Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə28/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

93
 
 
II FƏSİL: QARIŞIQ KİTAB-2 
 
I BÖLMƏ. SOSİAL ŞƏBƏKƏDƏ YAZILMIŞ QISA 
MƏTNLƏR ANTALOGİYASI 
 
Cəmiyyətimiz və yaşlı insanlara hörmət 
 
Doğrudanmı biz yaşlı insanlara: babalara, nənələrə, ata və 
analara  tam  mənası  ilə  sosial  hörmət  bəsləyirik  və  onların 
qayğısına qalırıq?! Əsla belə deyil. 
Düzdür, ailədə, məişətdə, nəqliyyat vasitələrində qadınlara, 
yaşlı atalara, babalara, fiziki cəhətdən qüsurlu insanlara hörmət 
edirik.  Bir  adət  olaraq  nəqliyyat  vasitələrində  onlara  oturmaq 
üçün  yerləri  təklif  edirik.  Onların  yanında  ədəbli  və  nəzakətli 
olmağa  çalışırıq.  Yaşlı  insanlara,  qadınlara  bu  şəkildə  hörmət 
bəsləməsək  qınaq  obyekti  olmağımızdan  ehtiyatlanırıq.  Bu, 
özlüyündə bir tərbiyədir, yaxşı xasiyyyətdir. 
Bəs hörmətsizliyimiz haradadır? 
Hamımıza 
şahiddir 
ki, 
küçə 
və 
prospektlərin 
təmizlənməsində,  süpürülməsində  xüsusilə,  yaşlı  insanların 
əməyindən  istifadə  olunur.  Bu  nə  dərəcədə  düzgündür?!  Hər 
səhər  o  başdan  (səhər  tezdən)  əllərində  süpürgə  və  bel  olan 
yaşlı  analar  və  atalar  səsli-küylü,  toz-torpaqlı  küçələrin 
təmizlənməsi ilə məşğuldurlar. Onlar bu  yaşda istirahət etmək 
əvəzinə,  şirin  yuxu  yatmaq  əvəzinə,  hətta  qışın  o  sərt 
günlərində  də  küçələrə  tökülürlər.  Bəs  toz  udan,  gigiyenik 
zərbələrə  məruz  qalan  yaşlı  insanlarımızın  taleyini  bu  şəkildə 
həll etmək hansı ədəb-ərkana sığır? Əlləri belində olan bəylərin 
bu  yaşlı  insanları  işlətməsi,  onlara  qışqıraraq  komanda,  əmr, 
göstəriş vermələri isə daha sarsıdıcı bir mənzərədir. 
Bizim  o  çayxanalarda  namusdan,  qeyrətdən,  tərbiyədən 
dəm  vuran  gənclərimiz  haradadır?  Nə  üçün  onlar  abadlıq 
işlərinə qoşulub yaşlı insanları əvəz etmirlər. Ona görə ki, belə 
işlərə aşağı səviyyəli bir iş kimi baxırlar. Lakin aşağı səviyyəli 


94
 
 
işdən qazanılan ata, ana və baba, nənə çörəyini yeyirlər. Budur, 
bizim  yaşlı  insanlara  sosial  hörmətimiz.  Qadınları,  anaları, 
babaları  aşağı  səviyyə  hesab  edilən  işlərdə  işlədirik.  Hansı 
mental dəyərdən söhbət gedə bilər?! Nəticələr çıxarılmalıdır. 
 
Yazılma tarixi-01 may 2015-ci il  
 
Dünyanın “Siyasi bel qurşağı”nın bəzi problemləri  
 
Siyasi  bel  qurşağında  güc  çoxdur,  lakin  rasionallıq  və 
sistemlilik  zəifdir.  Qəribəsi  də  odur  ki,  burada  din  və  fəlsəfə, 
həm  də  elm  var.  Beşik mövcuddur.  Bəs  qüsuru  yaradan 
narahatlıq  nədəndir?-Görünür,  təbiət  də  burada  önəmlidir. 
Günəş  burada  yaşayan  insanları  coşqu  vəziyyətində  saxlayır. 
“Bel təzyiqi” güclüdür. Enerji bolluğu var, hər kəs özünü ağıllı 
hesab edir. Ətraf mühit çox zəngindir. Başlar bir araya sığmır, 
yola  getmək  çətindir.  Bu  vəziyyət  dünyanın  başını  (ABŞ  və 
İngilis  dünyası)  və  ürəyini  (Rusiya  və  slavyam  dünyası)  də 
narahat edir. Bel qurşağında Yaponiya, Çin, Koreya, Vyetnam, 
Pakistan,  Hindistan,  Əfqanıstan,  İran,  bütün  Ərəb  dünyası, 
Türk  dünyası,  Aralıq  dənizi,  Xəzər  və  Qara  dəniz  regionları, 
Cənubi  Avropa,  Şərqi  Avropa,  Qafqaz,  Mərkəzi  Asiya, 
Mərkəzi Amerika və digərləri aiddir. 
 
Yazılma tarixi-26 iyul 2015-ci il  
 
 Azadlıq haqqında 
 
Hər  bir  şəxs  müəyyən  bir  məkan  üzərində  mövcudluğunu 
əks etdirir, yaşayır fəaliyyət göstərir. Hərəkət sferasının sahəsi 
şəxsin  potensialından,  güc  və  imkanlarından  asılıdır.  Həm  də 
məkanda  mövcud  olan  elementlər  arasındakı  məsafədən 
asılıdır. Bu məsafəni güc özünə darta bilir. Burada gücün daha 
çox  azadlıq  məkanı  formalaşır.  Azadlıq  sərbəst  məkanda,  güc 


95
 
 
və  imkanlar  daxilində  süni  maneələr  olmadan  hərəkət  etmək 
sahəsidir.  Hərəkət  sahəsi  şəraitə,  zamana  bağlı  olur.  Tələb  də 
burada rol oynayır. Azadlıq həm də sərbəst ruha bağlıdır ki, bu 
da  özlüyündə  hərəkətlərə  rəvac  verir.  Ümumiyyətlə,  azadlıq 
sərbəst  hərəkət  sferasına  bağlı  olan  bir  məkan  və  ruh 
anlayışıdır. Azadlıq dəyərdir, çünki insanın enerjisinə bağlıdır. 
Azad insan pozitiv və enerjili olur. Azad cəmiyyət sistemli və 
hüquq sərhədləri ilə əhatələnən olur. Mədəniyyət, onun tərkibi 
olan  yaradıcılıq  və  quruculuq  azad  cəmiyyətin  əsasını  təşkil 
edir. 
 
Yazılma tarixi-27 iyul 2015-ci il  
 
Kim olursan ol, özün ol! 
Deməzdim  bu  fikir  tək  mənə  məxsusdur.  Belə  hesab 
edirəm  ki,  bəşəriyyət  yaranandan  bu  fikir  var.  Fikir 
özünüdərkin,  özünükimliyin  əsasını  təşkil  edir.  Hər  bir  insan 
daxilində  kimliyini  müəyyən  etməlidir.  Bu  həm  də  sərhəddir, 
əndazədir.  Daxilini  müəyyən  edən  şəxs,  ölçüsünü  bilən  şəxs 
həyatda daha da uğurludur. Çünki məkanını özü yaxşı bilir. 
Bu gün kimliyindən qırağa çıxan, əndazəsini bilməyən, öz 
potensialından  kənarda  olan,  "özü"  olmaq  istəməyən  çoxlu 
sayda "mütəxəssislər" var. Onlar elə bilirlər ki, qıraqdan onlara 
fikir verən yoxdur. 
 
Yazılma tarixi-27 avqust 2015-ci il  
 
Avropanın miqrant problemi 
 
Bu  gün  Avropanı  miqrant  problemi  kəskin  şəkildə  əhatə 
edir.  Almaniya,  Serbiya,  Yunanıstan  və  digər  ölkələr  həyəcan 
təbili çalırlar. Avropaya üzümü tutub deyirəm: "O insanlar elə 
öz  ölkələrində  rahat  yaşayırdılar.  Nə  üçün  o  insanların 
yaşadıqları ölkələri,  cəmiyyətləri  alt-üst  etdiniz? Qədim Şərqə 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə