110
hərəkətlərini şərtləndirir və onu qoruyur. Deməli, hüquq hərəkət
üçün dəyərverici ünsürə çevrilir. İnsanların mənəvi dəyərləri
onların hüquqlarının icrası ilə qorunur. Hüquqlarda universal və
məxsusi əlamətlər formalaşır. Mənəviyyatın özündə, daxilində,
məğzində hərəkət dayanır, hərəkət də haqları cəmləşdirir, haqqla
istiqamətlənir. Deməli, mənəvi dəyərlərin tərkibi hüquqlardan
ibarətdir. Hüququn da tərkibi mənəvi-maddi ünsürlərdən,
elementlərdən təşkil olunur. Bu baxımdan da insan hüquqları
dəyərdir və dəyərlər sisteminin əsaslarını təşkil edir. İnsan
hüquqları əxlaqın tərkibi olduğundan əxlaq sisteminin tərkibini
də əks etdirir. Onda insanın münasibətlər və əlaqələr sistemi
bütünlükdə pozitiv dəyərlərdən təşkil olunur. Əxlaq insanların
mənəvi aləmlərinin tərkibi olduğundan mənəviyyatın dəyərlərlə
zənginləşməsində iştirak edir. Mənəvi aləmlərinin tərkibi
olduğundan da dəyərlər məcmuəsini özündə cəmləşdirir.
Mənəviyyat hüquqlar üçün dəyər olduğundan əxlaq da hüququn
dəyərinə çevrilir, hüquqları möhkəmlədir, öz sərhədlərində
saxlayır. Əxlaq hüququn sərhədlənməsini təmin edə bilir və
mənəvi dəyərləri, eləcə də hüquqları qoruyur. İnsan hüquqları
bir anlayış kimi maddi-mənəvi aləmin tərkibini ifadə edən siyasi
və ictimai bir yanaşmadır, ifadədir. Hüquq dəyərdir. Bu
baxımdan da ayrı-ayrı sahələrdə dəyərlərin məcmusudur.
Hüququn bölgü əsası dəyərlərin bölgü əsasını meydana gətirir.
İnsan hüquqları dəyərli olan insanların maddi-mənəvi aləmlə,
dəyərlər mühiti ilə vəhdətini yaradır. İnsan hüquqları hər bir
anda insanların pozitiv maraqlarını dəyərlərlə formalaşdırır. Bu
baxımdan hüququn tərkibi elə dəyərlərin tərkibindən ibarətdir.
Hüquq azadlıqları, sərbəstlikləri özündə ehtiva edir. Bu
baxımdan da dəyərlərdən ibarət olur. Azadlığın, sərbəstliyin
rəsmi əlaqələrdə ifadəsi, reallaşması dəyərləri əks etdirir.
İnsan hüquqları tərkibdir, bütövdür, hissədir, bu baxımdan
da tərkibi zəngin olan dəyərlərdən ibarətdir. Dəyərlər
hissələrdən, elementlərdən təşkil olunur. Hüquq normaları
dəyərlərin ifadəsinin əsaslarını meydana gətirir. Hüquq
111
normaları dəyərlərin normalarını yaradır. Deməli, dəyərlər də
tənzimedici əhəmiyyət kəsb edir. Dəyərlərin tərkibi də
ölçülərdən ibarətdir.
İnsanların hüquqi dəyərləri onların haqlara, maddi-mənəvi
aləmləri üzərində əxlaqi ixtiyarlara malik olmaları ilə xarakterizə
olunur. Məxsusilik, mənsubiyyətlilik, ixtiyar və səlahiyyətlər
dəyərlərin bazasında dayanır.
İnsan hüquqları normalar şəkilində mövcud olur. Deməli,
normalar da dəyərdir. Dəyər əxlaq fəlsəfəsinin, əxlaq
düşüncəsinin tərkibidir. İnsan hüquqları fərd və kollektiv üçün
hər bir anda dəyərlərdən ibarətdir. İnsan hüquqlarının yerinə
yetirilməsi,
təmin
olunması
məhz
dəyərlər
sisteminin
faydalılığını artırır. Hər bir an bir hüquqdur. Hüquq da dəyərlər
məcmuəsindən ibarətdir. Deməli, hər bir an elə dəyərlərdən
ibarətdir.
Hüquq normaları dəyərlər sisteminin tərkibi kimi
Norma, ölçü nizamın əsası olmaqla yanaşı, faydalardan
ibarətdir; çünki istifadə olunandır, tənzim edəndir, qaydalara
salandır. Qaydalar da müsbətdir; çünki faydalıdır. Hüquq
normaları dəyişəndə dəyərlər də dəyişir. Baza insani dəyərləri
qoruyan və təmin edən normalar dəyişir və son məqsəd yenə də
baza dəyərlərin mühafizəsinə, təminatına yönəlir. Normalar ya
yeni dəyərləri yaratmanı nəzərdə tutur, ya da özündən sonrakı
dəyərləri dəyişir. Hüquq normaları dəyər olaraq dəyərlər
arasında, insanlarla dəyərlər arasında üzvi bağlılığı müəyyən
edir. Hüquq normalarının tətbiqi sayəsində dəyərlər daima canlı
və aktiv vəziyyətdə aşkar olunur. Hüquq normalarının və icra
aparatının mövcudluğu cəmiyyəti və dövləti vahid formada canlı
qaydada fəaliyyət göstərməyə vadar edir. (Qeyd: hüquq
nəzəriyyəsinə görə, hər bir normada ümumi davranış qaydaları
mövcuddur. Qaydalar icra olunmalıdır. Normanın bu hissəsi
112
elmdə hipoteza adlanır. Hüquq normaları davranış qaydalarının
özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni
dispozisiyasını müəyyən edir. Üçüncüsü, isə sanksiyaları tələb
edir və yerinə yetirilməsi məcburidir. Nəzəriyyə hüquq
normalarını hipotez, dispozisiya və sanksiyaları müəyyən edən
qaydalar kimi qeyd edir. Hüquq normaları səlahiyyətverci,
məcburedici və qadağanedici olur. Hüquq normaları insanların,
onların kollektivlərinin davranışını onlara subyektiv hüquqların
verilməsi ilə, yaxud üzərlərinə vəzifələrin qoyulması ilə
tənzimləyir
1
. Digər bir fikirə əsasən, hüquqda əsas toxuma –
hüquq normasıdır. Hüquq norması hüquqla tənzim olunan
insanın davranış modeliduir. Hüquq sistemlərində dövlət
tərəfindən məqbul sayılan, yaxud məqbul sayılmayan müxtəlif
növ ictimai münasibətlər modelləşdirilir
2
.).
İnsan həyatının bütün hərəkətlər sistemi təbii normalardan
və tərkiblərdən ibarətdir. Təbii normalar və təbii tərkiblər
nizamlamanın əsasında dayanır. Nizamlama üçün vasitələri
meydana gətirir. Normalar və qaydalar ölçülər şəkilində
nizamlamanın əsaslarını meydana gətirmiş olur. Təbii normalar
şaxələnir və törəmə şəkilində yeni normalar aşkar olunur.
Təbiilik öz ardınca yeni təbiiliyin aşkarlanmasını şərtləndirir.
Burada fəaliyyət normaların şaxələnməsini meydana gətirir,
şərtləndirir. Qanunvericilikdə baş verən dəyişikliklər zərurətdən
meydana gəlir. Şərtləndirmə həm inkişafı, artmanı təmin edir,
həm də mühafizə funksiyasını yerinə yetirir. İnsan hüquqları
üzrə normaların artımı təbii şəkildə hüquq normaları sisteminin
dəyərini meydana gətirir. Məsələn, qanunlardan ibarət olan
məcəllələr müvafiq tənzimetmə sahələrinin dəyərlərinin əldə
1
Hüquq və qanunvericilik - Hüquq normaları. Hüquq nəzəriyyəsi.
kayzen.az/blog/law/7820/hüquq- normaları.html
2
Cinayət hüquq normasının mühafizəedici funksiyası haqqında. V.Ş.
Quliyev. Bakı Dövlət Universiteti. Bakı Universitetinin Xəbərləri. Sosial-
siyasi elmlər seriyası. N4. 2009. static.bsu.az/w8/Xeberler%20 Jurnali/
Sosial%202009%204/67-74pdf
Dostları ilə paylaş: |