ümumiyyətlə,  əməli  salehlikdən  danışmaq 
utancaqlıq  gətirir.  Din  və  onun  tələbləri  ayrı-ayrı  şəxslərin  və 
müəyyən  qrupların  maddi  qazanc  vasitəsinə  və  hakimliyinə 
çevrilir.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə