Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

downloaded from KitabYurdu.org
* * * 
aldılar.  Namazın  burnundan  axan  qan  sir-sifətini  və  köynəyinin 
yaxasını bulamışdı. Tozlu-torpaqlı yerdə uzanıb, bədəninin ağrısından 
ayağa qalxa bilmirdi. 
Səsə  yığışanlardan  kimsə  Səkinəyə  xəbər  vermişdi.  Səkinə  nəfəsi 
təngişə-təngişə  qaçaraq  özünü  mərəkəyə  çatdırıb  ərinin  qolundan 
yapışdı.  Onu  qaldırıb  üst-başınm  tozunu  çırpdı,  yaylığı  ilə  üzünün 
qanını  təmizlədi  və  çəkə-çəkə  evə  aparmaq  istəyəndə  dönüb 
Beydullaya dedi: 
-
 
Əclaf  oğlu  əclaf!  Sənin  başına  bir  oyun  gətirim  ki,  sən  də 
görəsən! 
-
 
Nə oyun gətirəcəksən? De, biz də bilək. 
-
 
Görəcəksən! Sən get o həyasız arvadının dərdini çək! 
-
 
Get! Get! İtəoxşayanmı da götür rədd ol burdan! 
-
 
İtə sən oxşayırsan! 
Beydulla daha dinmədi.  Namazın bir qolundan arvadı yapışmışdı. 
Dartınıb  o  biri  qolunu  Beydullaya  uzatdı  və  ağzı  köpüklənə-
köpüklənə qışqırdı: 
-
 
Sən öləsən, Beydulla, səni bu gecə öldürməsəm kişi deyiləm! 
-
 
Gəl  görüm  bu  yana!  -  Səkinə  ərinə  acıqlanıb  onu  tamaşaya 
yığılanların arasından çıxartdı və evə apardı. 
Beydulla  onların  arxasınca  nəsə  demək  istədisə  də  Əli  imkan 
vermədi: 
-
 
Yaxşı, qurtar görək! Baş qoşmağa adam tapmırsan deyəsən. Onu 
Allah vurub da! 
Ara sakitləşən kimi camaat dağılışıb hərəsi öz işinə getdi. 
Gecə  saat  on  iki  olardı.  Beydullanın  ailəsi  evin  ikinci 
mərtəbəsindəki  divarları  suvanmış  yeganə  otaqda  yatmağa 
hazırlaşırdı. Birdən həyətdən taqqıltı səsi gəldi. Kimsə taxta pilləkənin 
tutacağım döyürdü. Beydullanın arvadı Pakizə deyindi: 
-
 
Xeyir ola, kimdi görəsən gecənin bu vaxtı? Beydulla: 
-
 
Kimsən?  Gəlirəm!  -  deyib  qapını  açdı.  Yanlan  açıq  eyvana 
ayağını qoyan kimi ov 
tüfənginin gurultulu səsi pəncərələri titrətdi. Beydulla inildəyib kürəyi 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
üstə  evin  içinə  yıxıldı.  Qızı  İlahə  əlləri  ilə  başını  tutub  elə  dəhşətlə 
qışqırdı  ki,  tüfəngin  səsi  bu  səsin  yanında  zəif  olardı.  Pakizə  cəld 
pəncərəyə  tərəf  yüyürüb  pərdəni  araladı.  Pəncərədən  həyətə  süzülən 
zəif  işıqda  həyət  qapısının  əksinə  qaçan  kölgəni  görə  bildi.  Qaçan 
adamın  qəribə  yerişi  var  idi.  O,  yuyulmuş  paltarları  asıb  qurutmaq 
üçün iki ağac arasında tanm çəkilib bağlanmış mis məftilə ilişdi və az 
qaldı ki, yıxılsın. Amma özünü düzəldib həyətin içərilərində, zülmət 
qaranlıqda yox oldu. 
Pakizə ərini  dartıb içəri saldı və bundan sonra özünü açıq eyvana 
atıb fəryad qopardı: 
- Ay camaat hey! Köməyə gəlin! Evim yıxıldı! Ay Beydulla heey!
Səsə  qonşular  gəldilər.  Onların  dalınca  kəndin  icra  nümayəndəsi 
olan  Kazım  müəllim  də  özünü  çatdırdı.  Evə  çıxıb  döşəmədə  uzanan 
Beydullanm üzərinə əyildi. 
-
 
Beydulla, sənə nə oldu? Kim vurdu səni? 
Ev sahibinin sinəsindən hələ qan axırdı. Ov 
tüfənginin  patronuna  doldurulmuş  iri  qurğuşunlar  sinəsini 
parçalamışdı. O, ağır-ağır gözlərini açıb əvvəl kəndin rəhbərinə, sonra 
isə  arvadına  baxdı.  Güclə  dodaqlarını  aralayıb  «Na...»  -  deyə  zandı. 
Sözünü tamamlaya bilməyib elə o saat da keçindi. Pakizə qalxıb yenə 
şivən qopartdı: 
-
 
Namaz  öldürüb!  Namaz  oğraş!  Özüm  gördüm  qaçanda.  O  idi. 
Qıçları dolaşa-dolaşa qaçırdı, əyri qıçları sınmış! 
Kazım  müəllim  onu  birtəhər  sakitləşdirdi.  Həyətə  düşüb,  küçəyə, 
qapı ağzına yığılanlara həyətə girməyi qadağan elədi: 
-
 
Heç  kəs  həyətə  girməsin!  Bəlkə  ayaq  izləri  qalıb?  Mən  gedib 
idarədən polisə zəng edəcəm. 
Beydullanm arvad-uşağının ağlaşma səsi kəsmək bilmirdi. Küçəyə 
yığışıb,  Kazım  müəllimin  qorxusundan  həyətə  girə  bilməyən  kənd 
qadınları  da  elə  küçədəcə  vay-şivən  qurmuşdular.  Kişilərdən  kimsə 
molla  dalınca  qaçdı.  Digər  kişilərin  səsləri  qadınların  ağlaşma  səsi 
arasında adda-budda eşidilirdi: 
-
 
Ə, nə olub burada? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
* * * 
-
 
Beydullanı güllə ilə vurublar! 
-
 
Kim vurub? 
-
 
Nə bilim, deyəsən, Namazın adını çəkirlər? 
-
 
Nə danışırsan, ə? Niyə vurub Namaz onu? 
-
 
Eşitmədiz? Günorta dedi ki, səni öldürməsəm kişi deyiləm. 
-
 
Ölüb görəsən? 
-
 
Bəs ölməyib? 
-
 
Bədbəxt oğlu bədbəxt! Evini təzəcə tikib hazırlamışdı. 
-
 
Fani dünyadı daa! Belə də deyirlər, sən saydığını say! 
-
 
Ancaq aləm qarışacaq. 
-
 
Hə, çox adamın başı ağrıyacaq. Polisə xəbər verilib görəsən? 
-
 
Kazım müəllim getdi zəng eləməyə. 
-
 
Yazıq qız yetim qaldı. 
-
 
Hə, bayaq elə çığırırdı ki, tüklərim biz-biz olmuşdu. 
-
 
Neyləsin atasıdır da! 
-
 
Gözləyək, görək polis işçiləri nə vaxt 
gələcək? 
* * * 
Gecə  rayon  mərkəzindən  kəndə  heç  kəs  gəlmədi.  Növbətçi  polis 
telefonla Kazım müəllimə dedi ki, idarədə bekar adam yoxdur. Özün 
hadisə yerində ol, səhər mütləq əməliyyat qrupu göndərərlər. 
Doğrudan  da  səhər  hava  təzəcə  işıqlanmışdı  ki,  Beydullanm 
darvazasının  qabağında  polis  maşını  dayandı.  Gələnlər  rayon  polis 
idarəsi rəisinin əməliyyat işləri üzrə müavini mayor 
Cəfərli,  prokurorluğun  müstəntiqi  Əlizadə,  məhkəmə  tibb  eksperti 
Rafiq həkim və kəndin sahə müvəkkili kapitan Həsənov idilər. Onları 
bütün gecəni  yatmayıb həyətin keşiyini çəkmiş  və buna görə də çox 
yorğun görünən Kazım müəllim qarşıladı. 
Əməliyyat  işləri  üzrə  rəis  müavininin  əlliyə  yaxın  yaşı  var  idi. 
Rayonda hamı onu kobud, özündən razı, söyüş söyməkdə mahir, lakin 
eyni zamanda zirək və bacarıqlı əməliyyat işçisi kimi tanıyırdı. Mayor 
Cəfərli rayonda işlədiyi müddətdə bir çox cinayətlərin üstünü açmışdı. 
Müstəntiq  Əlizadə  rayon  prokurorluğuna  təzə  göndərilmişdi.  Ona 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə