116
və cəmiyyət strukturları böyük funksiya daşıyırlar. Buna görə də
normalar tənzimedici məna kəsb edərək dəyərlərə çevrilirlər.
Təbiilik bir dəyərdir. Dəyərlərin məcmuəsindən ibarətdir.
Bütün təbii xarakterlər dəyərlərdən təşkil olunur. Buna görə də
insanın mənəvi aləminin tərkibi məhz dəyərlərdən ibarət olur.
Təbii dəyərlərin törəmələri vardır. Ümumiyyətlə, törəmə təbii
şəkildə artır. Deməli, insanların pozitiv olan bütün şeyləri
təbiidir və dəyərlərdir. İnsanlar dəyərlərin nəticələrindən yeni
dəyərlərin əldə olunmasında istifadə edirlər, yeni dəyərlər
meydana gətirirlər. Bu da təbiidir, çünki insanlar üçün lazımdır.
Neqativlik də dəyərlilikdir. Lakin başqa məkanlardan və
bucaqlardan baxanda pozitiv olurlar. Buradan da bütün
məkanların və elementlərin dəyərliliyi məsələsi meydana gəlir.
Hüquq normaları həm ictimai, həm də siyasi dəyərlər kimi
əhəmiyyət daşıyır. Hüquq normaları strukturlar olan dəyərlərin
əsaslarını formalaşdırır. Strukturlar və mexanizmlər dəyərlərdən
ibarət olur. Hüquq normaları dəyərlər kimi həm mexanizmləri
formalaşdırır, həm də onun işləməsini təmin edirlər. Hüquq
normalarının ardıcıl və sxematik olaraq tətbiqi qaydaların
yaranmasını və vərdişlərin meydana gəlməsinin əsaslarını təşkil
edir.
İnsanlar həyatlarında normalar və ölçülər məcmuəsindən
təşkil olunurlar. Hətta onların fiziki quruluşları da ölçülərə
tabedir. Beyinin və orqanizmin, material aləmin və şüurun
nizamlı funksiyası həyatın nizamlı əsaslarını formalaşdırmış
olur. Məkan özü belə ölçülərdən ibarətdir. Ölçüləri də elementlər
meydana
gətirir.
Elementlərin
yerdəyişməsi
ölçülərin
dəyişməsinə, kəmiyyət və keyfiyyət dəyişməsinə gətirib çıxarır.
Bu baxımdan da bütün ölçü kriteriyaları dəyərlərdən ibarət olur.
Burada normalar ölçülərin əsaslarını təşkil edir. Qaydalarla
hərəkət də insanların daxili ölçülərini müəyyən etmək üçün
edilir. İnsanların daxili tələbatları ilə xarici təması norma və
qaydalarla müəyyən edilir və ölçülərə tabe edilir. İnsanlar bütün
məkan və zamanlarda müəyyən tərkibi olan, kəmiyyəti olan
117
ölçülərə tabedir. Bu ölçülər insan sərhədlərini, hüquq
sərhədlərini meydana gətirir. Sərhədlər hərəkətlərin nisbi son
hədlərini
göstərir.
İnsanların
hərəkətləri
və
onların
istiqamətlərinin tərkibi ölçülərdən ibarət
olur. Ölçülər
elementlərdir, zərrəciklərin, elementlərin cəmidir. Ölçüləri
hüququn tərkibini müəyyən edən kriteriyaların tərkibi
formalaşdırır. Ölçülər kəmiyyətin böyüməsinin və kiçilməsinin
bazasında qərarlaşır. Ölçülər dəyərlərdir. Ona görə dəyərlərdir
ki, həm sistemin mexanizmisini formalaşdırır, həm də sistemin
tərkibini müəyyən edir. Buna görə də qorunmalı olan
dəyərlərdən təşkil olunur. Burada zaman, məkan, element,
tərkib, kəmiyyət, keyfiyyət dəyərlərin əsaslarını təşkil edir. Hər
bir dəyər elementin hərəkətindən asılı olur.
Hüquq
normalardan
ibarət
olduğundan
hüquqların
bütövlüyü (burada hüquq müstəvisi, hüquq paneli, hüquq bloku,
hüquq planşeti və s.) elə normaların bütövlüyündən, ayrı-ayrı
normaların toplusundan meydana gəlir. Buradan da hüququn
universal mahiyyəti üzərə çıxır. Hüquq normaları hər bir
məqamda və vəziyyətlərdə dəyərləri qoruyur. Hüquq normaları
sistemi dəyərləri tənzim edən, dəyərlərin məcmusunu yaradan
normalar sistemindən ibarət olur. Məsələn, bütün beynəlxalq
konvensiyalar dəyərləri qoruyan beynəlxalq hüquqi sənədlərdir.
İnsanlıq (humanizm) dəyərdir. Bu baxımdan İşgəncələrə və
digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza
növlərinə qarşı BMT-nin 10 dekabr 1984-cü il tarixli
Konvensiyası dünya ölkələrini işgəncələrə və digər qəddar,
qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə
qarşı mübarizənin çoxtərəfli aspektlərini özündə əks etdirir.
Konvensiyanın ikinci maddəsinə əsasən, hər bir iştirakçı dövlət
öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətinin
qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə
tədbirləri, yaxud digər tədbirləri görürlər. Bu maddənin ikinci
hissəsində deyilir ki, necə olursa-olsun, heç bir müstəsna hal –
müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-sabitlik,
118
yaxud hər hansı digər fövqəladə şərait-işgəncəyə haqq qazandıra
bilməz.
1
Burada insani dəyərlər əsasdır. Dəyərləri qoruyan
konvensiya maddələri sistemlidir və konseptual əhəmiyyət kəsb
edir. Bu baxımdan sözügüdən sənədin 19-cu maddəsində yazılır
ki, iştirakçı dövlətlər bu Konvensiaynın onlar üçün qüvvəyə
mindiyi vaxtdan keçən bir il ərzində BMT Baş katibi vasitəsilə
Komitəyə bu Konvensiyaya əsasən öhdəliklərini həyata
keçirmək üçün gördükləri tədbirlər haqqında məruzə təqdim
edirlər.
Dəyərlərin faydalı qaydada istifadəsində də hüquq normaları
əhəmiyyət kəsb edir. Hüquq normaları dəyərlər kimi insanların
əlaqələrində və rəsmi münasibətlərində böyük əhəmiyyət kəsb
edir. İnsanlar dövlət adlanan qurumda və cəmiyyətdə yaşayırlar.
Dövlət və cəmiyyət ona görə dəyərlərdən ibarətdir ki, özlərində
əlaqələr və münasibətlər məkanlarının məcmusunu yaradırlar.
Burada məkan üzrə şaquli və üfiqi strukturlaşma prosesləri
həyata keçirilir. Strukturlaşma özü də dəyərlərin məcmusunu
özündə əks etdirən vahid strukturlar cəmindən ibarət olan
müstəviyə çevrilir. Strukturlaşma mücərrəd panelin və bütöv
dəyər planşetinin formalaşmasında əsas rola malik olur.
Hüquq normaları dövlətçilik sisteminin və onun təşkilati
strukturlarının əsaslarını təşkil edir. Dövlət özü də dəyər olaraq
cəmiyyətdəki digər dəyərləri qorumaq funksiyasını yerinə
yetirir. Dövlət dəyərlər sistemindən ibarət olan bir qurumdur,
strukturdur. Dəyərlər dəyərləri təmin etmək və dəyərləri
qorumaq, həm də dəyərləri artırmaq üçündür. Hüququn
təbiiliyindən və insanların təbii qurucu, yaradıcı olduqlarından,
normalar da təbii olur. Normaların təbii olması insanların təbii
quruluşuna, maddi-mənəvi aləminə bağlıdır. Dövlətlərin
yaranması da zəruri və təbii bir prosesə çevrilir. Dövlət dəyərləri
1
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və
cəza növlərinə qarşı BMT-nin 10 dekabr 1984-cü il tarixli Konvensiyası.
www.genprosecutor.gov.az/?az/content/57/
Dostları ilə paylaş: |