Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə50/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

177
 
 
-Edam  meydanları-“günahkarları”,  “cəza  törədənləri”, 
“dinə  qarşı  çıxanları”  nümayişkəranə  asmaq  üçün.  Molla 
məhkəmələrinin qərarlarını icra etmək məqsədilə
-Moizə  meydanları-Mollaların  nüfuzunu  və  əsarətini 
saxlamaq üçün; 
-Daş-qalaq  meydanları-“şeytan  qəlbli  və  şeytan  əməlli 
qadınları”  daşlamaq  üçün.  Onların  cəsədlərini,  ya  da  onları 
diri-diri yandırmaq üçün; 
-Hərrac  meydanları-kiçik  yaşlı  qızların  yaşlılar  tərəfindən 
alqı-satqısı üçün; 
-Qullar  bazarı-kölə  və  qul  ticarətinin  həyata  keçirilməsi 
üçün; 
-Meyxana meydanları-narkomanları əyləndirmək üçün
-Rəqqas  meydanları-təlxəklər  vasitəsilə,  eləcə  də  göbək 
rəqsləri  oynayan  qadınlar  vasitəsilə  mollaları,  bığburma 
qoçuları əyləndirmək üçün
-Heyvanxana 
meydanları-Xoruzları 
və 
qoçları 
döyüşdürmək üçün;  
-Hərəmxanalar-kişilərin  çoxarvadlılığını  təmin  etmək 
üçün; 
-Açıq  mədrəsələr-insanlara  “dini  savad  verməklə”  onları 
“ağıllandırmaq” üçün  
Xalq teatrlara baxmaq, muzeylərə getmək, sərgi salonlarına 
baş  çəkmək,  konsertləri  dinləmək  əvəzinə  yuxarıdakı 
tamaşalara  baxmaqla  öz  ruhunu  “sakitləyəcəkdi”.  Dünyəvi 
musiqini  ağlaşmalar,  mollalar  üstündə  dil  deyib  deyişmələr 
əvəz edəcəkdi.  
 
Yazılma tarixi-12 avqust 2017-ci il  
 
Biz əslində kimik 
 
SSRİ-dən ayrılan kimi dərhal xalisliyimiz, bu baxımdan da 
xamlığımız,  irrasionallığımız,  nizamsızlığımız,  qeyri-estetik 
duyğulu 
olduğumuz 
və 
bütün 
ört-basdır 
edilmiş 
eybəcərliklərimiz  üzərə  çıxdı.  Fərdi  eqoistliyimiz  və 


178
 
 
özbaşınalıq  ruhumuz  oyandı. 
İctimai 
əmlaka  qarşı 
talançılığımız, soyğunçuluğumuz, oğurluğumuz bir yana, digər 
kütləvi  eybəcərliklərimiz  ifşa  olundu.  Belə  ki,  ilk  olaraq 
nizamla  və  estetik  duyumla  tikilən  binaların  nizamına  hücum 
çəkdik. Quruculuqda nizamı, estetikanı qəbul etmədik. İctimai 
nizama qarşı daxili kinimiz hönkürdü, bulaq kimi fışqırdı. Hərə 
əlinə  bir  daşqıran  balta  götürdü  və  bina  divarlarının  əsas 
daşıyıcı  hissələrinə  zərbələr  vurmağa  başladı.  Sanki  heyif 
çıxmaq  uğrunda  mübarizə  başladı.  Binaların  möhkəmliyi  bizi 
maraqlandırmadı. Balkonlarda hərə istədiyi kimi işlər görməyə 
başladı.  Balkonlar  fərdi  “layihələrlə”  tikildi,  qapanıldı.  Günəş 
şüalarının  qarşısı  kəsildi.  Havasızlıq,  nəm  və  rütubət  otaqları 
bürüdü.  Otaqlar  qaranlığa  qərq  oldu.  Binaların  nəfəsliyi 
qapadıldı.  Qonşulardan  şübhələndik.  Xoflu,  xain  qəlbimiz 
üzərə  çıxdı.  Fobiyalarla  yaşadıq.  Pəncərələrimiz  dəmirlərlə 
torlandı.  Hasarlarımız  qala  divarlarına  döndü.  Özümüzü 
çoxbilmiş  kimi  apardıq.  Ancaq  özümüzü  fiziki  və  psixi 
baxımdan xəstələndirdik.  
Binaların  fasadları  eybəcərləşdi.  Günəşdən  evimizə  gələn 
enerjini, nuru qəbul edə bilmədik. Şüşələrimizi balacalaşdırdıq.  
Elə  bil  əyinimizə  geyindiyimiz  kostyumları  bəyənmədik, 
nihilizmə  qapandıq,  onlara  yamaqlar  vurduq.  Bununla  da 
ictimai kimliyimizi sadə yollarla sübuta yetirdik. 
Əlavə  olaraq,  heykəlləri  təpiklədik,  ictimai  telefon 
aparatlarına yumruqlar atdıq. Əcnəbilərə hücum çəkdik.  
İndi  hökumətimiz  həmin  eybəcərliklərin  qarşısını  almaq 
üçün  yüz  milyonlarla  pul  xərcləyir.  Yenə  də  üstünü  örtüb, 
qarşısını  ala  bilmir.  Çünki  bu  eybəcərliklərin  sayı-hesabı 
yoxdur. Binalara qətllər, hücumlar yenə də davam etməkdədir.  
 
Yazılma tarixi-26 avqust 2017-ci il  
 
 
 


179
 
 
II BÖLMƏ. MÜXTƏLİF MƏZMUNLU MƏTNLƏR 
ANTOLOGİYASI 
 
Zavallı alim 
 
Azərbaycan  dilinin  izahlı  lüğətində  "zavallı"  sözü-həm  də 
“acınacaq  halda  olan,  yazıq,  biçarə,  başıbəlalı,  bədbəxt” 
mənalarını bildirir. 
Qeyd:  biz eşitmişik  ki,  Sovet  hökuməti  dövründə  alimin 
zəhmətinə 
həqiqi 
qiymət 
verilib. 
Əsərlər 
yüksək 
qiymətləndirilib, böyük həvəslə çap olunub. Alim və yazıçı da 
öz  layiqli  zəhmətinin  əvəzini  görüb.  Heç  bir  təbəqə  önündə 
yazıq olmayıb. Əksinə, hörmətə layiq təbəqələrdən biri olub. 
Alim niyə zavallıdır?-bu sual çox güman ki, əksər alimləri 
və  ətrafındakıları,  alim  olmayan  şəxsləri  düşündürür.  Mən 
başqalarının  əqli  mülkiyyəti  hesabına  “alim”  olanları,  saxta 
alimlik  diplomları  (elmi  dərəcəyə-fəlsəfə  üzrə  və  elmlər 
doktorlarına-  görə  verilir),  attestatları  (elmi  adlara-dosent  və 
professorlara-görə  verilir)  alanları  hələlik  bu  kateqoriyaya  aid 
etmirəm. Onlar da zavallıdır, lakin bu zavallılıq bir qədər başqa 
fonda,  adlarının  yükündən  utanc  gətirəcək  fonda,  tərzdə, 
büruzə verir və daxili korlayır. 
 
Həqiqi alimlərin zavallılığı barədə: 
 
Xalq,  dövlət,  cəmiyyət,  ailə,  şəxslərin  özləri  erkən 
yaşlarından başlayaraq həyatı boyu külli miqdarda xərc çəkirlər 
ki,  nəticə  etibarilə  yetişərək,  layiqli  evladlar,  şəxslər  olsunlar. 
Şəxslər  erkən  yaşlardan  məktəblərə  gedirlər,  məkətb  yolunda 
dövlət  və  ailə  böyük  əzablara  düçar  olur  ki,  mütəxəssis 
yetişsin.  Bir  şəxsin  cəmiyyətə,  özünə  və  ailəsinə  layiqli, 
dəyərli,  faydalı  bir  element,  subyekt  və  şəxsiyyət  kimi 
yetişməsi  üçün  minbir  əzablarla,  çətinliklərlə  rastalaşması 
zəruri hala çevrilir. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə