107
Memarlıq və xalqın fəlsəfi ruhu haqqında
Memarlıq yaradıcılığın və quruculuğun nəticəsidir. Burada
mədəniyyət və incəsənət çulğaşır. Eyni zamanda mədəniyyət
və incəsənət harmoniyalaşır, həm də vəhdətləşir. Memarlıqda
mənəviyyat da əks olunur. Çünki mədəniyyət xalqın etik
səviyyəsinin göstəricisidir. Xalqın daxilindən niyyət və
məqsədlərindən, istəklərindən xəbər verir. Memarlıqda rəs-
samlıq, bundan irəli gələrək, heykəltəraşlıq, ümumiyyətlə,
təsvir, təsəvvür və onun qrafikası özünə ruh qatır. Yaradıcılıq
quruculuqda canlanır. Yaradıcılıq-burada həm də bədii ruh-
memarlıqda həyata qədəm qoyur. Memarlıq insan yara-
dıcılığının, daxili aləminin xüsusiyyətlərini özündə ehtiva edir.
Memarlıq müəyyən məkanda insan ruhunun və yaradıcılığının
təkmilləşməsini təmin edir.
Hər bir zəngin memarlıq əsəri, memarlıq nümunəsi bir
fəlsəfi nəticədir. Memarlıqda sadə elementlərin cəmindən
mürəkkəblik və zənginlik meydana gəlir. Bu baxımdan da
müxtəlif istiqamətli sadəliklər cəmi mürəkkəblikləri ehtiva
edir. Bu da fəlsəfəni əks etdirir.
Memarlıq nümunələri-abidələr, binalar-evlər, saraylar,
muzeylər və digər təyinatlı tikililər müəyyən bir məkanda
birləşəndə harmonik sistem yaradır. Məkan özü fəlsəfi
mahiyyət kəsb edir. Fəlsəfi məkanda ruh böyüyür. Harmonik
və tarazlı zəngin ruh bir-birini tamamlayır.
Bir xalq böyük olanda onun memarlığı, yaradıcılığı və
quruculuğu da böyük olur. Memarlıqda xalqın qabiliyyəti,
talantı, eyni zamanda istəkləri, mövcud və gələcək arzuları,
inkişaf yönləri təsvir olunur. Memarlıq ruh elementlərinin
kompleksini
canlandırır.
Memarlıq
xalqın
mədəni
identifikasiyasını əks etdirir. Memarlıqda xalqın fantastik
həyatı ilə real həyatı harmonik şəkildə çulğaşır.
Moskva şəhərinin daxili hissəsi bütün memarlıq
abidələrindən ibarətdir. Xalq memarlıqla öz daxili kimliyini açıb.
108
Xalqın qəlb genişlyi onun fəlsəfi yaradıcılığında aşkar olunur.
Moskva fəlsəfədən ibarətdir. Bu fəlsəfədə keçmiş zaman, indiki
və gələcək zaman arasında xarakterik bağlılıq var.
Yazılma tarixi- 01 mart 2017-ci il
Rusiya mərkəzli inteqrasiya haqqında
Keçmiş SSRİ məkanı böyük beynəlxalq münasibətlər
sferasıdır. Bu sferadan daima müsbət dəyər kimi faydalanmaq
lazımdır. Bu məkanda çoxvektorlu inteqrasiya siyasəti təşkil
olunmalıdır və şəbəkə xarakteri almalıdır. Şəbəkə özü hiper
geosiyasi məkanı əhatə etməlidir. Rusiyanın və ətraf ölkələrin
potensialı böyükdür. Bu potensialı birləşdirmək lazımdır. Ona
görə ki, potensial hər bir tərkibə, sistemi təşkil edən elementə
fayda verər.
Rusiyanın ətraf ölkələri bu ölkə ilə yumşaq beynəlxalq
münasibətlər sferası təşkil etməlidirlər. Rusiya öz sərhədlərinin
toxunulmazlığından
arxayın
olmalı
və
təhdidlərdən
sığortalanmalıdır. Rusiyanın böyüklüyü və resurslarla
zənginliyi ətraf ölkələrin də faydalanmasına şərt olar.
Avrasiyanın yeni, həm də yumşaq məzmunlu (hərbi, siyasi,
iqtisadi və mədəni forma nəzərdə tutulur) beynəlxalq iqtisadi
strukturu Rusiya mərkəzlidir. Coğrafi-mədəni və siyasi as-
pektlər bunu deməyə əsas verir.
Rusiya Avro-Asiyanın multikultural mərkəzidir.
Yazılma tarixi- 02 mart 2017-ci il
109
MDB-ni dəyərə çevirmək lazımdır
Müstəqil Dövlətlər Birliyini təşkil edən ölkələr arasında
inteqrasiyanı, əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək üçün
bu kimi tədbirlər həyata keçirilməlidir:
-MDB-nin bir qurum kimi Birlikdən İttifaqa keçidinin
təmin edilməsi;
-“Yumşaq sərhədlər” rejiminin təşkili-MDB daxilində
yumşaq sərhədlər rejiminin tətbiqi;
-“Asan və sərfəli qiymətə yol xərcləri”-sərnişinlər və yük
daşımaları üçün;
-“Asan gömrük” sisteminin tətbiqi, “Gömrüksüzlük”
rejiminin tətbiqi;
-“Asan yük daşımaları”
-“Asan miqrasiya” qanunvericiliyi, qeydiyyatın yum-
şaldılması;
-“Asan vətəndaşlıq” məsələləri-MDB vətəndaşlığının
formalaşdırılması-MDB-nin bir ölkəsinin vətəndaşı özünü həm
də digər ölkələrin vətəndaşı kimi hiss edir və təşkilat
məkanında müəyyən səlahiyyətlərə və hüquqlara malik olur;
-“Asan sərmayə” siyasəti və iqtisadi inteqrasiyanın
gücləndirilməsi;
-Terrora qarşı “Birgə əməkdaşlıq” layihələrinin həyata
keçirilməsi;
-MDB-nin daxili birgə təhlükəsizlik sisteminin tətbiqi;
-MDB valyutasının qəbulu ;
-Dostluq mədəniyyətinin formalaşdırılması və s.
Yazılma tarixi -04 mart 2017-ci il
110
Azərbaycan diasporasının strategiyası və taktikası
haqqında
Çox təəssüf ki, biz Moskvada daha çox maddi-fiziki
varlıq kimi tanınırıq. Mədəni kimliyimiz zəifdir. Mədəni
kimlik ümumiyyətlə, daha çox ruhi istedada, bu baxımdan
qabiliyyətə, yaradıcılığa və quruculuğa bağlıdır. Ruhi
istedad və ruhi varlıq yuxarıda dayanır. Deməli, biz
aşağıda tanınırıq. Xaricdə mədəni statusumuz zəifdir. Bizə
xarici ölkələrdə daimi fəaliyyət göstərən mədəniyyət
mərkəzləri lazımdır. Xalqın bədii yaradıcılığı onun
kimliyinin əsaslarını təşkil edir. Məsələn, ədəbiyyat,
incəsənət xalq ruhunun əsas qrafikasıdır.
Diaspora aktlardan ibarət olan kompleks anlayış kimi
xarici siyasətin (dövlətin xarici siyasətinin) və ictimai
diplomatiyanın (xalqın xarici fəaliyyətinin, xalqın xarici
aktlarının) tərkibidir. Burada dövlətlə yanaşı, xalq özü də
iştirak edir. Deməli, diaspora mədəni, siyasi və ictimai bir
fəaliyyətdir. Diaspora özü xalq diplomatiyasını həyata keçirən,
xalqın nüfuzunu saxlayan bir fəaliyyətdir. Diaspora lobbiçilik
fəaliyyətini təmin edən təmsilçilk konsepsiyası anlayışıdır.
Diaspora təmsilçilik funksiyasını geniş şəkildə həyata
keçirməlidir. Başlıca məqsəd güc və təsir yaratmaqdan ibarət
olmalıdır. Bunun faydası da ölkəyə olan xarici təsirləri
azaltmaqdan ibarət olmalıdır. Eyni zamanda resurslardan və
dəyərlərdən müştərək istifadəni təmin etmək başlıca hədəf
olmalıdır. Ölkənin təhlükəsizliyi və inteqrasiyası ortaya
qoyulan məqsəd olmalıdır.
Xarici ölkələrdə Azərbaycan diasporunun strateji və
taktiki fəaliyyəti bunlardan ibarət ola bilər:
-xaricdəki milli elementlərin kompleksləşdirilməsinə, o
cümlədən mərkəzləşməsinə kömək etmək, dəstək vermək;
-milli elementlərin ölkədə və xaricdə fəaliyyətini
dəstəkləmək;
Dostları ilə paylaş: |