122
dövlətin vəzifəsindən, ixtiyar və səlahiyyətlərindən, mənsubluq
xüsusiyyətlərindən formalaşan bir anlayış rolunu oynayır.
Hüquq tərəfi mövcudluğun özüdür və həqiqətdən,
görünüşdən və digər duyğu orqanları ilə qəbul edilən əlamət-
lərdən ibarətdir. Hüquq tərəfi öz hüquqlarını fəaliyyəti
sferasından müəyyən edir. Tərəf fəaliyyət göstərirsə, deməli,
canlıdır. Bu halda hüquqlara malikdir. Hüquqlar və vəzifələr
fəaliyyət dairəsini və məkanını müəyyən etmək üçündür. Tərəf
olaraq dövlət öz əlamətləri ilə obrazlanır və həqiqəti əks etdirir.
Tərəf dəyərlərdən təşkil olunur, elə dəyərlərin özüdür. Buna görə
də hüquq dəyərlərin özündən ibarət olur. Dövlət universallaşmış
dəyər subyekti olaraq dəyərləri genişləndirir, çünki onun
fəaliyyəti genişdir. Bu genişlənmə resursları artırır. Resurslar
böyüdücü əhəmiyyət kəsb edir. Hər bir tərəfin münasibətlər və
əlaqələr sferasında, hüquqi müstəvidə vəzifə və funksiyaları
mövcuddur. Vəzifələr və funksiyalar hərəkət sferalarını və
hərəkət sərhədlərini müəyyən zamanda və imkanlar çərçivəsində
müəyyən edir. Vəzifələr və funksiyalar dəyərlərdir və hüquqi
gerçəkliklərdir. Bu baxımdan da bir dəyəri yaradır, şərtləndirir.
Hüquqi gerçəkliklər maddi-mənəvi aləmdə büruzə verir. Çünki
hüquqi müstəvidə hərəkətlər var. Hərəkətlər də maddi-mənəvi
aləmdə formalaşır. Hüquq maddi-mənəvi aləmin tərkibinə haqlar
verir. Vəzifə və funksiyalar hüquqların özünü yaradır və
böyüməsini meydana gətirir. Hüquq təsdiqedici faktor rolunu
oynayır. Hüquq da mövcud olan subyektin vəzifə və
funksiyalarını
müəyyən
edir.
Hüquq
müəyyən
qədər
səlahiyyətləri olan subyektin hərəkətinin göstəricisidir. Dövlət
də subyektdir, vəzifə və funksiya tərəfidir. Öz tərkibində çoxlu
sayda vəzifələri və funksiyaları olan ünsürləri cəmləşdirir. Bu
baxımdan da dövlətin də hüquqları mövcuddur. Dövlət öz
tərkibini idarəetmə və tənzimetmə obyekti edir. Dövlətin obyekti
elə tərkibindən ibarətdir. Dövlətin tərkibi də reallıqların
əsaslarını yaradır. Reallıqlar dəyərlər üzərində meydana gəlir.
Dövlətin vəzifə və funksiyalarının əsas obyekti onun tərkibini
123
təşkil edən ünsürlərdir, elementlərdir. Dövlət öz tərkibi ilə-
hakimiyyət və vətəndaşlar tərəfləri ilə -hüquqlarına malikdir.
Dövlət hüquq iki baza tərəfin-hakimiyyətin və vətəndaşların (hər
kəs hakimiyyətdə təmsil olunur) hüququndan ibarətdir. Bu iki
baza istiqamət içərisində isə çoxlu sayda subyektlər vardır ki,
müəyyən hüquqlara sahibdirlər. Hakimiyyətin də vətəndaşlardan
ibarət olmasını nəzərə alsaq, onda belə qərara gəlmək olar ki,
dövlətin hüququ elə vətəndaşların, cəm halda isə xalqın
hüququndan
ibarətdir.
Dövlətin
hüququ
vətəndaşların
hüquqlarının təminatına yönəlir. Burada dövlət strukturlaşmış
formadır və onun hüquqları da sistemli və strukturlu mahiyyət
kəsb edir. Dövlətin özünün dəyərlər məcmuəsindən ibarət olan
bir struktur olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki,
dövlətin hüququ elə dəyərlərdən ibarətdir. Dövlət dəyərlər
məcmusunu yaradır və məcmunun özünü təşkil edir. Dövlət
həqiqi və gerçək bir formasiyadır. Onun fəaliyyəti də görülən və
digər vasitələrlə duyulandır. Dövlətin fəaliyyətinə bağlı olan
hüquqları reallığı əks etdirir və həqiqiliyi meydana gətirir.
Dövlət hüququ baza əsaslarla dövlətin konstitusiya
qaydasında müəyyən olunmuş vəzifə və funksiyalarında əks
olunur. Vəzifə və funksiyalar dövlət hüququnun obyektinin
əhatəsini əks etdirir. Dövlət hüququ onun səlahiyyətlərinin
göstəricisidir. Bu göstərici də vəzifələrdə və funksiyalarda öz
əksini tapır. Dövlət hüquq dövlətin sərhədlər daxilində və
beynəlxalq sferada onun hərəkətlərini şərtləndirir. Dövlət
hüququ istiqamətləri artırmaqla və genişləndirməklə yeni istiqa-
mətlərdən ibarət olur. Şərtləndirmə istiqamətləndirmə ilə
müəyyən olunur. Dövlət hüququ dövlət hakimiyyətinin
idarəçiliyinə əsaslanır və həm də idarəçiliyi şərtləndirir. Hüquq
idarəetmə ilə təsdiq olunur. Hüquq idarəetməni dəyərə çevirir,
idarəçilik də hüquqi dəyərləri meydana gətirir. Səlahiyyətlər
idarəçiliyin məğzində dayanır. İdarəetmə hərəkətlərdən ibarət
olur ki, hərəkətlər də subyektin və obyektin mövcudluğunu
ortaya qoyur. Dövlət hüququ dövlət və cəmiyyət arasında
124
təmasları, əlaqə və münasibətləri şərtləndirir və onlara hüquqi
əsaslar verir. Dövlət hüququ ionsanların maraqlarının təmin
edilməsini əsas məqsəd hesab edir. Burada insanların maraqları
ümumən pozitiv məna kəsb edir və hüquq da dəyər kimi bu
maraqları təmin etməyə yənləndirilir. Dövlət hüquq insanların
maraq kimi mövcud olan dəyərlərinin təmin olunmasına xidmət
edir.
Hüququn tərkibi dəyərlərdən ibarət olduğundan dövlət
hüququ da dövlət və cəmiyyət üçün dəyərləri meydana gətirir.
Dövlət hüququnun dəyərləri dövlətin dəyərli olmasını
şərtləndirir. Dövlətin dəyəri onun müdafiə, təminetmə və inkişaf
kimi strateji funksiyalarından ortaya çıxır.
Dövlət öz hüquqlarını daxildə və beynəlxalq sferada daima
genişləndirir. Bu da dövlətin istifadə etdiyi resurslardan irəli
gəlir. Resurs artıqlığı imkanları böyüdür. İmkanlar hüququ
genişləndirir. Genişlənmə dövlətin real hərəkətlərini və
imkanlarını əks etdirir. Deməli, genişlənmə həqiqiliyin məkanını
böyüdür. Həqiqət dərinləşmədə daha çox büruzə verir. Hüququn
dəyərləri artdıqca dövlətin imkanları və resursları da böyüyür.
Dövlətin hüquqyaratma, hüquqları qoruma və təminetmə siysaəti
də dövlətin dəyərlərini genişləndirir, mahiyyətini aşkarlayır.
Dövlətin hüququ (vəzifəsi, səlahiyyəti, məsuliyyət və
öhdəliyi-hansılar ki, tənzimləmənin əsasını təşkil edir) normalar
şəkilində qanunvericilikdə əks olunur. Dövlət öz potensialını
artırdıqca hüquqlarını da böyüdür. Bu baxımdan da hesab etmək
olar ki, potensialın artmasını şərtləndirən dəyərlər elə dövlət
hüququnun özünü meydana gətirir.
İnsanların maraqları vardır. Bu maraqlar realdır. Real
olduğundan da gerçəkdir. Deməli, dövlət hüququ gerçəkliyin
əsaslarını yaratmış olur. Maraqların real əsasları məhz
hüquqların real mənasını aşkar edir.
Dövlət hüququ elmin və fəlsəfənin əsas obyektini təşkil edir.
Dövlət hüququ insan hüquqlarını təmin etmək üçündür və bunun
baza fəlsəfi mənası da bundan ibarətdir. Dövlətin hüququ
Dostları ilə paylaş: |