Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

downloaded from KitabYurdu.org
VII 
mən  onda  bir  ürəyiaçıqlıq  hiss  etmədiyim  üçün  sonradan  evinə 
getmədim.  O,  ümumiyyətlə,  qapalı  adam  idi.  Bir  müddət  kolxozda 
mühasib  işləmişdi.  Kolxoz  dağılandan  sonra  isə  işsiz  idi.  İş  tapanda 
gedib Bakıda fəhləlik edirdi. Bəlkə də elə bu qəfil dəyişiklik idi onun 
saçlarını  vaxtsız  ağardan?  Deyə  bilməzdim.  Ancaq  hər  halda  o, 
həyatından razı qalan adama oxşamırdı. 
-
 
Özünü təqdim elə görək?! - Nadir Təhməzov istintaqa başladı. 
-
 
Həsənov Kamil Əlişah oğlu. 
-
 
Ailəlisən? 
-
 
Bəli, iki uşağım var. Oğlum on iki, qızım doqquz yaşındadır. 
-
 
Nə işlə məşğul olursan? 
-
 
İş olanda Bakıda fəhləlik edirəm. Olmayanda mal-qara ilə məşğul 
oluram. 
-
Həyat yoldaşın nə işləyir? 
-
Heç nə. Evdar qadındır. 
-
Mikayılgillə münasibətin necə olub? 
-
 
Yaxşı.  Böyük  qardaşı  Nəcməddin  mənimlə  sinif  yoldaşı  olub. 
Özümüz də axtarsanız, qohumuq. 
-
 
Necə qohumsunuz? 
-
 
Kənddə elə hamı bir-birinə qohumdur. Bizim də atalarımızın ana 
tərəfdən bir-birinə qohumluqları çatır. 
-
 
Deyirlər  Nəcməddin  axınncı  dəfə  gələndə  çoxlu  pul  gətirib 
qardaşı üçün. Nə qədər olub həmin pul? 
-
 
Bilmirəm. Xəbərim yoxdur. 
-
 
Necə yəni xəbərim yoxdur? Bunu bütün kənd bilir ki! 
-
 
Mən doğrusu, camaat içinə o qədər də çıxmıram. 
-
 
Nə üçün? 
-
 
Bizdə bekar adamlar həmişə klubun qabağına yığışırlar. Çıxırsan, 
görürsən hər kəs ağzına gələn sözü danışır. Adamın qanı qaralır. Həm 
də mən bekar olmuram. Həmişə həyət- bacada iş tapılır. 
-
 
Dünən axşam harada olmusan? - Nadir müəllim stulunu bir qədər 
geri çəkib rahatladı. 
-
 
Bibim oğlugildə. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
27 
-
 
Kimdir o? 
-
 
Adı Rüstəmdir. İcra nümayəndəsinin müavini işləyir. Elə Mikayıl 
rəhmətliklə qonşudur. Aralarında bir ev var. 
-
 
Rüstəmgilə niyə getmişdin? 
-
 
Bizim  uşaq  pulu  məsələsi  bir  az  dolaşığa  düşüb.  Ailə  tərkibi 
haqqında arayışı rayona verməmişik. Rüstəmə dedim ki, özü idarədə 
arayışı yazıb rayonda sosial təminat şöbəsinə versin. Sonra da başqa 
söhbətlərə başımız qarışdı. Gecə saat birə qədər orada oturdum. 
-
 
Bəs Rüstəmgilə gələndə saat neçə idi? 
-
 
On birin yarısı. 
-
 
Nəyə görə vaxtı belə dəqiq yadda saxlamısan? 
-
 
Rüstəmgilə  girəndə  gördüm  yatmağa  hazırlaşırlar.  Dedim  niyə 
belə  tez  yatırsız?  Bu  sözlə  əlaqədar  divar  saatına  baxdıq.  Ona  görə 
yadımda qalıb. 
-
 
Bəs evdən nə vaxt çıxmısan? 
-
 
Evdən  çıxanda  yəqin  ki,  ıı-ə  20-25  dəqiqə  işləyibmiş.  Beş 
dəqiqəlik yoldur. 
-
 
Evinizdən çıxıb birbaş Rüstəmgilə getmisən? 
-
Bəli! 
-
Başqa yerə burulmamısan? 
-
Xeyr. Başqa yerdə işim yox idi. 
-
Yolda heç kəsə rast gəlmədin ki? 
-
Küçədə heç kəsə rast gəlmədim. Ancaq... 
-
Nə ancaq? 
-
 
Necə deyim?.. Hər xırda şeyi deyib ara qarışdırmağın nə mənası 
var? Məndə elə xasiyyət yoxdur. 
-
 
Qulaq  asm,  -  Təhməzov  əlindəki  qələmlə  stolu  taqqıldatdı.  -Heç 
nədən öz işinizi dolaşdırmayın. Nə görmüsünüzsə, düzünü deyin. Siz 
savadsız  adam  deyilsiz.  İstintaqdan  söz  gizlətməyin  nə  olduğunu 
bilirsiniz. 
Kamil tərəddüdlə danışmağa başladı: 
-
 
Namiqgilin  evinə  yaxınlaşanda  gördüm  ki,  Namiq  darvazadan 
çıxdı və o tərəfə getməyə başladı. Ancaq iki-üç addım atmışdı ki, geri 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
boylanıb  mənim  gəldiyimi  gördü  və  qayıdıb  darvazanın  ağzında 
durdu. Əlini cibinə atıb bir siqaret çıxartdı və çəkməyə başladı. 
-
Sonra? 
-
Heç nə. Mən getdim Rüstəmgilə. 
-
Namiq kimdir? - Təhməzov mənə baxdı. 
-
 
Meşəbəyi  işləyir.  -  dedim.  -  Həsənalı  kişinin  oğludur.  Bir  ildi 
evlənib. Atasıgillə olur. 
Baş müstəntiq yenə üzünü Kamilə çevirdi. 
-
 
Bəs Rüstəmgildən çıxanda kimə rast gəldin? 
-
 
Onda heç kimə rast gəlmədim. 
-
 
Bu ölüm hadisəsini kimdən eşitdin? 
-
 
Bu gün səhər qoyunları tövlədən çıxarırdım, örüşə qoşmaq üçün. 
Bərk  qışqırıq  səsi  eşitdim.  Bir  qadın  ağlaya-ağlaya  qışqırıb  «Ay 
Mikayıl  hey!»  deyə  çığırırdı.  Səsindən  tanıdım  ki,  Təranədir. 
Mikayılın bacısı. Sonra səs kəsildi. 
Qoyunları  küçəyə  çıxaranda  gördüm  adamlar  Mikayılgilın  küçəsinə 
tərəf qaçırlar. Onda soruşub öyrəndim hadisəni. 
-
 
Kimdən? 
-
 
Oqtaydan.  Təranənin  ərindən.  O  öz  həyət  qapılarının  yanında 
dayanmışdı. Bizimlə onların arasında üç ev var. 
-
 
Bəs o, Mikayılgilə tələsmirdi? 
-
 
Nə  bilim...  Təranə  getmişdi.  Səsi  gəlmirdi.  Ancaq  Oqtay 
rəhmətlik qaynı ilə danışmırdı axı?.. 
-
 
Nə üçün danışmırdılar? 
-
 
Doğrusu  bilmirəm.  İldən  çoxdu  danışmırdılar.  Yəqin  ki,  xırda-
para iş üstündə olar. 
-
 
Yaxşı, bəs sən özün nə üçün hadisə yerinə getmədin? 
-
 
Getdim.  Qoyunları  örüşə  sürüb  oraya  getdim.  Rüstəm  heç  kimi 
evə buraxmırdı. Təranə ilə bir-iki qadın həyətdə ağlayırdılar. Deyəsən 
Təranənin lap ürəyi getmişdi. Kişilər isə küçədə idilər. Bir az dayanıb 
evə qayıtdım. Təxminən yanm saat sonra siz məni çağırtdırdınız... 
Təhməzov istintaqı qurtarıb mənə tərəf çevrildi. 
-
 
Bunu qaytarın, kameraya! 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə