Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə35/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

119
 
 
Bəşəri irsimiz 
 
Çox  təəssüf  hissi  ilə  qeyd  etmək  istəyirəm  ki,  biz 
azərbaycanlılar  tarixə  ardıcıl  zəngin  irs  bəxş  edə  bilməmişik. 
Tarixdə  yadda  qalan  pozitiv  izimiz  yoxdur.  Tarixi  iden-
tifikasiyamız zəifdir, sadəcə dünyanın mədəni efirində epizodik 
görüntülərimiz var.  
 
Yazılma tarixi-31 mart 2017-ci il  
 
Böyük ölkə vətəndaşlığı 
 
SSRİ vətəndaşı olmaq dünyanın ən böyük və bu baxımdan 
qüdrətli  ölkəsinin,  həm  də  tolerant  ölkəsinin  vətəndaşı  olmaq 
demək idi. 
 
Yazılma tarixi-01 aprel 2017-ci
 
il 
 
 
Sovet xalqlar ailəsi haqqında 
 
Bizim babalarımız və nənələrimiz II Dünya müharibəsində 
ön  və  arxa  cəbhədə  fədakarlıq  nümayiş  etdiriblər.  Torpaq 
üstündə qan töküblər, SSRİ-nin müdafiəsi uğrunda vuruşublar. 
Bu  bizə  Rusiyanı,  Ukrayna  və  Belorusu,  Baltikyanı  respub-
likaları, Moldovanı sevməyə, onları doğma hesab etməyə haqq 
verir. Biz ayrı-ayrı canlarda yaxın ruhlara sahibik. 
 
Yazılma tarixi-01 aprel 2017-ci il  
 
Rusiya və biz  
 
Rusiya  prezidenti  Vladimir  Putin  həm  də  bizə  doğmadır; 
çünki Rusiya özü bizə doğmadır. Rusiya torpağı keçmiş SSRİ 
üçün çox ruzilidir, bərəkətlidir! 
 
Yazılma tarixi-01 aprel 2017-ci il  


120
 
 
Sivilizasiya cəmiyyətləri  
 
Sivil  xristian  cəmiyyətlərində  yaşamaq  insanı  dəyərli  bir 
varlıq kimi təsdiq edir. Belə cəmiyyətlərdə mövcud olan liberal 
qaydalar,  yumşaq,  güzəştli  münasibətlər  insanlığın  qorunma-
sına və bütün münasibətlər formasında insanlığın ali dəyərlərlə 
idarə olunmasına gətirib çıxarır. 
Sivil  xristian  cəmiyyətləri  mədəniyyət  beşiyidir.  Belə 
cəmiyyətlərdə insan özünün mədəniyyət ünsürü olmasını daha 
ləyaqətlə sübuta yetirir. 
 
Yazılma tarixi-02 aprel 2017-ci il  
 
Terror haqqında  
 
Bütün  terror  lənətlənməlidir,  o  cümlədən  bugünki  Sankt  -
Peterburq metrosunda baş vermiş bəşəri cinayət hadisəsi. Dinc 
insanlar hərbi-siyasi rəqabətin qurbanı olmamalıdırlar. 
Sankt-Peterburq bütün dünya üçün mədəniyyət mərkəzidir. 
İnsanların  bəşər  mədəniyyətinə  bəxş  etdikləri  dəyər  məskə-
nidir. Bütün dünya dəyərlərə hörmət etməli və qorumalıdır! 
 
Yazılma tarixi-03-05 aprel 2017-ci il  
 
Böyük xalq və onun siyasi rəhbəri 
 
Dövlət  rəhbəri  bir  şəxsiyyət  olaraq  xalqın  qüdrətinin 
simvoludur.  Dövlət  rəhbərinin  siyasəti  (aktları,  fəaliyyəti) 
güclü olduqda dövlətin və xalqın siyasi mədəniyyətinin qüdrəti 
büruzə  verir.  Böyük  xalqın  siyasi  rəhbəri  (dövlət  rəhbəri)  öz 
əməlləri  ilə  xalqın  böyüklüyünü  sübuta  yetirir.  Məsələn, 
Vladimir Putin bir şəxsiyyət və siyasi lider olaraq rus xalqının 
böyüklüyünü  və  rus  dövlətinin  qüdrətini  öz  praktik  əməli  ilə 
sübuta  yetirir.  Vladimir  Putinin  fəaliyyəti  rus  xalqının 
harmonik vəhdətini təşkil edir. 
 
Yazılma tarixi-05 aprel 2017-ci il  
 
 
 
 


121
 
 
Rusiya-Azərbaycan ittifaqı haqqında 
 
Azərbaycanla Rusiya  arasında ittifaq dövləti  yaransa daha 
yaxşı  olar.  Rusiya  Azərbaycanın  regional  təhlükəsizliyinə 
əbədi  zəmanətçi  olar.  Mədəni,  iqtisadi,  siyasi  problemlər 
aradan  qalxar.  Ölkələrarası  gediş-gəliş  və  miqrasiya  siyasəti 
daha da yüngülləşər. Rusiyanın mədəniyyəti Azərbaycana daha 
sürətlə transfer olunar. 
Bu ittifaqa sonradan Türkiyə də qoşular. 
Yazılma tarixi-05 aprel 2017-ci il  
 
Dini inanclar barədə 
 
Dini inanclar əslində sadə və  yumşaq xarakterli olmalıdır. 
İnsan  qəlbinə,  düşüncə  və  əməllərinə  yumşaq  formada  təsir 
etməlidir.  İnsan  inancı  və  duası  həqiqətdə  incə  və  nəcib 
duyğularla  xassələnməlidir.  Lakin  buna  baxmayaraq  dini 
inanclar hal-hazırda bərk formada sistəmləşib, siyasiləşib, milli 
və  etnik  xarakter  alıb,  ayrı-seçkiliyin  motivinə  çevrilib.  Buna 
görə  də  öz  həqiqi  mahiyyətini  itirib.  Dini  inanclar  insanlığa 
olan xislətini tənəzzülə uğradıb 
 
Yazılma tarixi-06 aprel 2017-ci il 
 
Ruslar və istedad bolluğu  
 
Rusiya  sakinlərində  istedad  bolluğu  var.  Ölkənin  istedad 
kütləsi  çoxdur.  Eyni  zamanda  zəngin  resursları  mövcuddur. 
Ölkə  öz  istedad  potensialından  yararlanaraq  yeni  istifadə 
modellərini tətbiq etməlidir.  
Rusiya sakinəri öz istedadlarından istifadə edərək resurslar 
üzərində (resurslar obyekt kimi) yeni formalar  yarada bilərlər. 
Bu  proseslər  sayəsində  ölkədə  inkişaf  dalğaları  bir-birini 
əvəzləyər. Yeni formalar yeni modelləri yarada bilər ki, bu da 


122
 
 
nəticədə  yeni  keyfiyyət  və  yeni  görünüşü  şərtləndirər.  Yeni 
görünüş və yeni modellər yeni ruhu meydana gətirər. 
Yeni  modelləşmə  vasitələrdən  keyfiyyətlə  və  sürətlə, 
faydalı  əsaslarla  istifadəni  meydana  gətirər.  Əldə  olunan  yeni 
komponentlər  yenidən  sistemləşməni  formalaşdıra  bilər.  Yeni 
modellərdə  estetika  və  keyfiyyət,  möhkəmlilik,  davamlılıq  və 
operativlik nəticə kriteriyaları olmalıdır. 
 
Yazılma tarixi -09 aprel 2017-ci il 
Güclü  Rusiya  Avrasiya  və  ümumdünya  təhlükəsizliyi 
üçün vacibdir.  
 
 
Çünki, 
-böyük  bir  məkanda  güclü  dövlətçiliyin  modelidir,  öz 
ərazisində  yaşayan  xalqlar,  eləcə  də  ətraf  dövlətlər  və  xalqlar 
üçün nümunədir. Sağlam və rasional dövlətçilik modelidir
-ətraf  dövlətlərə  təsir  edən  mərkəzi  subyektdir.  Bu 
baxımdan dayaq subyektidir;  
-Avrasiya 
beynəlxalq 
münasibətlərində 
sabitliyin 
zəmanətçi subyektlərindən biridir
-beynəlxalq  münasibətləri 
möhkəmlədən  tərəflərdən, 
aktorlardan biridir, bərkidici elementdir. 
 
Yazılma tarixi-09 aprel 2017-ci il  
 
Dövlət və dövlətçilik haqqında 
  
Dövlət  formadır.  Onun  tərkib  elementləri  də  formanın 
tərkibidir.  Dövlətin  tərkibi  onun  “kütləsini”  yaradır.  Dövlətin 
kütləsi  onun  hərəkətinin  əsaslarını  və  hərəkətlərinin  əhatə 
dairəsini  müəyyən  edir.  Dövlətin  tərkib  elementləri  sistemli 
qaydada  hərəkət  edir.  Tərkib  elementlərinin  törəmə  xassələri 
mövcuddur.  Məsələn,  əhali  artır,  dövlətin  sərhədləri  genişlənə 
bilir, -indi ittifaqlar forması dövlətin sərhədlərini genişləndirən 
faktordur. Forma görünüşdür.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə