Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   65   66   67   68   69   70   71   72   73

downloaded from KitabYurdu.org
- Bizlik burada bir iş qalmadı, gedək! - dedi. 
Mən  Nailəyə  nə  isə  təskinlikverici  söz  demək  istəyirdim.  Ancaq 
buna imkan olmadığını görüb Qasımlınm arxasınca mənzildən çıxdım 
və biz yenə Qasımlınm mənzilinə qayıtdıq. 
Nailənin  fikri  məni  götürmüşdü.  Ona  yaman  yazığım  gəlirdi. 
Nailənin  Xatəmdən  başqa  Bakıda  heç  kəsi  yox  idi.  Keçən  il  mənim 
mənzilimdə  qaldığı  gecə  Nailə  öz  həyatını  mənə  danışmışdı.  Onlar 
rayonda  eyni  kənddə  yaşayırlarmış.  Valideynlərinin  yeganə  övladı 
olan  Nailənin  atasını  sahədə  ot  biçərkən  gürzə  çalıb  öldürür.  Ondan 
sonra  yazıq  qız  anası  ilə  tək  yaşayırmış.  Orta  məktəbi  bitirdiyi  il 
əsgərlikdən  bir-iki  il  olar  ki,  qayıdıb  kənddə  bekar  gəzən  Xatəmlə 
sevişir.  Xatəmgil  üç  bacı  və  iki  qardaş  idilər.  Özləri  də  qohum-
əqrəbalı  imişlər.  Atası  ömrü  boyu  kənd  mağazasında  işləyirmiş. 
Valideynləri  və  üstəlik  bacıları  Xatəmin  Nailə  ilə  evlənməyinə  qəti 
etiraz edirlər. Deyirlərmiş ki, bu qızın gözü-başı qaynayır. Ondan sənə 
arvad  olmaz.  Nə  isə...  Xatəm  ilə  Nailə  sözləşib  Bakıya  qaçırlar. 
Xatəm zirəkliyi ilə az vaxtda özünə iş tapır, alverlə məşğul olur. Bir 
müddət kirayədə qalandan sonra bizim blokun yeddinci mərtəbəsində 
31-ci  mənzili  alıb  ora  köçürlər.  Bakıya  gələndən  bir  az  sonra 
valideynləri  ilə  barışıq  yaradıblarmış.  Bir-  iki  dəfə  kəndə  qonaq  da 
gediblərmiş. Ancaq evlənmələrindən neçə il keçməyinə baxmayaraq,
Nailənin  uşağı  olmadığı  üçün,  Xatəmgilin  ailəsində  yenə  narazılıq
güclənib və ona görə də əlaqə yenidən kəsilibmiş. 
Xatəmin  öldürülməsinin  sirri  də  məni  yaman  düşündürürdü. 
Yadıma  Xatəmin  səhər  dediyi  sözlər  düşdü.  Onun  danışığından  belə 
çıxırdı  ki,  əşyalar  oğurlanan  gecə  onların  ad  günündə  olacaqlarını 
Oqtay  bilirdi.  Eyni  zamanda,  Oqtay  özü  həmin  ad  gününə  dəvət 
olunmuşdu,  amma  nədənsə  getməmişdi.  Elə  bil  bəzi  qaranlıq 
məsələlər mənim üçün aydınlaşırdı. Mənzildə oğurluğu Oqtay edib və 
Xatəm  ondan  şübhələndiyi  üçün  Xatəmi  öldürüb.  Ancaq  o  saat 
beynimdə  bir  çox  suallar  yarandı  ki,  mənzilə  qayıdandan  bəri 
kreslosunda  oturub  «Kent»  siqaretini  sümürə-sümürə  dərin  fikrə 
getmiş Qasımlım xəyaldan ayırmağa məcbur oldum: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
Məni iki sual düşündürür. Birincisi Oqtay kimi imkanlı adam bu 
oğurlanan  əşyalara  tamah  salarmı?  İkincisi  də  Oqtay  bilə-bilə  ki, 
Nailə onu tanıyır və evdə olduğunu bilir, Xatəmi öldürərdimi? 
Qasımlı mənalı tərzdə mənə baxıb: 
-
 
Çox  ağıllı  suallar  verirsiniz,  Nemət  müəllim!  -  dedi:  -  Mən 
sevinirəm ki, sizin kimi ağıllı həmsöhbətim var. Amma deyin görüm 
özünüz bu suallara necə cavab verərdiniz? 
-
 
Bilmirəm...  -  dedim:  -  İnsanların  heç  də  hamısı  ağıllı  deyil  və 
hamısından  ağıllı  iş  gözləmək  olmaz.  Dünyada  o  qədər  ağılsız, 
məntiqsiz hərəkətlər, hadisələr olur ki... 
-
 
Ağılsız  adamın  ağılsız  hərəkəti  özü  məntiqi  hərəkətdir.  Sizin
sualların  dəqiq  cavabına  qalınca,  bunlan  sabah  axşam  eşidərsiniz. 
Yalnız bir şərtlə ki, sabah işdən qalaraq vaxtınızı mənə sərf edəsiniz. 
Mən ani fikrə gedib razılaşdım: 
-
 
Razıyam. Biz nə edəcəyik? 
-
 
Siz  sabah  yuxudan  tez  durun.  Yeməyinizi  yeyib  aşağı  düşün  və 
maşının kapotunu açaraq qurdalanmağa başlayın. Elə edin ki, istənilən 
anda  maşını  tez  işə  sala  biləsiniz.  Mən  nə  vaxt  salam  verib  sizin 
yanınızdan keçsəm, maşına oturub məni maksimum kənardan izləyin. 
-
 
Elə bu? - təəccüblə soruşdum. 
-
 
Bu  az  iş  deyil.  Ola  bilər  ki,  siz  axşama  kimi  maşının  yanında 
qurdalanmalı olarsınız. - Qasımlı bunu deyib gülümsədi. 
-
 
Bəs indi mənə heç nə deyə bilməyəcəksiniz? 
-
 
Özünüz  bilirsiniz  ki,  mənim  boşboğazlıqdan  xoşum  gəlmir. 
Dəqiq  bilmədiyim  bir  şeyi  heç  vaxt  danışa  bilmərəm.  Sabah  axşam 
söhbət edərik. 
Mən ayağa qalxıb ona şirin yuxu arzuladım və mənzilimə getdim. 
Qapıdan  çıxanda  Qasımlı  məndən  «Arşın  mal  alan»  filminin 
videokasetini istədi. 
-
 
Bir də baxmaq istəyirsiniz? - deyə soruşdum. 
-
 
Əgər yata bilməsəm, başımı qarışdıracağam, - dedi. 
Mən kaseti gətirib verdim. Qayıdıb mənzilimə girəndə fikirləşdim 
ki,  şahmat  oynamağa  getməklə  Qasımlmı  filmə  tam  baxmaqdan 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
məhrum  etmişəm.  O,  mədəni  adam  olduğu  üçün,  mənim  xətrimə, 
filmə  baxmaqdan  vaz  keçib  mənimlə  şahmat  oynamışdı.  İndi  isə 
«Arşın mal alan»a olan azarkeşliyə bax ki, filmə 
təzədən baxmaq istəyirdi. 
* * * 
Səhər  Qasımlınm  dediyi  kimi,  yuxudan  tez  durub  səhər  yeməyini 
yedim. Həyətə düşüb blokun qapısı ağzında saxladığım «Qaz-24»-ün 
qapısını  açdım  və  kapotunu  qaldırdım.  Səbirlə  maşının  hissələrini 
gözdən keçirməyə və bəzi təmizlik işlərini görməyə başladım. Arada 
başımı  yuxarı  qaldıranda  gördüm  ki,  Qasımlı  öz  balkonunda  oturub 
siqaret çəkir. 
Birinci  mərtəbədə  yaşayan  Əlyar  blokdan  çıxdı.  İşə  tələsirdi. 
Yanımdan keçəndə salam verib: 
-
 
Nəyi xarabdır, qonşu? - deyə soruşdu. 
-
 
Heç, elektrik məftilləri boşalıb, - dedim. 
Ötüb keçdi. Sonra bir başqası salam verib 
ötüşdü. Hamı işə tələsirdi. Bircə məndən başqa. Vallah, bu qonşumun 
da  bəzi  işlərini  mən  heç  başa  düşə  bilmirəm.  Məqsədini  mənə  açıb 
desəydi, guya ki, nə olacaqdı? 
-
 
Sabahınız xeyir! 
Başımı qaldıranda Nailəni yanımda dayanan gördüm. Qara, qolsuz 
köynək, cins yubka geymişdi. Burnuma xoş ətir qoxusu gəldi. 
-
 
Sabahınız xeyir, Nailə xanım! 
-
 
İşləmir? 
-
 
Hə. Boş şeydir. Allah rəhmət eləsin, Nailə xanım! Dünən də sizə 
təskinlik verən bir söz deməyə imkanım olmadı. 
-
 
Sağ olun. Allah ölənlərinizə rəhmət eləsin. 
-
 
Axşam biz çıxandan sonra nə oldu? 
-
 
Gəlib  meyiti  apardılar.  Deyəsən,  ekspertə.  Bu  gün  rayondan 
qohumlan gəlməlidir. Yəqin ki, 
aparıb kənddə dəfn edəcəklər. Mən də sabah səhər gedəcəm kəndə. 
-
 
Cənazəni sabah aparacaqlar? 
-
 
Yox, bu gün axşam apararlar. Ancaq mən onlarla gedə bilmərəm. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə