I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə4/39
tarix26.12.2022
ölçüsü0,57 Mb.
#97907
1   2   3   4   5   6   7   8   9   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1)

II MÖVZU:
ŞƏXSİYYƏTİN PSİXOLOJİ XARAKTERİSTİKASI

( 2 saat )


PLAN:

1.Şəxsiyyət anlayışı.Şəxsiyyətin xarakterik cəhətləri.


2.Mənlik şüuru və onun xüsusiyyətləri.


3.Əxlaqi şüur və onun xüsusiyyətləri.




Ə D Ə B İ Y Y A T

  1. Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.

  2. Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.

  3. Bayramov Ə.C Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri.Bakı,2003.

  4. ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Bakı,1998.

İnsanı orqanizm, fərd və şexsiyyət kimi xarakterizə etmək olar. Bu anlayışlar bir-birilə qarşılıqlı əlaqedə olsa da onlardan hər birinin özünə-


məxsus mənası vardır.Orqanizm anlayışı bioloji elmlərin, şəxsiyyət anlayışı isə sosial elmlərin mövzu dairəsinə daxildir.
Orqanizm geniş anlayışdır. Hər bir canlı varlıq — bitki də, heyvan da, insan da orqanizmdir. Psixologiya insanı orqanizm kimi deyil, f ə r d və ş ə x s i y y ə t kimi öyrənir.
İnsan, bir tərəfdən, bioloji , digər tərəfdən, sosial varlıqdır. Bioloji varlıq kimi psixoloji xüsusiyyətləri fərd ifadəsində, sosial varlıq kimi isə
Şəxsiyyət ifadəsində əks olunur. İnsanın həyat fəaliyyətində bu iki cəhət bir-birilə elə uyğunlaşır ki, çox vaxt nəinki onları aydın şəkildə fərqləndirmir, hətta buna əhəmiyyət verilmir. Lakin insanın fərd və şəxsiyyət kimi xarakteristikaları vəhdət təşkil etsə də, onlan eyniələşdimıək olmaz. Təsadüf nəticəsində heyvanlar arasına düşmüş və onlann içərisində böyümüş uşaqlar bu fikrə misal ola bilər.Elmə təxminən 50-yə qədər belə hadisə məlumdur. Müxtəlif heyvanlar - meymun, çanavar, ceyran, ayı ve s. içərisində böyümüş belə uşaqların ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasından tapılmış, qızlar psixoloqlar tərəfındən nisbətən ətraflı öyrənilmişdir.
Bu uşaqları şəxsiyyət adlandırmaq olarmı? Əgər olmazsa, bunu nə ilə əsaslandırmaq mümkündür? Bu suallara cavab vermək üçün fərd və şəxsiyyət anlayışları ilə tanış olaq.
Uşağı fərd kimi səciyyələndirərkən, ilk növbədə, onun insan növünə aid olduğunu qeyd edirik. Bunu başa düşmək üçün yalnız onu göstərmək kifayətdir ki, insan balası heyvanlar içərisinə düşdükdə belə, heyvan balasına çevrilmir, insan olaraq qalır. Haqqında danışılan qızları canavar balaları ilə müqayisə etsək, bu cəhəti aydın görə bilərik:onların bədənləri, beyinləri, əlləri və s.-nin quruluşu nəinki canavarın, hətta meymunun bədəni, beyni və ya əllərinin quruluşundan keskin şəkildə fərqlənir.
Fərd anlayışı digər bir cəhətdən də maraqlıdır: eyni növlü bitki və heyvanlar bir-birindən müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji cəhətdən onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri diqqətə çatdırırıq.
Özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə bənzəməyən təbii varlıq FƏRD adlanır. Bu baxımdan hər bir adam – hətta həm yeni doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir. Eyni sözləri biz yuxarıda haqqında danışdığımız qızlar barədə də deyə bilərik. Belə bir cəhətə diqqət yetirək: insan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər qazanır və şəxsiyyəte çevrilir.
Şəxsiyyət kimdir'? Psixologiyasında şəxsiyyətin 50-dən artıq tərifi məlumdur. Bu gün şəxsiyyət haqqında hamının eyni dərəcədə qəbul etdiyi tərif olmasa da, müəlliflərin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə xüsusi diqqət vrirlər.. Həmin cəhətlər aşağıdakılardır:
a) İnsanın mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin toplusundan ibarətdir.
Bütün ictimai münasibətlər sistemi qanunauyğun şəkildədə maddi nemətlər istehsalı üsulundan asılıdır: istehsal prosesində insanlar maddi məhsullar, yaşayış vasitələri yaratmaqla kifayətlənmirlər. Onlar maddi nemətlər istehsal etməklə öz ictimai münasibətlərini də istehsal və təkrar istehsal edirlər.
Cəmiyyət şəxsiyyət üçün yalnız müəyyən bir xarici mühit deyildir. O, cəmiyyətin üzvü kimi ictimai münasibətlər sisteminə obyektiv surətdə daxil olur.
Şəxsiyyətin motivləri, adətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətlərinin necə olmasından, hansı vətəndaşlıq hüquqlarına malik olmasından, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil olmasından və s. asılıdır. Bu prosesdə insanda formalaşan müxtəlif sosial keyfıyyətlər də sistemli xarakter daşıyır, insanın fəaliyyətində, intellektual, emosional, iradi və s. xassələrində əks olunur. Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfıyyətlərin sistemi nəzərdə tutulur.
b) şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini fəal surətdə dəyişməyə başlayır. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Deməli, şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir.
Şəxsiyyət mürəkkəb fenomendir. O, psixoloji baxımdan müxtəlif xüsusiyyətlərlə xarakterizə olunur. Bu baxımdan aşağıdakılan xüsusilə qeyd etmək olar:
1.İctimai fəallıq: şəxsiyyət öz fəaliyyət dairəsini davamlı olaraq genişləndirir, nəinki öz həyat yolunu müəyyən edir, həm də həyat şəraitini dəyişdirir, ən mürəkkəb həyati anlarda öz daxili inamına və həyat mövqeyinə göre hərəkət edir.
2.Motivlərin davamlı sistemi: motivlərin maraqlar, əqidə və s. üstünlük təşkil edən sistemi formalaşır və şəxsiyyətin istiqamətini müəyyən edirlər.
3. Şəxsi məna: şəxsiyyətin tələbatına və s. uyğun gələn obyektlər onun üçün şəxsi məna kəsb edir. Bu cəhət ilk növbədə şəxsiyyətin sosial istiqamətlərində və həyat mövqeyində, hisslərində, maraq və meyllərində özünün aydın ifadəsini tapır.
4.Münasibətlər: şəxsiyyətin nüvəsini münasibətlər təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeyləre, özünə raünasibətləri onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarilə onun münasibətləri ilə müəyyən olunur və s.
Şəxsiyyət fərd üçün subyektiv olaraq onun məni — özü haqqında təsəvvürlər sistemi (mən obrazı, mən konsepsiyası) kimi üzə çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqında təsəvvürləri əks olunur.
Qeyd olunan bu xüsusiyyətlər heyvanlar arasında böyümüş uşaqlarda müşahidə olunmur. Buna görə də onlar şəxsiyyət deyil fərddirlər. Anadan yeni doğulmuş uşaq da hələ şəxsiyyət deyildir. O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri qazandıqca şəxsiyyətə çevriləcəkdir...
Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən əvvəl, əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün əməlləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir.
Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur; onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, onu öz sərvətinə çevirir. Şəxsiyyətin inkişafının bu cəhəti adətən onun ictimailəşməsi (sosializasiyası) kimi izah olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda daha çox müstəqillik, nisbi avtonomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafinın mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir. Deməli, ictimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə onun özünəməxsus həyat tərzi və öz daxili aləmi formalaşır.
Psixologiyada bu mühüm elmi faktı ifadə etmək üçün f ə r d i y y ə t anlayışından istifadə olunur.İnsanı fərdiyyət kimi nəzərdən keçirərkən onu başqa adamlardan fərqləndirən cəhətləri, onun psixikasının və şəxsiyyətinin özünəməxsııs xüsusiyyətli nəzərdə tutulur. Fərdiyyət temperament və xarakter əlamətlərində, tələbatlann, maraqların, inteilektin. qabiliyyətlərin və s. özünəməxsus xüsusıyyətlərində təzahür edir. Fərdiyyət insanın anato-mik-fizioloji imkanlan ilə bu və ya dıgər dərəcədə əlaqəli olsa da, onun təkrarolunmaz bioqrafiyasını, həyat tarixini əks etdirir.
Fərdin də, şəxsiyyətin də özünərnəxsus fərdi xüsusiyyətləri vardır. İnsan fərdiyyət kimi xarakterizə olunduqda bu xüsusiyyətiərin hər ıkisi nəzərə alınır.Lakiıı bununla belə, fərdiyyətin strukturunda onlann rolu eyni deyildır. İnsana bir fərd kimi xas olan xüsusiyyətlər (həssaslıq, astagəllik və s.) şəxsiyyətin təsiri ilə yeni məzmun və forma qazanır.
Şəxsiyyətin təsirilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır. (latınca inteqer - bütöv deməkdir)
Şəxsiyyətin inkişafinın ilkin təbıi şərtlərinin də özünəməxsus rolu vardır.
İnsanın hansı iqlim şəraitində, harada - dağlıq yerdə və ya dəniz sahilində və s.-də yaşamasından asılı olaraq onun həyat tərzində, mənzil şəraitində özünərnəxsus cəhətlər yaranır.. Bu amillər şəxsiyyətin formalaşması üçün müəyyənedici əhəmiyyətə malik deyildir, lakin onların nəzərə alınması şəxsiyyətin formalaşması prosesinin daha ətraflı nəzərə alınmasna kömək göstərir.
Şəxsiyyətin inkişafının ilkin tebii şərtləri kimi onun orqanizminin xüsusiyyətləri, əsasən mərkəzi sinir sisteminin xüsusiyyətləri daha mühüm əhəmiyyətə malikdir.
Şəxsiyyətin inkişafında sosial araillər daha müəyyənedici rol oynayır. Sosial amillər müxtəlifdir və onlar qarşılıqlı əlaqədə şəxsiyyətin inkişafını şərtləndirirlər. Sosial amillərdən ilk növbədə insanın yaşadığı və fəaliyyət göstərdiyi konkret-tarixi şərait, yəni məhsuldar qüwələrin və müvafıq istehsal münasibətiərinin inkişaf səviyyəsi xüsusi əhəmiyyət daşıyır. Konkret-tarixi şərait öz əksini şəxsiyyətin maddi, siyasi və sosial həyat şəraitində, o cümlədən əmək şəraitində tapır.
Şəxsiyyətin formalaşması prosesi vasitəli xarakter daşıyır. Fərd, ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə qazanır.Bu baxımdan fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir.Şəxsiyyət formalaşdıqca fəaliyyətin xarakteri əsaslı şəkildə dəyişilir. Yənı şəxsiyyətin təlabatlan əsasında fəaliyyətin motivləri formalaşır. «motiv-məqsəd» vektoru əmələ gəiir və o fəaliyyətin əsas struktur vahidinə çevrilir. Faaliyyət prosesi bütünlükdə şəxsi məna kəsb edir. Burıdan asılı olaraq fəaliyyətin tərkibinə daxil olan bütün idrak proseslerinin də xarakteri dəyişilir. Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərllənməyə başlayırlar. Beləliklə də fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, emosiya və idrak sahələri bir-birinə nüfuz edərək tədricən qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar.
2. «Mənlik şüurunda» şüurun bütün xüsusiyyətləri insanın «məni» vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Yəni, mənlik şüuru bimodal xarakter daşıyır: onda eyni vaxtda həm «mən»ə (subyektə), həm də «qeyri-mən»ə (obyektə) aid olan cəhətlər əks olunur. Məsələn, uşaq öz əlini dişlədikdə ağrı hiss edir, başqalarının əlini dişlədikdə isə ağrı hiss et-mir. O, öz əli ilə başqalarının əlini fərqləndirməyə başlayır.
Mənlik şüuru insanın özünü şəxsiyyət kirni tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dcdikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fıkir və hisslərinə, davranış və fəaliyyətinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir: insan özünü bütün ətraf aləmdən, yəni «mən»ini «qeyri-mən»dən ayırır, özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır.

1. «Mən obraz» - insanm özü haqqında təsəvvürləri (buna başqa sözlə, psixoloji avtoportret də deyilir).


2. Özünüqiyməlləndirmə - insanın özünün özü haqqındakı tə
səvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3. Potensial davranış reaksiyaları - insanın «Mən obrazı» və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.

Mənlik şüuru yeniyetməlik və gənclik yaşlarında formalaşsa da, onun əsası kiçik yaş dövrlərinə təsadüf edir.


Müasir psixologiyada mənlik şüurunun formalaşması proscsinin köklərini araşdırarkən, ilk növbədə, körpə uşaqların özlərini güzgüdə tanıması məsələsinə xüsusi diqqət yetirirlər.
Yeniyetmənin mənlik şüurunun xüsusiyyətlərini aydınlaşdırarkən bir cəhəti ayrıca qeyd etmek lazımdır. Yeniyetməlik yaşı dövründə özünüdərketmə tələbatı xüsusi məna kəsb etsə də, onun özü haqqındakı obyektiv biliklərinin səviyyəcə aşağı olması diqqəti cəlb edir. Yeniyetmənin bir çox hallarda özünün şəxsi keyfiyyətlərini düzgün təhlil edə bilməməsinin köklərini, birinci növbədə, məhz burada axtarmaq lazımdır. Bu əsasda da bəzən yeniyetmənin iddia səviyyəsi ilə kollektivdəki real mövqeyi arasında, özünə münasibəti ilə başqa adamların - yaşlıların və yoldaşların ona münasibəti arasında ziddiyyətdən yaranan münaqişələr meydana çıxır.
Yeniyetmə öz davranış və xüsusiyyətlərini dərk etdikcə, onda özünütərbiyə tələbatı yaranır ki, bu prosesdə də ayırd edilmiş nümunə və əxlaqı etalon müstəsna rol oynayır.
İlk gənclik yaşı - mənlik şüurunun yaranmasının tamamilə xüsusi mərhələsini təşkil edir.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə