Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

downloaded from KitabYurdu.org
VII 
35 
Daha sonra qeyd etdi ki, Təranənin ərini də nəzərdən qaçırmaq olmaz. 
Sözünün sonunda üzünü mayor Seyidova tutub dedi: 
-
 
Qulaq as, Təyyar, mən işi sənə tapşırmışam. Buna görə sənə hər 
cür  səlahiyyət  də  verirəm.  Ancaq  uzağı  bir  həftəyə  qatili  tapmasan 
gözümə görünmə! 
- Arxayın ol, rəis! - Seyidov qaşqabaqlı halda cavab verdi. 
Həmin gün Kamil, Paşa və Namiq evə buraxıldılar. 
Əvvəl fikirləşdik ki, Təranə ilə əri Oqtayı bu gün, ya sabah şöbəyə 
gətizdirək. Ancaq səhəri gün mərhumların üç mərasimi idi və Təranə 
də  bu  mərasimdə  iştirak  etməliydi.  Ona  görə  də  qərara  gəldik  ki, 
sabah  özümüz  kəndə  gedək.  Hər  halda,  el  adətlərinə  hörmət  etmək 
lazım idi. Qardaşını faciəli surətdə itirən Təranəni bu ərəfədə şöbəyə 
çağırmaq heç də yaxşı iş olmazdı. 
Təranəni  bir  neçə  dəfə  görmüşdüm.  Gülərüz,  mehriban,  həm  də 
gözəl bir qadın idi. Qızlıq təravətini hələ də özündə saxlayırdı. Elə əri 
Oqtay  da  mənim  zənnimcə,  pis  adam  deyildi.  Qaradumanlıda 
işlədiyim müddətdə onun haqqında xoşagəlməz bir şey eşitməmişdim. 
Boylu-buxunlu,  qarayanız,  ciddi  bir  kişi  idi.  Qara  bığları  sifətinə 
özünəməxsus  yaraşıq  verirdi.  Özləri  də  mehriban  yaşayırdılar.  İki 
uşaqları var idi. Biri altı, biri dörd yaşında. Hər ikisi də qəşəng oğlan 
uşaqları idi. 
Yeri  gəlmişkən,  Oqtayla  Təranənin  necə  qovuşmaqlarından  bəhs 
edən  hekayəti  sizə  çatdırsam,  zənnimcə  pis  olmaz.  Bunu  mənə  bir 
dəfə evlərində oturub çay içəndə Rüstəm danışmışdı. 
Oqtay  İnşaat  Mühəndisləri  İnstitutuna  təzəcə  daxil  olmuşdu. 
Sevinci  yerə-göyə  sığmırdı.  Əsgərlikdən  gələndən  iki  il  dalbadal 
imtahan  verib  kəsiləndən  sonra  axır  ki,  arzusuna  çatmışdı.  İndi 
Qaradumanlıda  görərlər  ki,  naxırçı  Carullanın  oğlu  da  instituta  girə 
bilər. Ancaq ən əsası bu deyildi. Ən əsası o idi ki, əsgərlikdən gələn 
gündən  sevdiyi  Təranəni  tez-tez  görəcəkdi.  Axı  Təranə  bir  il  idi  ki, 
Bakıda tibb texnikumunda oxuyurdu. 
Oqtay özündən altı yaş kiçik olan Təranəni görüb sevəndə Təranə 
hələ 9-cu sinfi bitirməmişdi. O bu qəşəng, evin son beşiyi
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
olduğu  üçün  həddən  artıq  şıltaq  və  ərköyün  olan  bu  qızı  həqiqətən 
dəlicəsinə sevirdi. Ancaq Təranənin yaşı hələ az olduğu üçün cəsarət 
edib ürəyini ona açmamışdı. 
Eşitmişdi ki, Təranə dərslərini yaxşı oxuyur. On birinci sinfi bitirən 
kimi  Bakıya  oxumağa  gedəcək.  Ona  görə  də  gecəni-gündüzə  qatıb 
instituta hazırlaşmağa başladı. Yoxsa, bilirdi ki, Eybalı kişi Carullanın 
oğluna  qız  verən  deyil.  Nə  yaxşı  ki,  üç  ilin  yuxusuz  gecələrindən 
sonra  zəhməti  hədər  getmədi.  Daha  yəqin  ki,  Tibb  texnikumunda 
oxuyan Təranə gələcəyin mühəndisinə yox deməyəcəkdi. 
Ancaq  elə  ilk  görüşdə  Oqtaym  qanı  qaraldı.  Texnikumun 
qarşısında bir saatdan artıq gözləyəndən sonra Təranə məktəbdən anq, 
üz  gözündən  sırtıqlıq  yağan  bir  oğlanla  qoşa  çıxdı.  «Bu  kimdi 
görəsən? Gör bir nə sərbəst davranırlar? Yəqin qrup yoldaşıdır...» Çox 
düşünmədən onlann qabağına çıxdı. Özü də hiss etdi ki, həyəcandan 
qıçları yarpaq kimi əsir. Dili də yaxşı söz tutmurdu. 
-
 
Salam, Təranə! Xoş gördük! Necəsən? 
Təranə diksinib təəccüblə salamını aldı. 
-
 
Salam... 
Qızın əynindəki donun quruluşu onu heç açmadı, sinəsi də, çılpaq 
ətli budları da bayırda qalmışdı. 
-
 
Burada oxuyursan? - özü də bildi ki, sualı yersizdi. 
-
 
Hə...  kənddən  gəlmisən?  Bizimkilər  necədirlər?  -  Təranə  də 
deyəsən özünü itirmişdi. Bəlkə də yanındakı oğlana görə. 
-
 
Lap  yaxşıdırlar.  Mən  də  burada  oxuyuram,  axı.  İnşaat 
mühəndisləri İnstitutunda. 
-
 
Hə... lap yaxşı... 
Təranə  həmkəndlisi  olsa  da  ömründə  yaxınlıq  etmədiyi  Oqtayla 
danışmağa çətinlik çəkirdi və söhbətin tez qurtarmasını arzu edirdi. 
-
 
Yaxşı, get! - deyəsən Oqtay da bunu hiss etmişdi. - Bir çətinliyin 
olsa, mən də buradayam, çəkinmə, de. 
-
 
Sağ ol! 
Onlar  uzaqlaşdılar.  Qısqanclıq  alovu  indi  Oqtayı  daha  şiddətlə 
qarşımağa başlamışdı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Yox,  mən  buna  dözə  bilmərəm!  Təranə  ancaq  və  ancaq  mənim 
olmalıdır! 
O biri gün səhər yenə tibb məktəbinin qarşısında dayanıb Təranəni 
gözlədi.  Yaxşı  ki,  Təranə  məktəbə  tək  gəldi.  Oqtay  bütün  cəsarətini 
toplayıb onun qabağını kəsdi. 
-
Sabahın xeyir! 
-
Sabahın xeyir. Nə əcəb? 
-
Heç, sənə sözüm var... 
-
Nə söz? 
-
Dünənki oğlan kim idi? 
-
Necə yəni kim idi? 
-
Deyirəm, yəni sənin nəyindi o oğlan? 
-
 
Axı  sənə  nə  dəxli  var?  -  Təranə  hirslə  başını  geri  atdı.  Alnına 
tökülən hamar telləri yellənib yenə öz yerinə qayıtdı. 
-
 
Dəxli  var  da?!  Sən  bura  oxumağa  gəlmisən.  Bu  nə  paltardı? 
Kənddən gəldiyin bir ildi... Olmaz axı?! 
-
 
Sən kimsən e?! - Təranə getmək istədi. 
Oqtay yenə onun qabağını kəsdi. 
-
 
Birinci, mən sənin kəndçinəm. İkinci də elə eləmə ki, Mikayıla, 
ya Tofiqə xəbər verim. 
Təranə bir az özünü yığışdırdı. Xüsusilə Tofiqdən yaman qorxurdu. 
Tofiq  bir  az  dəlisov  idi.  Ancaq  Mikayıl  Təranənin  xətrini  yaman 
istəyirdi. 
-
Mən neyləyirəm ki? Məktəb yoldaşımdı
da...
-
Bir qrupdasız? 
-
 
Yox, bir kurs yuxanda oxuyur, nə olub ki? 
-
 
Bax, səni bir də onunla görməyim! 
-
 
Əl çək məndən! -Təranə sürətlə ondan aralanıb məktəbə girdi.
Ancaq Oqtay əl çəkmədi. İki gün sonra həmin oğlanı təklikdə tutub 
ona qəti sözünü dedi: 
-
 
Təranəyə bir də yaxınlaşsan, məndən incimə! 
-
 
Sən  onun  nəyisən  ki?  -  oğlan  bacardığı  qədər  sakit  soruşmağa 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə