Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

downloaded from KitabYurdu.org
ki,  qapı  bağlı  olub,  deməli,  Ələddini  ya  Hikmət,  ya  da  Nilufər 
öldürməlidir. Zərbə çox güclü olduğu üçün Nilufər kənara çıxır, qalır 
Hikmət!  Hansı  ki,  onlar  üçüncü  bir  variantı  nəzərdən  qaçırırdılar. 
Nilufər  gecə  qapını  açıb  kimisə  içəri  buraxa  bilərdi  və  həmin  adam 
Ələddini öldürüb gedəndən sonra qapını içəridən bağlayardı. Mən bu 
variantı  da  özlüyümdə  diqqət  mərkəzində  saxlayırdım.  Lakin  bıçağa 
diqqətlə  baxanda,  məndə  yeni  və  qəribə  fikirlər  oyandı.  Bıçağın 
dəstəyi aralarına yağlı kir hopmuş çapıq və zədələrlə dolu idi. Ancaq 
mən  dəstəyin  yastı  üzlərinin  birinin  ortasında  yeni,  dairəvi  bir  cızıq 
gördüm və zərrəbinlə baxıb yəqin etdim ki, bu bolt ucunun izidir. Bu 
iz lap cüzi olaraq aşağı istiqamətdə, bıçağın tiyəsinə doğru yerini də-
yişmişdi.  Adi  mətbəx  bıçağı  ilə  vurulan  zərbənin  son  dərəcə  güclü 
olması məni də düşündürürdü. Həm də o kiçik yara yeri. Bıçaqla o cür 
axmaq  zərbə  vurmazlar.  Yaxından  tullanmaqla  da  küt  bıçaq  bir 
santimetr  ətə  girməzdi.  Dumanlı  şəkildə  ağlıma  gəldi  ki,  bıçaq 
yuxandan  düşəndə  də  belə  hal  ola  bilər.  Mən  bir  məsələ  haqqında 
fikirləşəndə,  istər  lazımlı,  istərsə  də  lazımsız,  bütün  mümkün  hallan 
beynimdən keçirirəm. Amma kəndə gedənə qədər, doğrudan da, bəzi 
suallar mənim üçün qaranlıq qalmışdı. Məsələn: cani niyə görə bıçağı 
yaradan  çıxarmışdı?  İkinci  zərbəni  vurmaq  istəmişdisə,  niyə 
vurmamışdı? 
Bıçağı  özü  ilə  aparmaq  istəmişdisə,  niyə  aparmamışdı?  Belə  suallar 
bəlkə də sizə  yersiz görünə bilər. Amma hər halda bunlar sualdır və 
hər bir suala məntiqi cavab tapmaq lazımdır. 
Evdə soba borusu üçün açılmış deşiyi görəndə hər şey mənə aydın 
oldu.  Cani  talvara  çıxıb,  talvarda  deşiyə  taxılmış  parçanı  götürüb, 
gördüyün  həmin  lingdəki  yastı  boruya  bıçağın  dəstəyini  keçirərək 
boltla  sıxmış,  lingi  deşikdən  aşağı  sallayaraq  var  qüvvəsi  ilə  yatmış 
Ələddinin sinəsinə vurmuşdu. Yadınızdadırsa, mən otaqda işıq barədə 
soruşdum.  Axı  Elmar  Ələddinin  harada  yatdığını  bilirdisə  də,  gərək 
deşikdən  baxanda  onu  görəydi.  Yoxsa  zərbə  hədəfə  dəyməyə  də 
bilərdi. Onu deyim ki, məhz lingin köməyi ilə zərbə o dərəcədə güclü 
çıxıb. Boltun əmələ gətirdiyi, dediyim dairəvi cızıq da güclü təkandan 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
aşağıya doğru yerini dəyişmişdi. Sonra cani bıçağı meyitin sinəsindən 
çıxarmağa  da  güc  sərf  etməli  olub.  Çünki  bıçaq,  deyildiyi  kimi, 
onurğanı  da  dəlib  keçmişdi.  Lingi  yuxarı  dartanda  bıçaq  mərhumun 
sinəsindən  qəfil  çıxıb  və  bu  zaman  lingin  o  biri  ucu  zərblə  dam 
örtüyünə, yəni, şiferə dəyib. Hikmətin eşitdiyi taqqıltı səsi də bu olub. 
Sonra qatil bıçağı lingdən çıxarıb və deşikdən aşağı buraxıb. Bunu o, 
öz aləmində Hikməti daha dərin dolaşdırmaq üçün edib. Bıçağı aşağı 
buraxanda  onun  ucu  Ələddinin  sinəsinə  dəyib  və  həmin  kiçik  yara 
belə yaranıb. 
Mən  talvarda  olanda  şiferdə  olan  zədə  yerini  və  talvarın  torpaq 
suvaqdan  olan  döşəməsində  ayaq  izləri  müəyyənləşdirdim.  Ayaq 
izləri Elmarın ayaqqabılarına uyğun idi. Amma bunsuz da mən artıq 
Elmardan şübhələnmişdim. Mən Hikmətdən soruşanda ki, Elmarı kim 
ötürdü?  - bunu başqa  mənada soruşdum.  Nilufərin onu ötürməsindən 
və  müəyyən danışıq aparmalanndan şübhələnirdim.  Amma bu sualın 
cavabı  mənə başqa  mənada lazım oldu. Yəni Elmar dəhlizə çıxıb və 
bıçağı  stolun  üstündən  götürüb  gedib.  Bu  zaman  onun  bıçağı 
götürdüyünü görən olmayıb. 
Mən  Nilufərdən  «  Evinizə  kimlər  tez-tez  gəlib-gedir?»  -  deyə 
soruşanda Elmarın adını çəkmədi. Hansı ki, Elmar çox tez-tez onlarda 
olurdu.  Bu  və  digər  müşahidələrim  göstərdi  ki,  Elmarla  Nilufərin 
arasında  yaxınlıq  var...  -  Qasımlı  burada  duruxub  bir  qədər  fasilə 
verdi,  sonra  yenə  söhbətinə  davam  etdi:  -  Elmar  izahatında 
göstərmişdi ki, Hikmətlə Ələddin ciddi mübahisə ediblər. Hansı ki, bu 
Hikmətin əleyhinə yönəldilmiş bir yalan idi. Nilufərin izahatı da bunu 
təsdiq  edir.  O,  bildirmişdi  ki,  mübahisə-filan  eşitməyib.  Mübahisə 
olsaydı,  Nilufər  dəhlizdə  də  eşidə  bilərdi.  Ümumiyyətlə,  Elmar 
Ələddini  əvvəldən  öldürmək  istəyirmiş.  Çox  güman  ki,  Hikmət 
iyunda  ora  gedəndə  Elmar  bu  planı  düşünüb,  amma  Hikmət 
gecələmək fikrində olmadığı üçün plan onda baş tutmayıb. 
Yəqin ki, ling artıq o vaxt hazırlanmışdı. Mən sizinlə Elmarın  evinə 
gedəndə həmin ling haqqında çox aydın təsəvvürüm var idi. Tövlənin 
dalında bir topa müxtəlif traktor hissələri və qeyri dəmir parçalarının 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
arasında  onu  görən  kimi  tanıdım.  Onu  da  deyim  ki,  həmin  lingi 
həyətdə  tapmasaydım  belə,  Elmardan  əl  çəkməyəcəkdim  və  onun 
cinayətini  sübut  etmək  üçün  əlimdə  olan  digər  sübutlardan  istifadə 
edəcəkdim... 
Mən  özümü saxlaya bilməyib Qasımlının sözünü kəsdim və  məni 
çox maraqlandıran sualı verdim: 
-
 
Sizcə Nilufərin bu işdə əli varmı? 
-
 
Yox! - Qasımlı qəti cavab verdi. - Bu işdə Nilufər Elmar ilə əlbir 
olsaydı,  üçüncü  variantda  dediyim  kimi,  qapını  açıb  onu  içəri 
buraxardı. Daha bu həngaməyə ehtiyac qalmazdı. 
-
 
Elmar düşünürmüş ki, cinayət Hikmətin boynuna yıxılacaq və o 
şübhədən kənarda qalacaq, eləmi? 
-
 
Elədir! 
-
 
Axı niyə görə Elmar bu bədbəxti öldürmək istəyirmiş? 
-
 
Mənim fikrimi soruşursunuzsa, Nilufərə görə! Siz hiss etdinizmi 
Elmann öz arvadı ilə münasibəti yaxşı deyil. Onun Nilufərlə olan gizli 
intim  münasibəti  isə  mənim  gözlərimdən  yayma  bilməzdi.  Dəqiq 
cavabı isə istintaqda müəyyənləşdirəcəklər. Bu daha bizim işimiz de-
yil.  -  Qasımlı  birdən  ciddiləşib  əlavə  etdi:  -  Onu  da  deyim  ki,  cənab 
müxbir, mən bu müsahibəni qəzet üçün vermədim. Qəzetlərdə adımın 
çəkilməyindən xoşum gəlmir. Aydmdırmı? 
-
 
Aydındır! - dedim. 
Biz  daha  Bakıya  qədər  danışmadıq.  Blokumuzun  qabağında 
Qasımlı maşından düşəndə, mən və Hikmət ona xeyli təşəkkür etdik. 
O qısaca: 
-
 
Dəyməz!  Gecəniz  xeyrə  qalsın!  -  deyib  bloka  girdi.  Sonra  mən 
Hikməti  evlərinə  apardım.  Hikmətin  ailəsinin  şadlıqlarını  normal 
büruzə  vermələrinə  mane  olmamaq  üçün  mənzillərinə  girmədim. 
Gecə  vaxtı  olduğunu  və  yatmaq  istədiyimi  bəhanə  edərək  evimizə 
qayıtdım.  Yuxusuzluq  mənə  doğrudan  da  təsir  etmişdi.  Ona  görə  də 
mənzilimə girən kimi soyunub yatağıma girdim və o gecə çox rahat
yatdım. 
* * * 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə