Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   65   66   67   68   69   70   71   72   73

downloaded from KitabYurdu.org
Üç-dörd gün sonra qəzetlərin birində həmin cinayətə həsr olunmuş 
yazıya rast gəldim. 
İstintaq  sona  yetmişdi.  Sən  demə  Elmarla  Nilufər  bir-birlərini 
sevirlərmiş. Bunu hətta Zibeydə də başa düşübmüş. Elmarla Nilufərin 
tez-tez yüngülvarı intim görüşləri olurmuş və Elmar Nilufərə ərindən 
boşanıb ona gəlməyi də təklif edibmiş. Lakin Nilufər: 
-  «Mən  axı  nə  adla  boşana  bilərəm?»  -  deyib  qəti  etiraz  edirmiş. 
Qətlin  törədilməsində  Nilufərin  əli  olmayıb.  Daha  doğrusu  bu  işdən 
onun  heç  xəbəri  olmayıbmış.  Bütün  planı  Elmar  təkbaşına  düşünüb 
həyata keçiribmiş. Düşünürmüş ki, sonra da özü Zibeydəni boşayar və 
Nilufərlə evlənər. 
Yazıda  cinayətin  operativ  açılmasına  görə  əməliyyat  qrupu  və 
xüsusilə  qrupun  rəhbəri  mayor  Yunusov  xeyli  təriflənib  göylərə 
qaldırılırdı. Guya cinayətin sirrini Yunusov özü açmışdı. 
Mən  yazını  oxuyan  kimi  durub  Qasımlının  yanma  getdim. 
Qəzetdəki  məlumatı  ona  göstərdim.  Qasımlı  yazını  oxuyub  mənə 
qaytardı və yüngül istehza ilə dedi: 
- Yaxşı yazıblar! 
Mən cinayətin baş vermə səbəbinə işarə edərək: 
-
 
Görürsünüzmü, - dedim. - Məhəbbət necə cinayətlər törədir?
Qasımlı  hər  ikimizə  qəhvə  süzdü  və  bir  siqaret  yandırıb  fikirli-
fikirli dilləndi: 
-
 
Yox,  əzizim,  məhəbbət  heç  vaxt  cinayət  törətmir.  Cinayəti 
törədən ağılsız ehtiraslar və şəhvətdir. 
Sonra  Qasımlı  birdən-birə  başqa  söhbətə  keçdi  və  biz  yayın 
istisindən danışmağa başladıq. 
Aprel, 2000 
YEDDINCI MƏRTƏBƏDƏ
 
QƏTL 
Bazar günü idi. Gecə yarısına kimi şöbə müdiri işlədiyim qəzet üçün 
material  hazırlamaqla  məşğul  olduğumdan  yuxudan  gec  ayılmışdım. 
Üçüncü  mərtəbədəki  mənzilimin  balkonuna  çıxıb  gimnastika  adı  ilə 
bir  az  əl-qol  atdım.  Bu  gün  də  Bakıda  havanın  çox  isti  olacağı 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
bilinirdi.  Qonşum  Qanbay  Qasımlım  yola  gətirmişdim  ki,  bu  gün 
birlikdə  dənizə  çimməyə  gedək.  Ona  görə  «yola  gətirmişdim» 
deyirəm  ki,  polkovnik  Qasımlmın  son  vaxtlar  istirahət  etməyə  vaxtı 
yox idi. Çünki kriminalistikaya aid yazdığı kitabı tamamlamaq 
üzrə idi. Ona görə də səhərdən axşama kimi bütün vaxtı buna gedirdi. 
Qəribə  adam  idi  bu  Qasımlı.  Özü  anq,  üz-gö-  zündən  xəstə 
görkəmə malik olsa da, daxilində sanki əlli adamın gücü gizlənmişdi. 
Bu gücü yalnız onun qeyri-adi dərəcədə təsirli və mənalı gözlərindən 
oxumaq  olardı.  Qasımlıda  zahirən  zərrə  qədər  də  dəvəyə  oxşarlıq 
olmasa  da,  onun  haqqında  düşünəndə  dəvə  yadıma  düşürdü.  Dəvə 
səhrada  qırx  gün  ac-susuz  hərəkət  elədiyi  kimi  Qasımlı  da  uzun 
müddət  istirahətsiz  və  lazım  gəlsə  ac-susuz  işləyə  bilirdi.  Bəlkə  də 
bunun nəticəsi idi ki, o, kəskin baş ağrılarından əzab çəkirdi və hələlik 
ki, müalicənin də bir əhəmiyyəti olmurdu. Başağnsı hərdən tuturdu və 
tutanda 
Qasımlının rəngi ağarırdı. Qaşları düyünlənərək alnını qırışdırırdı. 
Xarakterindəki təzad başqa bir cəhətdən də özünü büruzə verirdi:
Üzündən  zəhmli  və  qaraqabaq  görünməyinə  baxmayaraq,  əslində 
onun  mehriban  və  səmimi  xasiyyəti  var  idi.  İstefaya  çıxandan  sonra 
heç yerdə işləməyən Qasımlı azad insan idi və azadlığı hər şeydən çox 
sevirdi. Heç bir qanun tanımırdı. Və yalnız öz qanunları ilə yaşamağı 
üstün tuturdu. Üsyankar və anarxist kimi tanmmamağma səbəb isə o 
idi  ki,  onun  öz  qanunlarının  çoxu  yazılmış  ədalət  qanunları  və 
yazılmamış insanlıq qanunlan ilə üst-üstə düşürdü. 
Belə  bir  adam  idi  cənab  Qasımlı  və  Rusiyada  on  beş  ilə  yaxın 
Cinayət  Axtarış  işində  işləyəndən  sonra  hansı  səbəbə  görəsə  qırx 
yaşında  istefaya  çıxıb  Azərbaycana  qayıtmışdı.  Ailəsi  yox  idi.  Tək 
yaşayırdı və nəyə görə tək yaşadığını mənimlə üzbəüz qonşu mənzilə 
köçdüyü  bir  ildən  çox  müddətdə  soruşub  öyrənə  bilməmişdim.  O, 
şəxsi həyatı haqqında danışmağı qətiyyən sevmirdi. 
Əl-üzümü yuyub tələsik səhər yeməyini yedim və çıxıb üzbəüz, 23 
saylı  mənzilin  zəngini  çaldım.  Qasımlı  yuxudan  durubmuş.  İndi  isə 
qəhvə içə-içə öz əsəri üzərində işləyirmiş. Məni otağa dəvət edib: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-  Gəlin,  Nemət  müəllim,  mənimlə  bir  fincan  qəhvə  için,  sonra 
gedərik.  Mən  hazıram,  -  dedi  və  fincana  mənim  üçün  hazır  qəhvə 
süzdü. 
- Bu gün hava isti olacaq. Özümüzü dənizə tez çatdıraq, - dedim və 
qəhvəni içməyə başladım. 
Mərdimazarı axtarmaq lazım deyil. Özü gəlib adamı tapır. Qəhvəni 
təzəcə  içib  qurtarmışdım  ki,  qapının  zəngi  çalındı.  Qasımlı  qapını 
açmağa getdi və tez də bizim blokun yeddinci mərtəbəsində yaşayan 
Xatəm  ilə  geri  qayıtdı.  Xatəmlə  yaxınlığımız  olmasa  da  onu 
tanıyırdım.  Hansısa  ticarət  firmasında  işləyirdi.  Eşitdiyimə  görə 
möhkəm içən idi. Otuz yaşlannda olan bu adamın qarabuğdayı sifəti 
təsadüfi  hallarda  təmiz  qırxılmış  olurdu.  Alverlə  əlaqədar  tez-tez 
Rusiyaya gedib-gəlirdi. 
Görkəmindən və ədasından hiss olunurdu ki, yaxşı qazanır. 
Qasımlı  oturmaq  üçün  ona  divanda  yer  göstərdi.  Mən  yerimdə 
qurcuxub saata  baxdım. Saat on bir  idi. Qasımlı, deyəsən  məni başa 
düşüb qısaca Xatəmə: 
-
 
Buyurun əzizim, mənə görə qulluğunuz? - dedi. 
Xatəm tərəddüdlə mənə baxıb sözə başladı: 
-
 
Bəlkə də siz məni tanımırsınız. Ancaq mən sizi tanıyıram. Vaxtilə 
polisdə  işlədiyinizi  bilirəm.  Mənim  adım  Xatəmdir.  Bu  blokun 
yeddinci mərtəbəsində oluram. 31-ci mənzildə. 
-
 
Buyurun, sizin qulluğunuzda hazıram. 
-
 
Sağ  olun!  -  Xatəm  söhbətinə  davam  etdi:  -  Dünən  axşam  gecə 
saat  birə  kimi  mən  arvadımla  birlikdə  dostumun  ad  günündə 
olmuşam. Evimizdə heç kəs olmayıb. Ad günündən qayıdanda məlum 
oldu  ki,  evə  oğru  girib.  Bir  kiçik  televizor,  videomaqnitofon,  layka 
kurtka  və  papağımı  aparıblar.  Kurtka  və  papaq  paltar  şkafında  olub, 
televizor  paltar  şkafının  üstündə,  videomaqnitofon  isə  böyük 
televizorumuzun  yanında,  stolun  üstündə  olurdu.  Oğru  başqa  heç  nə 
axtarmayıb. Qapını açarla açıblar. 
Bu dəfə Qasımlı saata baxıb: 
-
 
Polisə xəbər vermisiniz? - deyə soruşdu. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə