Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   65   66   67   68   69   70   71   72   73

downloaded from KitabYurdu.org
Razılaşdım.  Fotoaparata  təzə  kaset  qoyub  hazır  vəziyyətdə 
dayandım.  Nailə  ayağa  qalxıb  qarşımda  çəpəki  durdu.  Əlləri  ilə 
çiyinlərinə  tökülən  saçlarını  yığaraq  çiyni  üstündən  mənə  baxıb 
gülümsədi.  Onun  bu  vəziyyətdə  şəklini  çəkdim.  Sonra  bir  ayağını 
qaldırıb  stolun  üstünə  qoydu.  Aşağıdakı  düymələri  açıq  olan  xalat  o 
saat  geri  çəkildi  və  onun  yaraşıqlı  budunu  qara  kalqotkasmın 
əhatəsində  mənə  göstərdi.  Aparatı  şaqqıldatdım.  Nailə  yavaş-yavaş 
kalqotkam əynindən çıxartdı və yenə bir ayağını stolun üstünə qoydu. 
Bu vəziyyəti müxtəlif tərəflərdən lentə aldım. Mən dinə bilmirdim və 
onun  daha  hansı  görünüşü  alacağını  gözləyirdim.  Daha  bir  neçə 
çəkilişdən sonra Nailə xalatmı da soyunub ancaq  kiçik alt paltannda 
qabağımda  durdu.  Yenə  çəkdim.  Bu  çəkilişdən  sonra  arxasını  mənə 
çevirib utana-utana soruşdu: 
-
 
Sizə tamam çılpaq şəkillər də lazım olur? 
-
 
Olur, amma... Müsabiqədə yox, elə-belə verməyə. 
-
 
Onda  arxadan  çəkin,  qoy  üzüm  görünməsin,  -  deyə  əyilib  alt 
paltarını əynindən çıxartdı və tamam çılpaq qaldı. Mən arxadan onun 
gözəl bədəninə tamaşa edərək özümü tamam unutmuşdum və yalnız o 
xatırladandan sonra fotoaparatın düyməsini basdım. 
Düşündüm  ki,  indi  o  mənə  tərəf  çevrilmədən  geyinəcək  və  çəkiliş 
bununla bitəcək. Ancaq o, geyinmədən mənə tərəf çevrildi və üstümə 
gəlməyə başladı. Fotoaparatı əlimdən alıb kaseti çıxardı və lenti açıb 
korladı. 
-
 
Lazım deyil... Ərimdən qorxuram. 
-
 
Bəs niyə belə edirsiniz, Nailə xanım? - deyə soruşdum.
Nailə çılpaq vəziyyətdə oturdu və əlləri ilə üzünü örtüb dedi: 
-
 
Heç  özüm  də  bilmirəm  ki,  nə  edirəm.  İnanın  ki,  özümdən  asılı 
deyil.  Hələ  mənə  ərimdən  başqa  kişi  əli  toxunmayıb.  Amma  daha 
dözə  bilmirəm.  Xatəm  ayda  cəmi  bir-iki  gün  evdə  olur.  Onda  da 
sərxoş... 
O,  ehtirasdan titrəyirdi və deyəsən,  bu titrəmə  mənə də keçmişdi. 
Məsələ  aydın  idi.  Onun  əvəzində  başqa  qadın  olsaydı,  mən  onu 
evimdən qovardım. Amma onu qovmağa gücüm çatmadı və bəlkə də 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
özüm istəmədim. Nailə o gecə mənimlə qaldı. Bir də səhər durub öz 
mənzillərinə çıxdı. 
Ancaq  sonradan  mən  daha  onunla  yaxınlığa  imkan  vermədim. 
Əlaqəmiz  bina  sakinlərinə  məlum  ola  bilərdi.  Həyat  yoldaşım 
bilsəydi,  yaxşı  düşməzdi.  Nailə  ilə  yenə  adi  qaydada  salamlaşırdıq. 
Məni görəndə yüngülcə utanırdı. Ya bəlkə də mənə belə gəlirdi. Sonra 
hiss  etdim  ki,  o  bir  nəfərlə  gəzməyə  başlayıb.  Onu  hətta  bir  dəfə 
axşamüstü,  evimizdən  bir  qədər  aralıda,  bir  ağ  rəngli  Jiquliyə  minib 
harasa gedən gördüm. Bəlkə də özünə başqa kişi tapdığı üçün məndən 
əl çəkmişdi. 
Mən  xəyaldan  ayrılıb,  Qasımlım  da  öz  xəyalından  ayrılmağa 
məcbur etdim: 
-
 
Nə  fikirləşirsiniz?  Özünüz  dediyiniz  kimi  bu  iş  sizə  yaraşan  iş 
deyil. 
Qasımlı fikrindən ayrılıb: 
-
 
Bəlkə  də  elə  deyil,  -  dedi  və  sonra  nə  düşündüsə  cəld  ayağa 
qalxdı. 
-
 
Gedək!  Onsuz  da  yaman  yorulmuşam.  Bir  az  da  istirahət 
lazımdır. 
Biz həyətə düşüb mənim maşınımla çimərliyə yollandıq.
Çimərlikdən  qayıdanda  Qasımlı  ilə  şərtləşdik  ki,  axşam  onun 
mənzilinə keçim və oturub bir qədər şahmat oynayaq. Duş qəbul edib, 
dünən  gecə  qəzet  üçün  hazırladığım  yazılara  bir  nəzər  yetirdim. 
Axşam  yeməyimi  yeyib  şahmat  oynamaq  üçün  qonşumun  mənzilinə 
getdim. Qasımlı oturub televizorda «Arşm mal alan» filminə baxırdı. 
-
 
Baxmaq istəyirsiniz? - deyə məndən soruşdu. 
-
 
Yox! - dedim. - Məndə videokaseti var. Çox baxmışam. 
-
 
Onda çıxaq balkona. 
Qasımlı televizorun səsini artırdı. Şahmat taxtasını götürüb balkona 
çıxdıq. Balkonda bir 
kiçik  stol  və  iki  stul  qoyulmuşdu.  Qasımlı  otağa  ağcaqanad 
keçməməsi üçün balkonun qapısını örtdü. Otaqdan balkona yaxşı işıq 
düşürdü. Biz fiqurları düzüb oynamağa başladıq. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
Qasımlı,  şahmat  taxtasına  baxmadan  belə,  mənə  həmişə  qalib 
gəlirdi. Hətta bir dəfə, şahmat taxtasından xeyli kənarda, öz stolunun 
arxasında oturub yazdığı əsərin üzərində işləyə-işləyə mənimlə qiyabi 
oynadı  və  qalib  gəldi.  Buna  baxmayaraq,  mən  ondan  əl  çəkmirdim. 
Onunla  oynamaq  mənə  ləzzət  verirdi.  Bəzən  oyunun  onun  üçün  də 
maraqlı olması xatirinə Qasımlmın vəzir fiqurunu əvvəlcədən kənara 
qoyub, sonra oyuna başlayırdıq. 
Otaqdan televizorun səsi gəlirdi və hiss olunurdu ki, Qasımlı filmə 
qulaq  asır.  Bununla  belə  birinci  oyunda  mənə  qalib  gəldi.  Fiqurları 
yenidən taxtaya düzərək dedi: 
-
 
Yəqin  ki,  bilirsiniz.  Bu  film  iki  dəfə  çəkilib.  Müxtəlif 
variantlarda. Bu birinci variantdır. 
-
 
Bilirəm. - dedim. - Elə məndəki videokaset də birinci çəkilişdən 
köçürülüb. 
-
 
Hər iki variant yaxşıdır. 
-
 
Elədir. 
Qasımlı  bir  gediş  gedərək  məni  çətin  vəziyyətə  saldı.  Xeyli 
fikirləşəndən sonra cavab gedişi ilə vəziyyətdən çıxa bildim. 
Blokun  qapısı  qarşısındakı  kiçik  park  yaxşı  işıqlandırıldığı  üçün 
balkondan hər şey aydın görünürdü. Həyətdə heç kəs yox idi. Sakinlər 
öz  mənzillərinə  yığışmışdı.  Bizim  blokdan  bir  nəfər  çıxdı.  Bir  neçə 
addım ataraq çevrilib binaya baxdı. Sonra əllərini cibinə qoyub yavaş-
yavaş parkdan keçdi və görünməz oldu. Mən onu tanıdım. Oqtay idi. 
Qasımlı at ilə bir gediş gedərək soruşdu: 
-
 
Bu kişi kimdir? Elə bil onu hardasa görmüşəm. 
-
 
Xatəm işləyən firmanın şefidir. - dedim. 
-
 
Oqtay? 
-
 
Bəli, hərdən Xatəmlə görürəm. Yəqin yenə onlarda qonaq imiş.
Qasımlı susub diqqətini oyuna verdi. Az keçmiş ikinci oyunumuz 
da onun qələbəsi ilə başa çatdı. 
Qasımlı: 
-
 
Daha  bəsdir!  -  deyib  ayağa  qalxdı.  -  Keçək,  içəridə  adama  bir 
fincan qəhvə içək. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə