125
vətəndaşların, xalqın və insanların ali hüquqlarının tərkibindən
ibarət olur. Dövlət hüququnun dərin fəlsəfi mənası onun
aksioloji və epistemoloji əsaslarını formalaşdırmış olur. Dövlət
hüququnun aksioloji mənası dedikdə, ilk növbədə bu anlayışa
dəyərlilik aspektindən yanaşmanı meydana gətirir. Aksioloji
əsaslar dövlətin konstitusiya hüququnun dəyərlərdən ibarət
olmasında müəyyən olunur. Dövlətin cəmiyyəti tənzimləməsinin
fəlsəfi-hüquqi əsasları da dəyərlərin bazasında dayanır.
Epistemologiya dövlət hüququnun gerçəkliyində və real
məzmununda öz əksini tapmış olur.
ƏLAVƏ:
İnsan hüquqları anlayışı üzrə elmi-tədqiqatın əsasları
Belə bir sual ətrafında fikir qurmaq olar: elm nədir?-bu suala
elmin vəzifə və funksiyalarını, təyinatını, məqsədini aşağıdakı
qaydada ümumiləşdirilmələrlə cavab vermək mümkündür.
Elmin vəzifə və funksiyaları çox genişdir və əhatəlidir. Elmin
vəzifə və funksiyaları sonsuz ucalığı özündə əks etdirən
çoxmərtəbəlidir. Hər bir mərtəbədə nəticələr əldə olunur. Bu
mərtəbələr içərisində də tərkib istiqamətlər və elementlər
çoxdur. Başlanğıclar və sonluqlar çoxdur. Elm mərtəbələrdə
(burada müxtəlif fiqur alan mərtəbələr ola bilər) başlanğıclar və
sonluqlar vəhdətindən meydana gəlir. Başlanğıclarda və
sonluqlarda
məqsədlər
cəmləşir.
Elm-vəzifə,
funksiya,
məqsədlərdən ibarət olan bir bütövdür. Mərtəbələr bütövlükdür,
zəngin bütövlükdür, bu baxımdan da fəlsəfi məzmunludur. Elm
burada fəlsəfəyə xidmət edir. Hər bir struktur tamamlaması
konseptuallıq baxımdan fəlsəfi mahiyyət kəsb edir.
Elm müxtəlif
müstəvilərdə və məkanlarda fəlsəfəni yaradır. Elm həm də
vahidi tərkiblərə bölür və bir sistemin tərkibini digər sistemlə
əlaqələndirir. Elm sayəsində bir müstəviyə müxtəlif bucaq-
lardan, müxtəlif istiqamətlərdən yanaşmalar edilir. Burada hər