Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   2   3   4   5   6   7   8   9   ...   73

downloaded from KitabYurdu.org

Baş  Cinayət  Axtarış  idarəsində  işləyirmiş.  Başına  gələn  böyük  faciə 
ilə  əlaqədar  polkovnik  rütbəsində  vaxtından  əvvəl  istefaya  çıxıb 
Bakıya  qayıdıbmış.  İndi  rəsmi  olaraq  heç  bir  yerdə  işləmir, 
Akademiyada hərdən saathesabı mühazirə oxuyurdu. 
Qanbay  müəllim  təxminən  qırx  yaşında,  ortaboylu,  üzü  təmiz 
qırxılmış,  donqar  burunlu,  əksər  vaxtlar  sərt  cizgili  dodaqları  bir-
birinə kiplənən qaraqabaq bir adam idi. Bir qədər xəstəhal görünsə də 
həddindən  ziyadə  iti  gözləri  var  idi.  Bizə  elə  gəlirdi  ki,  onun 
nüfuzedici  gözləri  nəinki  hər  birimizin  ürəyini,  hətta  auditoriya 
divarının arxasındakı şeyləri də görə bilir. 
Düzünü  deyim  ki,  mən  haqqında  rəvayətlər  danışılan  məşhur 
xəfiyyəyə qibtə edir və imkan daxilində ona oxşamağa çalışırdım... 
Polis  şöbəsinə  məxsus  UAZ  maşını  hər  iki  tərəfi  sıx  meşə  ilə 
örtülmüş kələ-kötür yollarla Qaradumanlı kəndinə qalxırdı. Qabaqda - 
sürücünün  yanında  prokurorluğun  baş  müstəntiqi  Nadir  Təhməzov, 
arxada  Cinayət  Axtarış  bölməsinin  rəisi  Təyyar  Seyidov,  Məhkəmə 
Tibb Eksperti Aqşin Dadaşov və mən oturmuşduq. 
Nadir  müəllim  qırx  yaşlarında  yaraşıqlı  bir  kişi  idi.  Sifəti  həmişə 
tərtəmiz qırxılmış olardı. 
Bahalı  kostyum  geyinir,  özünə  yaraşan  qalstuk  taxırdı.  Barmağında 
qızıl  üzük,  qalstukunda  qızıl  sancaq  olurdu.  Həmişə  ən  yaxşı 
siqaretlərdən  çəkirdi.  Onun  siqareti  yandırmağına  tamaşa  etmək  çox 
maraqlı idi. Cibindən siqaret qutusunu çıxarıb diqqətlə qutuya baxırdı. 
Elə bil hər dəfə qutunun üstündəki yazıları oxuyurdu. Sonra qutudan 
bir  siqaret  götürüb  ona  da  diqqətlə  nəzər  salırdı.  Daha  sonra  siqareti 
dodaqlan arasına qoyub bahalı alışqanını çıxarırdı. Alışqana da bir az 
göz  gəzdirib  siqaretini  odlayırdı.  Bir  qullab  vurub  gözlərini  qıyır  və 
siqareti  külqabıya  qoyurdu.  Onu  da  deyim  ki,  savadlı  müstəntiq  idi. 
Mən onun bəzi istintaqlarında iştirak etmişdim. Heç vaxt əsəbiləşməz, 
ağzından nalayiq söz çıxmazdı. 
Mayor  Seyidov  yerli  polis  işçilərindən  ən  təcrübəlisi,  həm  də  ən 
hörmətlisi  idi.  Uzun,  nazik  bığlan  üzünə  zəhmli  görkəm  verirdi. 
Başının  qabağı  peysərinə  qədər  keçəlləşmişdi.  Əlli  yaşında, 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
hündürboy, enlikürək, pəhləvan yerişli bir adam idi. Çoxdan Cinayət 
Axtarış  bölməsinin  rəisi  işləyirmiş.  Xüsusi  ilə  mal  və  qoyun 
oğurluqlarının  üstünü  vaxtında  açmaqda  məşhurlaşmışdı.  Hansı 
kənddə  belə  bir  oğurluq  baş  verirdisə,  Seyidov  bir  günün  içində 
kəndləri  bir-birinə  vurub  oğruları  tapırdı.  Rayonda  kimin  nə  işlə 
məşğul olduğunu beş barmağı kimi bilirdi. Bəzi işçilərimiz o fikirdə 
idilər  ki,  şöbənin  rəisi  gec-tez  o  olmalıdır.  Əvvəlki  rəis  işdən 
çıxarılanda  indiki  gələnə  kimi  Seyidov  bir  ay  şöbə  rəisini  əvəz 
etmişdi. Mayor Seyidovda bir az səbirsizlik və kobudluq olsa da mərd 
adam  idi.  Bəziləri  kimi  pula  kişiliyini  satmırdı.  Tutduğu  cinayətkar 
yüngül cəza alanda cin atma minirdi. Bir də gördün əlini-əlinə çırpıb 
yanıqlı-yanıqlı deyir: 
-  Ay  kişilər,  belə  də  iş  olar?  O  gün  əlli  litr  benzin  işlətmişik. 
Səhərdən axşama kimi bu kənd mənim, o kənd sənin maşın sürdürüb 
qoyun  oğrusunu  tutmuşam,  götürüb  bircə  il  icbari  iş  kəsiblər.  Mənə 
ixtiyar  verələr,  tutub  onun  əllərini  kəsərəm.  Sonra  görək  başqaları 
necə oğurluq eləyir. 
Aqşin  həkim  də  ki,  rayonumuzda  yeganə  məhkəmə  tibb  eksperti 
idi.  Özü  də  onu  deyim  ki,  öz  işini  bilən  adam  idi.  Bu  işdə  xeyli 
təcrübəsi var idi. O da yaşca Nadir müəllimlə həmtay olardı... 
-
 
Mehman,  bu  öldürülənlər  nə  cür  adamdılar?  -  bir  az  əvvəl 
yaranmış sükutu mayor Seyidov pozdu. 
-
 
İkisi də müəllim idi. Özü də yaxşı müəllim idilər. Mikayıl həm də 
çox  mərifətli  oğlan  idi.  Atası  kimi  çörək  verən  idi,  -  deyə  cavab 
verdim. 
-
 
Kimdi ki, atası? 
-
 
Onu, məncə, yaxşı tanıyarsız. İcra nümayəndəsi də olub. Bir-iki il 
əvvəl rəhmətə gedib. 
-
 
Hə, hə! Bildim. Eybalı kişi. 
-
 
Mikayılın arvadı Bakıdandır. Tələbə yoldaşı olublar. O da abırlı 
qadın idi. Özləri də cavan idilər yazıqlar. 
-
 
Eybalı kişinin bir oğlu da Rusiyada olur deyəsən, hə? 
-
 
Hə,  -  dedim.  -  Mikayılın  böyük  qardaşı  Nəcməddin  Rusiyada 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org

olur. Kiçik qardaşı Tofiq kənddə anası ilə ata evində yaşayır. Mikayıl 
məktəbin yaxınlığında olurdu. Atası onun üçün ev tikdirmişdi orada. 
Ən kiçikləri qızdır. Təranə adında. Kənddə ərdədir. 
-
 
Nəcməddinin vəziyyəti necədir orada? 
-
 
Mən bilən, pis deyil. Tofiqə də UAZ maşınını o alıb verib. İki-üç 
həftə əvvəl gəlmişdi kəndə. Bir həftə qalıb getdi. 
-
 
Bəlkə  çoxlu  pul  gətiribmiş  qardaşı  üçün?  Bəlkə  bu  yazıqlar  elə 
pulun güdazına gediblər? 
-
 
Nə bilmək olar?.. - dedim. 
-
 
Paşa  da  deyəsən  Rusiyaya  getmişdi,  eləmi?  Bildin  də,  kimi 
deyirəm. Türmədə yatıb-çıxıb. O da məktəbin yanında olur. 
-
 
Nəcməddinin yanma getmişdi. Alverə. Deyəsən çox içdiyinə görə 
Nəcməddin özü onu geri qaytarıb. 
-
 
Bu iş ondan uzaq deyil! - Seyidov hökmünü verdi. 
-
 
Deyəsən  cinayətkan  elə  maşındaca  tapmısız,  Təyyar  müəllim?  -
bayaqdan danışmayan Təhməzov zarafat etdi. 
- Nə olar ki? Vaxta qənaət edərik. - Seyidov güldü. 
Yadıma  bir  əhvalat  düşdü.  Yazda  Təyyar  müəllimlə  bir  kəndə 
qoyun oğurluğu məsələsini araşdırmağa gedirdik. Seyidov maşında nə 
düşünüb-daşınmışdısa, kəndə çatan kimi bir oğlanı çağırtdırıb maşına 
basdı  və  geri  qayıtdıq.  Şöbədə  Təyyar  müəllim  ona  bir  sillə  vuran 
kimi qoyunları oğurlamağını boynuna aldı və hətta harada gizlətdiyini 
də göstərdi. 
Ancaq  indi baş  vermiş bu hadisə  qoyun oğurluğu deyildi. Burada 
iki  nəfər  insanın,  özü  də  bir-birini  dərin  məhəbbətlə  sevən  iki  yaxşı 
insanın həyatına qəsd edilmişdi. Cinayətkarı isə, hələ bilmək olmazdı, 
tapa biləcəkdik, yoxsa yox... 
Bu  dəfə  Mikayıl  rəhmətliyin  özünün  mənə  danışmış  olduğu  bir 
hekayəti  xatırladım.  Bu  hekayət  onunla  Fəzayə  müəllimin  ilk 
tanışlıqları və məhəbbətlə keçən tələbəlik illəri barədə idi.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə