Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   65   66   67   68   69   70   71   72   73

downloaded from KitabYurdu.org
Onsuz da qaymatamgilin məndən zəhləsi gedirdi...
-
 
etmək olar, allah səbrinizi versin, - dedim. 
-
 
Sağ olun! 
Nailə  çevrilib  getdi.  Onun  arxasınca  baxa-  baxa  fikirləşdim  ki, 
yazığın əri ölüb, bu yandan da yersiz tənələrin əzabını çəkəcək. 
Elə bu vaxt polkovnik Qasımlı blokun qapısından çıxıb «Sabahınız 
xeyir!» deyərək yanımdan ötüb keçdi. Mən cəld kapotu örtüb maşına 
əyləşdim və mühərriki işə saldım. Yavaş- yavaş evin tinindən dönüb 
parkı arxada qoydum və təxminən əlli metr məndən qabaqda səki ilə 
addımlayan Qasımlım izləməyə başladım. 
O,  qarşıdakı  döngədə  sağa  buruldu.  Mən  də  yol  ayrıcına  çatıb 
maşını  sağa  döndərdim.  Qarşıda  avtobus  dayanacağı  görünürdü. 
Qasımlı  dayanacağa  çatmağa  az  qalmış  dayandı  və  üzünü  maşın 
yoluna çevirdi. Mən nə edəcəyimi bilməyib maşını saxladım. Məndən 
əlli  metr  aralı  olan  Qasımlıya  göz  qoymağa  başladım.  Dayanacaq 
köşkünün qarşısında bir-iki adam görünürdü. Köşkün içində isə adam 
olub-olmadığmı görə bilməzdim. On dəqiqəyə kimi beləcə gözlədim. 
Həmən müddətdə Qasımlı da yerində durmuşdu. 
Dayanacaqda  mikroavtobus  dayandı.  Köşkdən  iki  kişi  və  bir  qadın 
çıxıb  ona  mindi.  Mikroavtobus  yola  düşdü.  Bir  siqaret  yandırıb 
çəkməyə başladım. Bu vaxt dayanacaqda ağ rəngli bir Jiquli saxladı. 
Dayanacaq köşkündən bir qadın çıxıb Jiquliyə mindi. Qadını Nailəyə 
oxşatdım.  Maşın  yerindən  tərpənən  kimi  Qasımlı  mənə  yaxınlaşmaq 
işarəsi  verdi.  Maşını  irəli  sürüb  onun  yanında  saxladım.  Qasımlı 
tələsik arxada oturub: 
-
 
O  maşını  gözdən  qoyma!  -  deyə  uzaqlaşmaqda  olan  Jiqulini 
göstərdi. Mən sürəti artırıb bütün diqqətimi irəli verərək: 
-
 
O qadın Nailə idi? - deyə soruşdum. 
-
 
Hə! - deyə Qasımlı cibindən bloknot çıxarıb Jiqulinin nömrəsini 
yazdı. 
-
 
Mən, deyəsən, bir dəfə də Nailəni bu maşına minən görmüşəm, - 
dedim. 
-
 
Nə vaxt? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
5-6 ay olar. 
Maşını müvəffəqiyyətlə izləyirdim. Nəhayət Jiquli şəhərdən çıxıb, 
şəhərətrafı bağlara tərəf yol aldı. 
-
 
Bağ evinə gedirlər... - deyə Qasımlıya baxdım. 
-
 
Yəqin  ki!  -  Qasımlı  qısaca  cavab  verdi.  İzlədiyimiz  maşın 
bağarası dar küçələrə 
girəndə  Qasımlmm  göstərişi  ilə  sürəti  azaltdım  və  onları  gözdən 
itirdik. Ancaq bir azdan biz daha 
bir tini burulub, uzun küçəyə çıxanda Jiqulini irəlidə, bir darvazanın 
qabağında  dayanan  gördük.  Maşının  yanında  adam  yox  idi.  Biz 
Jiqulinin lap böyründən keçəndə Qasımlı: 
-  Darvazanın  bir  tayından  açılmış  qıfıl  asılıb.  Deməli  içəridə 
onlardan başqa heç kəs yoxdur. - dedi. 
Biz  daha  iki  bağı  ötürüb  dördüncü  bağın  qıfıllı  qapısı  yanında 
dayandıq  və  onların  girdiyi  bağın  qapısını  güdməyə  başladıq.  Saat 
yanm  ya  iki  saat  gözləyəndən  sonra  Nailə  bir  ucaboy,  gənc  kişi  ilə 
bağdan çıxdı. Kişi açarla darvazanın qıfılını bağladı və onlar maşına 
minib getdilər. Qasımlı maşını həmin bağa bir qədər yaxınlaşdırmağı 
tapşınb,  darvazadan  5-10  metr  aralı  maşından  düşdü  və  o  qədər  də 
hündür olmayan hasardan adlayıb həyətə girdi. Mən ətrafa boylandım. 
Görən yox idi. Maşında oturub gözləməyə başladım. Təxminən yanm 
saatdan sonra Qasımlı hasardan aşıb yanıma gəldi və maşına minib: 
- Sür şəhərə! - dedi. 
Şəhərə  yola  düşdük.  Heç  birimizin  danışmağa  həvəsimiz  yox  idi. 
Xüsusilə  məni  dərin  fikir  götürmüşdü.  Axşam  əri  ölən  bir  qadının 
səhər  yad  kişi  ilə  xəlvətdə  görüşməsini  qəlbim  heç  cür  qəbul  edə 
bilmirdi.  Yəni  Nailə  bu  dərəcədə  pozulmuşdu?  Mən  yenə  də  buna 
inanmaq istəmirdim. Gördüyümü də başqa yerə 
yozmağa  çalışırdım.  Düşünürdüm  ki,  burada  nə  isə  başqa  iş  var. 
Amma başqa nə iş ola bilərdi ki? 
Şəhərə çatanda Qasımlı maşını şəhər baş polis idarəsinə sürdürdü. 
Maşından  düşüb  idarəyə  girdi.  Onu  5-10  dəqiqə  gözlədikdən  sonra 
qərara  gəldim  ki,  redaksiyamıza  atüstü  də  olsa  baş  çəkim. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
Redaksiyaya  gedib  qayıtmağım  20  dəqiqə  çəkdi.  Maşını  əvvəlki 
yerində  saxladım.  Qasımlı  hələ  çıxmamışdı.  Bir  saat  da  gözlədikdən 
sonra o, idarədən çıxdı və gəlib maşına oturdu. 
-
 
Gedək! Bağışlayın ki, bir az gecikdim. Köhnə dostumla söhbətim 
uzandı. 
-
 
Eybi yoxdur. Hara gedək? 
-
 
Evə!  -  dedi  və  birdən  soruşdu:  -  Mən  içəridə  olanda  hara 
getmişdiniz? 
-
 
Nədən bildiniz? - deyə soruşdum. - Mən olmayanda çıxmışdınız? 
-
 
Yox!  -  Qasımlı  mənalı-mənalı  gülümsədi.  -  Sayğac  mən 
maşından düşəndən sonra daha səkkiz kilometr yazıb. 
-
 
Hə... İşə baş çəkməyə getmişdim, - dedim və nədənsə özümü bir 
təhər hiss etdim. 
Evə  çatanda  maşını  blokun  qabağında  saxladım.  Qasımlı  məndən 
ayrılanda: 
-
 
Axşam saat 9-da sizi gözləyirəm! - dedi. 
* * * 
Axşama  qədər  heç  bir  işlə  məşğul  ola  bilmədim.  Nailənin  fikri 
başımdan  çıxmırdı.  Onun  ağla  batmaz  hərəkətini  heç  cür  dərk  edə 
bilmirdim.  İşin  mahiyyətini  tezliklə  öyrənməyə  can  atırdım.  Qanbay 
Qasımlının özünü müəmmalı aparması da marağımı artırırdı. Əsimdə, 
keçmiş  Cinayət  Axtanş  işçisinin  bəzi  işləri  məni  əsəbiləşdirirdi. 
Düşündüklərini  sona  qədər  bildirməmək  üçün  o,  hətta  bəzən  məni 
aldadırdı  ki,  şübhəsiz,  bu  da  mənə  toxunurdu.  Buna  görə  də  o,  hər 
hansı  bir  araşdırma  ilə  məşğul  olarkən,  ona  sual  verməməyə 
çalışırdım.  Bilirdim  ki,  onsuz  da  mənə  dəqiq  cavab  verməyəcək. 
Lakin  qəribədir  ki,  bütün  bunlar  dərin  ağıl  sahibi  olan  Qanbay 
Qasımlıya hörmətimi azaltmırdı. Mən apardığı əməliyyatlarda onunla 
yoldaşlıq etməkdən həzz alırdım. 
Saat  doqquz  olan  kimi  Qasımlmm  mənzilinə  getdim.  Qasımlı 
məndən  xahiş  etdi  ki,  7-ci  mərtəbədən  Nailəni  də  onun  yanma 
çağınm.  Nailə  ilə  üzbəüz  gəlməyə  həvəsim  olmasa  da,  tabe  olub 
pilləkənlərlə  yuxan qalxdım və 31-ci  mənzilin zəngini çaldım. Nailə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
qapını açdı. 
-
 
Nemət müəllim?! Buyurun içəri. 
Səhər gördüyümə nisbətən əhvalı yaxşı idi. 
-
 
Yox,  sağ  olun.  Xahiş  edirəm  mənimlə  qonşum  Qasımlının 
mənzilinə gedək. 
-
 
Nə üçün? 
-
 
Yəqin ki sizinlə vacib söhbəti var. 
-
 
Nə söhbət? Yaxşı... paltarımı dəyişim, gedək! 
O,  yüngül  xalatda  idi.  Otağa  keçib  səhərki  paltarını  geyindi  və 
birlikdə  qonşumun  mənzilinə  düşdük.  Mənzilin  qapısı  bağlı  deyildi. 
Biz içəri girəndən sonra mən qapını bağladım. Qasımlı öz kreslosunda 
oturub  fikrə  getmişdi.  Azacıq  qalxaraq  Nailəyə  «Xoş  gəlmisiz. 
Buyurun, əyləşin» dedi. Nailə divanda, mən isə stulda oturdum. Araya 
sükut çökdü. Qasımlı altdan gözaltı Nailəni süzürdü. Nailə isə narahat 
halda otağa göz gəzdirirdi. Nəhayət, birinci o dilləndi. 
-
 
Məni niyə çağırmısız? 
-
 
Nailə xanım! - Qasımlı kresloda yerini rahatlayıb sözə başladı: 
-
 
Mərhum  əriniz  dünən  səhər  burada  mənzilinizdə  olmuş  oğurluq 
hadisəsi  haqqında  mənə  məlumat  verdi.  Mənzilinizdən  bildiyiniz 
kimi,  papaq,  dəri  gödəkcə,  videomaqnitofon  və  xarab  olmuş  bir 
televizor  oğurlanmışdı.  Əriniz  çox  təkidlə  xahiş  edirdi  ki,  mən  bu 
məsələ ilə məşğul olum və oğurlanmış əşyalan tapım. Mənim vaxtım 
məhdud  olduğu  üçün  və  xırda  oğurluq  işi  ilə  məşğul  olmaq 
istəmədiyim  üçün  etiraz  etdim.  Lakin  oğurlanan  əşyalara  ərinizin 
layiq olduğundan böyük qiymət verməsi məni şübhəyə salmışdı. Eyni 
zamanda,  Xatəm  özündən  asılı  olmayaraq  dörd  əşyadan  daha  çox 
televizora əhəmiyyət verdiyini büruzə verirdi. Həmin gün axşam mən 
sizin  mənzilinizdə olanda otağa göz gəzdirdim.  Mənə  aydın oldu ki, 
siz  heç  də  kasıb  deyilsiniz.  Təkcə  qab-qacaq  şkafınızda  oğurlanan 
əşyalardan daha qiymətli şeylər var. Oğru isə heç nəyə toxunmadan, 
pul və cavahirat aparmadan həmin dörd əşyanı götürüb çıxıb. Burada 
mənim ağlıma gəldi ki, Xatəm əsas var-dövlətini, yəni pulunu xarab 
olmuş  televizorun  içində  saxlaya  bilər.  Belə  olanda,  oğurluq 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
məsələsində mən sizdən şübhələndim və şübhələrim düz çıxdı... - Bu 
zaman Nailə ayağa qalxıb nə isə demək istədi. Qasımlı əlinin işarəsi 
ilə onu saxladı: - Əyləşin, Nailə xanım! Əyləşin və sakitcə qulaq asm. 
Mən  qurtarandan  sonra  danışmaq  üçün  sizə  istədiyiniz  qədər  vaxt 
verəcəm. Qulaq asm! Siz restoran sahibi olan Nazim Urşanovla bir ilə 
yaxındır ki, gizli məhəbbət əlaqəsi qurmuşunuz. Nə vaxtsa ərinizdən 
boşanıb  ona  ərə  getməyi  qərara  almışdınız.  Əriniz  pullarını 
televizorun  içinə  qoyanda  bunu  sizdən  gizlətməyib.  Bu  işi  sizin 
yanınızda edib. Deməli onun sizə inamı və istəyi var imiş. Təəssüf ki, 
siz  bunu  qiymətləndirməmisiz.  Pulun  yerini  Nazimə  demisiz.  Ad 
gününə  getməmişdən  qabaq  öz  açarınızı  ona  vermisiz.  Nazim  gecə 
mənzilə girib həmin əşyalan götürüb. Əgər o, televizoru söküb pulları 
götürsəydi, əriniz sizdən şübhələnə bilərdi. Ona görə də Nazim bütöv 
televizoru  və  gözdən  pərdə  asmaq,  Xatəmi  azdırmaq  üçün  digər  üç 
əşyanı götürüb. 
Bu gün siz Nazimlə onun bağ evinə gedəndə mən sizi izləyirdim. 
Siz  bağdan  çıxandan  sonra  bağa  girdim  və  hər  yerə  diqqətlə  göz 
gəzdirəndən  sonra  nisbətən  təzə  qazılmış  və  üstü  ciddi-cəhdlə 
hamarlanmış  yer  aşkar  etdim.  Qazıyanda  oğurlanan  əşyalann  orada 
basdırıldığını  gördüm.  Televizorun  arxası  açılmışdı.  Oradan  bir  baş 
polis idarəsinə gəldim. Bəzi cənablar ağ Jiqulinin və həmin bağ evinin 
sahibini  müəyyənləşdirdilər  və  onun  barəsində  mənim  üçün  geniş 
məlumat  topladılar.  İki  saat  bundan  əvvəl  isə  buraya  telefonla  zəng 
edib bildirdilər ki, əməliyyat qrupu həmin əşyaları bağdan götürüb və 
Nazimi şəhərdəki evində həbs edib. 
Nailə  yerindən  qalxdı.  Bədəni  əsim-əsim  əsirdi.  Dili  sanki  söz 
tutmurdu.  Elə  bil  gözlərindən  alov  çıxıb  Qasımlım  yandıracaqdı. 
Birdən çığırmağa başladı: 
-
 
Nazim düz deyirmiş, siz doğrudan da iblissiniz, şeytansınız! Sizə 
dəxli olmayan işə niyə başınızı soxursuz? Axı siz kimsiniz? 
-
 
Sakit olun. - Qasımlı zərrə qədər də əsəbiləşmədən ayağa qalxıb 
bir  stəkan  su  gətirdi  və  stolun  üstünə  qoydu.  -Götürün  için!  Gah 
özünüz deyirsiniz ki, mən iblisəm, gah da soruşursuz ki, mən kiməm. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
Ola  bilsin  ki,  mən  elə  iblisəm.  Ancaq  xahiş  edirəm,  səbirli  olun  və 
mənə qulaq asm! 
Mən  bir  kəlmə  də  danışmaq  arzusunda  olmadan  onlara  qulaq 
asırdım.  Diqqətimi Qasımlıya vermişdim və nədənsə  Nailənin üzünə 
baxa bilmirdim. Elə bil onun yerinə mən xəcalət çəkirdim. Nailə suyu 
içmədi. Ancaq sakitləşib yerində oturdu. Qasımlı da kreslosuna çöküb 
söhbətini davam etdirməyə başladı: 
-  Əriniz  sizdən  qətiyyən  şübhələnməmişdi.  O  elə  düşünürdü  ki, 
adicə  oğru  onun  mənzilinə  girib  və  həmin  əşyaları  oğurlayıb.  Yəqin 
Xatəm  düşünürdü  ki,  oğru  televizorun  işləmədiyini  biləndə  onu  ata 
bilər  və  ya  təmir  etmək  üçün  arxasını  açar.  Belə  olanda  isə  pullar 
aşkara  çıxar.  Ona  görə  də  Xatəm  təkid  edirdi  ki,  əşyalar  tez 
tapılmalıdır.  Bu  söz  özü  mənim  şübhəmi  artırmışdı.  Oğurluq  barədə 
bu  qədər.  Mən  Xatəmin  xahişini  nəzərə  alaraq  oğurlanan  əşyaları 
tapdım, ancaq heyf ki, Xatəm bunu bilməyəcək. 
İndisə,  gəlin  başqa  məsələdən,  ərinizin  öldürülməsindən  danışaq. 
Mən balkonda ərinizin meyitinə baxanda bir şey o saat  məndə şübhə 
yaratmışdı. Balkonda tək bir stul var idi və onda da Xatəm oturmuşdu. 
Bəs Oqtay? Oqtay Xatəmin müdiri idi və Xatəmin danışığından aşkar 
olunurdu  ki,  onun  Oqtaya  hörməti  böyükdür.  Niyə  Xatəm  stulda 
oturub,  Oqtay  isə  ayaq  üstə  qalıb?  Yaxşı,  tutaq  ki,  onlar  mübahisə 
edib və Xatəm onu vecinə almadan stulda oturub. Hansı ki, mən buna 
inanmıram, amma qoy belə olsun. 
Siz  qonşuda  «Arşın  mal  alan»  filminə  baxanda  arada  filmi 
yarımçıq  qoyub  mənzilinizə  keçmişiniz.  Həmin  an  Süleyman  bəyin 
Soltan bəyin evinə elçiliyə getməsi səhnəsi göstərilirmiş. 
Bunu  qonşunun  qızı  dedi  və  siz  də  təsdiq  etdiniz.  Siz  qayıdıb 
qonşulara demisiniz və mənə də dediniz ki, Oqtay hələ evdə idi. Guya 
ərinizlə  mübahisə  edirmiş. Qəribədir. Hansı ki,  Oqtay  çıxıb gedəndə 
mən şəxsən öz balkonumdan onu görmüşdüm. O çox arxayın və sakit 
vəziyyətdə  çıxıb  getdi.  Həmin  anda  filmdə  tacir  Əsgərin  öz  xalasını 
elçiliyə  göndərməsi  səhnəsi  gedirdi.  «Deyərsən  ki,  arşın  malçı 
göndərib.  Başa  düşdün  xalacan?».  Bu  kadr  siz  mənzilinizə  keçəndə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
yanmçıq qoyduğunuz kadrdan iyirmi dəqiqə əvvəldir. Görürsünüzmü? 
Sizin yalanınız aşkar olur. - Qasımlı burada bir qədər ciddiləşib əlavə 
etdi:  -  Ərinizi  siz  özünüz  öldürmüsünüz.  Evə  Oqtay  gedəndən  sonra 
başqa adam girməyib. 
Başqa  adam  girsəydi,  Xatəmi  o  cür  arxayın  oturduğu  vəziyyətdə 
öldürə bilməzdi. Otağa ağcaqanad keçməməsi üçün balkonun qapısını 
örtüb stulda oturan Xatəm yalnız siz qapını açanda oturuş vəziyyətini 
pozmazdı.  Mən  onu  sizin  öldürdüyünüzə  qəti  əminəm.  Bu  fikrə 
gələndən sonra mən bildim ki, siz əlbir olduğunuz o naməlum adamla 
telefon  vasitəsilə  açıq  danışa  bilməyəcək,  səhər  mütləq  onunla 
görüşəcəksiniz.  Ona  görə  də  mən  sizi  izləməyi  qərara  aldım  və 
beləliklə, Nazim ifşa olundu. - Nailə susub dəhşətlə ona qulaq asırdı. 
Qasımlı bir siqaret yandırıb təzədən sözə başladı: - Ancaq məni bəzi 
sualların cavabı düşündürür. Məsələn, televizorda nə qədər pul və ya 
cavahirat var idi? 
Siz  ərinizi  nə  üçün  öldürdünüz?  Nazimə  ərə  getmək  üçün?  Bunu  o 
tapşırdı,  yoxsa  özünüz  belə  qərara  gəldiniz?  Və  nəhayət,  sadəcə 
şübhəni  özünüzdən  uzaq  etmək  üçün  Oqtaym  sizdə  olmasından 
istifadə etdiz, yoxsa ondan da acığınız var idi? Axı siz açıq-aydın onu 
dolaşdırmısız  və  o  bu  saat  polis  şöbəsində  incidilir.  Xahiş  edirəm, 
suallarıma  tez  və  qısa  cavab  verin.  Belə  olarsa  bəlkə  mənim  sizə
köməyim dəydi. 
- Bilmirəm, heç nə bilmirəm! - Nailə yenə çığırdı. 
Qasımlı  istehza  ilə  gülümsədi.  Onun  hərdən  belə  iblisanə 
gülümsəməyi var idi. 
-
 
Nazim həbs olunub. Siz istəyirsiniz ki, oğurlanan pullar Nazimin 
arvadına qalsın? 
Nailə dik atıldı: 
-
 
Nə arvad? Nazimin arvadı yoxdur! 
-
 
Var, əzizim! Nazimin arvadı və iki uşağı var. Arvadı hörmətli bir 
şəxsin qızıdır. Həm də gözəldir. Nazimin heç vaxt onu boşamaq fikri 
olmayıb. 
Nailə divana çöküb əlləri ilə üzünü qapadı və ağlamağa başladı: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
Əclaf! Vicdansız! Alçaq! Məni bir ildir aldadır ki, subaydır! 
-
 
Suallarıma cavab verin, sizi gözləyirəm! 
Nailə bir qədər ağlayıb, nəhayət sakitləşdi. 
Dəsmalı ilə gözünün yaşını silib danışmağa başladı: 
-  Televizorun  içində  parçaya  bükülmüş  altmış  beş  min  dollar  pul 
var  idi.  Xatəmi  mən  Nazimin  sözü  ilə  öldürdüm.  Səbəbi  siz  deyən 
deyil.  Düzdür,  o  məni  aldatmışdı  ki,  subaydır  və  boşansam  məni 
alacaq.  Ancaq  boşanmağa  da  qoymurdu  ki,  hələ  tələsmə.  Xatəmi 
öldürməyim buna görə deyil. Nazim əclafa dedim ki, Xatəm oğurluq 
məsələsini polisə və bir də sizə bildirib. Onda Nazim dedi ki, polisin 
zərəri yoxdur, amma o Qasımlım tanıyıram. O adam deyil, iblisdir. O 
Xatəmdən  əl  çəkməyəcək,  televizorda  pul  olduğunu  öyrənəcək  və 
səndən  şübhələnəcək.  Tapşırdı  ki,  əlverişli  məqam  tapıb  Xatəmi 
öldürüm.  O  alçaq  yəqin  qorxurmuş  ki,  oğurluqda  məndən 
şübhələnsələr, əsil oğrunu məndən soruşacaqlar, və mən onu satacam. 
Ancaq  məni  aldatdığını  bilməsəydim,  heç  vaxt  onu  satmazdım.  Bu 
qədər... 
-
 
Suallarımın biri cavabsız qaldı. Oqtay haqqındakı. 
-
 
Mənim  üçün  daha  heç  nəyin  fərqi  yoxdur.  Oqtaydan  mənim 
doğrudan da acığım gəlirdi. 
-
 
Nə üçün? 
Nailə başını aşağı dikdi: 
-
 
Bir  il  əvvəl  evimizdə  ona  yaxınlıq  təklif  etdim.  Razı  olmadı. 
Onda hələ Nazimlə tanış olmamışdım. 
-
 
Düzünü danışdığınız üçün sizə təşəkkür edirəm. Bildirim ki, mən 
yalnız oğurluq 
məsələsini  polisə  bildirmişəm.  Onu  da  yanmçıq.  Yəni  sizin  adınızı 
çəkməmişəm.  Ancaq  polis  istər  oğurluq,  istərsə  də  ölüm  işi  ilə 
əlaqədar  Nazimi  çək-çevirə  salacaq.  Sizi  aldatmasından  görünür  ki, 
onda  mərdlik  yoxdur.  Deməli,  o  sizi  satacaq.  Sizə  yeganə  köməyim 
bu ola bilər ki, siz özünüz polisə gedib hər şeyi danışasınız. 
-
 
Nə vaxt? - Nailə ölgün vəziyyətdə soruşdu. 
-
 
Sabah səhər tezdən. Bu axşam isə azad yaşayın. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
İcazə  verin...  -  Nailə  başını  qaldırmadan  iniltili  səslə  dilləndi:  - 
İki gün sonra gedim. 
-
 
Niyə? 
-
 
Sabah kəndə gedib dəfndə iştirak edim. Həm də anamı görüm.
- Buna ehtiyac yoxdur.  - Qasımlı əlini yellədi.  - Bilirsinizmi, mən 
müstəqil  adamam.  Bayaq  dediyiniz  kimi,  mənə  dəxli  olmayan  işə 
başımı  soxmazdım.  Ancaq  Oqtay  da  günahsız  bir  insandır.  Bu  gün 
mən  onun  haqqında  məlumat  toplamışam.  Arvadı  müəllimədir.  Üç 
uşağı var. Böyük qızı onuncu sinfi bitirib. Oqtay dünən gecə polisdə 
qalıb və bu gecə də mənim sizə göstərdiyim xeyirxahlığın ucbatından 
orada  qalacaq.  Bu  bəs  deyilmi?  Təsəvvür  edirsiniz,  onun  arvadı  və 
uşaqları indi nə çəkir? - polkovnik əsəbi halda ayağa qalxdı.  - Gəlin 
söhbəti qurtaraq. Siz sabah səhər polisdə olmasanız, sizi özləri tapıb 
tutacaqlar. Bu isə sizin xeyrinizə olmayacaq! 
Nailə də ayağa qalxıb əvvəl Qasımlıya, sonra isə mənə ölgün nəzər 
saldı və ayaqlarını sürüyə- sürüyə otaqdan çıxdı. 
May, 2000 
198 
199 
200 
downloaded from KitabYurdu.org

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə