Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə52/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

183
 
 
(məsələn,  dövlət  himnlərində,  dramatik  məzmunlu  opera  və 
operettalarda,  baletlərdə,  mahnılarda),  teatr  pyeslərində  (nəzm 
və  nəsr  məzmunlu  əsərlərdə),  eləcə  də  kino-filmlərdə  həkk 
olunur,  öz  məzmununu  digər  bir  formada  qarşısındakına, 
tamaşaçısına, dinləyicisinə, oxucusuna çatdırır.  
Ədəbiyyat  əsasən  üç  qismə  bölünür:  elmi,  bədii  və  dini 
ədəbiyyat. Bura populyar (ritorikanın, jurnalistikanın, qəzet və 
jurnalların,  televiziya  və  radionun,  meydanlardakı  natiqlərin 
dilini  əhatə  edən,  onları  ifadə  edən  ədəbiyyat-buna  efir 
ədəbiyyatı  da  demək  olar)  ədəbiyyatı  da  aid  etmək  olar. 
Ədəbiyyat  milli  və  əcnəbi  (xarici)  olur.  Bu  birləşmə  ümumən 
dünya  ədəbiyyatı  adlanır.  Bədii  ədəbiyyat  da  janrlara 
(məsələn,  macəra  janrı,  faciə  janrı,  məhəbbət  janrı  və  s.)  və 
oxucusu  baxımından  yaş  auditoriyalarına  bölünür.  Məsələn, 
uşaq  ədəbiyyatı,  geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulan 
ədəbiyyat  və  s.  Eləcə  də  yazılı  (roman,  hekayə,  povest, 
felyeton)  və  şifahi  ədəbiyyat  olur.  Ədəbiyyatın  məzmunu  da 
fərqli  olur:  dram,  yəni,  faciə,  satira,  tənqid;  məhəbbət  və  eşq 
məzmunlu,  müharibə  məzmunlu,  təbiət  məzmunlu,  detektiv 
məzmunlu  əsərlər  mövcuddur.  Ədəbiyyat  hekayələrdən, 
romanlardan,  povestlərdən,  felyetonlardan  (fransızca-səhifə 
deməkdir, qısa məzmunlu və nəzm  və nəsrlə  yazılan satiradan 
ibarətdir),  məqalələrdən  və  geniş  traktatlardan  (bura  elmi 
əsərlər aiddir) ibarətdir. Bədii ədəbiyyat iki formada olur: nəzm 
(sərhədli  şeir  forması)  və  nəsr  (sərhədsiz  sərbəst  forma). 
Ədəbiyyat müəllifi məlum olan və məlum olmayan (şifahi xalq 
ədəbiyyatı-kollektiv  yaradıcılıq  məhsulu)  əsərlərdən,  yara-
dıcılıq  nümunələrindən  ibarətdir.  Şifahi  xalq  ədəbiyyatı-lirik, 
burada  müxtəlif  mövzulu  nəğmələr;  laylalar;  oxşamalar 
(nazlamalar,  əzizləmələr),  bayatılar  (dörd  misradan  və  hər 
misrası  da  yeddi  hecadan  ibarət  olan-şeir  janrı);  epik,  yəni, 
rəvayətlər,  lətifələr,  nağıllardan  təşkil  olunur.  Epik-lirik  (nəsr 
və  nəzm)  növ  olan  dastanlar  (həcmcə  ən  böyük  şifahi  xalq 
ədəbiyyatı  nümunəsidir)  da  ədəbiyyatı  təşkil  edir.  Dastanlar 


184
 
 
(eposlar)  məhəbbət  və  qəhrəmanlıq  mövzularında  olur. 
Ədəbiyyatın  bu  kimi  nümunələri  cəmiyyətlərin  maariflən-
məsinə xidmət edir.  
Ədəbiyyat-antik  dövrü,  orta  əsərləri  əhatə  edir,  həmçinin 
klassik  və  postmodernist  məzmunda  olur.  Hər  bir  dövrün 
ədəbiyyatı,  -istər  fəlsəfi,  istər  mifoloji-dini,  istərsə  də  elmi 
olsun,-hadisələri  təsvir  və  tərənnüm  etmək  baxımından  öz 
dövrünün  məzmununu  və  hadisələr  formasını,  tarixi 
gerçəklikləri  ifadə  edir.  Buna  görə  də  ədəbiyyatı  öyrənmək 
yolu  ilə  tarixin  ruhu  ilə  yaxından  tanış  olmaq  olar.  Tarixlə 
söhbət həmin dövrün ədəbiyyatı (elmi, fəlsəfi, bədii, dini və s.) 
vasitəsilə mümkündür.  
Ədəbiyyatla  tanışlıq  və  mütəmadi  mütaliə  ədəbi  dilin 
formalaşmasını  təmin  edir.  Ədəbi  dilin  normalarının  (fonetik, 
qrammatik,  leksik  norma)  və  üslublarının  (bədii  üslüb) 
saxlanılmasını,  eləcə  də  insanların  ardıcıl  qaydada  ədəbi 
danışıqlarında qalmasını şərtləndirir. Bu baxımdan da insanlar 
norma  və  ölçülərlə  danışmaq  vərdişlərini  mənimsəmiş  olurlar. 
Mənimsəmə  sayəsində  insanlarda  söz  bazası  güclənir  və 
şəxslərdə  sərbəst  və  analoji  olaraq  (alternativ  sözün)  sözlərin 
yerində işlədilməsi qabiliyyətini artırır.  
Qeyd  olunduğu  kimi,  ədəbiyyatda-yazılı  və  şifahi 
ədəbiyyatda  -həyat  təsvir  olunur.  Əsərlərdə  həm  real 
hadisələrin  gerçəkliyi  verilir,  həm  də  poetik  olaraq  və 
təxəyyülün,  təsvirlərin  nəticəsi  kimi,  şərti  bitkin  hadisələr 
canlandırılır. Ədəbiyyatda həyat yaradıcının qələmi və nitqi ilə 
qısa  hekayələrdə,  şeirlərdə,  poemalarda  və  digər  nümunələrdə 
təsvir  olunur.  Həyatın  acı  formaları,  hadisələrin  gərginliyi, 
eləcə  də  xoşbəxt  anlar  ədəbiyyat  nümunələrində  yazıçının, 
şairin, digər müəlliflərin istəyi  və təsviri  gücü oxucuya qələm 
və nitqlə (danışıq üslubu ilə) təqdim edilir.  
Məlunmdur  ki,  ədəbi  əsərlərin  gücü  onun  müəllif 
tərəfindən  təqdim  olunması  (hazır  məhsul  kimi)  və  oxucuda 
yaradılan dolğun təəssüratlarla müəyyən olunur.  


185
 
 
Ədəbiyyatın cəmiyyətdə və mədəniyyətdə rolu nələrdən 
ibarətdir.  Ədəbi  əsərlər  yaradıcılıq  nümunəsi  olduğundan, 
eləcə  də  incəsənətin  tərkibini  təşkil  etdiyindən  (məsələn, 
rəssamlıq və  heykəltəraşlıq)  mədəniyyətin tərkibini  əhatə  edir. 
Çünki  burada  yaradıcılıq  nəticəsi  əksini  tapır.  Mədəniyyət  də 
özlüyündə cəmiyyətin inkişaf və əxlaq dəyərlərini cəmləşdirir. 
Ədəbiyyat  (bədii)  insanların  təfəkkürünü  oyadır,  baxışlarını 
təkmilləşdirir  və  mövhumatı,  cəhaləti  aradan  qaldırır.  Bədii 
ədəbiyyatda  təsvir  edilənlər  etik  və  estetik  məzmunu  ilə 
insanları  daxildən  islah  edir.  Bədii  ədəbiyyat  cəmiyyət  üçün 
mədəni  ünsürlərin  hazırlanmasında  da  xüsusi  rol  oynayır. 
Ədəbiyyatla  yaxından  tanışlıq  mədəni  norma  və  davranışların 
əsaslarını  özündə  əks  etdirir.  Ədəbi  mühit  şəxslərdə  estetik 
zövqü  aşılayır  və  əxlaqi  keyfiyyətləri  tərənnüm  edir. 
Cəmiyyətin  dəyərli,  faydalı  ünsürlərini  həm  də  ədəbiyyat 
formalaşdırır.  Ədəbiyyat  onunla  yaxından  tanış  olanlarda 
estetik zövqü meydana gətirir və insanların əşyalara və özlərinə 
olan baxışlarında müəyyən pozitiv dəyişikliyi yaradır. 
Ədəbiyyatın  cəmiyyətdə  və  mədəniyyətdə  rolunu  bu 
kimi əsaslarla ümumiləşdirmək olar: 
-ədəbiyyat  cəmiyyət  üçün  dəyərli,  məhsuldar  şəxslərin 
yetişməsində  əvəzsiz  rol  oynayır.  Ədəbiyyatla  tanışlıq  və 
mənimsənilmə 
biliklərin, 
ədəbi 
məlumatların 
irsən 
ötürülməsinə zəmin yaradır; 
-ədəbiyyat 
ictimai 
şüurun, 
milli 
özünüdərkin 
formalaşmasında əvəzsiz rola malik olur
-ədəbiyyat  cəmiyyətdə,  insan  həyatında  eybəcərliklərin, 
qüsurların, çatışmazlıqların dram, satira və yumor məzmunu ilə 
ifşa  olunmasını  təmin  edir,  nöqsanları  üzərə  çıxarır  və 
insanların ayılmasına kömək edir; 
-ədəbiyyat  sivil  təfəkkürün  formalaşmasına  zəmin  yaradır, 
şəhər və kənd həyatını tərənnüm edir və bu yolla da insanlarda 
sivil yaşam qaydalarını, həyat tərzini təbliğ edir


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə