Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
-  Deyirsən  ki,  arzulanmı  yerinə  yetirəcəksən.  Elə  mənim  arzum 
işləməkdi  də.  Məsələ  təkcə  pulda  deyil  axı.  Əziyyət  çəkmişəm, 
oxumuşam! - axırda isə zarafata keçmişdi. - O ki qaldı əlimin kiməsə 
toxunmağına, söz verirəm, ancaq əlcəklə işləyəcəm. 
Oqtay  daha  bir  söz  deməyib  razılaşmışdı.  İlk  gündən  mehriban 
yaşamağa  başladılar.  İki  oğlanlan  da  oldu.  İndi  evi  dolandırmaq 
Oqtayın başını qatsa da hərdən vaxt tapıb axşamlar Təranə ilə Bakıda 
keçirdikləri  günlərdən  söhbət  edir  və  bəzən  and  içir  ki,  artıq  böyük 
oğlanlarının  altı  yaşı  olmasına  baxmayaraq  indi  də  Təranə  ilə 
qovuşmağına inana bilmir. 
Ertəsi  gün  müstəntiq  Təhməzov,  mayor  Seyidov  və  mən 
Qaradumanlıya yollandıq. Əvvəlcə qətl hadisəsi törədilən evə bir daha 
baş  çəkib,  nə  isə  yeni  bir  şey  tapmaq  istədiksə  də,  heç  nə  alınmadı. 
Döşəməsindəki  qurumuş  qan  gölməçələri  hələ  də  təmizlənməmiş  bu 
ev öz sirrini bizə açmaq istəmirdi. Sentyabrın 14-ü gecəsində, yağışlı 
zülmətə  bürünmüş  həmin  gecədə  bu  evdə  dəhşətli  bir  hadisə  baş 
vermişdi. Ancaq bu hadisənin kim tərəfindən törədildiyi hələ də bizə 
məlum deyildi. O gecə bu evə qara niyyətlə təşrif gətirən arzuolunmaz 
qonaq  kim  idi?  Mikayılın  hörmətlə  qarşıladığı,  Fəzayənin  qarşısına 
süfrə  açdığı,  sonda  isə  yaxşılığa  əks  münasibət  göstərib  iki  xoşbəxt 
gənci  -  ata-ana  olmaq  arzusunda  olan  və  övlad  gözləyən  iki  insanı 
qanına qəltan edən nanəcib əclaf kim idi görəsən? 
Ehsan Tofiqgildə verilirdi. Seyidovun təklifi ilə biz də mərasimdə 
iştirak etdik. Gənc molla yasin surəsini oxuyanda diqqətlə yasxanada 
əyləşən adamların üzlərinə göz gəzdirməyə başladım. Kamillə Paşa da 
yasxanada  idilər.  Kamil  Rüstəmlə  yanaşı  oturmuşdu.  Oqtay 
yasxananın girəcəyində ayaq üstə dayanmışdı. Ancaq nədənsə Namiq 
gözümə dəymədi. Fikirləşdim ki, görəsən axtardığımız naməlum qatil 
də yasxanada oturmuş adamlann arasındadırmı? Axı yəqin ki, həmin 
adam da şübhə yaratmamaq üçün başqaları kimi bu mərasimdə iştirak 
etməlidir?!  Ancaq  o  kimdir?!  Bir  də  fikirləşdim  ki,  gərək  biz  dəfn 
mərasimində  də  iştirak  edəydik.  Belə  deyirlər  ki,  qatil  öz  öldürdüyü 
adamın  meyitinə  baxanda  meyitin  yarasından  qan  sızır.  Bəlkə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
beləliklə tapmaq olardı  həmin adamı. Ancaq  yox! Bu  axmaq fikirlər 
haradan  ağlıma  gəldi,  özüm  də  bilmirəm.  Biz  qatili  hökmən 
tapmalıydıq. Özü də başqa yolla yox, ancaq ağlın və məntiqin köməyi 
ilə. 
Molla yasini oxuyub qurtaran kimi süfrəyə yemək gətirildi. Yemək 
yığışdırılandan sonra mərhumların ruhuna dua oxuyub ayağa qalxdıq. 
İcra  nümayəndəliyinin  idarəsi  qonşu  kənddə  olduğu  üçün  məktəbə 
gedib bir qədər məktəbin qocaman direktoru Mirağa müəllimlə söhbət 
etdik və sonra Təranəni məktəbə çağırtdırdıq. 
Oqtay da Təranə ilə birlikdə gəldi. Təranəni direktorun kabinetində 
tək dindirmək istəyəndə Oqtay əvvəl razı olmadı. Mayor Seyidov ona 
acıqlanıb  bayırda  gözləməyi  tapşırandan  sonra  əsəbi  halda  çıxıb 
dəhlizdə  gözlədi.  Təhməzov  əyninə  qara  rəngli  don  geyinmiş, 
gözlərindən kədər yağan Təranəni diqqətlə süzüb əyləşmək üçün stul 
göstərdi. 
-
Əyləşin, adınız, familiyanız nədir? 
-
Nəzərova Təranə Eybalı qızı. 
-
Neçə yaşınız var? 
-
İyirmi səkkiz. 
-
Nə işləyirsiz? 
-
 
Həkim məntəqəsində tibb bacısı. 
-
 
Neçə işçi var məntəqənizdə? 
-
 
Dörd.  Vaqif  baş  həkimdir.  Gülçöhrə  ilə  mən  tibb  bacısı.  Bir  də 
Sərfinaz xala xadimədir. Oqtayın xalası. 
-
 
Baş həkiminiz də bu kənddəndir? 
-
 
Xeyr, Vaqif rayon mərkəzindəndir. Altı aydır gəlib. 
-
 
Yəqin ki, savadlı həkim kəndə gəlməz. 
-
 
Xeyr. Çox savadlı həkimdir. Həm də yaxşı adamdır. 
-
 
Bu  hadisə  baş  verən  axşam  siz  qardaşımzgildə  olmusunuz?  -
Təhməzov əsas məsələyə keçdi. 
-
 
Bəli... 
-
 
Nə vaxt? Çalışın, dəqiq deyin! 
-
 
Axşam  saat  9-dan  11-ə  5  dəqiqə  qalmışa  kimi...  Mən  evdən 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
çıxanda  Oqtaydan  icazə  aldım,  dedim  ki,  Mikayılgilə  getmək 
istəyirəm.  O  da  saata  baxdı.  Doqquza  qalmışdı.  Təxminən  beş  altı 
dəqiqə.  Dedi  get,  ancaq  11-də  evdə  ol.  Mən  də  on  birə  beş  dəqiqə 
qalmış qardaşım gildən çıxıb evə qayıtdım. 
-
 
Nəyə görə getmişdiz onlara? 
-
 
Qardaşım  evidi  də...  -  Təranə  ah  çəkdi.  -  Hərdən  baş  çəkməyə, 
söhbət etməyə gedirdim. 
-
 
Bəs niyə gecə? 
-
 
Gündüz  vaxt  olmur.  Ona  görə  də  bizdə  hamı  bir-biri  ilə  söhbət 
etməyə axşamlar gedir. 
-
 
Onlara gedəndə həmişə tək gedirsiz, yoxsa Oqtayla? 
-
 
Tək. Oqtay rəhmətlik qardaşımla küsülü idi. 
-
 
Nəyə görə? 
-
 
Pul istəmişdi. O da yəqin ki, olmadığına görə verməmişdi. 
-
 
Nəcməddin axırıncı dəfə gələndə sizə pul verdi? 
-
Xeyr. Uşaqlar üçün paltar almışdı. 
-
Bəs Mikayılgilə nə qədər pul vermişdi? 
-
Bilmirəm. 
-
 
Siz Mikayılgildə olanda orada başqa adam var idi? 
-
 
Xeyr, yox idi. 
-
Nə ilə məşğul idiniz orada? 
-
Elə söhbət etdik... 
-
Nədən? 
-
 
Hər şeydən. Uşaqlardan, məntəqədən, məktəbdən... 
-
Sonra? 
-
Sonra... televizora baxdıq. 
-
Hansı verilişə? 
-
 
Selcanın  konsertinə  baxdıq.  On  birə  beş  dəqiqə  qalmış  konsert 
qurtardı, mən də durdum. 
-
 
Ondan əvvəl nəyə baxdınız? 
-
 
Ondan əvvəl nəsə veriliş var idi. Ancaq biz söhbət edirdik onda. 
-
 
Xörək yediniz? 
-
 
Xeyr. Bilmirəm, bəlkə məndən əvvəl yemişdilər? Ancaq biz çay 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə