107
İnsanlar da sistemlər olaraq
ətraf sistemlərin tərkib
ünsürləridir. İnsanlar ətraf aləmlə vəhdət yaratmaq və ətraf
aləmə təsir etmək imkanlarına malikdirlər. Daxili sistem kənar
sistemlə əlaqədə meydana gəlir. Ətraf aləmin daxili də
sistemlərdən formalaşır. Sistemlər arasında olan fərqlərin əsas
xüsusiyyətləri
elementlərdən
təşkil
olunur.
Dəyərlərin
müxtəlifliyi məhz sistemlərdə olan rəngarəngliyi və sistemlər
arasında oilan fərqliliyi meydana gətirir. Bu baxımdan da
dəyərlər müxtəlif olur. Dəyərlərin müxtəlifliyi onların faydalı
olmalarının tam fərqliliyini meydana gətirmir. Bütün dəyərlər
faydalıdır, çünki istifadə olunandır. Elementlər arasında olan
məkan müxtəlifliyi və məkan şəbəkələri məhz sistemlər
arasında, strukturlar arasında olan fərqlərin yaranmasının
əsaslarını təşkil edir. Bağlayıcılıq və məkan sistem elementləri
arasında olan dəyərlərin formalaşmasını təmin edir. Strukturlar
və yarımstrukturlar arasında olan əlaqələr sistemi məhz ümumi
sistemlərin əsaslarını təşkil edir. Fərqlər də bu sistemlərdən və
strukturlardan və onların təzahürlərindən yaranır. Elementlər
arasında olan fərqlər əslində vahid dəyərlərin əsaslarını yaradır.
İnsan hüquqlarının genişliliyi və bütün lazımi sahələri əhatə
etməsi məhz dəyərlər sisteminin əsaslarını meydana gətirmiş
olur. Məxsusi hüquq sistemi və bu baxımdan da ayrı-ayrı
sahələrdə olan normalar sistemi ümumi dəyər sisteminin
tərkibini təşkil edə bilir.
Sistemlərin tərkib elementləri mövcuddur. Tərkib elementlər
arasında olan əlaqələr sistemin bütövlüyünü meydana gətirir.
Sistemin bütövlüyü onun məkanlar vəhdətindən ibarətdir.
Deməli, sistem dəyərlərdən ibarət olan bir forma və məzmundur.
Məkanlar vəhdəti də elə elementlər cəmindən asılıdır. Hər bir
sistem müxtəlif elementlərdən təşkil olunur. Elementlər
kəmiyyəti və elementlər arasında məkan birləşməsi məhz
sistemin tərkib müxtəlifliyinin əsaslarını meydana gətirir.
Kəmiyyət, yəni elementlərin birləşməsi həcmi və çəkisi məhz
fərqləri formalaşdırır. Bununla yanaşı, enerji amili də mühüm rol
108
oynayır. Enerji amili də məhz sistemin daxili elementlərinin
cəmindən formalaşır. Daxili elementlərin qarşılıqlı hərəkət
mexanizmisi məhz enerjinin məkan baxımından sistemdaxili
mənbəyini yaradır.
Əgər dəyər elementdirsə, onda elə sistemin özü də
bütövlükdə bir dəyərdir. Sistemin tərkib elementləri məhz
dəyərlərdən ibarətdir. Ətraf aləm bütünlükdə ümumi bir dəyər
mənbəyidir və məkanıdır. Hər bir element bir dəyərdir və
dəyərlər tərkibidirsə, onda belə qərara gələ bilərik ki, sistemlərin
özləri də dəyərlərdir.
Sistemlər daxillərində olan fərqlər əslində müxtəlif
koordinatlardan olan dəyərlərin məcmusunu təşkil edir. Deməli,
sistemlər elə dəyərlərin oxşar və fərqli cəhətlərini özlərində əks
etdirirlər. Dəyərlər arasında olan oxşarlıqlar və ziddiyyətlər,
paralelliklər və kəsişmələr əlaqələrin dəyərli vəhdətini meydana
gətirir. Hüquq sistemində ədalət prinsipi bütün bağlayıcılqıda
sistemin dəyərli əsaslarını meydana gətirir.
Sistemlər dəyərlərin fərqli qaydada istifadə olunmasını
təmin etməklə yanaşı, bütöv qaydada da təmin olunmanın
əsaslarını formalaşdırır. Sistem dəyərlərin istifadəsi üçün gücləri
meydana gətirir. Potensialı artırır. Potensialın artması da öz
növbəsində dəyərlərin ümumi olaraq artmasına xidmət edir.
Sistemlər dəyərlərin məcmuəsini meydana gətirir. Dəyərlər
də öz növbəsində sistemlərin formalaşmasına xidmət edir.
Hüquq normaları sistemi dəyərlərin törənməsini meydana
gətirir. Burada normalar sistemi hər bir hüquq tərəfinin
potensialını
müəyyən
edir.
Dəyərlər
şəbəkələnir
və
şəbəkələndikcə də yeni-yeni dəyərləri özündə cəmləşdirir.
Şəbəkələnmə dəyərlər törəməsinin bazasında dayanır. Törəmə
prosesləri baza dəyərlərin qorunmasına və inkişafına xidmət
edir. Baza hüquqları baza hüquqi dəyərlər kimi əhəmiyyət kəsb
edir. Törəmə hüquqlar da dəyərlərdir. Törəmə hüquqlar həm
baza hüquqların möhkəmlənməsini təmin edir, həm də yeni
109
hüquqları meydana gətirir. Yeni hüquqlar əlavə hüquqlar
sayəsində aşkar olunur.
İnsan hüquqları bir dəyər kimi
Əvvəlcə də qeyd olunduğu kmi, hüquq haqdır və təbiətdən,
eləcə də fövqəltəbiətdən insanlara verilən nemətdir. Haqq nemət
olduğundan da bir dəyərdir. Nemət qida verir. Hüquq insanı öz
səlahiyyətləri və ixtiyarlarına görə qidalandırır. Hüquq dövlətdə
və cəmiyyətdə insanların qarşılıqlı əlaqələr sistemində, əlaqələr
müstəvisində insanların dəyərlər əldə etməsi üçün vasitə və alət
rolunu oynayır. Hüquq insanların digər dəyərləri əldə etmələrinə
səbəb olan bir dəyərdir, həm tərkib, həm də vasitə dəyəridir.
Deməli, insan həyatının bütün elementləri dəyərlərdən təşkil
olunur; çünki insanlar hüquqları ilə dəyərlər qazanırlar. Dəyər
dəyərləri şərtləndirir. Hüquq vasitəsi ilə həyatın inkişaf yolları,
hərəkət istiqamətləri müəyyən olunur, aşkarlanır. Dəyərlərin
qazanılması istiqamətləri fəaliyyət dəyərləri ilə müəyyən edilir.
Haqq insanları hər zaman müşayiət edir və insanların daxilləri
ilə xariclərinin təmaslarını (burada ədalətli qaydada təmaslarını)
və şərtləndirici vəhdətini meydana gətirmiş olur. İnsan özünün
haqlı olmasını özünün rastlaşdığı şəraitlərdən müəyyən edir. Hər
bir məqamda insan öz hərəkətlərinə haqq verir. Lakin
hərəkətlərinin haqsız olduğunu da dərk edir. Bu baxımdan da
dəyərlər müxtəlif bucaqlardan, yanaşmalardan, faydalar əldə
etməkdən ibarət olur. Hüququn dəyərliliyi onun tətbiqi
üsullarında, nəticəsində, müdafiə mahiyyətində öz əksini tapır.
İnsanlar ontoloji və qnoseoloji aspektlərdə dəyərli olmalarını
dərk edə bilirlər. İnsanlar fikirlərini və özlərini dəyərli məxluqlar
kimi görürlər və hüquqlarının da bu iki aspektdə dəyərli
olmasını dərk edirlər. İnsan dəyərləri anlayış kimi həm varlıq,
həm də fikir təlimlərindən meydana gəlir. İnsanların qabiliyyət
və istedad fərqləri, eləcə də yaş müxtəliflikləri onların dəyər
fərqlərini də meydana gətirir. İnsan hüquqları insanların
Dostları ilə paylaş: |