Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
çalışsa da qorxduğu o saat hiss olunurdu. 
-
 
Qohumuyam. Bax, elə eləmə ki, səninlə başqa cür danışım.
Oğlan  dinmədi.  Hətta  Oqtay  ondan  xeyli  aralanandan  sonra  da 
heykəl kimi dayanıb onun arxasınca baxırdı. 
Oqtay bir həftə hər gün axınncı dərsdən qaçıb özünü göstərmədən 
Təranəgilin  məktəbinin  qabağında  dayandı.  Ancaq  daha  bir  dəfə  də 
Təranəni  həmin  oğlanla  görmədi.  Deyəsən,  oğlan  Təranədən  ötrü 
başını ağrıtmaq istəməmişdi. 
Axır bir gün dərsdən çıxan Təranəni bir qədər yaxınlıqdakı parkda 
oturmağa razı sala bildi. Skamyaların birində oturub söhbətə haradan 
başlamağı fikirləşirdi ki, Təranə özü dilləndi: 
-
 
Yusifə nəsə demisən? 
-
 
Yusif kimdi? - Oqtay təəccübləndi. 
-
 
O mənimlə gördüyün oğlanı deyirəm. 
-
 
Hə! - cəsarətlə dilləndi, - dedim ki, bir də sənə yaxınlaşmasın. 
-
 
Niyə? 
-
 
Ona görə ki...  - Oqtay düşündü ki, indi bu saat deməsəm, sonra 
çətin  olacaq.  -  mən  səni  sevirəm.  Həmin  o  Yusifdən  min  qat  artıq 
sevirəm.  Üç  ildir  ki,  mənim  gecəm-gündüzüm  yoxdur.  Üç  ildir  ki, 
həyatımı sənə həsr etmişəm. 
-  Başını  aşağı  dikib  qızın  üzünə  baxmadan  ürəyindəkiləri  açıb 
tökürdü.  -  İnan  Təranə.  Bu  üç  ildə  elə  bir  dəqiqə  olmayıb  ki,  səni 
fikirləşməyim.  Mənim  nəzərimdə  bütün  dünyada  səndən  gözəl  qız 
yoxdur... 
Təranənin  bədəni  uçunurdu.  Söz  yox  ki,  belə  sözləri  eşitmək  ona 
xoş idi. Çətin də olsa nəsə demək xatirinə dilləndi: 
-
 
Bəyəm bütün dünyanın qızlarını görmüsən? 
-
 
Yox, görməmişəm. Ancaq heç inana bilmərəm ki, hardasa, hansı 
ölkədəsə səndən gözəl qız tapılsın. 
Təranə  dinmədi.  Oqtay  birdən  fikirləşdi  ki,  bax  elə  buradaca
söhbəti  dəyişmək  bəlkə  daha  çox  xeyir  verə  bilər.  Həm  də  o  elə 
qorxurdu  ki,  birdən  Təranədən  konkret  cavab  istəsə  ondan  «yox» 
cavabı  eşidər.  Bu  isə  onun  üçün  ölümdən  pis  ola  bilərdi.  Bir  qədər 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
susandan sonra: - 
Dərsləriniz çətindi? - deyə gözlənilmədən soruşdu. 
-
Elə də yox... - Təranə sakit cavab verdi. 
-
Harada qalırsan? Yataqxanada? 
-
Yox. Xalamgildə. 
-
Dur gedək. Sonra xalan narahat olar. 
Qızı xalasıgilə qədər ötürdü. Yataqxanaya 
qayıdanda Oqtay artıq dünyaya başqa nəzərlərlə baxırdı. Sən demə bu 
dünyada yaşamaq nə gözəl şey imiş, ilahi! 
Sən  demə  var-dövlət,  hakimiyyət,  hətta  cansağlığı  da  ikinci 
dərəcəli  əhəmiyyətsiz  şeylər  imiş  insan  üçün.  Bu  məhəbbət  nə  sirli 
qüvvə  imiş  ki,  birdən  birə  insanın  gözündə  hər  şeyin  mahiyyətini 
dəyişməyə qadirdir?! 
O  gündən  tez-tez  görüşməyə  başladılar.  Aralarında  intim 
münasibətlər  başlanandan  sonra  isə  Oqtay  Təranəsiz  bir  yerdə  qərar 
tuta bilmirdi. Təranə özü də Oqtaysız qalan kimi darıxır, daha çox bir 
yerdə olmağı təklif edirdi. 
Nəhayət,  yay  tətilində  kənddə  olanda  nişanlandılar.  Deyəsən 
Təranənin  anası  Dürdanə  arvadın  onların  Bakıdakı  macəralarından 
azacıq da olsa xəbəri var idi. Bacısı demişdi. Odur ki, Dürdanə ərini 
tezliklə razı saldı və qızın xeyir- duasını verdilər. 
Artıq  Oqtay  ikinci,  Təranə  isə  üçüncü  kursa  keçmişdilər.  Təranə 
Oqtayla  görüşəndə  bildirdi  ki,  onlan  Kürdəmirə  pambıq  yığımına 
aparacaqlar. Bəlkə də bir aylığa.  Oqtay  tamam  məyus  oldu. Ona elə 
gəldi  ki,  bir  ay,  bir  ay  kimi  yox,  on  il  kimi  keçəcək.  Onsuz  da  yay 
tətilində  çəkdiyini  çəkmişdi.  Atasından  və  qardaşından  çəkinən 
Təranə  kənddə  tez-tez  görüşməyə  razı  olmamışdı.  İndi  də  belə.  Özü 
də  kənd  başqa,  kənar  yer  başqa.  Onda  Oqtay  qismən  arxayın  idi  ki, 
Təranə öz evlərindədir. İndi isə  yoldaşları ilə çölün düzünə gedirlər. 
Allah bilir kimlər olacaq orada. Yazıq Oqtay qısqanclıqdan az qalırdı 
ki,  dəli  olsun.  Ancaq  bu  yandan  da  özü  dərsi  atıb  Təranə  ilə  gedə 
bilməzdi. Onsuz da qayıbları çox idi. Keçən il belə qayıblann üstündə 
ona töhmət də vermişdilər. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
- Əşi, cəhənnəmə ki! heç nə olmaz, gedəcəm onlarla! 
Oqtay qəti qərarını Təranəyə də bildirdi. Təranə sevindi. 
- Nə olar? Uşaqlarımızın çoxu bilir ki, nişanlımsan. 
Oqtay  Təranəgillə  Kürdəmirə  yola  düşdü.  Bir  aya  yaxın  orada 
Təranə  ilə  oldu.  Nə  havanın  istisi,  nə  də  ağcaqanadların  həyasızlığı 
gözünə görünmürdü. Dünyada hər şeyi unutmuşdu. 
Qayıdanda  isə  bütün  çəkdiyi  ləzzət  gözündən  gəldi.  İnstitutdan 
qovulmağı  haqqında  əmr  yazılıb  divara  vurulmuşdu.  Dekana, 
komsomol  katibinə  nə  qədər  yalvardısa  da  bir  şey  çıxmadı.  -  Bizlik 
deyil,  rektora de!  - deyib başdan elədilər. Bakıda bir ağızlı adamı da 
yox idi ki, ona həyan olsun. Beləliklə əzab-əziyyətlə qazandığı tələbə
adından məhrum oldu. Bunu eşidəndə Təranə də çox təəssüfləndi. 
-
 
Bəs indi nə edəcəksən? - deyə soruşdu. 
-
 
Burada  iş  tapıb  işləyəcəm.  Sən  məktəbi  qurtarana  kimi.  Sonra 
kəndə gedərik. 
Təranə könülsüz dilləndi: 
-
 
Nə deyirəm?.. 
Zavodda  iş  tapan  Oqtay  Təranə  ilə  indi  ancaq  axşamlar  görüşə 
bilirdi.  O  bu  görüşləri  elə  səbirsizliklə  gözləyirdi  ki,  iş  günü  onun 
üçün əsl cəhənnəm əzabına çevrilirdi. 
Axır  ki,  Təranə  məktəbi  bitirdi  və  Oqtay  da  işdən  çıxıb  kəndə 
qayıtdı. Toy edib  evləndilər. Oqtay  rayonun yol idarəsində traktorçu 
kimi işə düzəldi. Hələ əsgərlikdə olanda oxuyub traktorçuluq vəsiqəsi 
almışdı.  Əvvəl  heç  Təranənin  həkim  məntəqəsində  işləməsinə  razı 
deyildi. 
-
 
Düzdür,  mən  məktəbi  qurtara  bilmədim.  Ancaq  daşdan  da  olsa, 
pul çıxarıb sənin bütün arzularını yerinə yetirəcəm. Sən işləməsən də 
olar.  Niyə  görə  yad  kişilərə  iynə  vurasan.  Nə  bilim  qan  təzyiqin 
ölçəsən? 
-
 
Yenə qısqanırsan? - Təranə gülüb soruşmuşdu. 
-
 
Sən mənim üçün elə müqəddəs, elə qiymətli varlıqsan ki, vallah 
əlinin  kiməsə  toxunmağına  razı  ola  bilmirəm.  Bundan  ötrü  məni 
qınama! 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə