Qrup – A1122 Fənn – Lay parametrlərinin dəyişməsinə və işlənmə prosesinə nəzarət



Yüklə 37,3 Kb.
səhifə1/3
tarix22.03.2024
ölçüsü37,3 Kb.
#180141
  1   2   3
H


Fakültə - Geoloji Kəşfiyyat
Ixtisas- Neft qaz mədən geologiyası
Qrup – A1122
Fənn – Lay parametrlərinin dəyişməsinə və işlənmə prosesinə nəzarət
Müəllim – Məmmədov Hüseynağa
Tələbə - Sadıqlı Xəyal
A D N S U
İşlənmə əyrilərinin qurulması və onun mərhələlərə ayrılması
Mövzu
Neft yataqlarının işlənilməsi çoxmərhələlidir və özündə yatağın geoloji-kəşfiyyat, layihələndirmə və yenidən tikinti işlərini cəmləşdirir.
İşlənmə prosesində neft hasilatı daimi dəyişir: artır, qərarlaşır və azalır.
İstismar sahələrinin tam işlənmə vaxtı neft və qaz çıxarmanın tempindən asılı olaraq 4 mərhələyə bölünür:

Yatağa layihə sənədlərinə müvafiq ilkin quyular qazılır və istismara verilir. Onların yüksək hasilatları isə illik dinamikanı maksimum səviyyəyə çatdırır ki, bu da I mərhələnin son həddi hesab edilir.
I MƏRHƏLƏ
II MƏRHƏLƏ
Hasilatın nisbi stabillik illəridir. Bu mərhələnin müddəti 1-10 il ola bilər və burada illik neft hasilatının həcmi onun maksimum qiymətindən təxminən 10%-ə qədər aşağı enir.
Həmin anı II mərhələnin sonu və III mərhələnin başlanğıcı hesab etmək lazımdır. Bəzi yataqlarda, xüsusilə enerji mənbəyi qaz resursları ilə səciyyələnən yataqlarda, işlənilmənin I mərhələsində quyulardan alınan yüksək hasilatın səviyyəsini sonrakı illərdə saxlamaq mümkün olmur. Odur ki, belə yataqlarda II mərhələ çox qısa dövrdə qeyd olunur və ya heç qeyd olunmur.
  • I və II mərhələlərdə yataqların çıxarıla bilən ehtiyatlarının 40-70% qədəri artıq realizə edilə bilər.

III MƏRHƏLƏ
  • Yataqda işlənilmənin ilk illərində (I və II mərhələlər) əldə edilən böyük neft hasilatı onun enerji mənbəyinin xeyli istifadəsinə səbəb olur. Odur ki, sonralar hasilatın kəskin aşağı enməsi müşahidə olunur. Beləliklə, illik neft hasilatı azalır və neftçıxarma tempinin 2%-i səviyyəsinə qədər düşür

Yataqda illik neft hasilatının daha da azalması dövrü bu mərhələyə aid edilir. Burada illik neftçıxarma tempinin qiyməti 2%-dən aşağı olur.
Bu mərhələdə lay təzyiqi azalır, sulaşma qeyri-bərabər formada özünü göstərir, quyuların istismarına qum tıxacı təsir etdiyindən onların hasilatı yüksək olmur və s.

Yüklə 37,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə