Elşən Misir oğlu Nəsibov


Türk dünyasının zəifliyi haqqında



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

104
 
 
Türk dünyasının zəifliyi haqqında  
 
Hamımıza  məlumdur  ki,  Asiyada  göbəyimiz  kəsilən  biz 
türk  qəbilələrinin  totemi-inanc  Allahı  (Tanrısı)  “Boz  Qurd” 
hesab  olunur.  Deyilənə  görə  canavar  heç  zaman  əyilmir. 
Qürrəlidir.  Sındırmaq  olmur.  Mərddir.  Yaxşı,  qoy  olsun  belə! 
Bəs necə olur ki, qürrəli türk fərdi və xalqları texniki baxımdan 
qeyri-boz qurdların önündə aciz qalıbdır.  
Yaxşı,  qürrəlisən,  qürurlusan,  əzəmətlisən,  vüqarlısan, 
mərdsən, mübarizsən-öz texniki vasitələrin olsun! Qeyri-qürrəli 
xalqların  beyin  məhsullarından  niyə  asılısan?!  Deməli, 
həqiqətdə seçdikləri totemin yalnız səsi türklərə aiddir. Türklər 
içi boş balabanlar kimi səslənir. Bu səs elə totem səsidir! Boz 
qurdun  həqiqətinin,  daxili  mahiyyətinin  türk  etnosuna, 
məfhumuna çox da dəxli yoxdur!  
 
Yazılma tarixi- 20 yanvar 2017-ci il 
 
Kainat və Günəş haqqında 
 
Vakuum  (boşluq)  mütləq  olmaqla  yanaşı,  şərtidir, 
təqribidir,  nisbidir.  Tam  boşluq  yoxdur.  Məsələn,  bir  qabın 
içərisindən  havanı  sorub  çıxarmaqla  passivliyi  aktivliyə 
çevirmək  olar.  Tam  boşluq  yaratmaq  mümkün  deyil.  Ardıcıl 
sovurub  çıxarma  nəticə  etibarilə  yüngülləşmə,  sürətli 
parçalanma  və  sürətli  hərəkətə  gətirib  çıxarar.  Qabdan  havanı 
sovurmaqla bölünməzliyə yaxınlaşmaq olar. Qab tab gətirərsə, 
kiçik zərrəciklər aktivliyini daha da artırar. Sıxlığı seyrəklik və 
aktivlik, sürətli parçalanma əvəzləyər. Qabdan havanı sormaqla 
bir  müddətdən  sonra  qab  partlayar.  Maşın  təkərinin  şinindən 
havanı sorub çıxarsaq, şin qızıb əriyə bilər. Çünki zərrəciklərin 
məkana  yayılması  sürətlənər.  Bu  baxımdan  da  sovurma  özü 
məkanda hərəkəti sürətləndirir.  


105
 
 
Yer  kürəsindən  uzaqlaşdıqca  kosmik  məkan  genişlənir. 
Buna görə də sürət artır. Seyrəkləşmə sürətin artmasına da təsir 
edir. Günəş məkanında güclü sovrulma gedir. Bunun sayəsində 
məkanda  yüngülləşmə  genişlənir.  Sovrulma  öz  ardınca 
sıxılmanı  gətirir.  Bu  qarşılıqlı  proses  sayəsində  Günəş  əmələ 
gəlir. Kosmik  fəza sorularaq Günəşdə sıxılır. Digər  yandan da 
kosmik  fəza  Günəşi  sorur.  Zərrəciklər  sorulur,  buna  görə  də 
sıxılır.  Günəş  sorulur,  məkan  genişlənir.  Yerinə  kosmik  fəza 
daxil olur. Beləcə ulduzlar yaranır. Ulduzların mənbəyi kosmik 
fəzanın özü olur. Ulduzlarda sıxılma və yüngülləşmə prosesləri 
gedir.  Sovrulmada  daxil  olan  zərrəcik  miqdarı  onu  tərk  edən 
zərrəciyin  miqdarına  bərabər  olur.  Buna  görə  də  ulduzlar 
kainatı tarazlı edən elementlərdir. 
Günəş  kosmik  fəzadan  yüngüldür,  həm  də  aktivdir. 
Kosmik fəza genişlənsə Günəş böyüyər. Böyük ulduzları əhatə 
edən  fəza  Günəşi  əhatə  edən  fəzadan  fərqli  kütləyə  malik  ola 
bilər-yüngül olar.  
Ulduzlar  bir  tərəfdən  sovururlar,  digər  tərəfdən  də 
buraxırlar.  Cazibə  və  itələmə  qüvvəsinin  aktiv  mənbəyi 
ulduzlardır,  qalaktikalardır.  Kainatın  fəzası  da  aktivliyə 
nisbətən  passivlik  mənbəyidir.  Deməli,  passiv  mənbə  aktivə 
çevrilir. Kainatın bütün hissəsi ulduzlardan keçir. Elementlərin 
keçidləri  yaranır.  Bu  da  onu  deməyə  əsas  verir  ki,  kainatda 
zaman əbədidir. Elementlər “ölürlər” və “dirilirlər” 
 
Yazılma tarixi-29 yanvar 2017-ci il  
 
Əsil alim haqqında 
 
-əsil  alim  öz  daxilinin  səsinə  səs  verib,  harayları  qələmə 
alandır;  
-əsil  alim  öz  daxilinin  səsini  xarici  səsələ  birləşdirib, 
orijinal harayları qələmi ilə vəhdətləşdirəndir


106
 
 
-əsil alim xaricdən gələn informasiyaları öz daxilində olanı 
ilə  birləşdirib  üzvi  vəhdət  yaradandır.  Faydalı  məntiqi 
nəticələrə gələndir; 
-əsil alim orijinal ruhludur
-əsil alim mədənidir; 
-əsil alim konstruktiv təfəkkürlüdür  
 
Yazılma tarixi- 08 fevral 2017-ci il 
 
Rusiyada yaşayanların zəngin ruhu haqqında 
 
Moskvada  teatrlar  və  digər  incəsənət  və  mədəniyyət 
mərkəzləri  üstünlük  təşkil  edir.  Sayları  çoxdur.  Teatrlar  və 
incəsənət mərkəzləri xalqın yaradıcı və qurucu ruhundan xəbər 
verir.  Xalqın  qurucu  və  yaradıcı  elementləri  mədəniyyət  və 
incəsənətdə əks olunur. Xalqın ideal ruhu və ideyaların əməldə 
büruzə  olunması  məhz  ədəbiyyat  vasitəsilə  həyata  keçirilir. 
Ədəbiyyatda  xalq  mövcud  vəziyyətini  və  gələcək  istəklərini, 
eləcə  də  reallıqla  xəyallarını  paralel  və  ardıcıl  olaraq  əks 
etdirir.  Təsvir,  təsəvvür,  mücərrəd  və  konkret  elementlər, 
zamanda və məkanda özünü tapmaq və dərk etmək ədəbiyyatın 
mahiyyətini  təşkil  edir.  Ədəbiyyat  xalqın  içini  açır  və 
düşüncələrinin  mahiyyətini  aşkarlayır.  Ədəbiyyat  xalqın 
xarakterini  müəyyən  edən  kriteriyaları  özündə  ehtiva  edir.  Bu 
baxımdan  da  teatrlar,  burada  səhnələşdirilən  əsərlər 
antologiyası 
xalqın 
zəngin 
ruhunu 
sübuta 
yetirir. 
Müşahidələrim  onu  deyir  ki,  rus  xalqı,  Rusiyada  yaşayanlar 
həm  romantikdirlər,  həm  də  real  dramatik  ruhu  dərk  edirlər. 
Moskva  memarlığı  onu  deyir  ki,  rus  xalqı  böyükdür, 
yaradıcıdır,  qurucudur.  Avropadan  da  memarlıq  fəlsəfəsini 
qəbul edib. Bu baxımdan da zəngin ruhludur. Çünki yaradıcılıq 
zənginlikdən, taraz ruhdan yaranır. 
 
Yazılma tarixi- 28 fevral 2017-ci il  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə