Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə51/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

180
 
 
Bütün  sahələrdə  olan  alimlik-  deyək  ki,  yetişmənin 
nisbətən yüksək zirvəsidir. 
Hamı  bilir  ki,  son  zirvə  yoxdur.  İnsan  yetişdikcə-yetişə 
bilər.  Təkmilləşə,  savadlana  və  kamilləşə  bilər.  Bu  proses 
ömrünün axırına qədər davam edə bilər. Hamımız yaxşı bilirik 
ki, 
insan 
ömrünün 
sonuna 
qədər 
öyrənməlidir.  
Alimlik  mütləq  və  nisbi  bir  zirvədir,  şərəfdir,  ləyaqətdir, 
dəyərdir.  Alimlik  həm  də  müəyyən  qədər  yol  göstərmə 
deməkdir.  Bir  alim  səviyyəsinə  çatmaq  üçün  kifayət  qədər 
sərmayə  (maddi  kapital),  zaman,  ömür,  mənəvi  aləm  sərf 
olunur. Alim olan şəxs etikanı, digər mənəvi kriteriyaları əlində 
daima  rəhbər  tutur  ki,  ömür  şərəfinə,  adına  xələl  gəlməsin. 
Lakin  kasıb  cəmiyyətlərdə  alimin  şərəfini,  ləyaqətini  aşağı 
salan, ona utanc gətirən kriteriyalar mövcud olur. Bu anda alim 
özünün  uca  zirvədə  olmasından  heyfislənir,  başını  aşağı  salır 
və daxilində özünü zavallı, yazıq, biçarə hiss edir. İcazə verin, 
biçarəliyi, zavallılığı konkret fikirlərlə ümumiləşdirim: 
-alimin  kasıbçılığı,  orta  meyarlara  cavab  verəcək  qədər 
imkanlarının olmaması; 
-alimin  maddi  vəziyyətinin  aşağılığından  irəli  gələrək 
cəmiyyətin  bir  çox  proseslərindən  kənarda  qalması.  Utanc 
hissləri gətirəcək vəziyyətlərlə üzləşməsi; 
-vəzifə  tutan  yalançı  alimlər  önündə  şərəfini  aşağı 
endirmək məcburiyyəti ilə üz-üzə qalması; 
-yalançı  alim adını qazanmaq üçün onların önündə öz əqli 
mülkiyyətləri ilə əyilmələri, onlara “satılmaq” məcburiyyətləri; 
-maddi  vəziyyətinin  aşağı  olması  ucbatından  ailə  üzvləri 
yanında başını aşağı salması; 
-yaxın qohumlar yanında yazıq vəziyyətdə qalmaları; 
-dövlət  qayğısından  kənarda  qalmaları,  həqiqi  alimlər 
olaraq mükafatlardan kənarda tutulmaları; 
-yalançı  alimlərin  paxıllıq  və  qısqanclıq  hissləri  və  bu 
hisslərdən irəli gələn hərəkətlərlə rastlaşmaları; 


181
 
 
-əsərlərin  ərsəyə  gəlməsinin  qarşısının  digərləri  tərəfindən 
süni şəkildə alınması halları ilə rastlaşma
-dəyərli  əsərlərin  çapı  üçün  maddi  elementlərin,  şəxsi 
vəsaitlərin çatışmazlığı; 
-əsərlərin  çapı  yolunda  cəmiyyətin  başqalarına  əl  açan 
dilənçi ünsürlərinə çevrilməsi
-vəzifə tutan yalançı alimlərdən asılılıq; 
-əqli  mülkiyyətlərinin,  zehni  əməklərinin  oğurlanması  və  s.  
Hər bir alim onun şərəfini aşağılayan, uca adına xələlə gətirən 
hallarla rastlaşdıqda dəyərini itirir, mənəviyyatını aşıladır. 
 
 
Yazılma tarixi-01 sentyabr 2015-ci il  
 
Ədəbiyyatın mədəniyyətdə və cəmiyyətdə rolu 
(maarifləndirici vasitə kimi) 
 
Cəmiyyət  və  mədəniyyət  quruculuq  və  yaradıcılıq 
məhsuludur.  Bunun  da  yolu  həm  də  ədəbiyyatdan  keçir. 
Ədəbiyyat cəmiyyətin mədəni inkişafı və mədəni dəyərlər üçün 
əsas vasitələrdəndir. Çünki, maariflənməni təmin edir, bilikləri 
daşıyır,  oxuculara  təqdim  edir,  insanları  düzgün  yollar  üçün 
nəticələr  çıxarmağa  sövq  edir.  Buna  görə  də  oyadıcı,  ayıldıcı, 
aydınlaşdırıcı,  müəyyənedici  təsirə  malikdir.  Ədəbiyyat 
hadisələri,  baxışları,  bu  baxımdan  da  həyat  və  onun  tərkib 
elementləri  arasında  olan  əlaqələri  təsviredici  vasitədir. 
Cəmiyyətin  mədəni  xarakteri  ədəbiyyatda  da  öz  əksini  tapır. 
Ədəbiyyat  bir  ümumiləşdirici  vasitə  kimi  həyat  prinsiplərini 
ədəbi-bədii üslubda təqdim edir və yaşadır.  
İnsanların  təbiətə,  təbiətdəki  elementlərə  bağlılığı  onların 
düşüncələrində  ifadə  olunur.  Düşüncələrin  şifahi  və  yazılı 
formada  silsiləli,  ardıcıl  və  yığcam  və  geniş  sistemli  ifadəsi 
ədəbiyyatın  yaranmasını  təmin  edir.  Təbiət  hadisələrinə 
münasibət  və  təbiət  hadisələrinin  içində  olmaq  və  hadisələrlə 
şüuru bağlılıq yaratmaq insanların xarakterik xüsusiyyətləridir. 


182
 
 
Təbiət  hadisələrinə  olan  baxışların  özləri  təsvirləri  meydana 
gətirir.  Bu  da  yaradıcılığa  şərt  verir.  Yaradıcılıq  insanların 
sosiallaşmasına,  mədəniləşməsinə,  sivilləşməsinə,  dərdlərə 
şərik  olmasına,  ümumi  baxışlar  formalaşdırmasına  əsas  verir. 
Yaradıcılıq  məhsulları  insanların  birləşməsinə  zəmin  yaradır. 
Bu  baxımdan  da  mənəvi  dəyər  rolunu  oynayır.  Yaradıcılıq 
insanların  təbii  resurslara  olan  bağlılığını  və  şərtləndirici 
şəbəkəsini  meydana  gətirir.  Yaradıcılıq  şüurlarda  qeyri-
müəyyənliyi  müəyyənliyə  çevirir.  Hadisələrə,  insanlar 
arasındakı  əlaqə  və  münasibətlərə  ədalətli  yanaşma  məhz 
yaradıcılıqda  da  meydana  gəlir.  Yaradıcılıq  nümunələrində 
hadisələrin  təsviri,  proloq  və  epiloq  arasında  əldə  olunan 
nəticələr,  gəlinmiş  qənaətlər,  bütövləşmiş  nəticələr  insanların 
ruhunda  saflığı  və  ədaləti  tərənnüm  edir.  Yaradıcının  xəyal 
məhsulundan nəticələr çıxarıla bilir.  
Qeyd  olunduğu  kimi,  ədəbiyyatın  insan  həyatında  önəmi 
xüsusidir.  İnsanların  maddi-mənəvi  maraqlarına  cavab  verən 
bütün  ədəbiyyatlar  (bədii,  elmi,  publisistik,  dini,  bilik  verən 
digər ədəbiyyatlar-janrlar üsulları) cəmiyyətin maariflənməsinə 
xidmət  edir.  İnsan  əməlinin  və  baxışlarının  düzgün  məcraya 
yönəlməsinə  səbəb  olur.  Ədəbiyyat  hadisələrlə  zəngin  olan 
yaradıcılığın  irsən,  nəsillərdən-nəsillərə  ötürülməsində  böyük 
rol  oynayır.  Ədəbiyyat  yaradıcılıq  təsvirlərinin,  məhsullarının 
tarixən  yaşamasını  təmin  edir.  Ədəbiyyat  mədəniyyətin, 
cəmiyyətin,  insanlığın  tarixinə  və  insanlığın  ruhən  sağlam 
yaşamasına  xidmət  edir.  Ədəbiyyat  dünya  xalqlarının 
birləşməsinə  və  dünya  fikrinin,  ədəbi,  elmi,  dini  baxışlarının 
vəhdətləşməsinə  kömək  edir.  Dünyanın  bütöv  mədəniyyətinin 
çoxçalarlılığına  xidmət  edir.  Ədəbiyyat  dünyanın  vahid  və 
mürəkkəb  şüurunun,  ədəbi  təfəkkürünün  formalaşmasına  şərt 
verir.  Ədəbiyyat  incidir,  zövq  və  duyğuların  estetik 
gözəlləşməsinə  əsas  verir.  Ədəbiyyat  mövzuları  incəsənət 
nümunələrində  (məsələn,  rəsmlərdə,  rəngkarlıq,  xəttatlıq 
nümunələrində  ədəbi  əsərlərin  estetik  təsviri),  musiqidə 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə