Elşən Misir oğlu Nəsibov


Mədəni inqilab-dilçilikdə



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə30/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

100
 
 
Mədəni inqilab-dilçilikdə 
Əgər  bir  xalq  inkişaf  etmək  və  digər  xalqlarla  yanaşı, 
yüksək  səviyyədə  yaşamaq  istəyirsə,  mütləq  qaydada  özünü 
daxilən islah etməlidir. İslah edərək, müəyyən yenilikləri tətbiq 
etməli, köhnəliklərdən, əski vərdişlərdən azad olunmalıdır. 
Bu proseslərə "mədəni inqilab" adı verilir. Dilin inkişafı və 
yeni  sözlərlə  zənginləşdirilməsi  elə  mədəni  inqilabın  tərkib 
hissəsidir. 
Bizim də mədəni inqilaba hər zaman ehtiyacımız var! 
 
Yazılma tarixi-02 avqust 2016-cı il  
 
Böyük dövlətlər və dünya sülhü 
 
Dünya sülhü böyük dövlətlərdən asılıdır. Onlar beynəlxalq 
aləmə qarşı xain olmurlar. Lakin istəyirlər ki, dünyanı əllərində 
saxlasınlar. 
Hər  bir  dövlətin  xarakteri  mövcuddur.  Xarakter  tərkib 
elementlərin  davranışından  ibarətdir.  Böyük  dövlətlərin  tərkib 
elementləri  də  çoxluq  təşkil  edir.  Bu  baxımdan  xarakter  də 
zəngin  olur.  Zəngin  xarakter  özündə  müxtəlif  davranış 
metodlarını meydana gətirir. Böyük dövlətlər çalışırlar ki, digər 
dövlətlər hesabına öz güclərini saxlasınlar. 
 
Böyük dövlətlərin xarakterik xüsusiyyətlərinə aid olur: 
 
-müdriklik və böyüklük əlamətləri, xeyirxahlıq fəaliyyəti; 
-əliaçıqlıq və yardım etmək fəaliyyəti
-özlərinə qarşı qısqanclıq; 
-orta və kiçik dövlətlərə qarşı qısqanclıq; 
-beynəlxalq 
eqoizm-özünüsübut 
və 
özünütəsdiq, 
özünümüdafə hissləri; 
-özünü qorumaq üçün coşqu hissləri; 
-beynəlxalq aləmə qarşı həssaslıq; 


101
 
 
-beynəlxalq emosionallıq; 
-beynəlxalq  aləmə  qarşı  istəklər  və  əldən  buraxmamaq 
xarakteri və s. 
 
Yazılma tarixi-10 avqust 2016-cı il  
 
Rusiya-Türkiyə yaxınlaşması 
 
Dünya  daima  gərginlikdədir.  Bu  gərginlik  təbii  bir 
prosesdir.  Böyük  dövlətlərin  maraq  təmin  etmək  siyasətləri 
məhz  dövlətləri,  regionları  gərgin  siyasi  qurşaqlarda  üzbəüz 
qoyur. 
Dünyanın  qütbləşməsi  makroiqtisadiyyat  üçün  sərfəlidir. 
Eyni  zamanda  makro  idarəçilər  üçün  də  faydalıdır.  Strateji 
məhsul  siyasəti  ilə  məşğul  olanlar  beynəlxalq  gərginlikdən 
spekulyasiya, manipulyasiya üçün istifadə edirlər. 
Bu  gün  siyasi  proseslər  ona  aparıb  çıxarır  ki,  Avro-Asiya 
qurşağında artıq yeni qütbləşmə yaranır. Bu qütbləşmənin əsas 
subyektləri  və  obyektləri  Türkiyə  və  Rusiyadır.  Rusiyanın 
məqsədi Türkiyəni öz tərəfinə çəkməkdir. 
Türkiyə-Rusiya  əməkdaşlığı  və  strateji  tərəfdaşlığı  bəzi 
makro idarəçilərə sərf edir. 
 
Yazılma tarixi-12 avqust 2016-cı il  
 
Beynəlxalq proseslərin proqnozlaşdırılması haqqında 
 
Beynəlxalq  münasibətlər  mövzusu  üzrə  gələcəyə  yönəlik 
proqnozlar verərkən, ciddilik üçün nələr nəzərə alınmalıdır: 
 
-məkan və sərhəd amili -yaxın məkanda yerləşmə
-inteqrasiya, əməkdaşlıq və tərəfdaşlıq yönləri; 
-tarixi amil; 
-sistemlilik prinsipi; 


102
 
 
-mədəni amillər, xalqların uyğun mental dəyərləri
-strateji planlar; 
-strateji planlara adekvat tədbirlər; 
-siyasi rəqabətdə tərəflərin siyasi vəziyyətləri
-miqrasiya və immiqrasiya prosesləri və mərkəzləri; 
-dostluq və strateji müttəfiqlik yönləri
-böyük  və  kiçik  dövlətlərin  gücləri  və  onların  siyasi, 
iqtisadi və hərbi çəkiləri; 
-dünyanın idarəolunması prinsipləri; 
-geosiyasət və mərkəzləşmə, maraqların qruplaşması və s. 
 
Yazılma tarixi-28 avqust 2016-cı il  
 
Az qıdalanmanın mənfi tərəfləri haqqında 
 
Belə  hesab  etmək  olar  ki,  gündəlik  olaraq  normadan  az 
qıdalanmaq,  uzun  müddət  pəhriz  saxlamaq  orqanizmin 
xaricdən normadan az enerji qəbul etməsinə gətirib çıxarır. Bu 
anda  orqanizmin  enerji  balansı  pozulur.  Ümumiyyətlə, 
orqanizm  həm  də  xaricdən  toplanan  daxili  enerji  ehtiyyatı 
hesabına  özünü  təmin  edir.  Bu  da  çatışmazlıqları  yaradır. 
Orqanizmin  normal  inkişafı  üçün  lazımi  resurslar  çatışmır. 
Zəiflik  müşahidə  olunur.  Orqanizmin  bütöv  inkişaf  və 
dayanıqlı  proseslərində  ləngimə  başlayır.  Proseslərin  zamana 
uyğun gedişatı və tsikli pozulur.  
Az qida qəbulu xəstəliklərə yol açır: 
-vitamin  çatışmazlığı  insanlarda  tez  qocalmanı  əmələ 
gətirir.  Çünki  qocalma  daha  çox  daxili  enerji  potensialının 
çatışmazlığından  meydana  gəlir.  Cavanlıq  üçün  normal  və 
keyfiyyətli  qidalar  və  xaricdən  kifayət  qədər  enerji  qəbulu 
vacibdir.  Daxili  potensial  məhz  xarici  axın  hesabına  enerji 
bazasını artırır; 
-diabet xəstəliyi ola bilir-qara ciyər yüklənir
-mədə-bağırsaq bakteriyaları baş qaldırır; 


103
 
 
-mikroorqanizmlər  passivlikdən  (yuxulamadan)  aktivliyə, 
oyaqlığa keçirlər; 
-sinir xəstəlikləri ortaya çıxır; 
-əqli-psixi problemlər yaranır; 
-xərçəng xəstəliyi baş qaldırır; 
-vitamin çatışmazlığı meydana gəlir; 
-duyğu orqanlarının fəaliyyəti korlanır; 
-insan öz simasının nurunu itirir, gözəlliyini itirir və s.  
 
Yazılma tarixi-05 yanvar 2017-ci il  
 
Dövlət rəhbərinin möhkəm iradəsi haqqında 
 
Dövlət  rəhbəri  xalqın  seçdiyi  və  ya  da  konstitusiya 
hüquqlarından  irəli  gələrək,  irsən  bu  postu  tutan  əsas  şəxsdir. 
Dövlət  rəhbəri  ən  ali  siyasi  şəxsdir  və  xalqın  siyasi,  mədəni 
bütövlüyünü  ali  səviyyədə  təcəssüm  etdirir.  O,  xalqın  siyasi 
aynasıdır. Mədəni mücəssəməsidir.  
Dövlət rəhbəri sadə bir şəxs, vətəndaş olmaqla ən möhkəm 
və  sağlam,  xalq  yolunda  qəti  və  dönməz  iradəyə  malik 
olmalıdır. Xalqın iradəsinin bütövlüyü siyasi mərhələdə bitkin, 
vəhdət  xarakter  alır.  Dövlət  rəhbəri  postunda  işləyən  şəxsin 
iradəsi  o  səviyyədə  möhkəm,  sağlam  və  ədalət  yönümlü 
olmalıdır  ki,  xalqın  iradəsinin  parçalanmasının  qarşısını  ala 
bilsin.  Möhkəm  və  sağlam  iradə  tarazlı  rəhbərliyin  əsaslarını 
ortaya qoyur. Möhkəm iradə beynəlxalq diqqəti də özünə cəlb 
edir,  əməkdaşlıq  üçün  inam  yaradır.  Dövləti  etibarlı  tərəfdaşa 
çevirir.  
İradənin  sağlamlığı  və  möhkəmliyi  iti  ağıla,  geniş  zəkaya 
və  humanist  qəlbə  birləşəndə  simmetrik  idarəetmə  meydana 
gəlir. 
 
Yazılma tarixi-16 yanvar 2017-ci il  
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə