I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə1/39
tarix26.12.2022
ölçüsü0,57 Mb.
#97907
  1   2   3   4   5   6   7   8   9   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1)


I MÖVZU: PSİXOLOGİYANIN BİR ELM KİMİ
SƏCİYYƏSİ /2 saat/

PLAN:

1.Psixologiyanın predmeti və elmlər sistemində yeri

2.Psixologiyanın strukturu və psixi hadisələr


3.Psixologiyanın tədqiqat metodları


Ə D Ə B İ Y Y A T
1.Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.

2.Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.


3.ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Öakı,1998.

Müasir dövrdə insanı öyrənən 200-dən artıq elm sahəsindən biri də psixologiyadır.Hər bir elm sahəsinin özünəməxsus obyekti vardır. Elmin obyekti onun tədqiq etdiyi real gerçəklikdir.Bu baxımdan heyvanlan və insanı öyrənən müxtəlif elmlərin (anatomiya, biologiya, neyrofiziologiya, təbabət və s.-nin, o cümlədən psixologiyanın) obyekti eynidir.


Elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil, predmetlərinə görə fərqlənir. Elmin predmeti dedikdə, onun öz obyektindən seçdiyi cəhətlər nəzərdə tutulur. Elmin predmeti onun öz obyektinə yanaşma tərzini, başqa sözlə, tədqiqat metodlannı müəyyən edir və müvafıq anlayışlar sisteminin köməyilə izah olunur.
Psixologıya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə Aristotelin (eramızdan əvvəl IV əsr) «Ruh haqqında» məşhur traktatında şərh olunmuşdur.
Psixologiya termini iki yunan sözündən-«psyuxe»- ruh, ruhi aləm,-«loqos»- bilik, öyrənmək, elm sözlərindən əmələ gəlmişdir, «psixika haqqında elm» deməkdir. Psixologiyanın predmeti psixi hadisələrdirə
Psixi hadisələr şərti olaraq üç böyük qrupa bölünür:
1. Psixi proseslər.
2. Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər).
3. Psixi xassələr (və ya xüsusiyyətlər).
Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqet, hafızə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir.
Psixi proseslər özləri də üç yarım qrupa bölünür: idrak prosesləri, hissi proseslər və iradi proseslər.
Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər də müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.
Psixi xassələr də psixologiya elminin kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyevi olan əqli keyfıyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər.
Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqədardır. Onlardan biri, adətən, o birisinin əsasında yaranır. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi meydana çıxa bilər.
Proses latın sözü olub, hər hansı bir hadisənin başlanması, gedişi və inkişaf mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr - istər psixi proseslər, istərsə də psixi hal və xassələr prosessual xarakter daşıyır.
Müasir psixologiyada isə proses sözü əslində geniş və dar mənalarda işlənir.Deməli, psixi proses ənənəvi termindir. Müasir psixologiyada psixi proses, hallar və xassələr terminlərinin hər birinin özünəməxsus evristik mənası vardır.
Psixi proses termini psixi faktın prosessuallığını, dinamikasını nəzərə çarpdırır. Misal: əlimə tikan batdı. Ağrı duyğusu yarandı. Ağrı davam etdi və müəyyən vaxtdan sonra kəsildi.
Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir. Misal: tələbə qız küçədə yoldaşları ilə şit hərəkət edirdi. Bir də gördü ki, əmisi o biri küçədən keçir, o, - utandı və tez özünü yığışdırdı. Ancaq hiss etdi ki, əmisi onun küçədə şit hərəkətini gördü. Qızın qanı qaraldı və bu bir neçə gün davam etdi.
Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Misal: iki gənc təsəvvür edin. Biri tənbəldir, digəri əməksevərdir. Biri oturduğu yerdən ayağa qalxmaq istəmir, o biri isə işdən doymur. Yaxud, biri sakitdir, digəri coşğundur, biri ünsiyyətli, digəri isə qaradinməzdir.
Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir.
Psixologiya heyvanlann və insanların psixikasını öyrənir. Müasir psixologiyada insan fərd (bioloji varlıq) və şəxsiyyət (sosial varlıq) kimi öyrənilir. İnsanın bir fərd və şəxsiyyət kimi xüsusiyyətləri onun psixi proseslərində, psixi hallarında və xassələrində bütün incəlikləri ilə əks olunur. Məsələn, kinli adamın təsadüfən ayağını tapdalayırsan, əvəzini çıxmaq üçün az qala bunu ömür boyu yadında saxlayır; xeyirxah adamın ayağını tapdalayırsan, əhəmiyyət vermir, elə oradaca yadından çıxır. Kinlilik və xeyirxahlıq. Bunlar insanın şəxsiyyəti ilə bağlı xüsusiyyətlərdir. Təsadüfı deyildir ki, müasir psixologiyada bu problemlərin öyrənilməsinə xüsusi əhəmiyyət verirlər. Hal-hazırda şəxsiyyət psixologiya elminin ən aktual problemlərindən birinə çevrilmişdir.
Qədim zamanlardan psixika haqqında iki təlim — materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təlimin inkişafı ilə bağlı olmuşdur.
Həmin fəlsəfəyə görə psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. «Obyektiv» sözü «obyekt» sözündən əmələ gəlmişdir. Obyekt (latınca - obyectum) cisim, predmet deməkdir. Psixologiyada «obyekt» sö-zünün özünəməxsus mənası var: insanın fəaliyyət prosesində bilavasitə gördüyü, təsir göstərdiyi cisimlərə «obyekt» deyilir. «Obyektiv» sözü isə fəlsəfı termindir. Onun başlıca mənası bundan ibarətdir: predmetlər, subyektdən kənarda və ondan asılı olmayaraq mövcuddur. Fəlsəfədə «obyektiv aləmi», «obyektiv reallığı» göstərmək üçün materiya kateqoriyasından istifadə olunur.
Inikas - materialist idrak nəzəriyyəsinin əsas prinsipidir.
İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə, iki obyektin qarşılıqlı təsiri prosesi onun nəticəsi nəzədə tutulur. Bu zaman həmin obyektlərdən birində yaranan dəyişikliklər o birinin təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur. Cansız təbiətdə inikas passiv xarakter daşıyır: cansız aləmdə bir cisimdə o birisinin təsiri ilə əmələ gələn dəyişikliklərdən cisimlərin özləri istifadə etmirlər. Canlı aləmdə isə onlardan artıq özünü hifzetmə, özünü tənzimetmə məqsədilə istifadə olunur. Sinir sisteminin yaranması və təkamülü ilə birlikdə sözün əsl mənasında psixi inikas əmələ gəlməyə və inkişaf etməyə, orqanizmin ətraf mühitə bələdləşməsində və öz davranışını tənzim etməsində mühüm rol oynamağa başlayır.
Yəni psixika xüsusi surətdə təşəkkül etmiş materiyanın xassəsidir. Bir mühüm cəhətə diqqət edək: psixika materiyanın substansiyası (latınca — subştantia mahiyyət deməkdir) deyil, xassəsidir. Həm də hər cürə materiyanın deyil, ancaq xüsusi surətdə təşkil olunmuş, yəni üzvi materiyanın - beynin xassesidir.
Deməli, yüksək təşkil olunmuş materiyanın xassəsi, beynin funksiyası olmaq etibarilə psixika inikasın xüsusi forması kimi meydana çıxır.
Beyin müxtəlif üzvlərin elə mürəkkəb sistemidir ki, onların fəaliyyəti ali heyvanların və insanın psixikasını şərtləndirir.
Psixika reflektor (latınca reflexus - əks olunan deməkdir) xarakter daşıyır.
Biz hər hansı bir cismi qavrayanda və ya nə barədə isə düşünəndə burada hansı sinir hüceyrələrinin iştirak etdiyini adətən hiss etmirik. Bundan başqa, neyrofizioloji proseslər psixi proseslərdə təmsil olunmurlar, yəni bizim başımızda əmələ gələn surətlərdə neyrofızioloji proseslər deyil, cisim və hadisələrin xüsusiyyətləri -rəngi, forması, həcmi, başqa cisim və hadisələrlə qarşılıqlı əlaqəsi və s. əks olunur.
Psixologiyada tanış olduğumuz faktı ifadə etmək üçün subyekt anlayışından istifadə olunur. Subyekt dedikdə obyektiv aləmi dərk edən və dəyişən insan nəzərdə tutulur. İnsan özünün həyat fəaliyyəti prosesində subyekt kimi formalaşır və inkişaf edir. İnsanın həyat fəaliyyətinin əmək, idrak və ünsiyyət kimi müxtəlif sahələri vardır. Bu mənada psixologiyada insan əmək, idrak və ünsiyyət subyekti kimi öyrənilir. Insanın iş gördüyü müxtəlif cisimlərlə, yəni obyektlərlə qarşılıqlı əlaqəsi nəzərdən keçirildikdə subyekt anlayışından istifadə olunur və bu əlaqə subyekt (S) və obyekt (O) əlaqəsi kimi təhlil olünur.
******** «Subyektiv» sözii «subyekt» sözündən əmələ gəlmişdir. Onun psixoloji mənası aydındır: obyektiv aləm subyektin başında əks olunur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, psixi inikas mexaniki inikasdan əsaslı şəkildə fərqlənir: mexaniki inikasdan fərqli olaraq obyektiv aləm insanın başında əks olunur, həyat fəaliyyəti subyekti kimi onun bütün özünəməxsus insani xüsusiyyətləri - tələbatları, maraqları, həyat mövqeyi və s. psixi inikas proseslərində bu və ya digər dərəcədə təzahür edir. Yəni, psixika obyektiv aləmin subyektiv inikasıdır.
Subyektivlik psixikanın ümumi xarakteristikasıdır. Deməli, psixi inikasın subyektiv xarakter daşıdığını deyəndə , onun məzmunu (psixikanın məzmununu obyektiv aləm təşkil edir) deyil, cərəyan etmə forması nəzərdə tutulur.Buradan aydın olur ki;
1)psixika beynin xassəsidir;
2) psixika obyektiv aləmin subyektiv inikasıdır.
Bu iki fikir bir-birilə üzvi şəkildə bağlıdır. Onları birlikdə aşağıdakı kimi ifadə edə bilərik: psixika beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gəlir.
Uzunmüddətli təkamül prosesində psixika yaranır və getdikcə Duyğu,qavrayış,hafizə və s. psixi proseslər kimi özünü göstərir.Psixikanın təkamül prosesində yaranması onun filogenezdə (yun.fule-növ,genezic-doğulma) inkişafı mürəkkəb və çoxcəhətli bir prosesdir. Bu proses daha çox mühitin təsirləri və sinir sisteminin təkamül və inkişafı ilə bağlıdır.Müasir orqanizmlərdə qıcıqlanmadan başlayaraq daha yüksək inkişaf formalarına təsadüf olunur. Canlı orqanizmin biotik təsirlərə cavab vermək qabiliyyəti qıcıqlanma adlanır.Biotik amillərə özünəməxsus tərzdə cavab vermək üsulları tropizm və taksis adlanır.Tropizm yunan sözüdür,mənası istiqamət deməkdir.Tropizmin aşağıdakı növləri var:

  1. Fototropizm-işığın təsirilə hərəkət

  2. Termotropizm-istinin təsirilə hərəkət

  3. Xemotropizm-hər hansı fiziki və ya kimyəvi təsir

4.Topotropizm- mexaniki qıcıqlandırıcının təsiri ilə hərəkət

Hər bir elmin, o cümlədən psixologiya elminin başlıca məqsədi öyrəndiyi proses və hadisələrin tabe olduğu obyekliv qanunları müəyyən etməkdən ibarətdir.


Psixologiya beyinde obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə