I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə3/39
tarix26.12.2022
ölçüsü0,57 Mb.
#97907
1   2   3   4   5   6   7   8   9   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1)

İkinci, ən geniş metodlar qrupu elmi materiallar, faktlar əldə etməyin empirik üsullarından ibarətdir. Bu qrupa aşağıdakılar daxildir: a) müşahidə və özünümüşahidə; b) eksperimental metodlar: laborator, təbii və s.; v) psixodiaqnostik nıetodlar (testlər, anketlər, sosiometriya, intcrvyü və s.); q) fəaliyyət prosesləri və məhsullarının təhlili priyomları və ya praksimetrik metodlar (xronometriya, profesioqrafık təsvirlər, məlumatın, görülmüş işin, o cümlədən şagird işlərinin, müxtəlif növlü əsərlrin və i. a. qiy-mətləndirilməsi;) ğ) modelləşdirmə (riyazi, kibemetik və i. a.); d) bioqrafik metodlar (insanın həyat yoluna aid faktlann, tarixlərin və hadisələrin, sənədlərin, şəhadətnamələrin ve s. təhlili).
Nəzərdən keçirdiyimiz metodların hansılarından və necə istifadə olunınası tədqiqatçının hansı təşkilati metodlardan (müqayisəli, longityudal və ya kompleks) istifadə etməsindən asılıdır.
Üçüncü qrup metodlar materialların işlənilməsi priyomlarını əhatə edir. Həmin metodlar aşağıdakılardan ibarətdir:
a) kəmiyyət (riyazi-statistik) təhlili;
b) keyflyyət təhlili (materiallar tip, qrup və variantlara görə təsnif olunur, təhlil etmək üçün səciyyəvi nümunələr seçilir və s.)-
Dördüncü qrup metodlar şərh metodları adlanır. Onlar struktur və genetik metodların müxtəlif variantlarından ibarətdir. Bu metodlann köməyilə öyrənilən psixi proses və ya xassənin, məsələn, təfəkkür, hafizə, təxəyyül, qabiliyyətlər və s. strukturu təhlil olunur və yaxud müəyyən bir yaş dövründə (tutaq ki, 3 yaşından 6 yaşına, 3 yaşından 10 yaşına, 3 yaşından 15 yaşına kimi) inkişaf xüsusiyyətləri aydınlaşdırılır.
Beləliklə də müasir psixologiyada tədqiqatin bütün silsiləsini əlıatə edən metodlar sistemi - təşkilati, empirik, elmi materialların kəmiyyət-keyfıyyət təlılili və interpretasiya mətodları yaranmışdır. Bu metodlar psixologiyanın müxtəlif sahələrində - sosial, siyasi, hüquq, etnik, əmək, yaş və pedaqoji psixologiyada, eləcə də başqa sahələrdə özünəməxsus şəkildə tətbiq olunur.
Psixologiyada insanın psixi həyatının öyrənərkən faktik materialları əsasən ikinci qrupa aid etdiyimiz metodların vasitəsilə toplayırlar. Onlardan bəziləri diqqət yetirək. Elmin öyrəndiyi sahə ilə əlaqədar əldə edilən ilkin məlumat müşahidə, yəni bilavasitə həmin hadisəni nəzərdən keçirmək yolu ilə müəyyən edilir. Müşahidə metodu dedikdə psixi hadisələrin cərəyanına müdaxilə etmədən onu baş verdiyi təbii şəraitdə məqsədəuyğun və müntəzəm surətdə izləmək nəzərdə tutulur. Müşahidə psixoloji faktları öyrənmək, təsbit etmək üçün böyük əhəmiyyətə malikdir. Müşahidə vasitəsilə istər aynca bir şəxsin, istərsə də müəyyən qrupun psixoloji və-ziyyəti barədə qiyməlli məlumat əldə etmək mümkündür. Onun köməyilə insanın şəxsi və ictimai həyatında nəzərə çarpan hadisə və dəyişiklikləri müəyyənləşdırmək olar.
Müşahidə metodunun tətbiqinin müəyyən şərtləri vardır:
1.Müşahidə elmi cəhətdən mühüm problemin öyrənilməsinə yönəlməlidir.
2. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil edilməlidir.
3.Öyrənilən hadisə barədə daha ətraflı məlumat əldə etmək üçün həmin hadisə müxtəlif şəraitdə nəzərdən keçirilməli, ona təsir edən bütün amillər ətraflı və dəqiq surətdə aydınlaşdırılmalıdır.
4. Elmi müşahidələrin nəticələri dəqiq surətdə qeyd edilməli və lazım gəldikdə asanlıqla bərpa olunmalıdır.
5. Müşahidə və onun nəticələrinin təhlili müşahidəçidən obyektivlik tələb edir.
Müşahidənin etibarlı nəticə verməsi üçün qarşıya çox dəqiq və aydın məqsəd qoymaqla yanaşı, müəyyən sxemdən də istifadə etmək lazımdır. Bu həm də müşahidə nəticələrini asanlıqla təsbit etməyə kömək göstərir. Müşahidə materiallarını təsbit etmək üçün müxtəlif texniki vasitələrdən (maqnitofon, foto, kino, stenoqram, gizli çəkliş, səsyazma və s.-dən) istifadə edilir. Bu zaman hadisələrin təbii gedişinə xələl gətirən heç bir hərəkətə yol vermək olmaz. Yəni üzərində müşahidə aparılan adamlar hansı niyyətlə, nə məqsədlə, nə üçün müşahidə edildiyini bilməməlidir.
Tədqiqat prosesində müşahidə metodundan müxtəlif formalarda istifadə etmək mümkündür. Son zamanlar uzunmüddətli (bir neçə il ərzində aparılan) müşahidələrə daha böyük əhəmiyyət verilir. 70-ci illərin ikinci yarısından başlayaraq müşahidənin xüsusi bir növü kimi «iştiraklı müşahidə»dən» istifadə edilir. Belə müşahidə aşağıdakı kimi təşkil olunur: tədqiqatçı əmək qruplarında, yaxud xüsusi dəstələrdə müxtəlif münasibətləri öyrənmək üçün həmin sahədə işə girir, müşahidə ediləcək hadisələrə qoşulur, yəni təbii prosesin iştirakçısı olur. Bununla da hər hansı mühitdə fəaliyyət göstərən adamların keçirdikləri hiss və həyəcanlan bilavasitə özü yaşamalı olur, onların psixoloji vəziyyətini daha dəqiq surətdə öyrənmək, başa düşmək, mənalandırmaq üçün təbii prosesin iştirakçısına çevrilir.
Müşahidə metodu psixoloji hadisələr barədə müəyyən qədər qiymətli material verə bilir. Lakin onun bir sıra nöqsanları da vardır. Bu nöqsanların bir qismi müşahidə obyektinin xüsusiyyətlərindən asılıdır. Məsələn qrupda şəxsiyyətlərarası münasibətlərin bütün çalarlarını (hətta iştiraklı müşahidədə belə) əhatə etmək olmur. Burada vaxt amili də mühüm rol oynayır. Müşahidəçini maraqlandıran cəhətin özünü nə zaman büruzə verəcəyini qabaqcadan müəyyənləşdirmək çətindir, onu gözləmək lazım gəlir. İkinci tip nöqsanlar isə müşahidəçinin öz fəaliyyəti ilə əlaqədardır. Onun təcrübə zənginliyi, işə münasibəti, qarşıdakı tədqiqatın məqsəd və vəzifəsini kifayət qədər aydın dərk edə bilməsi, faktlan seçə bilmək, mənalandırmaq, elmi təhlildən keçirmək bacanğı və s. müşahidəyə təsir edir. Deməli, müşahidə materiallannın şərhində tədqiqatçının şəxsi keyfıyyətlərindən asılı olaraq müəyyən qədər subyektivlik özünü göstərə bilir. Bundan başqa, müşahidə vasitəsilə əldə edilən faktların təbiiliyi ilə yanaşı, onların nə dərəcədə qanunauyğun olduğunu müəyyənləşdirmək, başqa sözlə, qanunauyğunluğu təsadüfdən ayırd etmək də çətinlik yaradır.
Bütün bu çatışmamazlıqlar başqa metodların, ilk növbədə isə eksperimentlərin köməyi ilə aradan qaldırıla bilər.Eksperiment m e t o d u müşahidədən fərqli olaraq nisbətən qısa müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Eksperiment zamanı alim-psixoloq öyrəniləcək adamın fəaliyyət göstərməsi - hər hansı bir eksperimental tapşırığı yerinə yetirməsi üçün şəraiti niyyətli surətdə yaradır və həmin şəraiti istədiyi vaxt dəyişir.
Eksperimentdə adətən iki kemiyyəti — asılı olmayan (A) və asılı (B) kəmiyyətləri ferqləndirirlər.
Eksperiment zamanı psixoloq A kəmiyyətini (iş şəraitini, iştirakçıların tərkibini, hadisələrin ardıcıllığını, məsələnin xarakterini, təlimatı və s.) dəyişir, bundan sonra isə B kəmiyyətində baş verən dəyişiklikləri müəyyən edir. Beləliklə, eksperiment prosesində A və B kəmiyyətləri arasındakı asılılıq öyrənilir: A kəmiyyəti B kəmiyyətindən əvvəl gəlir və onun səbəbini təşkil edir, B kəmiyyəti isə nəticə kimi özünü göstərir.
Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkillərdən, mətnlərdən və s.-dən istifadə olunur. Belə eksperimentlər adətən laboratoriyalarda və ya xüsusi otaqlarda apanlır . Bu cəhəti nəzərə alaraq onlara laboratoriya eksperimenti deyirlər.
Psixologiyada psixodiaqnostika məqsədilə hələ XIX əsrin sonlarından başlayaraq testlərdən istifadə olunur. Teşt — ingiliscə -sınaq deməkdir. Psixologiyada da bu mənada işlədilir və fərdi fərqləri öyrənmək məqsədilə tətbiq olunur.
Testlər müxtəlif tapşırıq və suallar şəklində mütəxəssislər tərəfindən işlənilir. Testlərin psixodiaqnostik əhəmiyyəti onların elmi cəhətdən nə dərəcədə əsaslı olmasından bilavasitə asılıdır.Beləlikiə, aydın olur ki, psixologiyanın tədqiqat metodları çox rəngarəngdir.
Psixoloji biliklər həmişə elmi dəyərlə yanaşı praktik əhəmiyyətə malik olmuşdur. O, adətən insanların bir-birini tanımasına kömək etmişdir. İndi də psixologiya elə bu mənada başa düşülür: adamlar üçün psixoloq, birinci növbədə, insan sərrafı deməkdir.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə