Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

downloaded from KitabYurdu.org
VII 
29 
-
 
Axı  mənim  nə  günahım  var  ki,  məni  burada  saxlayırsınız? 
Kənddə  də  camaat  deyəcək  yəqin  bu  əclaf  işi  mən  eləmişəm.  Yaxşı 
deyil, axı? 
-
 
Darıxma! Lazım gələndə buraxacağıq. - Təhməzov başını mənalı 
tərzdə yellədi. - Üstündə siqaretin varsa birini ver çəkək! 
-
 
Məndə  «Astra»dır.  Filtirsiz...  -  Kamil  əlini  cibinə  atıb  siqaret 
qutusunu çıxartdı. 
-
 
Yox,  lazım  deyil!  Ondan  çəkə  bilmirəm.  Mayor  Seyidov  mənə 
tərəf baxıb gülümsədi. 
Yəni Nadir müəllim bunu da siqaret imtahanından çıxartdı. 
Mən  Kamili  növbətçiyə  təhvil  verib  qayıtdım.  Nadir  Təhməzov 
siqaret çəkə-çəkə danışırdı: 
-
 
Bunun  danışdıqlarını  yoxlamaq  lazımdır.  Ona  görə  də  sabah 
Rüstəmi, Rüstəmin arvadını və bir də Kamilin arvadını bura çağırın. 
-
 
Namiqi  elə  bu  axşam  bura  gətirmək  lazımdır.  Onun  hərəkətləri 
çox şübhəlidir. Qabaqkəsmə gəlib Kamil haqqında məlumat verən də 
odur.  Belədə  deyirlər  ki,  hiyləgər  quş  dimdiyindən  tələyə  düşür.  - 
Seyidov fikrini bildirdi. 
-
 
Niyə tələsirsiniz, Təyyar müəllim? - Təhməzov gülümsədi. - Biz 
şübhəli adamların hamısını bir-bir süzgəcdən keçirəcəyik. Namiqi də, 
Ağasəmədi  də  mütləq  danışdıracağıq.  Ancaq  əvvəl  tutub  burada 
saxladığımız adamlarla qurtarmaq lazımdır. 
-
 
Namiqlə mən məşğul olaram! - deyə söhbətə qarışdım. 
-
 
Yox!  -  mayor  Seyidov  etiraz  etdi.  -  Namiq  bu  gün  mütləq 
gətirilməlidir.  Biz  işi  uzatmamalıyıq.  Eybi  yoxdur,  siz  dediyiniz 
adamlar sabah gələr. 
-
 
Nə  deyirəm?  -  Təhməzov  razılaşdı.  -  Gətirin!  Mən  sabah  yenə 
bura gələcəm. Rəisə hesabat vermisiz? 
-
 
Hə!  Kənddən  gələn  kimi  yanma  girmişdim.  -  Seyidov  çənəsini 
ovuşdurdu - o da məni tələsdirir. Deyir nə eləyirsən elə, qatili tez tap. 
İndi yenə yanma gedəcəm. 
Biz  qalxdıq.  Təyyar  Seyidov  elə  o  gün  adam  göndərib  Namiqi 
gətizdirdi.  Müvəqqəti  saxlama  kamerasına  saldırıb  gecə  bir  dəfə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
danışdırdı.  Ancaq  mən  bu  danışıqda  iştirak  etmək  istəməyib  evimə 
getmişdim. Necə olmasa, Namiqin mənə çox yaxşılığı dəymişdi. Həm 
heç inana bilmirdim ki, o belə qorxulu işə cəsarət edə... 
Səhəri gün işə gələndə növbətçi polis serjantı mənə dedi ki, axşam 
Qaradumanlıdan  gətirilib  kameraya  salınmış  Namiq  adlı  oğlan  neçə 
dəfə  yalvarıb  ki,  mənim  burada  olduğumu  Mehmana  bildirin.  Əvvəl 
istədim  fikir  verməyim.  Ancaq  sonra  dözməyib  onu  qonşu  otağa 
gətizdirdim. 
-
 
Mehman  müəllim,  -  Namiq  məni  görən  kimi  kövrəldi.  -  Sənin 
başına  dönüm,  məni  buradan  çıxartdır.  Mənim  heç  bir  təqsirim 
yoxdur.  Bunlar,  ancaq,  mənə  inanmaq  istəmirlər  Deyirlər  ki,  guya 
Mikayılgili mən öldürmüşəm. 
-
 
Səni  incidiblər,  deyəsən?  -  Onun  vəziyyətinin  yaxşı  olmadığını 
görüb soruşdum. 
-
 
Belə şeylər mənim heç xoşuma gəlmirdi. 
-
 
İncidiblər  də  sözdü?  Sənin  başına  dönüm,  Mehman  müəllim, 
qoyma bu gecə də burada qalım. Mən o gecə küçəyə siqaret çəkməyə 
çıxmışdım.  Siqaretimi  çəkib  evə  girmişəm.  Sonra  hamama  gedib 
yuyunmuşam. Hamamdan sonra da bir az çay içib yatmışam... 
-
 
Bəs  bunları  demədin  mayor  Seyidova?  -  onun  sözünü  kəsib 
soruşdum. 
-
 
Dedim, ancaq inanmadı, yenə məni kameraya göndərdi. Orada da 
bir seıjant... 
-
 
Bilirsən, Namiq, - iş yoldaşlarımı müdafiə etməyə məcbur oldum. 
-  Sən  incimə,  nə  də  bu  iş  sənə  zarafat  gəlməsin.  Bu  ölüm  işidir. 
Günahsızlığın sübut olunan kimi səni buraxacaqlar. Hər halda mən də 
Təyyar  müəllimdən  xahiş  edəcəm.  Amma  yenə  deyirəm.  Bu  ciddi 
işdir.  Prokuror  da,  rəisimiz  də  gündə  iki-  üç  dəfə  bu  işlə  dərindən 
maraqlanırlar.  Eyni  zamanda  bizi  danlayırlar  ki,  bir  kəndin  içində 
qatili tapa bilməmişik. 
-
 
Axı mənim günahım nədir? - Namiq əsəbi soruşdu. 
-
 
Səbirli ol, Təyyar müəllimlə danışaram. 
Namiqi  yenə  kameraya  apardılar.  Üçüncü  mərtəbəyə  çıxdım.  Dünən 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
31 
çağırılanlar  gəlmişdilər.  Rüstəmlə  salamlaşıb  Seyidovun  kabinetinə 
girdim.  Nadir  müəllim  də  artıq  burada  idi.  Birinci  Rüstəmi  otağa 
dəvət etdik. 
Rüstəm  otuz  yaşlarında  mədəni  bir  gənc  idi.  İxtisasca  tarix 
müəllimi  idi.  Kənd  icra  nümayəndəsinin  müavini  işləyir,  eyni 
zamanda  məktəbdə  də  dərs  aparırdı.  Otaqdakılarla  hörmətlə  görüşüb 
Təhməzovun  göstərdiyi  stulda  əyləşdi.  Təhməzov  söhbətə 
məzəmmətlə başladı: 
-
 
Yaxşı  işləmirsiz,  Rüstəm  müəllim.  Öz  kəndinizdə,  özü  də 
qonşuluğunuzda görün necə hadisə baş verir! 
-
 
Kimin ağlına gələr ki, belə iş  ola bilər?  -  Rüstəm peşman halda 
çiynini çəkdi. 
-
 
Sentyabrın  14-də,  axşam  sizdə  kim  olub?  -  baş  müstəntiq  qəfil 
soruşdu. 
-
 
Kamil, dayıoğlumdur. 
-
 
Nəyə görə gəlmişdi? 
-
 
Elə-belə  söhbət  etməyə.  Həm  də  uşaq  pulu  məsələsim 
düzəltməyimi xahiş edirdi. 
-
 
Saat neçədə gəldi sizə? 
-
 
On birin yarısında. Daha dəqiq desəm on birə 27 dəqiqə işləmiş. 
-
 
Necə olub ki, saat belə dəqiq yadında qalıb? 
-
 
On birə təxminən on dəqiqə işləyirdi. Oğlum yatmışdı. Beş yaşı 
var.  Tez  yatızdırırıq.  Öz  yerimizi  də  rahatladıq.  Bu  vaxt  televizorda 
konsert  başladı.  Üç  mahnıya  qulaq  asmışdıq,  gördük  bayırda  yağış 
yağır.  Tez  həyətə  düşdük  ki,  həyətdə  yuyulub  sərilmiş  paltarları 
yığışdıraq... 
-
 
Deməli, yağış nə vaxt başladı yağmağa?  - Seyidov onun sözünü 
kəsdi. 
-
 
Dəqiq  deyə  bilərəm  ki,  ıı-ə  25  dəqiqə  işləmiş.  Özü  də  getdikcə 
möhkəmlənib düz saat  12-yə kimi  yağdı. Tələsik paltarlan  yığıb evə 
çıxan  kimi  Kamil  evin  qapısını  döydü.  Bizim  həyət  qapısı,  sadəcə, 
məftillə  bağlanır.  Kim  gəlsə,  özü  açıb  girir  həyətə.  Hə,  Kamil  içəri 
girən  kimi  çarpayıda  yerimizin  açıldığını  görüb:  «Saat  hələ  on 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə